Məhkəmə qərarları › İş №1(102)-1094/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1094/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1094/2021 30.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protes tinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qax rayonunun Qıpçaq kəndində pasport qeydiyyatındadır və orada yaşayır. 2. 20 avqust 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 259.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür.

3. Qax Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsinin hökmünə görə, təqsirləndirilən şəxs Məhkum qəsdən, heç bir icazəsi olmadan 2020-ci ilin yanvar ayının əvvəllərində özlərinə məxsus 1,46 hektar həyətyanı torpaq sahəsinin yanında yerləşən Qax rayon Qıpçaq bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan ərazidə meşə fonduna aid olmayan təbii bitmiş palıd cinsinə məxsus bir ədəd 155 sm diametrli, dəyəri 6150 manat və bir ədəd 156 sm diametrli, dəyəri 6200 manat, ümumilikdə dəyəri 12350 manat olan 2 ədəd köküstə bitmiş yaş palıd ağacını cinayətdən xəbərsiz Qax rayonu Uzuntala kənd sakini X5 vasitəsilə qanunsuz olaraq kəsərək Qax rayon Qıpçaq bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda maddi ziyan vurmuşdur.

5. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev ) 09 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanma sı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının onun qeydiyyatda olduğu Qax Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin ondan alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş hüququ şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayon Qıpçaq bələdiyyəsinə izah edilməsi müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protesti onunla əsaslandırıl mışdır ki, təqsirləndirilən şəxsə onun törətdiyi əməlin nəticələrinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Bu səbəbdən Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü Məhkum təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsi xahiş edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) apellyasiya protesti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. X3 Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protest i vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

9. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, yəni Məhkum əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, Məhkum cəzasını yüngülləşdirilən halları düzgün müəyyən etməmiş, onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri və eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri və işin digər halları cinayət qanunvericiliyinin tələbinə əsasən ona daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə ba xmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, həmin cəza qanunda nəzərdə tutulmuş məqsədlərinə nail ola bilməz. Məhkum dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, həmçinin ağacların onun həyətyanı sahəsində olan bitkilərə kölgə salmasını və zərərvericilərin olmasını bəhanə gətirmişdir. Bundan başqa, Məhkum zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmiş, 12.350 manat təşkil edən ziyandan bir manat da ödəməmişdir. Yəni, onun törətdiyi əməlin ictimai təhlükəli nəticələrini aradan qaldırmağa yönəlmiş hər hansı hərəkətlərini təsdiq edən heç bir sübut növü mövcud deyildir. Buna gö rə, Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

11. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan kassasiya protestinə baxılmasını mümkün saymışdır.

12. Dövlət ittihamçısı X6 çıxışında bildirdi ki, kassasiya protestini müdafiə edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarının ləğv olunub, cinayət işinin yeni apellyasiya baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

13. Məhkum çıxışında bildirdi ki, kassasiya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş edir. IV. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərb aycan Respublikası CPM-nin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində təyin edilmiş cəzanın Məhkum şəxsiyyətinə, c inayətin ağırlığına uyğun olmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Re spublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təh lükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının yuxarıda gətirilən mülahizələrinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müraciətdə irəli sürülmüş tələbin əsaslı olduğu müəyyən olunur.

24. Belə ki, Məhkum meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək külli miqdarda ziyan vurmaqda təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 259.2.4-cü ma ddəsi ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

25. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətə görə əsas cəza qismində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

26. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını müqayisə etdikdə isə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasını dəyişdirilmədən saxlayarkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları, Məhkum çəkməli olduğu cəzasının növünə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədaləti n bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzanın təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını araşdırmamışdır.

27. Halbuki, işin müəyyən olunmuş hallarına görə Məhkum dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, ağacların kəsilməsini hər hansı diqqətəlayiq səbəblə yox, sadəcə olaraq həyətyanı sahəsində olan bitkilərə kölgə salmaları və zərərvericiləri yaymaqla əsaslandırmışdır. Bundan başqa, Məhkum vurduğu ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmiş, 12.350 manat təşkil edən z iyandan bir manat da ödəməmişdir.

28. Lakin, birinci instansiya məhkəməsi cəza təyin edərkən, eləcə də apellyasiya protesti əsasında işə baxan apellyasiya məhkəməsi bu məsələləri nəzərdən keçirməmişlər.

29. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması, eləcə də kassasiya protestində gətirilən cəzanı yüngülləşdirən halların mübahisələndirilməsi üzrə digər dəlillərin ətraflı yoxlanılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.

30. O dur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellya siya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar