Məhkəmə qərarları › İş №1(102)-1096/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1096/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1096/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs12 və hazırkı cinayət işi üzrə keçən digər Məhkum1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(103)-1269/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə, habelə Zərərçəkmiş şəxs12 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 1(005)-13/2022 nömrəli hökmü ilə (hakim H.E.Kamranov) xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin həmin hökm ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın çəkilməsini təxirə salınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum2, onun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) zərərçəkmiş şəxs apellyasiya şikayətindən imtina etdiyindən həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilmiş, digər Zərərçəkmiş şəxs1 şikayəti təmin edilməmiş, məhkum və müdafiəçisinin apellyasiya şikayəti isə təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü Məhkum2 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 07 (yeddi) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 3 (üç) 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ramanzanov Zəfər Akif oğlu tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs12 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə arvadı Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında əldə olunmuş razılığa görə Məhkum1 tanışı Zərərçəkmiş şəxs12 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki univerisitetlərlə bağlı iş şöbəsinin məsul əməkdaşı kimi təqdim edərək onu Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə köm əklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra onunla vahid niyyətlə hərəkət edən qrup üzvü Məhkum2 Zərərçəkmiş şəxs12 2018-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında 32320 (otuz iki min üç yüz iyirmi) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayı b, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməklə Məhkum2 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Protest müəllifi həmçinin apellyasiya məhkəməsinin məhkum tərəfindən ödənilmiş 10.000 manat məbləğin birinci instansiya məhkəməsinin hökmü ilə mülki iddianın təmin edilmiş hissəsi arasında hansı əlaqənin olmasını aydınlaşdırmamış, hökmlə təyin edilmiş mülki iddianı dəyişdirilmədən saxlamış, hər bir halda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməməsini nəzərə almadan əsassız olaraq təyin edilmiş c əzanı yüngülləşdirmişdir. Kassasiya protestində dövlət ittihamçısı onu da qeyd etmişdir ki, Məhkum2 cəza təyini zamanı CM-nin 66.5-ci maddəsinin tətbiqi (hökm cıxarılmazdan əvvəl başqa cinayət əməlinə görə təyin edilmiş cəza) üçün əsaslar olduğu halda apellyasiya məhkəməsi tərəfindən müvafiq norma tətbiq edilməmiş və tətbiq edilməməsinin səbəbləri yekun məhkəmə aktında göstərilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin ed ilməsini xahiş edir. Zərərçəkmiş şəxs12 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən ona vurduğu ziyanı məbləği, həmçinin həmin ziyanın ödəməməsi, daha əvvəl də dələduzluq cinayətini törətməsi nəzərə alınmamış, nəticədə Məhkum2 barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Zərərçəkmiş şəxsin digər dəlili isə odur ki, apellyasiya məhkəməsi məhkum tərəfindən ödənilmiş 10.000 manat məbləğin birinci instansiya məhkəməsinin hökmü ilə mülki iddianın təmin edilmiş hissəsi arasında hansı əlaqənin olmasını aydınlaşdırmamış, məhkəmə sadəcə vurulmuş ziyanın müəyyən hissəsinin ödənilməsindən çıxış etməklə qanunsuz və əsasız yekun qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum2 Bəxtiyar oğluna münasibətdə məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə u yğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu, apellyasiya məhkəməsinin Məhkum2 vurulmuş ziyandan 10.000 manat ödədiyini qəbul etdiyi halda hökmlə təyin edilmiş mülki iddianı dəyişdirilmədən saxlanmasını, həmçinin sonuncuya cəza təyini zamanı CM-nin 66.5-ci maddəsinin tətbiqi üçün əsaslar olduğu halda apellyasiya məhkəməsi tərəfindən müvafiq norma tətbiq edilmədiyini, tətbiq edilməmənin səbəblərinin yekun məhkəmə aktında göstərilmədiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Zərər çəkmiş şəxs12 kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Məhkum2 Bəxtiyar oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların, həmçinin ona vurulmuş ziyan məbləğinin və ödənilmiş məbləğin düzgün nəzərə alınmadığını (mülki tələbin) iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılması ndan və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində və kassasiya şikayətində istinad edilmiş Məhkum2 təyin edilmiş cəzanın növü ilə bağlı dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum2 Bəxtiyar oğlunun təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət lər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara həmin maddələrlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzasını mübahisələndirmələri, qanunverici məhz kassatorların istinad etdiyi - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını c inayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxslərə nəinki 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan yüngül cəzanın da (cərimənin,) təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının və zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın (növə münasibətdə) təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum2 törəmiş olduğu əməlindən səmimi peşmandır, himayəsində 2 azyaşlı övladı var və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın əhəmiyyətli hissəsini ödəmişdir (vurmuş olduğu 32320 manat ziyanın 25000 manat hissəsini). Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyn i zamanda onun cəzasının ağırlaşdırılmasını tələb edən - CM-in 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Göründüyü kimi məhkəmələrin istinad etdikləri yüngülləşdirici hallardan–Məhkum2 himayəsində azyaşlı uşaqların olması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın əhəmiyyətli hissəsini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrini tələbləri baxımından mütləq nəzərə alınmalı, digər hal isə cinayət qanununun 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən lakin məhkəmənin mülahizəsinə görə Məcəllənin 59.2-ci maddəsinə (nə qədər ki, həmin maddədə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmamışdır) əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verilən yüngülləş dirici hal olduğundan, məhkəmə kollegiyası həmin halların cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozuntu hesab etmir. Zərərçəkmiş şəxsin və dövlət ittihamçısının məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən digər əsas kimi Məhkum2 zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməməsinə istinad etməsini də əsaslı və qanuni mövqe kimi qəbul etmək mümkün deyil. Belə ki, kassatorların istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxslərə xeyli miqdarlarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin dispoziyasında cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni, qanunverici şəxsə xeyli mi qdarda ziyan vurulmasına görə CM-in 178.2.4-cü maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarıda qeyd olunan cəzaları (o cümlədən, azadlığın məhdudlaşdırlması) nəzərdə tutmuşdur ki, təqsirkara da məhz bu növdə və həmin cəzanın yuxarı həddinə yaxın cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum2cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum2 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza növü cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə cavab verən cəza tədbiridir. Bununla yanaşı kassasiya protestinə və kassasiya şikayətinə diqqət etdikdə aydın olur ki, müəlliflər apellyasiya məhkəməsinin Məhkum2 vurulmuş ziyandan 10.000 manat ödədiyini qəbul etdiyi halda hökmlə təyin edilmiş mülki iddianı dəyişdirilmədən saxlanmasını mübahisələndirməklə yanaşı, dövlət ittihamçısı eyni zamanda apellyasiya məhkəməsi tərəfindən cəza təyini zamanı cinayət-hüquq normalarına əməl olunmamasını, o cümlədən qəti cəza müddətinin düzgün hesablanmamasını mübahisələndirmişdir. Öyrənilmiş cin ayət işinin kontekstində apellyasiya məhkəməsi tərəfindən Məhkum2 Bəxtiyar oğluna təyin olunmuş cəzanın hesablanması zamanı cinayət-hüquq normalarına əməl olunmasını, o cümlədən hökmlə təmin edilmiş mülki iddianı məbləğinin düzgün hesablanmasını iddia etmək mümkün deyil. Belə ki, birinci instansiya məhkəməsi Məhkum2 həyət yoldaşı X ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs12 qarşı dələduzluq etmələri nəticəsində sonuncuya xeyli miqdar təşkil edən 32320 manat ziyan vurmasını, qeyd olunan məbləğin 15000 manat hissəsinin Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs12 qaytarılmasını nəzərə alaraq Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsini, Məhkum1 və Məhkum2 müştərək qaydada 17320 manat məbləğində ziyanın və 133 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs12 xeyrinə ödənilməsini hökm etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktına diqqət etdikdə müəyyən olunur ki, Məhkum2 Zərərçəkmiş şəxs12 vurulmuş ziyandan 10.000 manat ödəməsi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmış və göstərilən bu hal birinci instansiya məhkəməsinin hökmünün Məhkum2 təyin edilmiş cəza hissəsindən dəyişdirilməsi üçün əsas olmuş, qalan hissədə məhkəmə hökmü dəyişdirilmədən saxlanılmışdır. Halbuki Məhkum2 Zərərçəkmiş şəxs12 vurulmuş ziyandan 10.000 manat ödəməsi hökmlə təmin edilmiş mülki iddianın məbləğinin yəni 17453 manat (cəmi) məbləğin azalmasına, bununla da zərərçəkmiş şəxsə ödənilməli olan yekun məbləğin müəyyən edilməsi üçün əsas olduğu halda, apellyasiya məhkəməsi göstərilən hala heç bir hüquqi qiymət verməyərə k hökmü həmin hissədə dəyişdirilmədən saxlamış, gəlmiş olduğu qənaəti isə əsaslandırmamışdır. Bundan başqa öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-595/2020 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Məhkum2 Bəxtiyar oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-587/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəza 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmiş, "8 Noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən Məhkum2, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsi nin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəza nı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmələrin müəyyən etdiyi işin faktiki hallarından müəyyən olunur ki, Məhkum2 Zərərçəkmiş şəxs12 qarşı dələduz əməlini 2018-ci ilin sentyabr-oktyabr aylarında törətmişdir. Göstərilən bu hal Məhkum2 hazırkı cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin 1(012)-595/2020 saylı, xx.xx.2019-cu il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsinə, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə, daha sonra birinci hökmə əsasən çəkilmiş cəzanın və ha zırkı iş üzrə həbsdə olduğu müddətin qəti cəza müddətinə hesablanmaqla yekun cəza həddinin müəyyən edilməsi tələb etdiyi halda, göstərilən bu hal nə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş hökmdə nə də ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyin in və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən nə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə, nə də ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan nəticəni, həmçinin cəzanın hesablanması məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsi ndə yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin, müraciətlərin təmin edilməməsinə dair digər Məhkum1 çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protesti, həmçinin Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 Bəxtiyar oğlunun barəsində olan 13 dekabr 2022-ci il tarixli, 1(103)-1269/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(103)-1269/2022 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar