Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1096/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum, Müdafiəçilər – Sumqayıt şəhəri 01 saylı vəkil bürosunun vəkili Əsədov Kərimxan Əmirxan oğlunun, Bakı şəhəri 13 saylı vəkil bür osunun vəkili Qənbərov Ramin Məhəmmədəli oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2019-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1 və 120.2.11ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2019-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.V.Salmanov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasnın Şahbuz rayonun da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla, Ünvan2 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1. və 120.2.11-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 181.3.3-cü maddəsi ilə 13 il müddətinə, CM-nin 120.2.1. və 120.2.11-ci maddələri ilə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3. və 56.2-ci maddələrinə əsasən cəzasının ilkin 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cə zaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. xx xxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi işlə məşğul olan, subay, natamam orta təhsilli, Ünvan1 ünvanda qeydiyyatda olmaqla Ünvan2 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 181.3.3-cü maddəsi ilə 13 il müddətinə, CM-nin 120.2.1 və 120.2.11-ci maddələri ilə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 19 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3. və 56.2-ci maddələrinə əsasən cəzasının ilkin 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən5oğlu təqsirli bilinərək məhkum edimişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarı ilə (sədrlik edən N.R.Mövsümov, hakimlər F.G.Zeynallı və E.M.Əhmədov) Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddələri, Təqsirləndirilən şəxs3 Sərdan oğlunun və Qurbanov Kamran Kamil oğlunun Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs4 aid olan hissədə dəyişdirilərək, Məh kum1 əməli Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.11-ci maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum2 əməli Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.11-ci maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilərək, ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarından kassasiya protesti verilərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt A pelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarını Məhkum1 və Məhkum2 aid hissədə ləğv olunaraq işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək, Məhkum1 və Məhkum2 dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı protestə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən V.C.Cəfərov, hakimlər R.O.Əsgərova və M.Ə.Rzayev) Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.3.3cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 aid olan hissədə dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1. və 120.2.11-ci maddələri ilə təyin edilmiş 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin olunmuş cə zaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 18 (on səkkizi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3. və 56.2-ci maddələrinə əsasən Məhkum1 qəti olaraq olaraq təyin edilmiş 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının ilkin 3 (üç) ili “həbsxana”da, qalan hissəsi isə “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 12 (on iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1. və 120.2.11-ci maddələri ilə təyin edilmiş 19 (on doqquz) il azadlıqdan məhrum etmə cəzası 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına endi rilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3. və 56.2-ci maddələrinə əsasən Məhkum2 qəti olaraq olaraq təyin edilmiş 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının ilkin 3 (üç) ili “həbsxana”da, qalan hissəsi isə “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Məhkum1 2017-ci ilin sentyabr ayında Abşeron rayonunun Saray qəsəbəsindəki “Yetər” şadlıq sarayının yerləşdiyi binanın 1-ci mərtəbəsindəki “Topaz” idman mərc oyunları məntəqəsində olarkən həmin məntəqədə satıcı işləyən Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Beton zavod adlanan ərazidə müvəqqəti yaşayan Nadirli Amal Mobil oğlunun gecə vaxtı məntəqəni bağlayıb işdən çıxmasından əvvəl kassada olan 1000 manata yaxın məbləğdə olan pulu cibinə qoyduğunu görüb gün ərzində kassada yığılan pulların sonuncu tərəfindən hər gün evinə aparıldığını zənn edərək ona basqın edib quldurluq yolu ilə pulları ələ keçirmək qərarına gəlmişdir. Məhkum1 bir neçə gün Amal Nadirlini izləyərək işdən çıxdığı vaxtı və evləri nə getdiyi hərəkət marşrutunu dəqiqləşdirdikdən sonra 23 sentyabr 2017-ci il tarixdə tanışları Abşeron rayon sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə görüşündə onlara cinayətkar niyyəti barədə danışıb cinayətin törədilməsinə iştirak etmələrini təklif edərək əldə ediləcək puldan onlara da pay verəcəyini vəd edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Məhkum1 qrupun üzvləri arasında rolları bölüşdürərək Təqsirləndirilən şəxs3 quldurluq cinayəti törədilərkən vəzifəsinin bir qədər kənarda durub gözlənilməz müdaxilənin qarşısını almasını, Təqsirləndirilən şəxs4 isə Amal Nadirlinin işdən çıxıb evə gedərkən onu təqib etmək üçün avtomaşın tapmasını, sonuncunun “Topaz” mərc oyunları məntəqəsindən çıxarkən mindiyi avtomobilin markası və dövlət nömrə nişanı barədə məlumat verməsini tapşıraraq taksi kimi istifadə üçün Təqsirləndirilən şəxs4 tanışı Babayev Çingiz Atamoğlan oğlunu dəvət etməsini bildirmişdir. Bundan sonra Məhkum1 24 sentyabr 2017-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər tanışı Abşeron rayon sakini Məhkum2 ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 3 saylı orta məktəbin yaxınlığında görüşdükdə Məhkum2 da əldə ediləcək puldan pay verəcəyini vəd edərək Amal Nadirlinin üzərində olan pulu quldurluq yolu ilə ələ keçirilməsində iştirak etməsini təklif edib onu da qabaqcadan əlbir olan bir qrup şəxs halında olan cinayətkar qrupa daxil etmiş, əvvəlcədən razılaşdırdıqları kimi Təqsirləndirilən şəxs4 çağırışına əsasən Çingiz Babayev istifadəsində olan «VAZ 21 06» markalı avtomobillə oraya gəlmiş, sonuncuya Amal Nadirliyə qarşı quldurluq etmələri barədə niyyətlərini gizlədərək onları Sumqayıt şəhəri istiqamətində aparmasını xahiş etimişdir. Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs3la birlikdə Çingiz Babayevin idarə etdiyi avtomobilə minərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Tramplin” adlanan əraziyə gedib avtomaşını orada saxladaraq Təqsirləndirilən şəxs4 telefon zəngini gözləmişlər, Təqsirləndirilən şəxs4 öz növbəsində Amal Nadirlinin işlədiyi “Topaz” mərc oyunları məntəqəsinə gedərək sonuncunun işdən çıxmasını gözləmişdir. O, saat 23-də telefonla zəng edib Amal Nadirlinin işdən çıxaraq gümüşü rəngli “Mersedes” markalı avtomobilə mindiyini xəbər vermişdir. Həmin avtomobil onların dayandığı yerdən keçdikdə Məhkum1 Çingiz Bab ayevə maşını Amal Nadirlinin olduğu avtomobilin arxasınca sürməyi tapşırmışdı. Həmin avtomobil Sumqayıt şəhəri istiqamətində hərəkət edib 18-ci mikrorayon ərazisində dayanmış və Amal Nadirli avtomobildən düşüb 7 saylı marşrut avtobusuna minmişdir. 7 saylı marşrut avtobusu növbəti dayanacaqda dayandıqda Məhkum1 Məhkum2 avtomobildən düşüb avtobusa minməsi barədə göstəriş vermişdir. Məhkum1 növbəti dayanacaqda özü də avtomobildən düşərək həmin avtobusa minmişdir. Avtobus 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binalar adlanan ərazidə dayandıqda Amal Nadirli avtobusdan düşüb avtovağzal istiqamətində hərəkət etmişdir. Bu vaxt Məhkum1 da Məhkum2la birlikdə avtobusdan düşmüşdür. Bunu görən Təqsirləndirilən şəxs3 da Çingiz Babayevin idarə etdiyi avtomaşından düşərək onlarla birlikdə Amal Nadirlinin arxasınca gedib cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmişdirlər. Onlar birlikdə təqribən 500 metr məsafəni Amal Nadirlinin arxasınca gedərək onu təqib etmişlər. Amal Nadirli avtovağzaldakı yarmarka ərazisinə çatdıqda Məhkum1 Təqsirləndirilən şəxs3 gözlənilməz vəziyyət olduğu halda müdaxilə etmək üçün hadisə yerindən təqribən 100 metr aralıda dayanmasını tapşırmışdı. Bundan sonra Məhkum2 Amal Nadirliyə arxadan yaxınlaşararaq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib onun belindən tutaraq qaldırıb sağ çiyini üstə asfalta çırpmışdır. Məhkum1 isə Amal Nadirlyə yaxınlaşıb hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək sağ yumruğu ilə sağ çiyin və sinəsi üstə asvalt örtük üzərində uzanmış vəziyyətdə qalıb başını yuxarı qaldıraraq yuxarı baxan Amal Nadirlinin çənəsinin sol tərəfindən vuraraq Məhkum2la birlikdə sonuncuya sağ dirsək oynağının arxa səthinin, sağ baldırın yuxarı 1/3nin arxa səthinin, sağ bazu oynağının arxa səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının, sol bud nahiyəsinin qançırları və burun nahiyəsinin, sol qaş nahiyəsinin fasiləli sıyırıqları kimi sağlamlığa zərər vurmayan, subdral hematoma, baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayət olunan, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sağ təpə nahiyyəsinin əzilmiş yarası, sağ gicgah nahiyyəsinin qançırı, sıyırığı, sol gözətrafı nahiyənin qançırı, şişkinliyi, sol gözün ağlı qişasına qansızma ağır xəsarətləri yetirərək Amal Nadirlinin üzərində olan 600 manat pulu və “Samsun g” markalı mobil telefonu götürüb quldurluq etmişdir. Eyni zamanda o, zərərçəkmiş şəxsə həyat üçün vacib olan orqanlarına ağır xəsarətlər yetirməklə nəticədə inkişaf edən baş-beyin travması ilə nəticələnib ölümünə səbəb olan ağır xəsarətlər yetirib razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq Məhkum2la bir qrup şəxs halında quldurluqla əlaqədar Amal Nadirlini qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Bundan sonra onlar cinayət yolu ilə əldə edilmiş 600 manat pulu öz aralarında bölüşdürmüşlər. KASSASİYA ŞİKAYƏTİ, KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmündə təqsirləndirilən şəxslərin mərhum Amal Nadirlini ö ldürmək niyyətinin olmaması kimi ifadələrini yanlış olaraq özlərini müdafiə xarakterli ifadələr və cinayət məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirilmiş, ifadələrinin bir hissəsi sübut kimi qəbul edilmiş, digər hissəsi qəbul edilməmiş, lakin hökmdə qeyd edilmişdir ki, təqsirli şəxslərin cinayət əməllərini etiraf etmələri cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Mərhumun öldürülməsi və ya ağır xəsarətləndirilməsi barədə təqsirli şəxslər arasında heç bir razılaşma olmamışdır, yəni ölüm sözü olan bir cümlə təqsirli şəxslər arasında işlədilməmiş, mərhumun ölməsi ehtimalı belə düşünülməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 35-ci maddəsində ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsindən bəhs edildiyini, yəni icraçı tərəfindən razılaşdırılmış ümumi niyyət dən kənara çıxmaqla, cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunduğunu, icraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Müdafiəçi Əsədov Kərimxan hesab edir ki, Məhkum2 əməlində qəsdən adam öldürmə cinayətinin tərkibi yoxdur, əgər bu cinayət üzrə icraçının ekstsessindən söhbət gedərsə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 35-ci maddəsinin təsiri altına düşməsi iş materialları ilə təkzib olunur, yəni təqsirli şəxsin əməlində (ağır xəsarəti yetirən şəxs müəyyən olduğu halda) yalnız CM- nin 126.3-cü maddəsinin tərkibi ola bilərdi. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 əməllərinin tövsifində səhvə yol vermiş, nəticədə əsassız ittih am hökmü çıxarıldığını qeyd etmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər bu cinayəti planlaşdırarkən zərərçəkmiş şəxsə xəsarət yetirmək, onu huşsuz vəziyyətə salaraq pulunu, əmlakını ələ keçirməyi qəsd etmişlər. Mərhum Amal Nadirli basqına məruz qaldıqdan sonra aldığı xəsarətlərdən ölmüşdür. Quldurluq cinayəti 24.09.2017-ci il tarixdə axşam radələrində baş vermiş, mərhum ertəsi gün, yəni 25.09.2017-ci il tarixdə xəstəxanada ölmüşdür. Təqsirli şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinin tərkibi deyil, həmin Məcəllənin 126.3-cü maddəsinin tərkibi olduğu kassasiya şikayətində iddia edilmişdir. Odur ki, göstərilənlərə əsasən, hüquqlarını müdafiə etdiyi məhkum Məhkum2 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə əməlini Azər baycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanksiyası hüdudlarında cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkum müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq, məhkumlar cinayət hadisəsi baş verdikdən sonra öz ifadələrində zərərçəkmiş şəxsin ölümünü bir birinin üzərinə atmaqla məsuliyyətdən yayınmaq istədiklərini və bu fikirnən müdafiə tərəfi olaraq razı olduğunu, beləki ki, nə ibtidai istintaqda nədəki birinci instansiya məhkəməsində iki məhkumun hansının zərbəsindən sonra zərərçəkmiş şəxsin öldüyü müəyyən edilmədiyini, məhkum Məhkum2 hadisə günü Rusiya Federasiyasından gəldiyini və qabaqcadan heç bir razılaşmanın olmadığını, sadəcə mehmanxanada söhbət zamanı kiminsə digər məhkuma borclu olduğunu və borcu almaq üçün bir yerdə getdiklərini, şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz etdiyini və protestin təmin edilməməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkum Məhkum1 müdafiəçisi Qənbərov Ramin Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Fərid Bağırovun və Məhkum2 şəxsiyyətlərinə, törətdikləri cinayətin ictimai təhlükəliliyinə və ağırlığına uyğun olmayan həddə yüngül cəza təyin edilmişdir. Belə ki, məhkəmə baxışında tədqiq edilən sübutlardan görünür ki, məhkəmənin təqsirləndirilən şəxsin əməlini tövsif etdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət deyil, ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan əməldir. Habelə, onların hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılamasına fəal köməklik göstərmə kimi hallar olmamışdır. Təqsirləndirilən şəxslər mərhumun ölümünə səbəb olan xəsarətin yetirilməsini biribirilərinin üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışmışlar. Təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq üçün özünümüdafiə xarakterli ifadələr vermişdir. Belə olan halda məhkəmə təqsirləndəndirilən şəxslərin “cinayəti etiraf edib əməlindən peşman olması” halına istina d edib cəza müddətini aşağı endirməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə cəza müddətini aşağı həddə endirərkən onların müsbət xarakterizə olunmalarını nəzərə almışdır. İşin hallarına əsasən müəyyən edilmişdir ki, əvvəllər boks və güləş idman növü ilə məşğul olan, zərbələrinin gücünə və insan zəninin həyat üçün təhlükəli nöqtələrinin yerinə bələd olan təqsirləndirilən şəxslərdən - Məhkum2 güləş fəndi işlədib zərərçəkmiş şəxsi asfalt örtüklü yerə yıxmaqla, digər Məhkum1 isə asfalt örtüklü yerdə uzanıqlı vəziyyətdə olan yumruqla zərərçəkmiş şəxsin həyatı vacib orqanı olan - yalnız baş və sifət nahiyəsinə xəsarətlər yetirmiş, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ən xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Amal Nadirliyə yetirmiş olduqları xəsarətlər ölə biləcəyin i yəqinliklə bilib, bunu dərk edərək Amal Nadirlinin ölməsinə şüurlu surətdə yol verməklə, hadisə yerini tərk edərək, zərərçəkmişin aldığı xəsarətlərdən ölməsi ilə nəticələnən qəsdən adam öldürmə cinayət əməlini törətmişlər. Göründüyü kimi təqsirləndirilən şəxslər idman növləri ilə məşğul olaraq əldə etdikləri fiziki İçdən cinayət xarakterli qanunsuz əməllər üçün istifadə etmişdir ki, bu da onların şəxsiyyətini müsbət mənada xarakterizə edilməsini istisna edir. Odur ki, göstərilənlərə əsasən, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddələri məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarını onara aid hissədə ləğv etməklə, cinayət işinin yenidən apellyasiya məhkəməsində məhkəmə baxışına tə yin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini, eyni zamanda məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum2 müdafiəçisi K.Ə.Əsədov tərəfindən verilmiş k assasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin düzgün tövsif olunmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən hər iki məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odu r ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. İlkin olaraq məhkəmə kollegiyası məhkum Məhkum2 müdafiəçisi K.Ə.Əsədovun əməlin tövsifinin mübahisələndirilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tö rədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum2 verilmiş zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilmiş quldurluq, bir qrup şəxs tərəfindən və quldurluq ilə törədilmiş qəsdən adam öldürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə ic lasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 181.3.3, 120.2.1 və 120.2.11-ci maddalər ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhk umun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.11-ci maddələri ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhr um edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən mə hkəmə kollegiyası hesab edir ki, məhkum Eyvaz Muradovun zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədilmiş quldurluq, bir qrup şəxs tərəfindən və quldurluq ilə törədilmiş qəsdən adam öldürmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum2 müdafiəçisi K.Ə.Əsədovun kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin düzgün tövsif olunmadığına dair iddiaları apellyasiya qərarının dəyişdirilməsi üçün əsas ola bilməz. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələ ndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və məhkumlar Məhkum1 və Məhkum2 törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakter ini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanunu nun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sü butlara əsasən müəyyən edilir. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdiric i halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və b aşqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafi q materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanunni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Eyv az Muradov və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, cİnayət əməllərini etiraf etməklə onun sübuta yetirilməsinə və digər şəxslərin ifşa olunmasına kömək etmələri), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Eyvaz Muradov və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayə t qədər ədalətli cəza təyin edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacaqlarını və cəzanın məqsədinə daha ağır cəza təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı t ərəfindən verilmiş kassasiya protesti və məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutara q məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2019-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 120.2.1 və 120.2.11ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərardan dövlət ittihamçısının kassasiya protestinə və məhkum Məhkum2 müdafiəçisi Əsədov Kərimxan Əmirxan oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1096/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1096/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver