Məhkəmə qərarları › İş №1(102)-1096/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1096/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1096/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxslər 1 və 1-in iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2387/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində yetkinlik yaşına çatmamış iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, x ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq x-də yaşamışdır. 2. 02 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən tamah məqsədilə zərərçəkmiş şəxs 2-yə 2000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 4-ə 3500 manat maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxsya 5500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 3-ə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 6-ya 3500 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 8-ə 2000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 11-ə 1000 manat məbləğin də maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 11-ə 4000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 8-ə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxsya 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 9- a 52.500 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 2-yə 3000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 8ya 9000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 12-yə 1000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 10-a 3000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 13-ə 5000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 14-ə 1500 ma nat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 2-yə 2000 manat məbləğdə maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 15-ə 28.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 16-ya 16 3000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən A.N.Məmmədova 7300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 17-yə 6005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 18-ə 1500 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 19-a 1800 manat məbləğində, təkrarən zərərçəkmiş şəxs 2-yə 1500 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 20-yə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla, təkrarən zərərçəkmiş şəxs 21-ə ümumilikdə 6500 manat mə bləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 nömrəli, 03 oktyabr 2024cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin ikinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, on üçüncü, on beşinci, on altıncı, on yeddinci və on səkkizinci epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissələrdə icraata xitam verilməsi, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 may 2024-cü il tarixdən hesablanması hökm ed ilmiş, maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, törətdiyi əməllərin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs XX ilə bağlı olan epizod üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə qanunsuz təqsirləndirilmiş və məhkum edilmişdir. İstintaq orqanı həmin hissəni onu ağır cinayətdə ittiham etmək üçün guya vahid niyyətlə XX oğlundan 52500 manat alaraq dələduzluq cinayəti etdiyini göstərmişdir. XX oğlunun özü həmin pullardan 4500 manatını ona növbədən kənar ev almaqda kömək üçün, “Mida”dan əla və mənzil almaq üçün 4500 manat manat, “Xəzər” markalı avtomobil təşkil etməyi üçün 4000 manat, birinci ev üçün 4000 manat və “Mida”dan ev almaq üçün 3000 manat olmaqla, ümumilikdə 7000 manat, XX-in öz işlərinə görə cəmi 20000 manat, X1 görə 4000 manat, Xəyala görə 3500 manat, X2 yə görə 4500 manat, X3-ə görə 3500 manat, X4- görə 10000 manat, X5-ə görə 3000 manat olmaqla 32500, ümumilikdə 52500 manat ona pul vermişdir. XX özü bu pulların vahid niyyətlə deyil, ayrı-ayrı niyyətlərlə verildiyini təsdiq edir. Bundan başqa, ailəli olmaqla, iki azyaşlı uşağı var, onlardan biri ağır xronoki xəstəlikdən əziyyət çəkir, ailədə yeganə qazanc gətirən şəxsdir, qoca və xəstə anasına özü baxır, özünün də ürək çatışmamazlığı xəstəliyi vardır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 2387/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1495/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətində münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2387/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi, törədilən əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən eyni Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə dəyişdirilməsi barədə qərar qəbul edilməsi x ahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azında n həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifinin səhv olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanara q məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiy a şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma və cavablandırma artıq verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə h esab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2387/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2387/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar