Məhkəmə qərarları › İş №1(102)-1095/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1095/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1095/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 8 fevral 2022-ci il tarixli, 1(107)-78/2022 nömrəli hökmündən Məhkum Ramiz oğlunun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Ramiz oğlu 17 fevral 1975-cü il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2.İttiham aktı ilə Məhkum Ramiz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Məhkum Ramiz oğlu təqsirləndirilir ondan ötrü ki, Məhkum Ramiz oğlu xx.xx.2021-ci il tarixdə saat 18:45 radələrində yüngül dərəcə li sərxoş vəziyyətdə tanışları X7 və X8 qızı ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində həmin evdə qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcədə həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu - çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. 15 oktyabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqi bi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur. 3.Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 saylı qərarı ilə Məhkum Ramiz oğlunun əməli Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilərək onlar cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Məhkum Ramiz oğlu dərhal məhkəmə iclas zalından azad edilmişdir.

2. Qərardan dövlət ittihamçısı apellyasiya protesti verərək, qərarının ləğv edilməsini və Məhkum Ramiz oğlunun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə hökm çıxarılmasını xahiş etmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci tarixli, 1(107)78/2021 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(035)-42/2021 nömrəli qərarı ləğv edilmiş, Məhkum Ramiz oğlu Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum Ramiz oğlunun 04 may 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 08 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(107)-78/2021 nömrəli hökmündən Məhkum Ramiz oğlunun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etiraz

4. Məhkum Ramiz oğlunun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkum Ramiz oğlu tərəfindən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur, məhkumun törətmiş olduğu əməlinə düzgün hüquqi qiymət verilməmiş, əməli nin tövsifində səhvə yol verilmişdir. Məhkum Ramiz oğlunun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - "Azərbaycan Respublikası CPM”) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(107)-78/2022 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

5. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

6. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası CPM-in 419-cu maddəsi müəyyən edir.

7. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

8. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(107)- 78/2022 nömrəli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

9. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tər kibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

10. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

11. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inay ətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair’ 23 iyul 2021- ci il tarixli qərardadı).

13. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, birinci instansiya məh kəməsinin məhkəmə istintaqında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin verdiyi ifadələr, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, cinayət işi üzrə məhkəmə baxışı səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar tədqiq edilməmiş və araşdırılmamış, bütün bunlar isə son nəticədə X1 əməlinin qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinə səbəb olmuşdur.

14. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 12 sаylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər - sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu-çiyin oynağında hərəkətlərinin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürəkaltı nahiyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

15. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 16 sаylı rəyindən görünür ki, Məhkum Ramiz oğlunun bədənində olan xəsarətlər - sol əlin İİ-İİİ barmaqlarının orta falanqalarının arxa səthlərində sıyrıqlar küt-bir əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixinə uyğun gəlir və sa ğlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.

16. Cinayət işində olan mаddi sübutlаrın məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tаrixli 237-2021/MTKŞ sаylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinə tikilmiş, yuxarıdan aşağıya doğru 2-ci düymənin öz yerində olmaması aşkar olundu. Bu qopmuş düymənin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər.

2. Ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 02 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 05 ədəd və ön səthinin ortasında, yuxarı hissədə 02 ədəd, cəmi 9 ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr iti ucu və hər iki kənarı küt olan hər hansı bir deşici xassəyə malik alə t və ya əşyanın təsirindən törənmişdir.

3. Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş zədələrin ekspertizaya təqdim edilmiş şiş ilə və ya şişə bənzər predmetlə törənmməsini istisna etmək olmaz.

4. Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş zədələrin ekspertizaya təqdim edilmiş taxta parçasının təsirindən əmələ gəlməsi inkar olunur.

17. Cinayət işində olan maddi sübutların ekspertizasına dair xx.xx.2021-ci il tаrixli 330/2021- MTBŞ sаylı rəyindən görünür ki,

1. Məhkum Ramiz oğlunun AB0 sistemi üzrə qan qrupu O (1)-dir.

2. Ekspertizaya təqdim olunmuş 01 ədəd taxta parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələr ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O(İ) q ruplu şəxsə, o cümlədən də Məhkum Ramiz oğluna məxsus ola bilər.

18. Cinayət işində olan maddi sübut kimi tanınma haqqında 07.072021-ci il tarixli qərardan görünür ki, Məhkum Ramiz oğlu və X2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirdikləri 01 ədəd şiş, 01 ədəd taxta parçası və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlaması otağına təhvil verilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir. ki, cinayət işində olan Zərdab rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 052176 nömrəli vəsiqənin surətindən görünür ki, Məhkum Ramiz oğlu müharibə veteranıdır. Cinayət işində olan Zərdab rayon İİHB-nın Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nü mayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində 01 nəfər azyaşlı uşağı vardır.

20. Cinayət işində olan Zərdab rayon İİHB-nın Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X8 qızı həmin kənddə tək-tənha yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovun şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir». Həmin qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. 22. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin icmalında qeyd edilir ki, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalar a etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir.

11. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni hökm çıxarmışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1 -ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

12. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(107)-78/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

13. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Ramiz oğlunun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(107)-78/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar