Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1093/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xxxxx-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamışdır. 2. 15 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3, 182.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın birinci epizodu üzrə Məhkum Neftçala rayon sakini zərərçəkmiş şəxsi n müraciəti üzrə Salyan Rayon Polis Şöbəsində aparılan araşdırmanın sonuncunun xeyrinə müsbət həll olunması ilə bağlı 2020-ci ilin sonlarında özünə müraciətindən sonra guya Salyan Rayon Polis Şöbəsində vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu Salyan rayonunda görüşləri zamanı zərərçəkmiş şəxsya yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis şöbəsində guya yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifəsinin icrası ilə əlaqədar zərərçəkmiş şəxsin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, zərərçəkmiş şəxsin razılığını almaqla sövdələşərək, həmin adla 2020-ci ilin sonlarında zərər çəkmiş şəxs tərəfindən istintaqa məkum olmayan bank hesabına göndərmiş 200 manat və 2020-ci ilin sonlarında sonuncunun Neftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evində 200 manat olmaqla, ümumilikdə 400 manat pul vəsatini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxsin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. İkinci epizod üzrə o, 09 avqust 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, faktiki olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayan (VÖEN 1505563351) “Bəyaz TV” MMC-nin faktiki direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şəxs 2nun qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin mart ayında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçə kmiş şəxs 2a bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 2a ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar zərərçəkmiş şəxs 2un xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4400 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, zərərçəkmiş şəxs 2un razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4400 manat pul vəsaitini zərərçəkmiş şəxs 2dan alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibarsan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 4400 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs 2un xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. 4. 05 aprel 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhku m birinci epizod üzrə Neftçala rayon sakini zərərçəkmiş şəxsin müraciəti üzrə Salyan Rayon Polis Şöbəsində aparılan araşdırmanın sonuncunun xeyrinə müsbət həll olunması ilə bağlı 2020-ci ilin sonlarında özünə müraciətindən sonra guya Salyan Rayon Polis Şöbəsində vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu Salyan rayonunda görüşləri zamanı zərərçəkmiş şəxsya yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis şöbəsində guya yüksək vəzifədə işləyən tanışlarına 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla, zərərçəkmiş şəxsin razılığını aldıqdan sonra 2020-ci ilin sonlarında zərərçəkmiş şəxs tərəfindən istintaqa məlum olmayan bank hesabına göndərilmiş 200 manat və 2020-ci ilin sonlarında sonuncunun N eftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evində 200 manat olmaqla ümumilikdə 400 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Bundan başqa, o, ikinci epizod üzrə 09 avqust 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, faktiki olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayan (VÖEN 1505563351) “XXX” MMC-nin faktiki direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik v əzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şəxs 2inn qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin mart ayında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 2-yə bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 2-yə ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, zərərçəkmiş şəxs 2-nin razılığını aldıqdan sonra, həmin adla 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4.400 manat pul vəsaitini zərərçəkmiş şəxs 2-dən ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şəxs 3-ün qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin yaz aylarında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 3-ə bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 3-ə ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, zərərçəkmiş şəxs 3in 1.300 manata razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yaz aylarında Bakı şəhəri, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığında “Çinar” kafesində 1.300 manat pul vəsaitini zərərçəkmiş şəxs 3dən alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 1.300 manat məbləğin də pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə şahid 1 tanışı Qusar rayon Urva kənd sakini zərərçəkmiş şəxs 4-ə əlillik dərəcəsinin verilməsinə köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu şahidə bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 4-ə əlillik dərəcəsi təyin edilməsinə köməklik edəcəyini Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.10 0 (min yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şahid 1 aldatmaqla bildirib, şahidin və zərərçəkmiş şəxs 4-ün razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Qusar şəhər Avtovağzalının yaxınlığında zərərçəkmiş şəxs 4-ün şahid 1 vasitəsilə göndərdiyi 1.100 (min yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs 4-ə məxsus 1.100 (min yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə şahid 2-nin qohumu zərər çəkmiş şəxs 5-in dayandırılmış əlilliyinin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yaz aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 5-ə bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 5-in pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.300 (min üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şahid 2-yə aldatmaqla bildirib, şahid 2 və zərərçəkmiş şəxs 5-in razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında həmin ofisdə zərər çəkmiş şəxs 5-in şahid 2 vasitəsilə göndərdiyi 1.300 (min üç yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərəçəkmiş şəxs 5-ə məxsus 1.300 (min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Masallı rayon sakinləri zərərçəkmiş şəxslər 6 və 7-nin Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinin Əməliyyat və İstintaq Baş idarəsində istintaq olunan x saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qism ində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Astara rayon sakini xi-in cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında özünə müraciətlərindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxslər 6 və 7-yə bildirərək, həmin şəxslər vasitəsi ilə guya x cinayət məsuliyyətindən azad edilməsi imkanına malik olmasını Cəlilabad rayonunda “Ştutqart” avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şahid 3 və şahid 4-ün aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşərək, həmin adla Cəlilabad ra yonunda “Ştutqart avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada zərərçəkmiş şəxs 6-ya məxsus 2.000 manat və zərərçəkmiş şəxs 7-yə məxsus 3.000 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs 6-ya məxsus 2.000 (iki min) manat və zərərçəkmiş şəxs 7-yə məxsus 3.000 (üç min) manat, cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şə xs 9-un Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi ona ev verilməsi ilə bağlı köməklik göstərilməsi üçün 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 9-a bildirərək, həmin şəxslər vasitəsi ilə guya zərərçəkmiş şəxs 9-a ev verilməsi imkanına malik olmasını Bakı şəhərində Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, zərərçəkmiş şəxs 9-un razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci il in yay aylarında həmin ofisdə 5.000 manat pul vəsaitini zərərçəkmiş şəxs 9-dan alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şəxs 10-un II qrup əlillik dərəcəsi almasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 10-a yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncuya pensiyasının təyin ediləcəyini Bakı şəhərində Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, zərərçəkmiş şəxs 10-un razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında iki dəfəyə, hər dəfəsində 2.500 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı zərərçəkmiş şəxs 11-in dayandırılmış əlilliyin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu zərərçəkmiş şəxs 11-ə yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncunun pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə iş ləyən tanışına 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, zərərçəkmiş şəxs 11-lə razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində zərərçəkmiş şəxs11-in cinayətdən xəbərsiz şahid 5 vasitəsilə göndərdiyi 3.600 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs 11-ə məxsus 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hə dəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin sentyabr ayının sonlarında X müdiri vəzifəsində işləyən zərərçəkmiş şəxs 12-in işlədiyi X ünvanında yerləşən iş yerinə gələrək sonuncunun Kəlbəcər rayonuna qanunsuz səfər etməsi barədə rəhbəri olduğu redaksiyaya məlumat daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “X xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək həmin məlumatları yayacağı ilə onu hədələyib, zərərçəkmiş şəxs 12-yə qeyd edilən xarakterli rüsvayedici məlumatları “X” xəbər portalında dərc etməməsindən ötrü istifadəsində olan mobil XX nömrəsindən zərərçəkmiş şəxs 12-nin istifadəsində olan XX mobil nömrəsinə “Whatsap” proqramı vasitəsilə 6 oktyabr 2021-ci il tarixdə şəklini göndərdiyi istintaqla mü əyyən olunmayan bank hesabına 200 (iki yüz) manat məbləğində pul vəsaitini göndərməklə ona verməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayının ortalarında x musiqi məktəbinin direktoru vəzifəsində işləyən zərərçəkmiş şəxs 13-ün istifadəsində olan X saylı telefona özünə məxsus X mobil nömrəsindən zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına qeyd edilən musiqi məktəbinin hər hansı fəaliyyətinin olmaması və dövlət tərəfindən ayrılan pul vəsaitlərinin mənimsənil məsi barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “X” xəbər portalında məqalə dərc edəcəyini bildirərək həmin məlumatları yayacağı ilə hədələyib, qeyd edilən xarakterli rüsvayedici məlumatları “X” xəbər portalında dərc etməməsindən ötrü 2.000 (iki min) manat məbləğində pul vəsaitini ona verməli olmasını zərərçəkmiş şəxs 13-ə bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayında Sx məktəbinin direktoru vəzifəsində işləyən zərərçəkmiş şəxs 14-ün istifadəsində olan x saylı mobil telefona 17 dekabr 2021-ci il tarixdə özünə məxsus x nömrəli telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya məktəbdə intihar hadisəsinin olması barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “x” xəbər portalında məqalə dərc edəcəyini bildirərək bu məsələnin aydınlaşdırılması üçün görüşə dəvət etsə də, zərərçəkmiş şəxs 14 həmin görüşdən imtina etdikdə həmin məlumatları xəbər portalında rüsvayedici məlumatlar kimi yayacağı hədəsini təkrarən sonuncuya bildirərək qeyd edilən məqalənin mətbuatda yayılmamasından ötrü tərəfindən məlumatları göndəriləcək bank hesabına 1.000 (min) manat məbləğində pul vəsaitinin göndərilməli olduğunu zərərçəkmiş şəxs 14-ə bildirib, hədəsinin icrasına real ə saslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini zərərçəkmiş şəxs 14-dən təkrarən hədə-qorxu ilə tələb etmişdir.
6. Dövlət ittihamçısı, Məhkuma qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-8/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı ilə həmin maddələrlə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 41.3-cü maddəsinə əsasən xitam verilməsi, Məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır.
7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-8/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 182.2.2ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edil mişdir.
8. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, onun əməlində Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsinin tərkib əlaməti olmadığından həmin maddə ilə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-8/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti vermişdi r. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı cinayət işi üzrə Məhkuma qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etmiş, cinayət təqibi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə davam etdirilmiş, məhkəmə tərəfindən 05 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən xitam verilmişdir. Lakin Məhkuma 400 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçə kmiş şəxsin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamdan (1-ci epizod üzrə) dövlət ittihamçısının cinayət təqibindən imtina etməsinə və birinci instansiya məhkəməsinin həmin maddə üzrə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verməsinə baxmayaraq, hökmdə həmin epizod saxlanılmaqla dələduzluq kimi qiymətləndirilmiş və ikinci epizod üzrə törədilmiş dələduzluq əməli təkrarən dələduzluq kimi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmu ş məsuliyyət əmlakın mülkiyyətçisinə və digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda yaranır. Həmin epizod üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə ittiham verilməmiş, yalnız Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin ittihamdan da dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsində imtina edilmişdir. Birinci instansiya məhkəməsinin 400 manat ziyan olan əməli dələduzluq kimi qiymətləndirməklə yeni ittiham yaratmasını, apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq təsdiqləməklə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibini yaratması nəticəsinə gəlmiş, Məhkumu həmin epizod üzrə təqsirli bilmiş və qərarın t əsviri hissəsində Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbinə əsaslanaraq böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən iki il keçdiyinə görə sonuncunu cinayət məsuliyyətindən azad etmişdir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya protestində məhkum Məhkumun törərtdiyi əməllərinin cinayət qanununun daha yüngül maddəsi ilə yenidən tövsif edilməsi halları istisna olmaqla, ona ittiham elan edilməmiş əməlin törədilməsinə və cinayət hesab edilməyən əməlin törədilməsinə görə səhvən ittiham hökmünün çıxa rılması iddia edilir, kassasiya müraciəti üzrə xahiş faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.7 və 416.1.8-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciət kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
19. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, y alnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub- olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə gö rə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkuma qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə əməlində cinayət tərkibinin olmadığına, eləcə də ikinci epizod üzrə təkrarlıq əlamətinin yaranmadığına dair kassasiya protestinin dəlillərini əsaslı hesab edir.
24. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkuma qarşı ibtidai istintaq orqanı tərəfind ən irəli sürülmüş ittihamın birinci epizodu üzrə o, ümumilikdə 400 manat pul vəsatini zərərçəkmiş şəxsdan alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxsin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir.
25. Cinayət işinin materiallarından müəyyən edilir ki, dövlət ittihamçısı məhkum Məhkuma qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, Cinayət Məcəlləsinin həmin maddələri üzrə cinayət təqibinə xitam verilmişdir.
26. Birinci instansiya məhkəməsi məhkumun irəli sürülmüş ittiham üzrə birinci epizoda aid əm əlini dələduzluq kimi qiymətləndirmiş, müvafiq olaraq ikinci epizoda aid əməldə təkrarlıq tövsifedici əlamətinin yarandığı qənaətinə gələrək, həmin epizod üzrə əməli təkrarən dələduzluq kimi tövsif etmişdir.
27. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarının təsviriəsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın ilk epizodu üzrə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşıb, həmçinin Məhkumun həmin əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətinin olduğunu təsdiqləmişdir. Lakin həmin epizod üzrə Məhkumun təqsirli bilindiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan və Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilmədiyini əsas gətirərək, müddət keçdiyindən bu əməl üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 40.2-ci maddələrinə əsasən xitam verilməli olduğu haqda nəticəyə gəlmişdir. Məhkum özünü təqsirli hesab etmədiyini və cinayət təqibinə xitam verilməsinə razı olmadığını bildirdiyindən, apellyasiya instansiyası məhkəməsi qərarının təsviri-əsaslandırıcı hissəsində onu həmin epizod üzrə təqsirli bilib cəza təyin edilməli olmadığını, ikinci epizod üzrə verilmiş ittihamdan təkrarlıq müddəasının xaric olunmalı olduğunu qeyd etmişdir. Bununla belə, qərarın nəticəvi hissəsində hökmün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxla nılması göstərilmişdir.
28. Halbuki, Məhkuma qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın birinci epizodu üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan 500 manatdan az məbləği təşkil etdiyindən, həmin epizod üzrə onun əməlində ümumiyyətlə cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmir.
29. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.
30. Göründüyü kimi, dələduzluq cinayətləri üzrə mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği konkretləşdirilmiş əlamət kimi qanun verici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir.
31. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın miqdarı isə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün qanunverici tərəfindən müəyyən edilmiş 500 (beş yüz) manatdan yuxarı məbləği təşkil etmir.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
33. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu isə Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülmüş ittiham üzrə birinci epizoda aid əməlində cinayət tərkibi olmadığından, Məhkum barəsində aparılan cinayət təqibinə həmin hissədə bəraətverici əsaslarla xitam verilməlidir.
35. Müvafiq olaraq, ittihamın birinci epizodu üzrə məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən, ikinci epizod üzrə əməldən təkrarlıq tövsifedici əlaməti xaric edilməli, həmin epizod üzrə vurulmuş maddi ziyan 4400 (dörd min dörd yüz) manat məbləğini təşkil etdiyindən, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən eyni Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir.
36. Belə ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 23 aprel 2018-ci il).
37. Təkra rlıq insitituna dair Konstitusiya Məhkəməsi Plenumunun digər plenum qərarında isə qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 25 yanvar 2021-ci il).
38. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Mə hkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
39. Odur ki, irəli sürülmüş ittiham üzrə birinci epizoda aid məhkumun əməlində cinayət tərkibi olmadığından, yəni həmin əməl müstəqil cinayətin tərkibini yaratmadığından, onun əməlində sonrakı - ikinci epizod üzrə təkrarlıq tövsifedici əlamətinin yaranması istisna olunur. Buna görə də ittiham üzrə ikinci epizoda aid hissədə məhkum Məhkumun əməlindən təkrarlıq tövsifedici əlaməti xaric edilməli, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən eyni Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcr übəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 7, § 31, 11 iyun 2015-ci il).
41. Buna görə məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkumun təqsirli bilindiyi digər epziodlar üzrə əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən, baxılan cinayət işində birinci və ikinci epizodlara dair hissədə məhkəmə qərarlarının dəyişdirilməsi, ona həmin maddələr üzrə təyin edilmiş cəzaya münasibətdə hər hansı təsir göstərmir, bu səbəbdən hökm və qərar təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının təsviriəsaslandırıcı hissəsinin onun nəticəvi hissəsinə uyğun olmadığına dair kassasiya protestinin dəlillərini də əs aslı olmaqla təmin edilməli olduğunu qeyd edir.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarında təsviri-əsaslandırıcı hissədə ittiham üzrə birinci epizoda aid cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini, ikinci epizod üzrə təkrarlıq tövsifedici əlamətinin olmadığını təsvir etsə də, qərarının nəticəvi hissəsində müəyyən etdiklərinə aid nəticələri əks etdirməmişdir.
44. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci epizod üzrə cinayət tərkibi əlaməti olmadığı halda cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməli olmasına dair səhv nəticəyə gəlməklə yanaşı, qəbul etdiyi qərarın nəticəvi hissəsini onun təsviri-əsaslandırıcı hissəsi ilə (və yaxud əksinə) uyğunlaşdırmam ışdır.
45. Halbuki, Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmü bu Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarı giriş, təsviriəsaslandırıcı və nəticəvi hissələrdən ibarət olmalıdır.
46. Eləcə də, apellyasiya müraciətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün müəyyən hissədə ləğv edilməsi və həmin hissədə yeni hökmün çıxarılması, digər hissələrdə isə hökmün dəyişdirilmədən saxlanılması və yaxud dəyişdirilməsi üçün əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsinin hökmü həm hökmə, həm də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına və yaxud dəyişdirilməsinə dair apellya siya instansiyası məhkəməsinin digər yekun qərarına xas olan xüsusiyyətləri təsviriəsaslandırıcı və nəticəvi hissələrdə nəzərdə tutmalıdır. Apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, §§ 89 və 92, 24 dekabr 2021-ci il).
47. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, ittiham üzrə birinci epizoda aid əməllə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair müddəalar apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir.
48. Yekunlaşaraq məhkəmə kollegi yası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.1.7, 416.1.8 və 416.1.15-ci maddələrinin ümumi məzmununa görə, məhkəmə təqsirləndirilən şəxsin əməllərinin qanunun daha yüngül maddəsi ilə yenidən tövsif edilməsi halları istisna olmaqla, məhkuma ittiham elan edilməmiş əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
49. Odur ki, məhkəmə kollegiyası yekun qənaətinə görə, kassasiya protesti qismən təmin edilməli, kassasiya protestinə əsasən Gəncə Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-8/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı Məhkuma qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli, əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.3-cü maddələrinə əsasən onun barəsində cinayət təqibinə birinci epizod üzrə bəraətverici əsaslarla xitam verilməli, təqsirli bilindiyi ikinci epizod üzrə əməlindən təkrarlıq tövsifedici əlaməti xaric edilməli, həmin epizod üzrə əm əli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən eyni Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli, qərarın təsviri-əsaslandırıcı hissəsindən birinci epizodla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair müddəalar xaric edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti qismən təmin edilsin. Kassasiya protestinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-8/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı Məhkuma qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 39.3-cü maddələrinə əsasən Məhkumun barəsində həmin epizod üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilsin. Məhkuma qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə təkrarlıq tövsifedici əlamətinə dair hissə verilən ittihamdan xaric edilsin və həmin epizod üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/202 4 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən birinci epizodla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair müddəalar xaric edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-244/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.