Məhkəmə qərarları › İş №1(102)-1097/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1097/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1097/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzr ə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(107)-44/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxxxx 1955-ci il tarixdə Göyçay rayonu Qarayazı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Göyçay rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 cəza çəkir.

2. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X9 (məruzəçi) və X4 ibarət məhkəmə tər kibində) 31 oktyabr 2022-cü il tarixli, 1(091)-14/2022 nömrəli hökmü ilə Məhkum CM-in 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 179.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza ilə, əlavə cəzanın qismən toplanılması və əlavə cəzanın əsas cəzaya birləşd irilməklə Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 20 avqust 2021-ci il tarixdən hesablanması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə şamil edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübullar olan Kapital Bank ASC-nin xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli məktublarına əlavə edilmiş bankomat görüntül ərinin əks olunduğu elektron daşıyıcıların və ödəniş kartı üzrə çıxarışların iş materiallarında saxlanılmasının nəzərə alınması, Göyçay Rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik İdarəsinin “İş vaxtının uçotu tabeli” cədvəllərinin hökm qanuni qüvvəsini aldıqdan sonra həmin idarəyə qaytarılması hökm edilmişdir.

3. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət məhkəmə tərkibində) 10 yanvar 2023-cü il tarixli, 1(107)44/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 1(091)14/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikay ətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. X10 Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(107)-44/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştir akçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(107)-44/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya ş ikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(107)-44/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar