Məhkəmə qərarları › İş №1(102)-1098/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1098/2019

16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1098/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkumun müdafiəçisi X5 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 09 yanvar 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), S.Ə.Əzizov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 08 noyabr 2017-ci il tarixli hökmü ilə 11 aprel 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 3-cü qrup əlil, işləməyən, Daşkəsən Rayon Məhkəməsinin 05 mart 2014-cü il tarixli hökmü ilə CM-nin 263-1.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cəzanın çəkilmə miş hissəsindən azad edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 67-ci maddəsinə əsasən onun əvvəllər Daşkəsən Rayon Məhkəməsinin 05.03.2014-cü il tarixli hökmünə müvafiq olaraq təyin edilmiş, lakin çəkilməmiş qalan 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə üzərində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X8 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 05 may 2016-cı il tarixdə saat 02:55-də X11 yaşadığı Göygöl rayonu Qırıxlı kəndində yerləşən fərdi yaşayış evinə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi nigahda olduğu X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sifət nahiyələrini əvvəlcədən sonuncunun özü üçün qara rəngli nazik qadın corabından, onun üçün isə qara rəngli yun parçadan olan kişi gecə alt geyim şalvarından hazırladığı maskalardan istifadə edib sifətlərini gizlədərək evin həyətinə giriş qapısından daxil olduqdan sonra, X5 evin həyətindən götürdüyü dəmirdən hazırlanmış bir taylı maşa kimi istifadə edilən alətlə evin giriş qapısının arxa tərəfindəki keçəcəyi qaldırıb açdıqdan sonra birlikdə evin içərisinə qanunsuz daxil olub yataq otağına keçib, həmin vaxt burada çarpayıda yatmış və səsə yuxudan oyanmış X1 qabaqcadan verdiyi evdə məişətdə istifadə etdikləri kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən bıçağı silah qismində tətbiq edərək nümayiş etdirib “Du r ayağa, qızılını-pulunu ver mənə, verməsən səni öldürərəm” sözlərini deyib X9an qızıl və pul tələb edərək onu əks halda öldürəcəyini bildirməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə hədələmiş, sonuncu da onun əlində olan bıçağı görüb onu və övladlarını öldürməsindən qorxaraq, barmağında olan 1 ədəd çəkisi 2 qram olan 585 əyyarlı 60 manat dəyərində qızıl üzüyünü və qulağında olan 1 cüt 3 qram çəkidə 585 əyyarlı 90 manat dəyərində qızıl sırğasını çıxararaq ona vermiş, lakin buna baxmayaraq o, X9u yenidən hədələyib mobil telefonu tələb etmiş, sonuncu özünə məxsus olan 5 manat dəyərindəki işlənmiş vəziyyətdə olan “Nokia” markalı mobil telefonu ona vermiş, bundan sonra o, polisə məlumat verəcəyi təqdirdə X9nı öldürəcəyi ilə hədələyərək otaqdan çıxmış, gedərkən otaqda olan ev telefon aparatının naqillərini polisə məlumat verməməsi üçün dartaraq qoparıb X9un əmlakını ələ keçirməklə X5 ilə birlikdə evi tərk edərək, zərərçəkmişə ümumilikdə 155 (yüz əlli beş) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmişlər. Bundan başqa o, təkrarən 05.05.2016-cı il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda kirayə yaşayan X9 yaşadığı evin yataq otağına sonuncunun çağırışı ilə əri X2 yaranmış problemlərlə bağlı kömək etmək üçün X15, X13, X18 və digər şəxslərlə birlikdə daxil olmuş, X10a kömək etdik dən sonra evdən çıxıb gedərkən X9 həmin otaqda divara çıxıntı kimi hazırlanmış divar şkafından sonuncuya məxsus 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 2000 manat dəyərindəki 40 qramlıq “rekert” qızıl boyunbağını, 1 ədəd Rusiya istehası olan 583 əyyarlı 9 qramlıq 450 manat dəyərindəki qızıl üzüyünü, 1 ədəd Rusiya istehsalı 7 qramlıq 350 manat dəyərindəki qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş X10 cəmi 2800 manat həcmində maddi ziyan vurmaqla oğurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 09 yanvar 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəç i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum əməli CM-in 157-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən qismən CPM-nin tələblərini, İnsan hüquqları Haqqında Avropa Konvensiyasının tələblərini kobud şəkildə pozmuş, ədalət mühakiməsini həyata keçirərək ədal ətli qərar qəbul etmək əvəzinə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri tam araşdırmamış və nəticədə apellyasiya şikayətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin verdiyi ifadəyə əsaslanaraq şəxsin barəsində ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş şəxsin ifadəsi hər hansı bir fakta söykənmir, həmin ifadə üzləşdirmə zamanı verdiyi ifadə ilə ziddiyyətlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanıb qeyd etmişdir ki, təqsirləndirilən şəxs qızılı aldıqdan sonra aparıb univermaqda satmışdır. Təqsirləndirilən şəxs univermağa aparılmış, lakin həmin şəxsi göstərə bilməmişdir. Bu isə onun yalan ifadə verdiyini təsdiq edir. Bundan başqa, CM-in 177.2.2-ci maddəsi ilə bağlı olan ittiham isə hər hansı mötəbər sübutla təsdiq edi lmir. Həmin işdə yeganə sübut təqsirləndirilən şəxsin ifadəsidir. Həmin ifadə işin hallarına uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxs bir üzük götürdüyünü desə də zərərçəkmiş şəxs daha çox qızıl-zinət əşyalarının itdiyini bildirir. Əgər təqsirləndirilən şəxs səmimi ifadə verirdisə nəyə görə digər qızılları demirdi. Bu hal da onu bir daha göstərir ki kimlərsə açılmamış cinayəti təqsirləndirilən şəxsin üzərinə qoyaraq məsuliyyətdən azad olmaq istəmişlər. Lakin apellyasiya məhkəməsi şikayətdə irəli sürülən dəlillərə qiymət vermədən, heç bir araşdırma aparmadan şikayəti təmin etməmişdir. Eyni zamanda bir məsələ də qeyd olunmalıdır ki, işə apellyasiya qaydasında baxılarkən zərərçəkmiş şəxs Məhkum şikayətçi olsa da, sonradan notarial qaydada təsdiq edilən ərizəsindən də göründüyü kimi, ona qarşı şikayətçi olmadığını və ona köməklik edilməsini xahiş etmişdir. Bundan başqa, Məhkum hər iki valideyni 1-ci qrup əlildir, onların Məhkum başqa baxanı yoxdur. Belə olan halda Məhkum uzun müddət cəza çəkməsi valideynləri üçün çox böyük bir çətinlik yaradır. Həmçinin nəzərə alınmalıdır ki, Məhkum əvvəlki məhkumluğu ehtiyatsızlıq üzündən törədilən cinayətlə bağlıdır və bu onu mənfi xarakterizə edən hal deyil. Eyni zamanda həm işdə olan, həm də şikayətə əlavə edilmiş xasiyyətnamədən də görünür ki, Məhkum həmişə müsbət xarakterizə olunub. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüqu qi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstü nlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlı dəlili Məhkum əməllərinin sübuta yetirilməməsi və əməlinin Azərbaycan Respublika sı CM-in 157-ci maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə tövsif edilməsi üçün şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olması baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxs X11 yaşadığı Göygöl rayonu Qırıxlı kəndində yerləşən fərdi yaşayış evinə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sifət nahiyələrini əvvəlcədən sonuncunun özü üçün qara rəngli nazik qadın corabından, onun üçün isə qara rəngli yun parçadan olan kişi gecə alt geyim şalvarından hazırladığı maskalardan istifadə edib sifətlərini gizlədərək evin həyətinə giriş qapısından daxil olduqdan sonra, X5 evin həyətindən götürdüyü dəmirdən hazırlanmış bir taylı maşa kimi istifadə edilən alətlə evin giriş qapısının arxa tərəfindəki keçəcəyi qaldırıb açdıqdan sonra birlikdə evin içərisinə qanunsuz daxil olub yataq otağına keçib, həmin vaxt burada çarpayıda yatmış və səsə yuxudan oyanmış X1 qabaqcadan verdiyi evdə məişətdə istifadə etdikləri kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən bıçağı silah qismində tətbiq edər ək nümayiş etdirib “Dur ayağa, qızılını-pulunu ver mənə, verməsən səni öldürərəm” sözlərini deyib X9dan qızıl və pul tələb edərək onu əks halda öldürəcəyini bildirməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə hədələmiş, sonuncu da onun əlində olan bıçağı görüb onu və övladlarını öldürməsindən qorxaraq, barmağında olan 1 ədəd çəkisi 2 qram olan 585 əyyarlı 60 manat dəyərində qızıl üzüyünü və qulağında olan 1 cüt 3 qram çəkidə 585 əyyarlı 90 manat dəyərində qızıl sırğasını çıxararaq ona vermiş, lakin buna baxmayaraq o, X9u yenidən hədələyib mobil telefonu tələb etmiş, sonuncu özünə məxsus olan 5 manat dəyərindəki işlənmiş vəziyyətdə olan “Nokia” markalı mobil telefonu ona vermiş, bundan sonra o, polisə məlumat verəcəyi təqdirdə X9u öldürəcəyi ilə hədələyərək otaqdan çıxmış, gedərkən otaqda olan ev telefon aparatının naqillərini polisə məlumat verməməsi üçün dartaraq qoparıb X9un əmlakını ələ keçirməklə X5 ilə birlikdə evi tərk edərək, zərərçəkmişə ümumilikdə 155 (yüz əlli beş) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmişlər. Bundan başqa Məhkum o, təkrarən ünvan 1 ünvanda kirayə yaşayan X9 yaşadığı evin yataq otağına sonuncunun çağırışı ilə əri X2 yaranmış problemlərlə bağlı kömək etmək üçün X15, X13, X18 və digər şəxslərlə birlikdə daxil olmuş, X10a kömək etdikdən sonra evdə n çıxıb gedərkən X9 həmin otaqda divara çıxıntı kimi hazırlanmış divar şkafından sonuncuya məxsus 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 2000 manat dəyərindəki 40 qramlıq “rekert” qızıl boyunbağını, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 9 qramlıq 450 manat dəyərindəki qızıl üzüyünü, 1 ədəd Rusiya istehsalı 7 qramlıq 350 manat dəyərindəki qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş X10 cəmi 2800 manat həcmində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hadisələrin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum və iş üzrə digər təqsirləndirilən şəxs X12nin özlərinin qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. İşdən göründüyü kimi, Məhkum şübhəli şəxs və təqsirləndirilən şəxs kimi müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində və müdafiəçinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən verdiyi ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək X5 ilə birlikdə başlarına maska geyinərək X1in ona verdiyi bıçağı nümayiş etdirib, X3dən qulağındakı qızıl sırğanı və barmağındakı üzüyü və mobil telefonu aldığını, X3dən ələ keçirdiyi 1 cüt qızıl sırğanı Gəncə şəhərində yerləşən Univermaqda orta yaşlı kişi cinsinə məxsus olan şəxsə 145 manata satdığı, mobil telefonu isə X1ə verdiyini, bundan başqa X8in evində olarkən pəncərənin qarşısında olan qızılı rəngli kişi üzüyünü g ördüyünü, həmin üzüyün qızıl olmasını düşündüyündən satıb pul əldə etmək qərarına gəldiyini, bu məqsədlə evə köməyə gəlmiş şəxslərin başının qarışıq olmasını və ona fikir vermədiklərini görüb həmin üzüyü cibinə qoyub evdən çıxıb getdiyini bildirmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərl iyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 157.1-ci maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri ə sassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, cəza təyin edilərkən Məhkum 3-cü qrup əlil olması, zərərçəkmiş şəxs Naybə Quluyevaya dəymiş maddi ziyanın valideynləri tərəfindən ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış və ona ədalətli cəza edilmişdir. İşin materiallarında Məhkum cəzasını daha da yüngülləşdirilməsi üçün heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə ci nayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmi şdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərba ycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 09 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar