Məhkəmə qərarları › İş №1(102)-1095/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1095/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1095/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Elşad Yaquboviç Şamayev və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 26 yanvar 2022-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Siyavuş Hacıyev (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Eldar Mikayılov) 15 sentyabr 202-ci il tarixli, 1(101)288/2021 nömrəli hökmü ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 20 20-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmək məqsədi ilə internetdən istifadə etməklə “Teleqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Bakı şəhəri Balaxanı qəsəbə sakini X6 ilə «WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq sonuncu ilə 340 manata danışıb razılaşmış, daha sonra sonuncunun göndərdiyi Məhkum1 məxsus **********593017 nömrəli "Kapital Bank" hesab kartına 09 fevral 2020-ci il tarixdə saat 00:15:37-də Bakı şəhəri Hovsan qəsəbəsində yerləşən “Araz” marketdə yerləşən “Milli Ön” ödəmə termin alı vasitəsi ilə 220 manat pul köçürmüş, bundan sonra X2 «WhatsApp” sosial şəbəkə hesabına göndərdiyi ünvana, yəni Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altında içərisində külli miqdarda narkotik vasitə heroin olan siqaret qutusu və içərisində psixotrop maddə metamfetamin olan kibrit qutusunu götürüb satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 09 fevral 2020-ci il tarixdə saat 08:30-da özünü şübhəli apardığına görə ünvan 3 ünvanın qarşısında Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 35-ci polis şöbəsinə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içər isində iki ədəd sellofana bükülmüş ayrı-ayrılıqda çəkiləri 13,163 qram və 0.800 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin əynindəki qara rəngli paltonun sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,885 qram və 0,432 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli maddə kütləsi yəni kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Əli Seyfəliyev və Qədim Babayev) 26 yanvar 2022-ci il tarixli 1(103)-117/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 1(101)-288/2021 nömrəli hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli 1(103)-117/2022 nömrəli qərarının dəyişdirilməsini, törətdiyi cinayət əməlinin CM-in müvafiq maddəsinə düzgün tövsif edilməsi haqqında qərar çıxarılmasını və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhku m2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi materiallarında onun narkotik vasitələrin satış məqsədi ilə əldə etdiyi təsdiq edən bir dənə də olsun dəlil, sübut və fakt yoxdur. Hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi bağlı hər hansı sübut müəyyən edilməmiş və qeyd edilmiş narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilmir. Etiraf edir ki, o, narkotik vasitələri qəbul edir. Məhkəmə-narkoloji ekspertizası da öz rəyində onun narkoloji xəstəlikdən əziyyət çəkdiyini və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu qeyd edir. Hesab edir ki, məhkəmələrin onun narkotik vasitələri satış məqsədi ilə əldə etməyi, saxlamağı ilə bağlı gəldiyi nəticə əsassızdır, cinayət işi üzrə sübutlar CPM-in 143-146-cı m addələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işində narkotik vasitələri satmaq niyyəti sübuta yetirilmədən barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutul muş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda mə hkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər S.K.Şəfiyevin, Şahid2, Şahid3, Şahid4, Şahid5, T.Y.Ağayevin və Şahid8 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməs i müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum2 dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş ş ahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum2 narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətini təsdiq edən hallar - narkotik vasitə və psixotrop maddənin növü və çəkisi hazırki iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum2 əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum2 əməllərinin cina yət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırı lmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM- in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar