Məhkəmə qərarları › İş №1(102)-1094/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1094/2019

10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1094/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarından Məh kum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Tağıyev) 1(004)-248/2018 nömrəli 29 avqust 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yerləşən “İnşaat Mühəndislərinin Yataqxanasının” inzibati binasında məskunlaşmış; Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhku m olunmuşdur ona görə ki, o, 27 aprel 2018-ci il tarixdə saat 01:00 radələrində şəxsiyyəti istintaqa X2 kimi məlum olan şəxslə qabaqcadan əlbir olub talanacaq əmlakın yarıbayarı bölünəcəyi ilə bağlı cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus dəyəri 200 manat təşkil edən 1 ədəd “LG” markalı televizor, dəyəri 100 manat təşkil edən 1 ədəd “Sony” markalı maqnitofonun səsgücləndiricisini, hər birinin dəyəri 80 manat təşkil edən 2 ədəd xalçanı, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 məxsus 4 cüt hər birinin dəyəri 20 manat təşkil edən qadın ayaqqabılarını, 6 ədəd hər birinin dəyəri 30 manat təşkil edən qadın paltarlarını, 5 ədəd hər birinin dəyəri 25 ma nat təşkil edən uşaq gödəkcələrini və 1 ədəd dəyəri 10 manat təşkil edən qadın əl çantasını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1(103)-1407/2018 nömrəli 27 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum barəsindəki 29 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 27 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və təyin olunmuş cəzanın endirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum onunla əsaslandırır ki, məhkəmələrin onun barəsində qəbul etdiyi ittiham hökmü və qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmələr işin bütün hallarını hərtərəfli və keyfiyyətli araşdırmamış, bütün şahidlərin ifadələrini analız etmədən qərar qəbul etmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarının 2-ci səhifəsinin birinci abzasında əks olunmuş ”zərərçəkmiş şəxslərə ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla” ifadəsi çıxarılmalıdır, çünki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmiş və onların təqsirləndirilən şəxsə qarşı hə r hansı şikayət və ya tələbləri yoxdur. Bundan başqa kassator qeyd edir ki, məhkəmə bu kimi yüngülləşdirici halları nəzərə almamış, təqsirli bilindiyi maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza növü kimi cərimə cəzası olmasına baxmayaraq, ona daha sərt cəza növü tətbiq edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna v ə işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxla ma zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum 27 aprel 2018-ci il tarixdə saat 01:00 radələrində şəxsiyyəti istintaqa X2 kimi məlum olan şəxslə qabaqcadan əlbir olub talanacaq əmlakın yarıbayarı bölünəcəyi ilə bağlı cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mənzilə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiyası məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Bundan əlavə onun həmin ci nayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqind ən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərar ında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun özünü təqsirli bilmə sini cəzanı yüngülləşdirən hal kimi və əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında iki cəza növü, yəni bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Birinci instansiya məhkəməsi də işdə cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə tərəfindən cəza təyin edilərkən yuxarıda göstərilmiş qanunun normaları və Ali Məhkəmənin Plenumunun qərarının tövsiyyələri düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gə lməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Res publikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar