Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1095/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi Abdullayev Samir Tofiq oğlunun iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Göygöl şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddə ləri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 1(104)-343/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(100)-16/2024 nömrəli hökmü ilə (hakimlər D.H.İmanov (sədrlik edən), E.İ.Rüstəmov və R.N.Ələkbərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.1-ci maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddəti nin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin Azərbaycan Respublikası CM-in 75.1.1ci maddəsinə əsasən həmin Məcəllənin 228.4-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Abdullayev Samir Tofiq oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və S.B.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli qərarından müdafiəçi Abdullayev Samir Tofiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum X3 çağırışı ilə əlaqədar 15 fevral 2022-ci il tarixdə saat 21 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Jildom” çay evinə gəldikdən sonra x ona həmin gün, yəni 15 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Göygöl şəhər Avtovağzalının yaxınlığında yerləşən “Elit” kafesində olan zaman yetkinlik yaşına çatmamış Şahid7 oğluna, onun bacısını sevməsi ilə bağlı irad tutmasına görə düzgün hərəkət etmədiyini bildirməsi, onun isə x artıq bu mövzuda araşdırma apardıqlarını və bu barədə bir daha söhbət aparılmasına ehtiyac olmaması cavabını verməsi səbəbindən həmin şəxsi, şəxsi münasibətlər zəminində aralarında baş vermiş m übahisə zamanı əlbəyaxa olduqları vaxt o, məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək üstündə gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, ov tipli soyuq silah hesab edilən bıçaqla x azı 4 zərbədən əmələ gələn 6 ədəd deşilmiş-kəsilmiş yaraların yaranması ilə nəticələnən, sonuncunun döş boşluğuna nüfuz etməyərək yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının bayır səthində 1 ədəd və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan sol təpə-gicgah nahiyyəsində 1 ədəd sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər, yumşaq toxumaların zədələnmələri ilə müşayiət edilən sağ bazunun orta 1/3-nin bayır səthində 1 ədəd, ön-iç səthində 1 ədəd sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, qarın boşluğuna nü fuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sol yarısının ön divarında 1 ədəd sağlamlığa ağır zərər və döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən bilavasitə ölümünə səbəb olan sağlamlığa ağır zərər yetirməklə X4 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Abdullayev Samir Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin mühüm hallarının araşdırılmasından əsassız olaraq imtina edilmiş, nəticədə Məhkum Cinayət Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətini törətdiyi halda onun əməli düzgün olmay araq qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuş və Məhkum həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi Məhkum əməlinin Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə tövsif edilməsini tələb edən hallar kimi xüsusilə ona istinad etmişdir ki, mərhum X (dəfələrlə telefonla zəng edərək təkidlə onu söhbətə çağırması) və onun yanında gəlmiş x təhrikedici hərəkətləri (aqressiv davranış fonunda özü ilə gətirdiyi çapacaqla Məhkum təhqirlərlə hücuma keçməsi) Məhkum özünü müdafiə etməsi üçün hərəkətlər etməsinə sövq etmiş, Məhkum məhz hücumunu dəf etmək istəyərkən əlindəki bıçaqla mərhum zərərçəkmiş şəxs x sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 23 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini, həmçinin onun əməlinin CM-nin 120.1-ci maddəsindən CMnin 123-cü maddəsinə tövsif etməklə, yeni qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protesti nə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Abdullayev Samir Tofiq oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhku m əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını qeyd edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 123-cü maddəsinə tövsif edilməsi və ona CM-in 123-cü maddəsi ilə yüngül cəzanın təyin edilməsi, həmçinin Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və ona CM-in 228.4-cü maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-41 6.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçü n mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirkarın əməlində qəsdən adam öldürmə cinayətinin deyil, zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayətinin tərkibinin olması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən onun müdafiəçin iştirakı ilə ibtidai istintaqda verdiyi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməllərinin faktiki məzmunu, onun əməllərinin Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə tövsif edilməsi, sonuncunun bu maddələrlə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Kassasiya şikayətinin müəllifinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı iddialarına gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsində zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) “özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. CMin 36.1-ci maddəsin ə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-in 36.2-ci maddəsinə əsasən zəruri müdafiə hüququ “dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur”. CM-in 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqlarını, dövl ətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur, belə qəsddən həmin obyektləri mühafizə etmək tələbatının yaranmasından irəli gəlir. Müdafiə olunmaq hüququ dedikdə isə, şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb-qurtarması deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlər ilə qarşılıq verməsi (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Hüquq ədəbiyyatında hakim mövqe kimi qəbul edilən və düzgünlüyü hüquqtətbiqetmə təcrübəsi ilə təsdiq edilən yanaşmaya görə zəruri müdafiənin qanuniliyini şərtləndirən bir sıra əlamətlər var ki, onlar ictimai təhlükəli qəsdi və yaxud müdafiəni xarakterizə etməsindən asılı olaraq iki qrupa bölünür və şəxsin əməlinin hətta bu şərtlərdən birinin tələbinə cavab ver məməsi artıq onun vəziyyətinin zəruri müdafiə kimi qiymətləndirilərək bu əsasla cinayət məsuliyyətindən azad edilməsinin qarşısını alır. Birinci qrupa, yəni ictimai təhlükəli qəsdə aid olan şərtlər (əlamətlər) aşağıdakılardır. _ Qəsd edənin əməli ictimai təhlükəli olmalı və xarakterinə görə, əgər qəsd edənin iradəsindən asılı olmayan hər hansı hal baş verməzsə, o cümlədən qəsdə məruz qalan müdafiə oluna bilməzsə, sonuncunun və ya başqasının həyatına, sağlamlığına, CM-in 36.1ci maddəsində sadalanan digər obyektlərə zərər vura bilən olmalıdır (belə zərər vurma potensialına malik olmalıdır). Bu şərtə görə müdafiə üzrə hərəkətlər qəsd edənin məhz ictimai təhlükəli olan və xarakterinə görə CM-in 36.1-ci maddəsində göstərilən obyektləri təhlükə altına alan hərəkətlərinə qarşı törədilməlidir. _ Q əsd mövcud (başa çatmamış) olmalıdır. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəsd edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər. Və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə (nə vaxt ki, müdafiə olunan şəxs tərəfindən ictimai təhlükəli qəsdin davam etməsi ağlabatanlıqla və vicdanlı şəkildə güman edilir) hərəkət zəruri müdafiə vəziyyətində törədilən əməl kimi qiymətləndirilə bilər. _ Qəsdin həqiqiliyi (real olması) bu qrupa aid olan üçüncü şərtdir. Bu şərtə görə CMin 36.1-ci maddəsində sadalanan obyektləri təhlükə altına alan qəsd xəyali olmamalı, obyektiv olaraq mövcud olmalıdır. Zəruri müdafiənin qanunauyğunluğunu göstərən müdafiəyə aid edilən şərtlər isə aşağıdakılardır. _ Müdafiə (müda fiə üzrə hərəkətlər) əgər ictimai təhlükəli qəsd dairəsi qanunla (CMin 36.1-ci maddəsi ilə) müəyyən edilmiş obyektlərə yönəlmişsə (onları təhlükə altına almışsa) zəruri (qanunauyğun) ola bilər. _ İctimai təhlükəli qəsdə məruz qalmış şəxs müdafiə olunarkən zərəri məhz qəsd edənə yetirməlidir. Bu şərt birbaşa CM-in 36.1-ci maddəsinin məzmunundan irəli gəlir və onu ehtiva edir ki, zəruri müdafiə zamanı müdafiə üzrə hərəkətlərdən zərər görən - ictimai təhlükəli qəsdi törədən şəxs olmalıdır. _ Zəruri müdafiənin qanunauyğunluğunu şərtləndirən üçüncü şərt müdafiənin qəsdin xarakterinə və təhlükəliliyinə uyğun gəlməsini tələb edir. Müdafiə olunan yalnız qəsdən (ehtiyatsızlıqdan deyil), həm də açıq-aşkar qəsdin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə uyğun gəlməyən hərəkətlər törətdikdə, zərur i müdafiənin qanuniliyi tələbi pozulmuş olur və belə hərəkətlər CM-in 36.3-cü maddəsinə əsasən zəruri müdafiə həddini aşma kimi qiymətləndirilməlidir. Müdafiənin qəsdə uyğun gəlməsi o demək deyil ki, müdafiə üzrə hərəkətlər yalnız adi müqavimət göstərmə, məsələn zərbələrdən yayınma, hücum edənin əlini tutma, özündən kənarlaşdırma kimi hərəkətlərlə məhdudlaşdırılmalıdır. Zəruri müdafiə qəsdə məruz qalmış şəxsin müxtəlif hərəkətlərində, o cümlədən qəsd edənin sağlamlığına zərərin vurulmasında, həyatdan məhrum edilməsində, əmlakının zədələnməsində və ya məhv edilməsində, azadlığının məhdudlaşdırılmasında və s. ifadə oluna bilər. Bu və ya digər qəsdən törədilən əməlin zəruri müdafiə həddini aşmaqla törədilməsinə görə CM-in xüsusi hissəsinin ayrıca normasında belə əlamətlə müşayiət olunmayan əm əllə müqayisədə daha yüngül məsuliyyət müəyyən edilibsə, əməl məhz həmin (xüsusi halı müəyyən edən) cinayət-hüquqi norma ilə tövsif olunmalıdır. Təsvir edilənlərdən çıxış etməklə birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları barədə və onların hüquqi qiymətləndirilməsi üzrə qənaətləri təhlil edildikdə, müəyyən olunur ki, Məhkum hadisənin baş verdiyi yerə gedərkən üzərində qabaqcadan əldə edərək üstündə gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, ov tipli soyuq silah olmuş, mərhum zərərçəkmiş şəxsdə hər hansı alətlə və ya vasitə olmamış, təqsirkar mərhum zərərçəkmişə 6 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirmişdir. Ən vacib məqam ondan ibarətdir ki, mərhum zərərçəkmiş şəxs Xn Məhkum qarşı real ictimai təhlükəli qəsdi mövcud olmamışdır. Eyni ilə ka ssasiya şikayətinə diqqət etdikdə də, müəyyən olunur ki, müəllif Məhkum hərəkətlərində qəsdən adam öldürmə cinayətinin tərkibinin olmaması barədə fikrini onunla əlaqələndirir ki, x yanında gəlmiş x1 özü ilə gətirdiyi çapacaqla Məhkum hücuma keçməsi sonuncunun özünü müdafiə etməsi üçün hərəkətlər etməsinə sövq etmiş, Məhkum məhz hücumunu dəf etmək istəyərkən əlindəki bıçaqla x sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Göründüyü kimi kassator Məhkum hücum edən şəxsin mərhum zərərçəkmiş şəxs Xn deyil, Xn olduğunu vurğulamaqla ehtimal olunan zərərin məhz X tərəfindən yetirilməsində israr edir. Kollegiya qeyd edir ki, sadalanan hallar Məhkum Xn ölümünə səbəb olan zərərin vurulması ilə nəticələnmiş əməlini CM-in 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində olan və ya CM-in 36.3-cü maddəsinə əsasən zəruri müdafiə həddini aşan əməl olaraq qiymətləndirilməsini istisna edir. Belə ki, zəruri müdafiənin qanunauyğunluğunu müəyyən edən əsas xüsusat ondan ibarətdir ki, ictimai təhlükəli qəsdə məruz qalmış şəxs müdafiə olunarkən zərəri məhz qəsd edənə yetirməlidir. Bu şərt birbaşa CM-in 36.1-ci maddəsinin məzmunundan irəli gəlir və onu ehtiva edir ki, zəruri müdafiə zamanı müdafiə üzrə hərəkətlərdən zərər görən – ictimai təhlükəli qəsdi törədən şəxs olmalıdır. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan görünür ki, mərhum zərərçəkmiş şəxs X Məhkum qarşı real ictimai təhlükəli qəsdi mövcud olmadığı halda, Məhkum tərəfindən zərərçəkmişə onun ölümünə səbəb olan 6 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirilmişdir. Bu da öz növbəsində Məhkum hərəkətləri ilə CM-in 36.1-ci maddə sinin məzmunundan əksini tapmış - müdafiə olunanın hərəkətlərindən zərər çəkənin yalnız ictimai təhlükəli qəsdi törədən şəxsin olması barədə tələb arasında uyğunluğun olmamasına, sonuncunun hərəkətlərinin məhz zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməsinə yönəldiyini təsdiq edir. Odur ki, kollegiya məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını və onların bu hallardan hasil etdiyi hüquqi nəticələri yəni Məhkum əməlində Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin tərkibinin olması barədə yekun qənaətlərini və bu qənaəti əks etdirən yekun məhkəmə aktlarını şübhə altına almaq üçün əsas görmür. Belə olan halda müdafiəçinin məhkəmələr tərəfindən sübutların cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surət də tədqiq edilibqiymətləndirilməməsi, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etməmələri haqqında mülahizələri əsaslı sayıla bilməz. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən (CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş), cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cina yət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilə n əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 1(104)-343/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Abdullayev Samir Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 sentyabr 2024-cü il tarixli, 1(104)-343/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1095/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1095/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver