Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1097/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 145.2.4, 145.2.5 və 150.1-ci maddələri ilə və Məhkum2 CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 mart 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlu) Məhkum1, xx xxxx 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respubl ikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Muradxan kəndində qeydiyyatda ünvanda yaşayan, olmaqla ünvan 1 CM-nin 145.2.4, 145.2.5 və 150.1-ci maddələr ilə maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-nin 150.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun 11 dekabr 2019-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə və 11 noyabr 2020-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək ev dustaqlığında olduğu müddətlər, cəmi 01 (bir) il 06 (altı) ay 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, və Məhkum2, xx xxxx 1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Qaramahmudlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsi, ünvansız evdə yaşayan, CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum olunmuş, onun 13 dekabr 2019-cu il tarixdən 11 noyabr 2020-ci il tarixədək həbsdə və 11 noyabr 2020-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək ev dustaqlığında olduğu müddətlər, cəmi 01 (bir) il 06 (altı) ay 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qohumu Məhkum2 ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 dekabr 2019-cu il tarixdə saat 21:30 radələrində həyat yoldaşı X1 istifadəsində olan “Nokia” markalı mobil telefonundakı yazışmalardan sonuncu ilə intim əlaqəsi olmasını güman etdiyi Zərərçəkmiş şəxs ilə həmin mobil telefon vasitəsilə X1nın adından “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, saat 23.00 radələrində həmin evin giriş qapısına gələn Zərərçəkmiş şəxs qrup üzvü Məhkum2lə birlikdə qolundan tutub fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evinə salaraq 10 dekabr 2019-cu il tarixdə saat 01 radələrinədək olan müddət ərzin də zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq orada saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib dizi üstə oturtmaqla həyat yoldaşı X1 ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur edərək Zərərçəkmiş şəxs istifadəsində olan “Samsunq A70” markalı mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmış, daha sonra qrup üzvü Məhkum2lə birlikdə sillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, boyunun sıyrıqları, boyunun və sağ qulaq seyvanının qançırları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, qrup üzvü Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlamış daha sonra tək halda həmin evin hamam otağında fiziki ağrı yetirib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, gücləndirilməsi ilə bağlı olmayan intiqam hissi ilə özünün cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağzına soxub çıxarmağa məcbur edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt öz istifadəsində olan “Samsung Duos Prime” markalı, “9531H/DS” modelli mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmaqla Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və ona qarşı zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Həmçinin Məhkum2 qohumu Məhkum1 ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 dekabr 2019-cu il tarixdə saat 21:30 radələrində Məhkum1 həyat yoldaşı X1 istifadəsində olan “Nokia” markalı mobil telefonundakı yazışmalardan sonuncu ilə intim əlaqəsi olmasını güman etdiyi Zərərçəkmiş şəx s ilə həmin mobil telefon vasitəsilə X1nın adından “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, saat 23.00 radələrində həmin evin giriş qapısına gələn Zərərçəkmiş şəxs qrup üzvü Məhkum2lə birlikdə qolundan tutub fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evinə salaraq 10 dekabr 2019-cu il tarixdə saat 01 radələrinədək olan müddət ərzində zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs öz arzusuna zidd olaraq orada saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs cinsiyyət orqanını kəsəcəyi h ədəsi ilə lüt soyunmasını tələb edib dizi üstə oturtmaqla həyat yoldaşı X1 ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur edərək Zərərçəkmiş şəxs istifadəsində olan “Samsunq A70” markalı mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmış, daha sonra qrup üzvü Məhkum2lə birlikdə sillə və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vuran, boyunun sıyrıqları, boyunun və sağ qulaq seyvanının qançırları kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, qrup üzvü Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlamış daha sonra tək halda həmin evin hamam otağında fiziki ağrı yetirib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, gücləndirilməsi ilə bağlı olmayan intiqam hissi ilə özünün cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağzına soxub çıxarmağa məcbur edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmin vaxt öz istifadəsində olan “Samsung Duos Prime” markalı, “9531H/DS” modelli mobil telefon aparatı vasitəsi ilə bu prosesin videoçəkilişini aparmaqla Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü 05 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdən nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 06 dekabr 2021-ci il tarixdə məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu həmin hökmdən birgə apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlu) məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev tərəfindən birgə verilmi ş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətləri əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev tərəfindən birgə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 10 mart 2022-ci il tarixli ilkin apellyasiya şikayətinə baxış iclasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli apellyasiya şikayə tinə ilkin baxış iclasının qərarından məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev kassasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar yalnız cinayət işi Bakı Apellyasiya Məhkəməsində olarkən cinayət işi ilə tanış olarkən məlum olmuşdur ki, sınaq müddəti ərzində onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması kimi əlavə vəzifələr qoyulmuşdur ki, bu da faktiki onların üzərlərinə sınaq müddəti ərzində azadlığın məhdudlaşdırılma sı cəzası təyin olunan zaman nəzərdə tutulmuş məhdudiyyətləri qoymaq deməkdir. Buna görə də, onlar çıxarlmış hökmlə razı deyillər və həmin hökmün dəyişdirilməsini istəyirlər. Kassasiya şikayətində daha sonra qeyd olunmuşdur ki, məhkumlar Məhkum1 və Məhkum2 təqsirilərini etiraf edirlər, əməllərindən peşmandırlar, zərər çəkmiş şəxslə barışıq əldə etmiş, sonuncunun onlardan şikayəti və tələbi yoxdur, hər ikisi evli olmaqla himayələrində azyaşlı övladları var, ilk dəfə məhkum olunurlar. Belə olan halda dövlət ittihamçısının hökmdən protest verməsi və onlara azadlıqdan məhrum etmə tələb etməsi başa düşülən deyil. Təqsirləndirilən şəxslər həmçinin qeyd etmişlər ki, hüquqi savadları olmadığından hökmün məzmunu onlara tam aydın olmamış və qeyd edilənlərə görə, onlar hökmdən narazıdırlar. Kassasiya şikayətinin müəllifləri yuxarıda göstərdikləri səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkumlar Məhkum1, Məhkum2, onların müdafiəçisi R.İ.Abdıyev və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumlar Məhkum1, Məhkum2, onların müdafiəçisi R.İ.Abdıyevin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şik ayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apell yasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiy a instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şika yətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Qanunvericilikdə müxtəlif məsələlərin həllinə dair müəyyən edilmiş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, həmin hüquq və vəzifələr həyata keçirilir, yaxud da onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu tə hlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansya məhkəmələrinin yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya mə hkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci madd əsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest ve rilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya həmin müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunveric iliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və onların müdafəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə elan edilmiş, bu zaman sədrlik edən hakim qərardan şikayət vermə müddətini və qaydasını da proses iştirakçılarına izah etmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 05 iyul 2021-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız 06 dekabr 2021-ci il tarixdə, yəni hökm elan edildiyi gündən 5 (beş) ay 22 (iyirmi iki) gündən sonra təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev həmin hökmdən birgə apellyasiya şikayəti vermiş və eyni zamanda Binəqədi Rayon Məhkəməsinə apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatətlə müraciət etmişlər. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti ilə əlaqədar cinayət işinin materiallarının öyrənilməsi göstərir, həmin prosessual sənədlərin müəllifləri hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı xəstəliyə tutulmaları, bu müddətlərdə fövqəladə hadis ənin baş verməsi və öz müraciətlərini hansısa başqa üzrlü səbəblərdən vaxtında təqdim etmələri üçün maneə yaradan digər halların olması həmin materiallarla müəyyən edilmir, təqsirləndirilən şəxslər və onların müdafiəçisi də istər vəsatətdə, istərsə də kassasiya şikayətində bununla bağlı hər hansı əsaslı bir üzrlü səbəb göstərməmişlər. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və müdafiəçi R.İ.Abdıyevin vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 17 yanvar 2022-ci il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdı r. Məhəkmə kollegiyası hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 70-ci maddəsinə əsasən barələrində şərti məhkumetmə tətbiq edilmiş Məhkum1 və Məhkum2 üzərlərinə digər vəzifələrlə yanaşı xüsusi nəzarət vasitəsini gəzdirmək və həmin vastənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin də qoyulmasının bilməmələrinə görə bunun həmin hökmdən vaxtında apellyasiya şikayəti verməmələrinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz, çünki bu haqda göstəriş elə hökmün nəticəvi hissəsində əks etdirilmiş və həm təqsirləndirilən şəxsə, həm də onların müdafiəçisinə elan olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, Məhkum1, Məhkum2 və onların müdafiəçisi R.İ.Abdıyev öz apellyasiya şikayətini hökm icraya yönəldildikdən və icrası həyata keçi rilməyə başlandıqdan dərhal sonra deyil, həmin hökmdən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən təqsirlindirlən şəxslər barəsində şərti məhkum etmənin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi haqqında apellyasiya protesti verildiyinə görə cinayət işi həmin protestə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildikdən üç ay sonra verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün şərh olunan hallar təqsirləndirilən şəxslərin və onların müdafiəçisinin hökmdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayətinin verilməsi üçün kifayət qədər vaxtlarının və imkanlarının olmasına və bunun üçün müddətin buraxılmasına əsas ola bilən heç bir üzrlü səbəbin müəyyən edilməməsinə dəlalət edir. Buna görə, məhkəmə kollegiyası yux arıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında təqsirləndirilən şəxslərin və onların müdafiəçisinin vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan onların apellyasiya instansiyası məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarından verdikləri kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum1 CM-nin 145.2.4, 145.2.5 və 150.1-ci maddələri ilə, Məhkum2 isə CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 150.1-ci maddələri ilə və Məhkum2 CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə tə qsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1097/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1097/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver