Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1097/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3 və 157.2-ci maddələri lə təqs irli bilinib məhkum olunmuş Məhkum1 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), Ə.N.Osmanov və C.İ.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1986-cı ildə Şamaxı rayonu, ****** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli olmaqla himayəsində üç azyaşlı uşağı olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Qobustan rayonu, ***** kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 157.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 144.2.3-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 157.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə birləşdirilməklə qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21.04.2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Bu iş üzrə X10, Məhkum3 və Məhkum2 məhkum edilmişlər. Hökmdən məhkum və müdafiəçisi Y.Y.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədrlik edən hakim F.G.Zeynallı, hakimlər N.R.Mövsümov, E.M.Əhmədov) 09 aprel 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmiş, hökmlə Məhkum1 Azərba ycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 8 (səkkiz) il müddətə endirilmiş, Məhkum1 21.04.2014-cü il tarixdən 21.06.2017-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) il 2 (iki) ay həmin qərarla təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 noyabr 2018-ci il tarixdən hesablanmış, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. Sum qayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixliqərarından məhkumun müdafiəçi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum1 barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir işin halları: Hökmə əsasən Məhkum2, X10, X11, X5 və Məhkum3 ona görə məhkum edilmişdir ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Qobustan rayonu, ****** kəndində yaşayan, 15 fevral 1996-cı il təvəllüdlü X2 iradəsinə zidd yaşadığı mənzilə zor tətbiq etməklə daxil olub mənzil toxunulmazlığını pozaraq X14 Zülfüqarovla evlənməsi məqsədilə bir qrup şəxs halında oğurlamaq haqqında 2014-cü ilin aprel ayında bi rgə qərara gəlmişlər. Belə ki, cinayətkar niyyətlərini həyata keçirmək üçün 08 aprel 2014-cü il tarixdə saat 22 radələrində Məhkum2, Vahib Zülfüqarov və Məhkum3 birlikdə Məhkum1 məxsus və sonuncunun idarə etdiyi VAZ 21011 markalı AZ ** *** dövlət nömrə nişanlı avtomobillə Ə8 yaşadığı Qobustan rayonunun Xilmilli kəndində yerləşən evlərinə gəlmiş, əvvəlcə küçə və ev ətrafında müşahidə aparıb, guya xarab olmuş avtomobilə su lazım olduğunu ev sahibinə bildirməklə, evdə kimlərin olmasım öyrəndikdən, bununla da zərərçəkmiş şəxs Ə8 atası Q6 evdə olmadığını dəqiqləşdirdikdən sonra Məhkum2, V6, Məhkum1 və Məhkum3 birgə həyətə daxil olub orada ümumi niyyətlə çıxış edib hərəkətlərini bir-biri ilə uzlaşdıraraq, Məhkum3 orada onları qarşılayan Ə8 yetkinlik yaşma çatmayan qardaşı X6 boynunun sol bayır s əthində və sol saidin arxa səthinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək onu tutub saxlamış, Məhkum2 isə bundan istifadə edib Məhkum1lə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq edərək mənzildə olan Ə8 və anası S8 onların niyyətlərini başa düşərək qəti olaraq evə daxil olmamalarını tələb etmələrinə, qapım açmalarına mane olmalarına baxmayaraq iradələri ziddinə onların mənzil toxunulmazlığını pozaraq mənzilə daxil olub, orada Məhkum1 Ə8 anası X7ma qarşı zor tətbiq edib boynunun bayır səthinə qançır kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək onu qollarından tutub saxladıqdan sonra, Məhkum2 həmin mənzildə olan Ə8 iradəsinə zidd onun əllarindən tutub gizləndiyi çarpayının altından çıxararaq aktiv fiziki müqavimət göstərməsin ə məhəl qoymayıb, anası S8 və orada olmuş sonuncunun qonşusu Limon Osmanovanın gözü qarşısında sürüməklə ona həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək həyətə çıxarmış, həmin vaxt həyətdə M6 tutub saxlamış Məhkum3 Məhkum2 kömək edib Ə8 məcburi olaraq küçədə dayanmış Məhkum1 avtomobilinin arxa oturacağına əyləşdirdikdən sonra, Məhkum3 Məhkum1lə birgə Ə8 avtomobildən düşüb qaçmasının qarşısını almaq məqsədi ilə hər iki tərəfində oturduqdan sonra özü sükan arxasına keçib avtomobili idarə edərək zərərçəkmişşəxş V6 evlənməsi məqsədi ilə iradəsinə zidd olaraq ona sağ bazunun iç səthində, sol bazunun ön və bayır səthində çoxsaylı qançırla müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə əvvəlcə V6 yaşadığı Xilmilli kəndinin kənarındakı fermaya aparmış, orad a cinayətkar əməllərini başa çatdırması üçün onlara qoşulmuş və yola bələdçilik etmiş V6 birlikdə “Ağdərə” adlanan yerdən torpaq yolla Sumqayıt şəhəri istiqamətinə hərəkət edərəkasfalt yola çıxardıb sonuncunun qızı S8 yaşadığı Bakı şəhəri ******************** qəsəbəsindəki Yeni yaşayış massivindəki evinə aparıb orada 9 aprel 2014- cü il tarixədək saxlayaraq zərərçəkmiş Ə8 oğurlamışlar. X1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi bir qrup şəxs halında X3 iradəsinə zidd olaraq oğlu V6 evlənmək məqsədi ilə X10 ilə, habelə həmkəndliləri və oğlunun tanışları Məhkum1, Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Qobustan rayonu ********* kəndində yaşayan 15 fevral 1996-cı il təvəllüdlü X4 iradəsinə zidd oğlu V6 bir qrup şəxs halında oğurlamaq haqqında 2014-cü i lin aprel ayında birgə qərara gəlmişlər. Həmin razılığa əsasən, onun oğlu V6 öz tanışları Məhkum1, Məhkum2 və Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2014-cü il tarixdə saat 22 radələrində Ə8 yaşadığı Qobustan rayonunun Xilmilli kəndində yerləşən evlərindən oğlu V6 evləndirmək məqsədi ilə oğurlayıb Məhkum1 məxsus VAZ 21011 markalı ** *** dövlət nömrə nişanlı avtomobillə onun yaşadığı Qobustan rayonu ərazisində yerləşən fermaya gətirdikdən sonra Ə8 ondan da təkidlə evlərinə qaytarılmasını tələb etməsinə və oğlu V6 evlənmək istəmədiyini bildirməsinə baxmayaraq, habelə onun müqavimət göstərməsinə və etiraz etməsinə məhəl qoymayıb, əvvəlcədən əldə etdikləri razılığa əsasən cinayətkar əməllərini həyata keçirmək üçün Məhkum1, Məhkum2 və Məhkum3 fermanın yerləşdiyi və istif adəsində olan “Ağdərə” adlanan yerdən iştirakçılardan yalnız onun tanıdığı dağ yollarını göstərərək bələdçilik etmiş və Sumqayıt şəhəri istiqamətində hərəkət edərək asfalt yola çıxardıb, sonuncunun qızı S8 yaşadığı Bakı şəhəri, ************** qəsəbəsində yeni yaşayış massivindəki evinə aparıb orada 09 aprel 2014-cü il tarixədək saxlayaraq zərərçəkmiş şəxs Ə8 oğurlamışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma ağır cəza təyin etmiş, cəza təyin edilərkən cəzanı yüngülləşdirən halları məhkumun himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməli oldu ğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin əsassız olduğu və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin məhkuma cəza təyin edilərkən yüngülləşdirici halları lazımı qədər nəzərə alınmadığı, ona ağır cəza təyin edildiyi, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğu barədə dəlilləri əsassızdır. Kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmişdir. Kollegiya kassasiya şikayətinin məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməli olması barədə dəlilini əsassız hesab edərək qeyd ki, apelyasiya məhkəməsi istinad olunmuş cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyası həddində cəza təyin edilərkən qanunvericiliyin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ic timai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alı nır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, iş üzrə məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud olmadığından, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2 maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Məhkəmə məhkuma cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 58.3, 8.1, 41.2-ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayət in xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-nin və CM-nin normalarına əmə l edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-nin 416-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı Mə hkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Rzayeva Gülzar
Məhkəmə qərarları › İş №1(102)-1097/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1097/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver