Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1097/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Məhəmməd Əkbərov) 19 may 2022-ci il tarixli, 1(101)891/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,əvvəllər məhkum olunmamış, fərdi qaydada usta kimi mənzil təmiri ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, müvəqqəti ünvan 2 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəs i ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 6,547 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 02 sentyabr 2021-ci il tarixdə saat 17:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində saxlanılmış, oradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,388 qram, 1,995 qram və 2,164 qram olmaqla ümumilikdə 6,547 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 1(103)-1426/2022 nömrəli 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 1 (bir) il 6 (altı) aya endirilmiş, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Namazlı Fariz Mübariz oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına görə ona münasibətdə cinayət təqibinə bəraətverici əsaslara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, həmçinin cəza təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq normalarının tələblərinə əməl edilmədiyindən həmin qərar əsassız olmaqla, işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və i ş yeni apellyasiya baxışına qaytarılmalıdır. İttiham tərəfinin məhkəməyə əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyasının dəlili aşağıda şərh olunan sübutların məcmusu ilə uzlaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, satış məqsədi ilə psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayət əməli üzrə sübut edilməli olan psixotrop maddələrin satışı faktı deyil, cinayət əməlinin subyektiv cəhəti, məqsədidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. Cinayət işinin materiallarına əsasən, Məhkum Fəqan Məmmədov ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop ma ddələrin sifarış məqsədilə əldə edib saxlama və daşımaları, həmçinin satmaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 2 sentyabr 2021-ci il tarixdə saat 17:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan yolunun 45-ci kilometrliyində tanışları Fəqan Məmmədov və Şahid9 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış həyata keçirilən zaman 6,547 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Məhkum 2 sentyabr 2021-ci il tarixdə verdiyi izahat, 3 sentyabr 2021-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi if adələrində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müdafiəçinin iştirakı İlə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman 3 bükümdə külli miqdarda 6,547 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olarkən onun düzgün tərtib edildiyini görüb həmin protokolu imzalamışdır. Cinayət işində olan 2 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan da görünür ki, Məhkum üzərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müdafiəçisi Elgin Abdullayevin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr qabl aşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 3 sentyabr 2021-ci il tarixli, 6/3841 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş maddə 6,547 qram (külü miqdarda) psixotrop maddə metamfetamindir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarından müəyyənləşir ki, Məhkum ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qəbul edilmiş 2 sentyabr 2021-cr il tarixli qərar qanunauyğun hesab edilmişdir. Hazırkı iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı və həmin məlumat üzrə keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin nəticəsini, yəni həqiqətən də Məhkum üzərində külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsini, yaxud həmin t ədbirin qanuna uyğun həyata keçirilməsini şübhə altında qoya biləcək hər-hansı hal mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, CM-in 234.4.3-cü maddəsi yalnız narkotik vasitələrin və ya psixotrop maddələrin satışına görə deyil, satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələrin əldə edilməsinə görə də cinayət məsuliyyəti müəyyən etmişdir və şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edildiyi andan artıq həmin cinayət əməli başa çatmış hesab edilir. Bunun üçün hər hansı satış faktının real mövcud olması tələb edilə bilməz. Satış məqsədi isə ilkin məlumat olaraq əməliyyat-axtarış fəaliyyətinin nəticəsi kimi təsdiqini tapmaqla yanaşı həm də Məhkum üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi və onun bükümlərə bölünməsi ilə də təsdiq edilmişdir. Apellyasiya məhkəməsi baxışında da müəyyən edildiyi kimi narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini deyən şəxsin 3 bükümdə olmaqla ümumilikdə 6,547 qram metamfetamini necəsə şəxsi istehlakla bağlı əldə etməsinə inanmaq və yekun qərarın əsasında təsbit etmək mövcud reallıqdan və verilən real ictimai qiymətdən çox uzaqdır. Apellyasiya məhkəməsinin qərarında əks etdirilən mövqe narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu sahədə layiqli cəzalandırma üzrə qanuni mübarizə imkanlarını məhdudlaşdırmaqla ümumilikdə ictimai dəyərlərin mühafizəsinə xidmət etmir. Hüquq mühafizə orqanları ictimai təhlükəlilik dərəcəsi yüksək olan bu qəbildən olan cinayət əməlləri barədə məlumat əldə etdikdə satış faktını bilavasitə qe ydə ala bilmək üçün müvafiq şəxslərə cinayət əməllərini davam etdirməyə imkan yaratmağa haqlı deyil. Narkotik vasitə və ya psixotrop maddənin külli miqdarının ümumi həcmi cinayətin xarakterini müəyyən etməyə imkan verdiyindən bu zaman satış məqsədi də şübhəsizdir. Hazırkı cinayət işi üzrə, birincisi, Məhkum aşkar edilmiş psixotrop maddənin ümumi satış dəyəri, ikincisi, ondan aşkar edilmiş psixotrop maddənin miqdarı, üçüncüsü isə aşkar edilmiş metamfetaminin miqdarının “külli miqdar”dan sadəcə deyil, dəfələrlə artıq olması və onun xırda bükümlərə bölünməsi, hər bükümdə olan çəkinin bir-birindən fərqli olması kimi işin halları ilə cinayət işi üzrə psixotrop maddənin əldə edilməsi və saxlanılmasının hansı məqsədlə törədilməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Məhkum əməli tövsif edi lərkən işin hallan düzgün nəzərə alınmamış, mövcud dəlillərə qiymət verilməmiş, cinayət əməlinin tövsifində səhvə yol verilmiş, reallığa açıq- aydın uyğun olmayan nəticəyə gəlinmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3 noyabr 2021-ci il tarixli, 4283 nömrəli rəyində göstərilmişdir ki, Məhkum müavinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Belə olan halda, Məhkum narkomaniya xəstəliyindən əzab çəkmədiyi, yəni narkotik vasitələrin və ya psixotrop maddələrin aludəçisi olmadığı halda üzərində şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından 43 dəfə, külli miqdardan isə 3 dəfə çox psixotrop maddə metamfetamin gəzdirməsi və saxlama sı həmin metamfetamini məhz satış məqsədilə əldə edib saxlayıb daşımasına dəlalət edir. Lakin məhkəmə kollegiyası Məhkum üzərindən külli miqdarda psixotrop maddənin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz qərarında müzakirə edərək hüquqi qiymət verməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Şərh olunan sübutlara istinadən hesab edirəm ki. Məhkum əməlini tövsif edən ibtidai istintaq orqanı əsaslı olaraq bu nəticəyə gəlmişdir ki, o, külli miqdarda psixotrop maddə olan metamfetamin məhz satış məqsədi ilə əldə edib, saxlamaqla, üzərində daşımışdır. Apellyasiya instansiyası məhkəməsi isə, yuxarıda şərh olunan sübutları nəzərə almadan, Məhkum ondan aşkar edilmiş psixotrop maddəni guya öz istifadəsi üçün üzərində saxlaması ilə bağlı işin obyekt iv hallarına uyğun olmayan nəticəyə gəlib, onun əməlini əsassız olaraq Cinayət Məcəlləsinin 234,4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxsə cəza təyini zamanı cinayət qanunvericiliyinin cəza təyini ilə bağlı müddəalarının tələblərinə də riayət edilməmişdir. Belə ki, CM-in 8, 41 və 58-ci maddələrinin məzmununa əsasən, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşd ıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə hallan arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Lakin təyin edilən cəza Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil, habelə, onun islah olunması üçün təsir potensialına malik deyildir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanın müddətini endirərkən öz qənaətini əsaslandırmaq istiqamətində addım atmamış, şəxsin cəzasının yüngülləşdirilməsinə əsas hesab etdiyi halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Namazlı Fariz Mübariz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Kassator bildirir ki, onun barəsində tərtib edilmiş baxış protokolu qanunsuzdur, o, ittihamın əsasına qoyula bilməz. Digər tərəfdən, şikayətçinin ibtidai istintaq zamanı verdiyi ilkin (qismən etirafedici) ifadəsi sübut kimi qiymətləndirilə bilməz, çünki həmin dövrdə o, özünün seçdiyi vəkillə təmin olunmamış, işgəncəyə məruz qalmış, ibtidai istintaqın gedişində o, əvvəlki ifadəsini təkzib edərək irəli sürülmüş ittihamla razı olmadığını qeyd etmişdir. Onun bu ifadəsi digər təqsirləndirilən şəxs Fəqan Məmmədovun ifadəsi ilə üst-üstə düşüb. Apellyasiya məhkəməsi şikayətçinin həmin ifadəsinin nəyə görə nəzərə alınmadığını, ilkin ifadəni növbəti ifadədə n üstün tutmasını əsaslandırmamışdır. Cinayət işi materiallarına görə, şikayətçi həbs edilərkən üzərinə dərhal baxış keçirilməmiş, BMCMl-yə aparılmış, orada video çəkiliş əsasında üzərinə baxış keçirilmişdir. Şahidlər birinci instansiya məhkəməsində verdikləri ifadələrdə göstərmişlər kı, Məhkum tutularkən onlara müqavimət göstərməmişdir. Buna görə də onun tutulduğu yerdə üzərinə baxış keçirilməməsinin səbəbləri aydın olmadı. Polis əməkdaşları bunu əlverişli şəraitin olmaması ilə izah etdilər, lakin əlverişli şəraitin nə olduğunu deyə bilmədilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi 2 qərarında formalaşdırdığı mövqeyə görə, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altı na keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Bu zaman yerli məhkəmələrin maddi sübutun həqiqiliyi və əldə edilmə hallarının, o cümlədən baxış və götürmənin dərhal yerində yox, müəyyən müddət keçdikdən sonra digər yerdə aparılmasının səbəblərinin ətraflı təhlil etməmələri, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır. (bax, Layıcov Azərbaycana qarşı, Ne 22062.07, §§ 69-77, 10 aprel 2014; və Sakit Zahidov Azərbaycana qarşı, Ne 51164.07, §§ 53-59, 12 noyabr 2015) Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə isə iş üzrə həlledici sübutun - baxış protokolunun qanuna uyğun tərtib edilib-edilməməsi məsələsini araşdırmayıb. Cinayət işinin başlanmasının əsası kimi Məhkum barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar və onun əsasında keçirilən baxış protokolu olmuşdur. Əməli yyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilib və məhkəmə həmin qərarın qanuniliyini tanımışdır. Lakin məhkəmənin qərarı formal olub, belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etməyib və qərarla bağlı öz mövqelərini, etirazlarını bildirə bilməmişlər. Nərimanov rayon məhkəməsi məhkəmə nəzarəti funksiyasını daşısa da ətraflı yoxlama aparmayıb və qəbul etdiyi qərar da formal xarakter daşıyıb. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı al madan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi hallan, ayn-ayrılıqda və birlikdə baş verdikdə, bir mənalı olaraq pozuntu kimi tanınmışdır (bax, Kobiaşvifi Gürcüstana qarşı N 36416/06, §§ 67-69, 14 mart 2019, İbrahimov və Məmmədov Azərbaycana qarşı N 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020; MeqreşvHi Gürcüstana qarşı [Komitə], Nq 30364/09, § 33. 7 may 2020; X7rş/, NaNe 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020 və Tfaşadze və Kakaşvifi Gürcüstana qarşı [Komitə], Ne 41674/10, §§ 45-48; 25 mart 2021). Belə pozuntuya məhkəməyədək istintaq dövründə yol verildikdə, Avropa Məhkəməsi onun qa rşısını almaq məqsədilə bu növ şikayətlərin işə mahiyyəti üzrə baxılması dövründə araşdırılmasını tövsiyə edib, lakin hazırki cinayət işində təqsirləndirilən Məhkum barəsində aparılmış əməliyyat-axtarış tədbirinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirsə də, bununla bağlı hər hansı mövqe bildirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi baxış protokolunun qanunsuz olmasına dair müdafiə tərəfinin arqumentlərini araşdırmamış, onların nəyə görə rədd edilməsini əsasandırmamışdır. Halbuki Avropa Məhkəməsinin yanaşmasına görə, məhkəmələrin qərarlarında həmin qərarların əsaslan adekvat şəkildə göstərilməlidir (bax, Moreyra Ferreyra v. Portugaliyaya qarşı (Nq 2) [BP], Nq 19867/12, § 84, 11 iyul 2017). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterində n asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir (Budak Türkiyəyə qarşı, N 69762/12, § 72, 16 fevral 2021). Ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (bax Aslan İsmayılov Azərbaycana qarşı, N 18498/15, § 42, 12 mart 2020). Cinayət işi materiallarından görünür ki, Məhkum barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşlarına (Şahid1) əməliyyat məlumatı daxil olub. Həmin məlumat X3 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlama və daşımaları barədə olub. Hə min məlumat əsasında 02 sentyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilib və yaradılmış əməliyyat qrupunun üzvləri əməliyyat keçirib, nəticədə F. Məmmədov həbs edilib. Qanunvericiliyin tələbinə görə, əməliyyat-axtarış tədbirlərinin nəticələri sənədləşdirilməli və əməliyyat işi qeydiyyata alınmalıdır. Lakin cinayət işi materiallarında. BMCMİ-nin əməkdaşı R. Rüstəmov tərəfindən əməliyyat-qeydiyyat işi açılması və bu əməliyyat tədbirlərinin sənədləşdirilməsinə dair hər hansı sübutlar mövcud deyil. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli mi qdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməyə və ya saxlamaya, istehsal etməyə, emal etməyə, daşımaya, göndərməyə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və ob yektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda 6,547 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrlə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, maddi sübutla və cinayət işinin digər materiallarla tam təsdiq olunur. Kassasiya protestində Məhkum aşkar edilmiş psixotrop maddənin miqdarı, həmin maddənin üç bükümdə olması, habelə Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməməsi onun psixotrop maddəni məhz satmaq niyyətində olmasını təsdiq edən işin halları kimi göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum aşkar edilmiş psixotrop maddənin miqdarı (6,547 qram), habelə həmin maddənin üç bükümdə olması onun tərəfindən həmin maddənin məhz satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə nəticəyə gəlməyə əsas vermir. Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməməsi də, onun psixotrop maddənin istifadəsini birmənalı istisna etmir. Belə ki, cinayət işinə əlavə edilmiş Narkotik sərxoşluq vəziyyətinin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli 2788 №-li protokoldan görünür ki, Məhkum sidiyində “opi” və “met” aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin satma q niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Bununla da məhkum edilmiş şəxs Məhkum psixotrop maddənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən s atması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metafetamini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəm ə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum psixotrop maddə olan metafetaminin satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmı ş mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin əsas dəlili Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmaması ilə əlaqədar onun barəsində h əmin maddə ilə ittiham hökmünün çıxarılması qanunsuz olmasıdır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmasına dair nəticəyə gələrkən onun cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrinə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi ekspertizasının rəyinə, maddi sübuta və cinayət işinin digər materiallara istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin sübutlara əsasən eyni nəticəyə gələrək müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və i şin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə məhkumun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsinin qanunsuz yolla, yəni zor tətbiq etməklə ə ldə edilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol isə məhkumun üzərində axtarışın tutulduğu yerdə deyil polis şöbəsində aparılması səbəbindən mötəbər sübutlar qismində nəzərə alına bilməməsi barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, məhkəmə kollegiyası məhkumun ilkin ifadələrinə və digər sübutlara nəzər salaraq müəyyən etmişdir ki, məhkumun həmin ifadələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur və həmin sübutlara tam uyğun gəlir. Bundan başqa, cinayət işi üzrə ilkin ifadələr məhkum tərəfindən müdafiəçinin iştirakı ilə verilmiş və həmin ifadədə məhkum özünü yalnız qismən təqsirli bilərək, faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış, yəni psi xotrop maddəni satış üçün deyil, üzünün istifadəsi üçün əldə edilməsini və saxlamasını bildirmişdir. Göründüyü kimi Məhkum ilkin olaraq da polis əməkdaşlarının və ittihamın mövqeyinə zidd ifadə vermişdir. Bu fakt məhkumun ifadəni sərbəst, təsir olmadan verməsini dəlalət edir. Bundan başqa, məhkumun ona qarşı zor tətbiq edilməsi barədə şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Qərardan görünür ki, məhkumun ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamış və həmin xüsusatlarla bağlı 03 fevral 2022-ci il tarixdə cinayət işinin başlanılmasını rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan həmçinin görünür ki, ərizəçinin bədəninin üzərində xəsarət və ya xəsarətlərin izi aşkar edilməmişdir. Həmin qərardan nə məhkum, nə onun müdafiəçisi şikayət verməmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmələr sübutlara qiymət verib düzgün olaraq nəticəyə gəlmişlər ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilm əmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun psixotrop maddənin qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti və apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin məhkumun törətmiş olduğu cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşmışd ır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayət və p rotestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1097/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1097/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver