Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1094/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) 1 avqust 2023-cü il tarixli hökmü ilə xx.xx.1988-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müd dətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 17 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəx sin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 1(100)-92/2023 saylı hökmü apellyasiya şikayətinə və protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki o, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanu nunun İ siyahısına əsasən külli miqdarda yəni 5.226 qram narkotik vasitə olanheroini istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamış 17 may 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olarkən Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qazax şəhəri, H.Əliyev prospekti 165A ünvanında yerləşən polis şöbəsinə gətirilərək, həmin tarixdə saat 22:35-dən 22:55- dək üzərinə şəxsi axtarış keçirlərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız paketdə ağ rəngli politilen kəsiyi bükümdə həmin çəkidə narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Ape llyasiya məhkəməsi tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Məhkum əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. İşin hallarından da göründüyü kimi Məhkum külli miqdar hesab edilən 5.226 qram çəkidə heroin aşkar edilmişdir. Məhkum ifadəsinə və məhkəmə-narkoloii ekspert rəyinə əsasən heroin istifadəçisi olmaqla daimi yaşayış veri olan şəxsin yaşadığı evdə və ya hüquq-mühafizə orqanları tərəfindən aşkar edilməsi daha çətin olan digər ve rdə deyil, məhz üzərində şəxsi istehlak miqdarından təxminən 35 dəfə çox miqdarda heroini şəxsi istehlak məqsədilə saxlamaqla daşıması ağlabatan deyildir. Məhkəmə isə təqsirləndirilən şəxs Məhkum barəsində narkotik vasitələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə edib saxlaması barədə düzgün olmayan qənaətə gəlmiş, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla miqdarını və işin hallarını nəzərə almamışdır. Məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutu n qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarını ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar q əbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlə ri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsi rli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin səhv tövsif edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı qərarında istinad et diyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, 5.226 qram narkotik vasitə olan heroini istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: 17 may 2022-ci il tarixli "şəxsi axtarış keçirilməsi və götürmə” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 ədəd bükülüdə, təmiz çəkisi 6.04 qram olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür; Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlardan görünür ki, xx.xx.2022- ci il tarixdə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirlənsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci ildə isə ona elan edilmiş ittihama dəyişiklik edilərək həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsinin məhkəmə-kimyəvi-bioloji ekspertizasının 18 may 2022-ci il tarixli 16/580 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "X5 üzərindən aşakr edilmiş büküm” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki təmiz çəkisi 5,226 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəkisi 5,126 qram olmuşdu r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 08 avqust 2022-ci il tarixli, 1149 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən epizodik istifadə etmişdir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən narkotik maddələrin qanunsuz olaraq əldə edilməsi təsdiq edilsə də, bu maddələrin satış məqsədilə əldə edilməsi sübuta yetmir. Belə ki, Məhkum etirafedici ifadəsindən tutmuş, polis əməkdaşlarının ifadələri, baxış protokolu da daxil olmaqla sübutlardan heç birində bu maddələrin satış m əqsədilə əldə olunması müəyyən edilmir. İstintaq orqanı, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş, ona görə də birinci instansiya məhkəməsi onun əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələ ri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq e də biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Cinayət işinin materiallarından həmçinin görünür ki, məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitəni hər- hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və belə bağlamaların hazırlanması üçün avadanlığın olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnız bir bükümdə, əvvəlcədən hazırlanaraq xırda -xırda çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən şəxsin özünün heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi aşkar olunan narkotik vasitənin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılması barədə aşağı instansiyası məhkəmələrinin gəldikləri nəticənin əsaslı olduğunu təsdiq edir. Həmçinin, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Məhkum narkotik vasitələrin əldə edilib daşınması, saxlanması istehlakı və satışı ilə bağlı əməliyyat məlumatı daxil olsa da təxminən 1 (bir) ay müddətində aparılmış əməliyyat axtarış tədbirləri ilə onun narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Aşağı instansiya məhkəmələrində məhkəmə baxışı zamanı şahid qismində dindiril miş əməliyyat-axtarış müvəkkilləri də öz ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumat olmadığını bildirmişlər. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiqedici hal kimi yalnız həmkəndlisi olan şəxslə arasında telefon əlaqəsi olan 1 (bir) sms mətnin məzmunu əsas götürülmüşdür ki, göstərilən hal da ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş sms-in göndərildiyi X11 ifadəsi ilə tam təkzib edilmişdir. Bununla da, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyət i, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azər baycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra m üşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət e dilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki ha llarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutları n məcmusu ilə müəyyən edilmişdir.Kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1094/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1094/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver