Məhkəmə qərarları › İş №1(102)-1092/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1092/2019

04.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1092/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhadoğlu, Məhkum, Zərərçəkmiş şəxs Nasir oğlunun iştirakları ilə Goranboy rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Goranboy rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu) xx xxx 1988-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Baxçakürd kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işlə ri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Goranboy rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 03 iyun 2018-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu, Baxçakürd kəndində yaşadığı evin yaxınlığında, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşmış, Zərərçəkmiş şəxs daşla başına vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş, çapılmış yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərlə yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdullayev Əlizami n Gülzalı oğlu, hakimlər Məmmədov Çingiz Böyükxan oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə Goranboy rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkumna Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının müddəti artırılaraq aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il həddində müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəzalandırılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətind ə onun bütün hüquqlarının məhkəmələr tərəfindən pozulduğunu, Məhkum böyük qardaşı X6 iştirakı ilə öldürməyə cəhd etdiklərini, işə birinci və apellyasiya instansiya məhkəmələrində baxılarkən, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə verilmiş ittihama öz etirazını bildirdiyini, həmin maddə ilə verilmiş ittihamın düzgün olmadığını, çay daşı ilə başına qəsdən ağır zərbə vurulduğunu və sağlamlığını ömürlük itirdiyini, onun istintaq orqanına sağlamlığına ağır zərər vurulmasını və sağlamlığının ömürlük itirilməsini desə də, buna əhəmiyyət verilmədiyini, məhkəmələrin də onun şikayətini nəzərə almadığını, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmadığını, hər iki şəxsə CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilməli olduğunu qeyd edib Məhkum Azərbaycan Res publikası CM-nin 126.1-ci maddəsi ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin qismən təmin edilməsi, Məhkum isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən istintaq materiallarının araşdırılmaması, Məhkum oölunun əməlinin düzgün tövsif edilməməsi, onun əməlində daha ağır – Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də g östərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “... birinci instansiya məhkəməsi Məhkum barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CM-nin 143-146-cı maddələrində göstərilən qaydada tətbiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsini məhkəmə hökmündə göstərmişdir. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı apellyasiya qaydasında yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəmə işin faktiki hallarına əsasən təqsirkar Məhkum əməlində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayətinin əlamətlərini müəyyən edib düzgün nəticəyə gəlmiş, öz hökmünü qanuni yolla əldə edilmiş sübutlarla əsaslandıraraq Azərbaycan Respublikasının cinayət və cinayət- prosessual qanunvericiliyinin tələblərinə əməl etmişdir. Birinci instansiya məhkəməsinin Məhkum əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticəsi iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumun törətdiyi cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmal ıdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin məzmunundan və məhkəmə kollegiyasının iclasında şikayətlə bağlı çıxışından görünür ki, zərərçəkmiş şəxs tərəfindən Məhkum ona ağır xəsarət yetirdiyini, buna görə də onun əməlində daha ağır cinayətin tərkibinin olduğu, bu əsasa görə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ona CM-nin 126.1-ci maddəsi ilə daha ağır cəza verilməsinə dair qərar çıxarılması xahiş edilir. Apellyasiya şikayətində həmçinin Məhkum qardaşı X6 da həmin maddə ilə cəzalandırılması xahiş edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarınd a yoxlanılır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2018-ci il tarixli qərardan görünür ki, sadələşdirilmiş icraat materialları üzrə X7 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokol tərtib edilməsi və məhkəmə məsuliyyətinə verilməsi üçün təsdiq edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna təqdim edilməsi qərara alınmış, həmin material əsasında Zərərçəkmiş şəxs Məhkum qarşı X9 tərəfindən hər hansı cinayət xarakterli əməl törətməsi müəyyən edilməmişdir. Həmin qərar mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Zərərçəkmiş şəxs həmin qərardan şikayət verməmişdir. Halbuki CPM-nin 449-cu maddəsinə əsasən cinayət prosesini həyata keç irən orqanın prosessual hərəkətlərindən və həmin qərardan zərərçəkmiş şəxsin məhkəməyə şikayət etmək hüququ vardır. Belə ki, həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair» 05 avqust 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, şikayət vermək hüququnun həyata keçirilməsi cinayət məhkəmə icraatının məhkəməyədək mərhələsində xüsusi məna daşıyır, çünki bu mərhələnin gedişində (xüsusilə ibtidai istintaq mərhələsində) dairəsi geniş olan şəxslərin hüquqları və qanuni maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırıla bilər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 25 iyun 2018-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış olmuş, materiallarla tanış olma nəticəsində həmin material üzrə onun hər hansı bir vəsatətin olmasını bildirməmişdir. CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan R espublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin h ərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddə ilə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhk əmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunver icilikdə nəzərdə tutulmamışdır. Cinayət işinin materiallarından görünür ki, nə məhkəməyədək sadələşdirilmiş icraat zamanı, nə də həmin icraat dair materiallar üzrə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Zərərçəkmiş şəxs tərəfindən barəsində məhkəməyədək sadələşdirilmiş icraat aparılmış Məhkum hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vəsatət verilməmiş və ona qarşı daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması tələb edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, CPM-nin tələblərinə görə göstərilən məsələnin həlli apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti deyildir. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum Azərbaycan Respublikası CMni n 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ekspert rəyi, habelə materiallarda olan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir.Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə tibbi-ekspertizasının 06 iyun 2018-ci il tarixli, 261 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində təpə nahiyəsinin əzilmiş, çapılmış yarası bərk küt əşyanın (larin), o cümlədən müayinə olunan göstərdiyi şərait və tarixdə, yəni 03 iyun 2018-ci il tarixdə kənar şəxs tərəfindən daşla vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın q ısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum qarşı ağır ittiham irəli sürülməsi və bu əsasa görə hökmün ləğv edilməsi, eləcə də X6 cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin zərərçəkmiş şəxsin məhkəmə bildirişlərinin ona vaxtında göndərilməməsi və bu səbəbdən onun məhkəmə iclaslarında iştirak etməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə məhkəmə baxışının əvvəlindən sonuna kimi iştirak etmiş və məhkəmə baxışı zamanı məhkəməyə hər hansı bir vəsatət təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunması haqqında Goranboy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmünün ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Məhkum əməlini birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur. O cümlədən məhkəməyədək sadələşdirilmiş icraat qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmışdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərindən həmçinin görünür ki, şikayətdə o, məhkuma təyin edilmiş cəzanın yüngül olmasını mübahisələnd irmiş və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi dəlilləri ilə də razılaşmır. Belə ki, məhkuma təyin edilmiş cəza ilə bağlı hissədə birinci instansiya məhkəməsinin hökmünü araşdıran kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, ailəli olmaqla, himayəsində iki azyaşlı uşağının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasım və törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərək və c əzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb məhkuma islah işləri növündə cəza təyin etməklə düzgün nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dahilərində Aqil Məmmədovun törətdiyi cinayətdə ağırlaşdırıcı hal kimi CM-nin 61.1.2,61.1.3,61.1.4, 61.1.9 və 61.1.10-cu maddələrinin nəzərə alınmadığı iddia etsə də Məhkum əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallardan hər hansı birinin olması müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi Məhkuma islah işləri cəzası təyin etməklə, ümumilikdə cəzanın növü ilə bağlı qanunun tələblərini mümkün olan həddə gözləsə də, cəzanın həddi barədə düzgün qənaətə gəlməmişdir. Birinci instansiya məhkəməsi işin bütövlükdə hallarına, əməlin xar akterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişdir ki, təyin edilmiş bu cəza cinayət qanunvericiliyinin cəza təyini ilə bağlı ümumi prinsiplərinə uyğun deyildir və cəzanın məqsədlərini təmin etmir. Cinayət qanunvericliyinə görə cəza o halda ədalətli sayıla bilər ki, o, cəzanın məqsədlərinə cavab versin. Cəzanın məqsədləri CM-nin 41.2-ci maddəsində aşağıdakı kimi qeyd edilmişdir. Cəza sosial ədalət bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM- nin 41.2-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü i l tarixli 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın məqsədləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bir sıra qərarlarında ifadə olunmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balan s pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 mart 2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tər əf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqelərinə və Ali Məhkəmənin formalaşdırdığı mövcud təcrübəyə əsasən ədalətli cəza o cəza hesab edilir ki, bu cinayət-hüquqi tədbir cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, həm də cəzanın məqsədi ki mi sosial ədaləti bərpa etmiş olsun, zərərçəkmiş şəxsin maraqlarına maksimum dərəcədə cavab vermiş olsun və məhkumu islah etmiş olsun. Zərərçəkmişlərin mənafeyinə cavab verməyən və onların haqlı narazılıqlarına səbəb olan cəza ədalətli hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli l(045)-63/2018 saylı hökmü cəza ilə bağlı hissədə dəyişdirilməli, həmin hökmlə Məhkum CM-nin 128-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının müddəti artırılaraq aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il həddində müəyyən edilməli və hökm qalan hissədə qüvvəsində saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında zərərçəkmiş şəxsin apel lyasiya şikayətinin Məhkum əməlinin daha ağır maddə ilə (CM-nin 126.1-ci maddəsi ilə) tövsif edilməli və onun qardaşı E.Məmmədovun da cinayət məsuliyyətinə cəlb edilməli olduğu barədə dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün (Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır və hesab edir ki, bu məsə lədə qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin qərarında da istinad olunan Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından isə görünür ki, təkcə Məhkum və yalnız Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə itti ham verilmiş və məhkəmələr də işə həmin ittiham daxilində baxmışlar. İş materiallarından həm də görünür ki, məhkəməyədək icraat zamanı, cinayətin Məhkum tərəfindən təkbaşına törədilməsi, digər şəxslərin, o cümlədən X6 həmin cinayətdə iştirak etmədiyi barədə qərarlardan (ibtidai istintaq orqanı tərəfindən çıxarılmış) zərərçəkmiş şəxs tərəfindən şikayət verilməmiş, onun ittihamla razılaşmadığı müvafiq istintaq sənədlərində qeyd olunmuş (onun tərəfindən) birinci instansiya məhkəməsində də bu barədə məsələ qaldırılmamışdır (Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada). Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün (zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası d a onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir Odur ki, apellyasiya məhkəməsinin qərarı (zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə) əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şika

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar