Məhkəmə qərarları › İş №1(102)-1096/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1096/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1096/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, bəraət almış şəxs Məhkum və müdafiəçisi X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli bəraət hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, X18 və X11 ibarət tərkibdə) 22 sentyabr 2021-ci il tarixli hökmü ilə 17 avqust 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək on a 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 27 avqust 2020-ci il tərixdən 22 sentyabr 2021-ci il tarixədək 01 (bir) il 26 (iyimi altı) gün müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 23 fevral 2022-ci il tarixli hökmü ilə Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş ap ellyasiya protesti təmin edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «22» sentyabr 2021-ci il tarixli, 1(100)-105/2021 nömrəli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Məhkum qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması, qanunsuz olaraq barəsində ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilmişdir. Məhkum barəsində seçilmi ş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,675 qram olan "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla da şıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, 27 avqust 2020-ci il tarixdə saat 06:50 radələrində orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,070 qram və 9,605 qram olmaqla ümumi təmiz çəkisi 21,675 qram eyni tərkibli kustar üsulla hazır lanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Gəncə Apelyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum təqsirliliyini təsdiq edən mötəbər sübutlar əldə olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 3759 nömrəli xasiyyətnamə və arayışlarından görünür ki, Məhkum müsbət xarakterizə olunur, lakin narkotikə meyilli olması göstərilmişdir. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X19 tərəfindən tərtib edil miş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05.00-da Məhkum ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, əgər narkotik vasitənin ona məxsus olmasını boynuna almazsa qardaşının da həbs olunacağı, ailə üvlərinin daha da əziyyət çəkməməsi üçün aşkar olunan narkotik vasitəni boyn una alması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs Məhkum yaxın qohumu olduqlarından şahidlər X15 və X5 verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etməmişdir. Məh kəmənin qənaətinə görə təqsirləndirilən şəxs Məhkum CM-in 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə dövriyyəsi qadağan edilən 21,675 qram kustar üsulla hazırlanmış heroin mövcu ddur, lakin həmin heroinin Məhkum heç bir aidiyyəti yoxdur. Məhkum həmin narkotik vasitəni əldə etməmiş, daşımamış, üzərində saxlamamış, satmamışdır. Yəni, həmin narkotik vasitəyə və həmin narkotik vasitənin mövcudluğu ilə bağlı cinayət əməlinə Məhkum heç bir aidiyyəti yoxdur.Məhkəmə kollegiyası bu nəticəsəyə gələrkən hökmdə sual və cavablar yazmaqla iş üzrə dindirilmiş polis əməkdaşlarının ifadələrini şübhə altına almağa və ifadələri real hadisə mexanizminə uyğun olmadığını göstərməyə çalışmış, bu əsnada nədənsə Məhkum yaxın qohumlarının ifadələrini daha inandırıcı qəbul etmişdir. Halbuki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Məhkum yaxın qohumu olduqlarından şahidlər X15 və X5 verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə k imi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etməmişdir. Bundan başqa, Məhkum üzərində şəxsi axtarış keçirilərkən çəkilmiş videodan göründüyü kimi, sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələri çıxardaraq təqdim edir, bu hal müdafiəçinin iştirakı ilə həyata keçirilmiş, Məhkum hər hansı fiziki və psixi təsir edilib-edilməməsi barədə verilmiş suala sonuncu “xeyr” deyə cavab vermiş, daha sonra müdafiəçinin eyni sualına da Məhkum “xeyr” cavabını vermişdir. Halbuki, məhkəmə Məhkum Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 27 avqust 2020-ci il tarixd ə, saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanıldığını diqqətdən qaçırmışdır. Məhkəmə əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilməsinə, əməliyyat tədbiri isə xx.xx.2020-ci il tarixdə keçirilməsini qabarıq şəkildə göstərməklə uzun bir zaman görüntüsü yaratmağa çalışmış, əslində bu saatla göstəriləcək bir vaxtı əhatə etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı hər hansı pozuntuya yol verilməmiş, sadəcə məhkəmə kollegiyası tərəfindən bu hal məqsədli formada qiymətləndirilməklə bəraət hökmünün çıxarılma əsasını doğru olması görüntüsünü yaratmağa çalışmışdır. Məhkəmə kollegiyası Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayəti n əlamətlərinin olmasını nəzərə almamış, nəticə Məhkum bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Hazırki iş üzrə məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq cinayət törətmiş şəxs cinayət məsuliyyətindən kənarda qalmışdır. Kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya prot estinin dəlillərini müzakirə edərək, bəraət almış şəxs və onun müdafiəçiinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həm in məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkum verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,675 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliy inin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, 27 avqust 2020-ci il tarixdə saat 06:50 radələrində orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,070 qram və 9,605 qram olmaqla ümumi təmiz çəkisi 21,675 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi təqsirliliklə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası CPM-nin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanun unun tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Məhkum apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı haradansa narkotik tapmağı, onda maraq yarandığı üçün üzərində saxlamağı tamamilə yanlış olmaqla, saxta və psixoloji təzyiq altında verilmiş məlumatlar olmuşdur. Belə ki, o, 26 avqust 2020-ci il tarixdə axşam saat 23 radələrində evə gəlmiş, ailəsi ilə vaxt keçirmişdir. O, ümumiyyətlə hər gün ən geci saat 23 radələrində evdə olmuş, iş materialların da qeyd edildiyi kimi, guya gecə saat 5 radələrində küçədə olmağı tamamilə yanlışdır. O, həmin gün saat 23 radələrində evə gəlmiş və 1 saat ailə üzvləri ilə vaxt keçirdikdən sonra öz otağına yatmağa getmişdir. Onun yaşadığı ev 2 mərtəbəli olmuş, 1-ci mərtəbədə valideynləri və qardaşı Fəridin otaqları, 2-ci mərtəbədə isə onun otaqğı yerləşmişdir. 2-ci mərtəbədəki yataq otağında o, ailəsi və övladları ilə birlikdə yatmışdır. 2ci mərtəbədən 1- ci mərtəbəyə düşən pilləkən evin giriş qapısına doğru yerləşir. Evin ətrafında, otaqlarda, o cümlədən pilləkənlər olan hissədə, hər iki mərtəbədə pəncərələr olmuşdur. Anası və o, namaz qıldıqları üçün, hər gün sübh namazından bir qədər əvvəl yuxudan ayılmışlar. 27 avqust 2020-ci il tarixdə o, yatdığı zaman, gecə saat 04 radələrində həyat yoldaşı Səyya rə onu səsləyərək yuxudan tam oyatmış və eyni vaxtda 1-ci mərtəbədən anası Səidənin qışqırığını eşitmişdir. Elə həmin an yataq otağının qapısı zərbə ilə açılmış və 4- 5 nəfər zirehli geyimli, üzü maskalı, avtomat silahları olan şəxslər onların yataq otağına daxil olmuşlar. Onların dəbilqələrində projektor olmuş, silahlarını ona və həyat yoldaşına tuşlamışlar. Onların hər ikisi nə baş verdiyini anlamadan, donub qalmışlar. Onlardan biri uca səslə ondan çarpayıdan yerə düşməsini tələb etmişdir. Onların səsinə hər iki övladı ayılmış və ağlamağa başlamışlar. O, evə daxil olanların geyimlərindən polis olduqlarını anlamış, əmrə tabe olub çarpayıdan enmiş, dizləri üstə yerdə dayanıb, əllərini yuxarı qaldırmışdır. Bu zaman polislərdən biri ona yaxınlaşıb, onun əllərini arxaya doğru burub, ayağa qal dırmışdır. O, yataq otağının çıxışına doğru gedərkən, çıxışda polislərdən daha biri onun digər qolundan tutmuşdur. Onlar onun başını önə doğru əymiş vəziyyətdə otaqdan çıxararaq, pilləkənlə aşağı endirmişlər. O, yataq otağından çıxarılarkən, divardakı saatdan saatın 04:10 olduğunu bilmişdir. Həmin vaxt onun əynində yalnız alt qısa tuman olmuşdur. Polislər yataq otağından çıxarkən onun paltar geyinməsinə icazə verməmişlər. Polislər onu pilləkənlə 1-ci mərtəbəyə düşürərkən aşağıdan valideynlərinin qışqırıq səsləri gəlmişdir. Onlar polislərdən kim olduqlarını, nə səbəbə evə basqın etdiklərini, onlardan nə istədiklərini soruşmuş, polislər isə cavab verməmişlər. 2-ci mərtəbədə isə onun həyat yoldaşı ilə övladları qorxudan ağlamışlar. Polislər onu evdən çölə - giriş qapısının yanına çıxarmış, hə min vaxt atası Elşən də orada olmuşdur. Polislərdən iki nəfərin üzü açıq, yəni maskasız olmuşdur. Polislərdən biri atasının qolunu arxaya doğru burub, başını isə önə doğru əyib saxlamışdır. Həmin vaxt polislərdən biri evdə onun qardaşının da olduğunu deyərək, yerini soruşmuşdur. Həmin vaxt qardaşı Fərid öz otağından çıxıb girişə gəlmiş və gələn kimi polislər onu da tutub qolunu arxaya doğru əymiş və hər ikisinin qollarını qandallamışlar. Polislərdən biri onun atasına səslənərək, evdə kamera olduğunu deyib, kameranın blokunun harada olduğunu soruşmuş, atası isə evdə və həyətdə kamera olmadığını demişdir. Polislər onun atasına inanmamış və evin ətrafında sürətlə dövrə vuraraq, kamera axtarmış, lakin tapmamışlar. Həmin vaxt atası qolunun möhkəm ağrıdığını bildirərək, onu tutan polisdən qolunu biraz buraxmasını xahiş etmiş, bundan sonra polislərin biri atasını tutan polisə əli ilə toxunaraq, sonuncunu buraxmasını işarə etmiş və nəticədə həmin polis atasını buraxmışdır. Həmin vaxt polislərdən biri atasının həyətdə saxladığı avtomobilin qapısını açıb, salonuna baxaraq, bağlamışdır. O və atası polislərdən nə baş verdiyini soruşmuş, bu formada evə hücum etməyə ehtiyac olmadığını, çağırılacaqları təqdirdə gələcəklərini bildirsələr də, polislərdən heç biri heç nə deməmişdir. O, polislərə yaşadığı evə girmələri üçün sanksiyalarının olub-olmadığını soruşaraq, əks halda qanunsuz hərəkət etdiklərini bildirmişdir. Lakin polislər onların heç bir sözlərinə əhəmiyyət verməmiş, hansısa sənəd təqdim etməmişlər. Həmin vaxt həyətin darvazaları açıq olmuş və darvazanın yanında, yerdə polislərin k uvalt çəkici, lom, laqonda kimi əşyaları olmuşdur. Darvazadan çöl tərəfdə isə ağ və qara rəngli cip tipli avtomobillər olmuşdur. Polislər onu və qardaşını çılpaq formada həyətdən çıxarmaq istəyərkən, anası onlardan oğullarının paltar geyinməklərinə icazə vermələrini, çılpaq formada aparmalarına imkan verməyəcəyini demişdir. Bundan sonra polislərdən biri onların paltar geyinmələrinə razılıq vermişdir. Anası çölə çıxaraq ona paltar geyindirmək istəmiş, polislər buna etiraz edərək, özləri geyindirəcəklərini demişlər, lakin anası razı olmamışdır. Anasının əlində onun yalnız evdə geyindiyi köhnə idman forması olmuşdur. Həmin paltar onun çölə geyindiyi paltar olmamış, yatarkən çıxarıb çarpayısının yanına qoyduğu ev-idman paltarı olmuşdur. Anası onun şalvarını geyindirmiş, lakin qolu arxadan ba ğlı olduğu üçün, idman köynəyini yalnız başına keçirə bilmişdir. Fərid isə şortikdə olduğundan, polislər onun geyinməsinə icazə verməmişlər. Bundan sonra onları həyətdən çıxarıb darvazanın yanında saxladıqları avtomobillərə doğru aparmışlar. Saat 04:20-04:25 radələrində Fəridi ağ, onu isə qara rəngli avtomobillərə mindirmişlər. Onun yanında hər iki tərəfdən polislər əyləşmiş və Bərdə rayon polis şöbəsinə aparılmışdır. O, avtomobilə əyləşərkən qonşuları İsrayıl və Namiqin öz darvazalarının qapısını aralayaraq baş verənləri müşahidə etdiklərini görmüşdür. O, avtomobildə olarkən polislər ondan silahın harda olduğunu soruşmuşlar, o isə hansısa silahının olmadığını bildirmişdir. Sonra onlar narkotik maddə nəzərdə tutaraq, ondan “mal hanı?” deyə soruşmuşar. O, polislərə nə silahla, nə narkotik m addə ilə işinin olmadığını, onu səhvən tutduqlarını demişdir. 5-6 dəqiqə sonra onlar Bərdə rayon polis şöbəsinə çatmış, Fərid də, o da avtomobillərdən endirilmiş, onu şöbənin binasının girişində Növbətçi hissənin yanındakı otağa, Fəridi isə, onun ardınca girişdən sağdakı otaqlardan birinə aparmışlar. O, əlləri arxadan qandallanmış formada əyləşmişdir. O, otağa gətirildikdən sonra evlərinə gəlmiş üzü maskasız olan polislərdən biri onun yanımda qalmışdır. Həmin polis əməkdaşı ağbəniz, hündür, şabalıdı rəngli gözləri olan şəxs olmuşdur. Həmin polis onunla İranın ölkəyə narkotik ixrac etdiyini bildirərək, bu məzmunda danışmağa başlamışdır. O da öz növbəsində narkotikin çox yayıldığını, vəziyyətin yaxşı olmadığını, ölkədə narkotikin kökünün kəsilməsinin vacibliyini bildirmişdir. Sonra digər mas kasız polis onun saxlanıldığı kameraya gəlmişdir. Həmin polis isə, digərinə nisbətən alçaq boylu, təxminən 170-175 sm hündürlükdə, seyrək saçlı, başının orta hissəsində tükləri tökülmüş, 35-38 yaşlarında olmuşdur. Həmin polis ona “sroka gedirsən, cibinə mal qoyacağıq, boynuna götürməsən evindən tank, yatdığın yerdən narkotik, nə lazımdırsa çıxaracağıq, ailə üzvlərini çəkilişlə polisə gətirəcəyik. Sənə bir yaxşılıq edə bilərik ki, qardaşına verəcəyimiz malı da sənə verərik ki, ikiniz də getməyəsiz, götürməsən hər ikiniz sroka gedəcəksiz” demişdir. O isə ona, “mal mənlik deyil, kimdən soruşsaz deyəcək ki, mənim narkotikə aidiyyatım yoxdur, mütləq yükləyəcəksizsə, onda silah yükləyin, hamı bilir mənim narkotikə düşmən olduğumu” deyə cavab vermişdir. Polislər ona silahın daha ağır cəza ilə cəz alandırıldığını deyərək, silaha razılıq verməmiş, sonra saçı seyrək olan polis kameradan çıxmış, o, əvvəlki polislə birlikdə qalmışdır. 15-20 dəqiqə sonra o, qolunun bərk ağrıdığını, qanqrena olacağını deyərək, qandalı biraz boşaltmasını xahiş etmiş, yanında olan polis digərini səsləmiş, o da gəlib qandalı biraz boşaldıb, getmişdir. 10-15 dəqiqə sonra seyrək saçlı yenidən onun olduğu otağa qayıtmış, həmin vaxt onun əlində 2 ədəd sellofan büküm olmuşdur. Həmin polis əməkdaşı ona yaxınlaşıb bükümləri şalvarının sağ cibinə qoymuş və yenə də əvvəlki kimi xəbərdarlıq edərək, onu yan otağa aparacaqlarını, orada çəkiliş olacağını, vəkil olacağını, narkotiklərin ona məxsus olduğunu boynuna almasını tələb etmişdir. O, həmin polislərin heç bir əxlaq qaydasına əməl etmədən onun yataq otağına girdiklə rini, qanuna, əxlaqa hörmət etmədən istədiklərini etdiklərini, onların narkotiki onun boynuna alması ilə bağlı tələbini, qardaşını da “yükləyəcəklərini” düşünmüş, həyat yoldaşını, anasını video çəkilişlə polis şöbəsinə gətirməmələri, ailə üzvlərini daha artıq incitməmələri üçün sonuncu polislərin dediklərinə razılıq vermişdir. Bundan sonra onlar onun qolundakı qandalı açmış və sonuncunu digər otağa aparmışlar. O, otağa daxil olarkən otaqda iki nəfər olmuş, onunla birlikdə həmin otağa gələn polislər də daxil olmaqla, beş nəfər olmuşlar. Sonra polislərdən biri cib telefonu ilə çəkilişə başlamış və o, razılığa əsasən, cibinə polis tərəfindən qoyulmuş iki büküm narkotiki çıxarıb 4-5 gün əvvəl yerdən tapdığını, maraq xətrinə üzərində gəzdirdiyini demişdir. Günahsız olduğunu və məhkəmənin ədalət inə güvəndiyini bildirdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1686 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən aşkar olunan maddələr..” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdəki hər birinin ayrıayrılıqda təmiz çəkiləri 12.070 qram və 9.605 qram, ümumi təmiz çəkisi 21.675 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 21.675 qram, tədqiqata sərf edildi – ümumi 0.050 qr, ümumi qalı q – 21.625 qram təşkil edir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında diskdən görünür ki, Bərdə RPŞ-nə gətirildikdən sonra Məhkum üzərinə xx.xx.2020-ci il tarixdə saat 06:50-də “İphone” markalı mobil telefon aparatı vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Məhkum əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Şübhəli şəxs masaya doğru yaxınlaşıb qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilir. Onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmur. Məhkum təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilir və içində tünd qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar olunur. Şübhəli şəxs həmin maddələri “heroin” adı ilə adlandırır və 3 gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və onda maraq oyatdığından üzərində gəzdirdiyini bildirir. Məhkum üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddələr özünün iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənir və Məhkum iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza edir. Cinayət işinin materiallarında olan Azərb aycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2020ci il tarixli 2611 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Heydarov X8 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 26 avqust 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab e dilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X19 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05.00-da Məhkum ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin material latında olan əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 26 avqust 2020-ci il tarixli qərarda Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olduğu göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməmişdir. Görüləcək tədbirlərin təxirəsalınmazlığı, həmçinin müvafiq vəsatətlə məhkəməyə müraciət etməklə məhkəmə qərarının alınması əldə edilməsinin müəyyən vaxt tələb etməsi nəzərə alınaraq, əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsi qərara alınmışdır. CPM-in 445.1-ci maddəsinə görə məhkəmənin qərarı əsasında aşağıdak ı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; 445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; 445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; 445.1.6. insanların güdülməsi. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci mad dəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Qeyd olunan normaların məzmunundan görünür ki, hazırki işdə keçirilən əməliyyataxtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan yalnız görüləcək tədbirlərin təxirəsalınmazlığına istinad edərək, məhkəmənin qər arı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirməkdə haqlı olmamışdır. Belə ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, əməliyyat tədbiri isə xx.xx.2020-ci il tarixdə keçirilmiş, yəni bu müddət ərzində məhkəmə qərarının alınması mümkün olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbl ərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 26 avqust 2020-ci il tarixli qərarla Məhkum nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınsa da, onun yaşadığı evə baxış keçirilməmiş və iş materiallarında bununla bağlı heç bir sənəd yoxdur. Şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olur, lakin tutulduğu an onun üzərinə baxış keçirilmir, baxış yalnız polis şöbəsində həyata keçirilir, yaşadığı ünvana baxış keçirilmir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab m əktubundan görünür ki, Məhkum qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuş, lakin satdığı şəxslərin dairəsini və şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Hazırda Məhkum satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasını, həmçinin cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarından həmçinin aydın olur ki, şübhəli şəxsin tutulması haqqında protokol 06:40-da tərtib edilmiş və Məhkum azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 05:00-dan tutulmuş hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan isə görünür ki, şəxsi axt arış 07:10-da başlanmış və 07:20-də başa çatmışdır. Göründüyü kimi Məhkum azadlığı ittiham tərəfinə görə saat 05:00-da məhdudlaşdırılmış və bundan 2 saat 10 dəqiqə sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd olunan məsələyə də münasibət bildirilməsini zəruri hesab etmişdir. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Birinci instansiya məhkəməsində şahi d qismində dindirilmiş X12, X15 və X9 öz ifadələrində Xəlilin qısa alt tumanında, bədən hissəsinin açıq vəziyyətdə olduğunu, sonradan anasının paltar gətirərək onu geyindirdiyini, polislərin hər birinin maskalı, dəbilqəli, zirehli jilet və silahlı olmasını, hər birinin dəbilqəsində işıq yanmasını, Fərid çölə çıxan kimi polislərin onun da qollarını arxaya doğru burub qandallamalarını, polislərin ev sahibləri ilə heç bir dialoqa girməməsini, yalnız özlərinə lazım olan sözləri deməsini, Xəlili, həm də Fəridi qolları qandallanmış şəkildə həyətdən çıxararaq, darvazanın yanında saxladıqları avtomobillərə əyləşdirmələrini təsdiq etmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşları isə bir-birinə zidd ifadə vermiş, onlardan biri ümumiyyətlə evə baxış keçirilmədiyini, digəri isə baxışın videoçəkiliş aparılmadan keçirildiyini göstərmişdir. Cinayət işi üzrə toplanmiş sübutları müqayisəli şəkildə qiymətləndirən apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X12 və X7 ifadələrinə tənqidi yanaşarkən onların təqsirləndirilən şəxsin yaxın qohumları olmasına istinad etmiş, lakin X4 ifadəsinə heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan şəxslərin ifadələrinə tənqidi yanaşarkən onların yaxın qohum olmasına istinad etsə də, polis əməkdaşlarının ifadələri arasında olan ziddiyyətə aydınlıq gətirməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habe lə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, polis əməkdaşlarının təqsirləndirilən şəxsin yaşadığı evə daxil olmaları və orada baxış keçirmələri ilə bağlı ifadələri arasında ziddiyyət olduğundan iş üzrə digər şahidlər X12, X15 və X4 ifadələri daha mötəbər hesab olunmalıdır və bu nəticəyə gələrkən hadisəni kənardan müşahidə edən şahid X4 ifadələrini əsas götürür. Belə ki, o, hadisədə bir başa iştirak etməmiş, olanları yalnız kənardan müşahidə etmiş və məhkəmədə həmin hallarla bağlı ifadə vermişdir. İttiham aktından görünür ki, ittiham tərəfinin şahidləri 2 nəfər polis əməkdaşından ibarətdir. Həmin iki şahidin ittiham aktında olan ifadəsi ilə birinci instansiya məhkəməsinin hökmündə olan ifadələrini müqayisə etdikdə məlum olur ki, Şahid1 istintaqda ifadəsini xx.xx.2020-ci il tarixdə (bax İ cild, i.v. 110-112), Şahid2 isə xx.xx.2020-ci il tarixdə (bax İ cild, i.v. 128-130) vermiş, birinci instansiya məhkəməsində isə hər iki şahid xx.xx.2021-ci il tarixdə (bax İİ cild, i.v. 75-79) dindirilmişlər. Birinci ifadə ilə ikinci ifadə arasında 5 aya yaxın bir müddət keçmiş və şahid ifadələrinin bu qədər dəqiqliklə üst-üstə düşməsi təəccüb doğurur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyində yaxın qohumların i fadəsinin qəbuledilməzliyi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. X12 və X15 təqsirləndirilən şəxsin yaxın qohumları olsa da, hadisənin təsvir olunan mexanizmi barədə bilavasitə məlumatı olan şəxslərdir. Bundan başqa, onların ifadələrində verdikləri məlumatlar X4 ifadəsi ilə də öz təsdiqini tapır. Apellyasiya məhkəməsi göstərilən şahidlərin ifadələrini mümkünlüyü, mötəbərliyi üzrə, o cümlədən bu ifadələrdə əks olunan faktların, baş verən hadisə ilə bağlı fikirlərin, ifadədə əks olunmuş hadisənin baş vermə ardıcıllığına uyğun düzgün qiymətləndirmişdir. Məhkum ibtidai istintaqın ilkin mərhələsində özünü qismən təqsirli bilsədə (CM-in 234.1-ci maddəsi ilə), istintaqın sonrakı mərhələsində ümumiyyətlə ifadə verməmiş, birinci instansiya məhkəməsindəki icraat və apellyasiya icraatı za manı təqsirli olmadığını bildirmişdir. O apellyasiya icraatı zamanı verdiyi ifadəsində, əvvəllər təqsirini etiraf etməsinin səbəblərini izah edərkən bildirmişdir ki, ona “qardaşına verəcəyimiz malı da sənə verərik ki, ikiniz də getməyəsiz, götürməsən hər ikiniz sroka gedəcəksiz” deyilmiş, o, həmin polislərin heç bir əxlaq qaydasına əməl etmədən onun yataq otağına girdiklərini, qanuna, əxlaqa hörmət etmədən istədiklərini etdiklərini, onların narkotiki onun boynuna alması ilə bağlı tələbini, qardaşını da “yükləyəcəklərini” düşünmüş, həyat yoldaşını, anasını video çəkilişlə polis şöbəsinə gətirməmələri, ailə üzvlərini daha artıq incitməmələri üçün polislərin dediklərinə razılıq vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birb aşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Kon stitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənəd ləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib istintaq orqanının narkotik vasitələrin Məhkum məxsus olması ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq k assasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yo xlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış m aterialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum üzərində narkotik vasitənin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbə yinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi ni təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Hə min Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqınd a” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsin ə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd o lunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar