Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1092/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim İ.B.Fəttahov) Məhkum (xx xxxxxx 1974-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, M əhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 yanvar 2023-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkməsinin 13 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hök mə əsasən Məhkum vahid niyyətlə əhatə olunan qəsdlə istintaqa məlum olmayan müddətdə və mənbədən 1,034 qram narkotik vasitə olan heroini, 0.53 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 0,08 qram çəkidə 02 ədəd narkotik vasitə olan metadon tərkibli dərman pereperatını, 0,186 qram psixotrop maddə olan metamfetamini, hər birinin içərisində 10 ədəd olan 3 ədəd kanvalutda ümumi çəksi 1,5 qram 30 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlarid dərman pereperatını tamah niyyəti və satış məqsədi ilə əldə etdikdən sonra üzərində daşıyaraq və yaşadığı Göyçay rayon, Potu kəndində yerləşən evində saxlam ış, həmin psixotrop maddə metamfetaminin 0,186 qram çəkidə olan hissəsini 01 ədəd kağız bükümdə, eləcə də narkotik vasitə heroinin 0,314 qra m çəkidə olan hissəsini 01 ədəd kağız bükümdə qablaşdırıb 01 ədəd sellofan bükümdə siqaret qutusunda qablaşdırılmış vəziyyətdə 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində ünvan2 ərazisində tanışı Şahid1 35 manata satmış, 28 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay rayonun Potu kəndi ərazisində saxlanıb rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs kimi tutulmuş və həmin tarixdə, saat 10:00-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə video çəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 0,720 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasit ə heroin aşkar edilərək götürülmüş, 28 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Göyçay rayonu, Potu kəndində yerləşən evinə baxış keçirilərkən isə evin yataq otağından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,53 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 0,08 qram çəkidə 02 ədəd narkotik vasitə olan metadon tərkibli dərman preparatını, hər birinin içərisində 10 ədəd olan 3 ədəd konvalyutda ümumi çəksi 1,5 qram 30 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlarid dərman preparatı aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Kassasiya şikayətinin dəlil ləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğu halda o, əsassız olaraq satış məqsədi ilə heroin və qurudulmuş marixuana narkotik vasitələrini, metadon (narkotik) tərkibli dərman preparatını, habelə metamfetamin psixotrop maddəsini və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan, lakin güclü təsir edən tramadol hidroxlorid dərman preparatını əldə edib saxlamaqda və daşımaqda - CM-in 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinmiş, eləcə də Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzimləyən normalarının tələblərinə əməl olunmayaraq ona həqiqi əməlinə uyğun olmayan ağır cəza təyin edilmiş, ailəli və iki övladının olması, ailəsində yeganə qazanc gətirən şəxs olması və həbs edilməsi ilə əlaqədar ailəsinin maddi vəziyyətinin pisləşməsi cəza təyini zamanı nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini və əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə dair ədalətli qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə ittihamda göstərilən predmetləri, o cümlədən narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədi olmadığı, onları şəxsi istehlaki üçün əldə etdiyi, yəni hərəkətlərinə CM-in 234.1-ci maddəsi şamil edilməli olduğu halda əməlinin əsassız olaraq satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma kimi – Cinayət Məcəlləsininin 234.2 və 240.1-ci maddələri ilə tövsif olunduğunu, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya ş ikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad ed ilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bundan çıxış etməklə Məhkum əməllərinin fa ktiki məzmununu təşkil edən halları onun əməllərinə şamil edilmiş cinayət-hüquqi normalarla müqayisə etdikdə aydın olur ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. O cümlədən, Məhkum narkotik vasitələri və psixotrop maddəni, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasına dair nəticələr də sübutlara əsaslanan nəticədir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş şahidlər Şahid1 və Şahid2 ifadələrinə görə Şahid2 öz istehlakı üçün narkotik vasitə (heroin) və ya psixotrop maddə (metamfetamin) əldə etmək üçün Şahid1, Şahid1 isə Məhkum müraciət etmiş və sonuncu onlara 25 manat müqabilində bir büküm heroin və bir büküm metamfetamin satmağa razı olmuşdur. Bundan sonra Məhkum pulun köçürülməsi üçün bank kartının hesabının şəklini “Whatsapp” proqramı vasitəsi ilə Şahid1 göndərmiş və onlar (Şahid1 və Şahid2) X15 adlı tanışları ilə birlik də avtomobillə Pərvizin dediyi - narkotik vasitənin və psixotrop maddənin saxlanıldığı yerə gedib, oradan siqaret qutusunun içərisində gizlədilmiş heroini və metamfetamini götürmüşlər. Lakin onlar geri qayıdarkən Şahid2 ünvan3ndəki evinin yanında polis tərəfindən saxlanılmış və onlar Göyçay Rayon Polis Şöbəsinə gətirildikdən sonra Şahid1 üzərində olan həmin narkotik vasitə və psixotrop maddə götürülmüşdür. Qeyd olunan halları, yəni əməliyyat məlumatı ilə əlaqədar Çayarxı kəndində Şahid1, Şahid2 və Şahid3 saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirildikdən sonra Şahid1 siqaret qutusunun içərisində gizlədilmiş 2 ədəd bükümdə heroinə və metamfetaminə bənzər kütlələrin aşkar olunduğunu, sorğu zamanı Şahid1 həmin narkotik vasitəni və psixotrop maddəni 25 manat müqabilində Məhkum əldə etmələri barədə məlumat verdiyini birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin əməkdaşları X1 və Şahid5 da təsdiq etmişlər. Hökmdə istinad olunmuş, Şahid1 məxsus mobil telefon cihazındakı “Whatsapp” proqramında olan məlumatları əks etdirən “DVD”-yə baxış protokoluna əsasən “Whatsapp” ilə əlaqələrində aşkarlanan səsli və digər göndərişlərin məzmununa görə Məhkum bank kart hesabının şəklini Şahid1 mobil telefonuna göndərmiş və onların arasında 25 manat pulun həmin hesaba köçürülməsi barədə dialoq aparılmışdır. Məhkəmələrin tədqiq etdikləri 28 yanvar 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Şahid1 üzərində aparılmış şəxsi axtarış zamanı aşkarlanan predmetlər 0,186 qram metamfetamin (psixotrop maddə) və 0,314 qram heroin (narkotik vasitə) olmuşdur. Həmin rəyə görə daha sonra şəxsi axtarış zamanı Məhkum üzərindən aşkar olunmuş 0,720 qram heroin narkotik vasitəsi Şahid1 götürülmüş heroin narkotik vasitəsi ilə eyni tərkiblidirlər. Rəyə əsasən Məhkum yaşadığı evə baxışın gedişində götürülmüş sübut əhəmiyyətli predmetlər müxtəlif növ narkotik vasitələrdən (053 qram qurudulmuş marixuanadan və 0,08 qram 2 ədəd metadon təkibli dərman preparatından), habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 30 ədəd (1,5 qram) güclü təsir edən tramadol hidroxlorid dərman preparatından ibarət olmuşdur. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə, həmin norma satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazı rlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, habelə qanunsuz olaraq həmin vasitələri və ya maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Yuxarıda təsvir olunmuş halları qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum müxtəlif növ narkotik vasitələri və psixotrop maddəni, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni məhz satı ş məqsədi ilə əldə edib saxladığı, müvafiq olaraq da onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində və 240.1-ci maddəsində göstərilən cinayətlərin tərkibinin olması, həmin predmetləri şəxsi istehlakı üçün əldə edib saxlaması haqqında iddiasının isə əsassız olduğu müəyyən edilir. Məhkum ona təyin olunmuş cəzanın mübahisələndirilməsi üzrə dəlillərinə (məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan cəzanın təyin edilməsinə dair iddiasına) gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. İlk növbədə ona görə ki, Məhkum cəzanın həddindən artıq ağır olması barədə iddiasını əməlinin düzgün tövsif olunmaması və cəzanın həqiqi əməlinə uyğun olmaması barədə dəlillə əsaslandırmış, bu dəlilin isə əsassı z olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası şərh edilən iddia üzrə nəticəyə gələrkən onu nəzərə alır ki, Məhkum cəza təyin edilərkən və bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr apellyasiya qaydasında yoxlanılarkən hər hansı pozuntuya yol verməmiş, Göyçay Rayon Məhəkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətə (maddənin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın), CM-in 240.1-ci maddəsi ilə 1 il 6 ay müddətə (sanksiyanın orta həddində) azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cinayətlərin məcmusu üzrə cəza təyin edəkən də CM-in 66.2-ci maddəsində nəzərdə tutulmuş üsullardan daha güzəştlisini – qismən toplama üsulunu tətbiq edib Məhkum cəzasının m üddətini 4 il 6 ay olaraq müəyyən etməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə həmin cəzaları dəyişdirilmədən saxlamaqla törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, təqsirkarın şəxsiyyətini, baxılan işdə Məhkum peşman olması kimi cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini lazımınca nəzərə almış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Qeyd olunanlar hökmün və onun dəyişd irilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsas ən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1092/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1092/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver