Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1093/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23 4.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən X10, X8 (məruzəçi) və X9) 11 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxx 1964-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması, barəsində seçilm iş "həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxxxxx 1981 -ci il tarixdə Yevlax şəhərində doğulmuş,AzərbaycanRespublikasının vətəndaşı, orta təh Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilm işdir. xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta tə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxslər Məhkum1, Məhkum2 da məhkum olunmuşlar. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 01 fevral 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1 müdafiəçisi Müdafi əçi3, Məhkum2 müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(091)-154/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum3 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, təqsirləndirilən şəxs Məhkum3 hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum4 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, təqsirləndirilən şəxs Məhkum4 hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum4 cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş və Məhkum4 barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs hər birinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum3 tanışları Məhkum4 və Təqsirləndirilən şəxs ilə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Məhkum1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Məhkum4 Təqsirləndirilən şəxs narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Hüseyn küçəsində Məhkum1 verərək sonuncunun Məhkum2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum3, Məhkum4 və Təq sirləndirilən şəxs Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Məhkum3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Məhkum4 tanışları Məhkum3 və Təqsirləndirilən şəxs ilə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Məhkum1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021 -ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən onun Təqsirləndirilən şəxs narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Hüseyn küçəsində Məhkum1 verərək sonuncunun Məhkum2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum4, Məhkum3 və Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Məhkum3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tanışları Məhkum3 və Məhkum4 ilə satış məqsədi o lmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Məhkum1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Məhkum4 ona narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Yevlax şəhəri, M.Hüseyn küçəsində Məhkum1 verərək sonuncunun Məhkum2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlə ri nəticəsində Təqsirləndirilən şəxs, Məhkum4 və Məhkum3 Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Məhkum3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Apellyasiya məhkəməsi Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin məhz satış məqsədilə əldə etməsini əsassız olaraq istisna etməklə qeyd edilən narkotik vasitə olan heroinin şəxsi istehlak və külli miqdar üçün müəyyən edilən həddən kifayət qədər çox olmasında ifadə olunan işin hallarını nəzərə almamış, səhv qənaətə gələrək qeyd edilən təqsirləndiri lən şəxslərin əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrdən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Yevlax rayon polis şöbəsinə Məhkum3 və Məhkum4 Yevlax rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Bundan əlavə təqsirləndirilən şəxslər arasında aparılmış üzləşdirmə istintaq hərəkətlərində də onlar birbirilərini ifşa edərək satış məqsədilə narko tik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında əlbir olduqlarını dolayısı yolla qeyd etmişlər. Məhkəmə narkoloji ekspertizaların rəylərindən də təqsirləndirilən şəxslərin narkomaniyadan əziyyət çəkmələri və narkotik vasitələrdən istifadə hallarının olması barədə qeydlər təqsirləndirilən şəxslərin tanışlıqlarının “təsadüfi” olmadığına və onların "məqsədlərinin” məhz bir hədəfə yönəlməsinə işarə edir. Cinayət işinə əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlara əsasən Məhkum1, Məhkum4 və Məhkum3 polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdikləri xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin b aşlanması rədd edilmişdir. Hər üç qərar təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən mübahisələndirilməmiş və qanuni hesab edilmişdir. İşin hallarından isə görünür ki, Məhkum3, Məhkum4, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarı üçün müəyyən edilən həddən təxminən 35 dəfə çox, külli miqdar üçün müəyyən edilən həddən isə 2,5 dəfə çox ümumilikdə 5,123 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, həmin narkotik vasitə qrupun üzvü olan Məhkum3 üzərindən aşkar edilmişdir. Qeyd edilən hallar, yəni gündəlik təlabət malı olmayan, məişətdə mütəmadi istifadə olunmayan qeyd edilən çəkidə olan narkotik vasitə heroinin onlar tərəfindən satış niyyəti ilə daşımasını ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini əsassız olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edib törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıqaşkar uyğun olmayan aşağı həddə cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum3, Məhkum4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya prote stinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ məhkumlar Məhkum3, Məhkum4, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitu siyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və ə saslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının v əzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr qeyd edilən məhkumların əməlini Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Yevlax rayon polis şöbəsinə Məhkum3 və Məhkum4 Yevlax rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur; Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1964-cü il təvəllüdlü ünvan 4 ünvanında yaşayan Məhkum3 və xx.xx.1981 -ci il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Məhkum4 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müşahidəyə götürülərək saxlanılıb üzərilərinə baxış keçirilməsi qərara alınmışdır; Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli "şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum3 üzərinə şəxsi axtarış keçirilmiş və Məhkum3 üzə rindən 5,123 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Məhkum3 həmin narkotik vasitəni ona Fərid adlı qonşusunun verdiyini, həmin narkotik vasitəni Aqilin Feruz adlı şəxsdən aldığını, lakin Feruz Aqili tanımadığı üçün heroini qonşusu Fəridə verdiyini və Fəridin də həmin narkotik vasitəni ona verdiyini bildirmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur; Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Məhkum4 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum4 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya başqa qeyri qanuni əşya aşkar edilməmişdir. Videoçəki liş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur; Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya başqa qeyriqanuni əşya aşkar edilməmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur; Cinayət işinin materiallarında olan məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının 10 yanvar 2021-ci il tarixli 17/15 nömrəli rəyindən görünür ki, Məhkum3 üzərindən aşkar edilmiş 5,123 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, Məhkum1 üzərindən aşkar edilm iş 0,168 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 3,67 qram maddə isə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bundan başqa tədqiqata təqdim edilmiş 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,168 qram olan heroinlə 01 ədəd sellofan bükümdə təmiz çəkisi-5,123 qram olan heroin tərkiblərinə görə eynidirlər; Cinayət işinin materiallarında olan "Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum4 ilə təqsirləndirilən şəxs Məhkum3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Məhkum4 ifadəsində göstərdiyi xüsusatları bir daha Məhkum3 üzünə qarşı deyərə k Məhkum3la birlikdə narkotik vasitə almağa razılaşdıqlarını, X12 zəng edərək ondan narkotik vasitə istədiyini, narkotik vasitənin pulunu Məmmədin vasitəsilə göndərəcəyini Feruza dediyini, 150 manat pulu Feruza çatdırması üçün Məmmədə verdiyini, Məmmədin də həmin pulu aparıb Feruza verdiyini, az sonra Mətləbin mobil telefonuna kiminsə zəng edərək narkotik vasitənin Mətləbin yaşadığı küçə tərəfdə olduğunu dediyini, Mətləbin E.Ağayev küçəsində avtomobildən düşərək narkotik vasitəni Fəriddən götürdüyünü, həmin narkotik vasitədən birlikdə istifadə edəcəklərini təsdiq etmişdir; Cinayət işinin materiallarında olan "Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Məhkum4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək Mətləb Şükorovla birlikdə narkotik vasitə almağa razılaşdıqlarını, Məhkum3 Feruza zəng edərək ondan narkotik vasitə istədiyini, narkotik vasitənin pulunu Məmmədin vasitəsilə göndərəcəyini Feruza dediyini, 150 manat pulu Feruza çatdırması üçün onun Məmmədə verdiyini, Məmmədin də həmin pulu aparıb Feruza verdiyini, az sonra Mətləbin mobil telefonuna kiminsə zəng edərək narkotik vasitənin Mətləbin yaşadığı küçə tərəfdə olduğunu dediyini, Mətləbin E.Ağayev küçəsində avtomobildən düşərək narkotik vasitəni Fəriddən götürdüyünü, həmin narkotik vasitədən birlikdə istifadə edəcəklərini təsdiq etmişdir; Cinayət işinin materiallarında olan "Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum 3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Məhkum3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək avtomobildə olan zaman Məmmədin Aqil ilə birlikdə ondan mobil telefonunda kontur olub-olmadığını soruşduğunu, Məmmədin onun ***-***-**-** telefon nömrəsi ilə Feruz adlışəxsə zəng etdiyini, amma nə danışdıqlarına fikir vermədiyini, Aqilin avtomobiliM.Hüseyn küçəsinə sürüb orada saxladığını, orada Aqilin Məmmədə 150 manat pul verdiyini, Məmmədin avtomobildən düşərək M.Hüseyn küçəsinə getdiyini, təxminən 5 dəqiqə sonra geri qayıdaraq ona qonşusu Fəridə zəng etməsini, Feruzun heroini Fəridə verdiyini ona dediyini, bundan sonra E.Ağayev küçəsində Fəridlə görüşüb özünün avtomobildən düşərək Fəriddən heroini götürdüyünü təsdiq etmişdir; Cinayət işinin materiallarında olan "baxış protokolu”ndan görünür ki, Məhkum1 istifadə etdiyi Lenovo markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Məhkum1 09 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə saat 15:55 dəqiqədə Məhkum2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, aralarında 16 saniyə danışıq olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Məhkum1 09 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə saat 15:17 dəqiqədə, 15:26 dəqiqədə, 15:55 dəqiqədə Məhkum3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zənglər etmiş, saat 15:26 dəqiqədə olan zəng zamanı aralarında 1 dəqiqə 44 saniyə danışıq olmuşdur. Bundan başqa Məhkum3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə Məhkum1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə saat 15:04 dəqiqədə, 15:08 dəqiqədə və 15:13 dəqiqədə zənglər etmişdir. Saat 15:04 dəqiqədə olan zəngdə Məhkum3la Məhkum1 arasında 30 saniyə, saat 15:08 dəqiqədə 25 saniyə, saat 15:13 dəqiqədə olan zəngdə isə aralarında 1 dəqiqə 36 saniyə danışıq olmuşdur; Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 aprel 2021ci il tarixli 338 nömrəli rəyindən görünür ki, Məhkum3 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 aprel 2021ci il tarixli 339 nömrəli rəyindən görünür ki, Məhkum4 narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Cinayət işinin materiallarında olan 19 mart 2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum4 saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişd ir; Cinayət işinin materiallarında olan 04 may 2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum3 polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Cinayət işinin materiallarında olan Mingəçevir şəhər narkoloji Dispanserin Yevlax rayon narkoloji Kabinetindən alınmış xx.xx.2021-ci il tarixli 744-748 nömrəli arayışlardan görünür ki, uyğun olaraq Məhkum4, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs narkoloji kabinetlərdə qeydiyyatda durmur, Məhkum3 isə 2010-cu ildən xx.xx.2020-ci il tarixdən "Narkomaniya” dioqnozu il ə narkoloji kabinetdə qeydiyyatdadır; Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən aşağı məhkəmələr hesab etmişdir ki, Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən bir yerdə saxlanılması, həmin şəxslərin narkotik vasitə əldə edilməsi üçün Məhkum1lə telefon əlaqəsi saxlaması, daha sonra Məhkum3 məxsus avtomobillə Məhkum1 yaşadığı ünvana gedilməsi, Təqsirləndirilən şəxs ona verilən 150 manatı aparıb Məhkum1 evində verməsi, daha sonra avtomobillə Məhkum2 yaşadığı ünvana gedilməsi və orada Məhkum2 narkotik vasitənin əldə edil məsi, daha sonra yenidən bir yerdə avtomobildə hərəkətin davam etdirilməsi sözügedən şəxslərin birgə hərəkət etdiyini, aralarında rol bögüsünün aparıldığını, beləliklə də qabaqcadan əlbir olan şəxs halında birləşdiklərini təsdiq etsə də, həmin şəxslərin qeyd olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini sübut etmir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət n əzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzər də tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlamaları barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxslərin məqsədinin əldə etdikləri narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmələrini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və araşdırılan sübutların müqayisəli təhlilin dən göründüyü kimi, məhkum edilmiş şəxslər Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı hər hansı niyyəti müəyyən olunmamış və ibtidai istintaq orqanı qeyd edilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürərkən sırf narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxslərin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmələrini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəl diyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə kollegiyası aşağı məhkəmələrin Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs məhz satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Məhkum1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmaları, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Məhkum4 Təqsirləndirilən şəxs narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Hüseyn küçəsində Məhkum1 verərək sonuncunun Məhkum2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlaması barədə gə ldikləri nəticəni əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, hər üç şəxs əməliyyat nəzarətində olmamış, onların tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca bir bükümdə olması, digər tərəfdən qrupa daxil olan təqsirləndirilən şəxslərdən ikisinin (Məhkum3 və Məhkum4) heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi onu deməyə əsas verir ki, göstərilən şəxslərdən aşkar olunan 5,123 qram heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmələrinin birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayr ı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsi n cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməy ə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum3, Məhkum4 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1093/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1093/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver