Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1098/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 f evral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Oruc Cəlilov və Aqil Musayevdən ibarət tərkibdə) 22 sentyabr 2021-ci il tarixli 1(099)-469/2021 nömrəli hökmü ilə xx xxxx 1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayon məhkəməsinin 22 sentyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəsasına məhkum olunmuş, həmin cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lə nkəran rayonu, Viravul kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Məhkum Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11(on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması və CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2021-ci ilin aprel ayının axırlarında Lənkəran rayonu, Xolmili kənd ərazisində, X2 və X4 məxsus torpaq sahələrinin hüdudlarında yerləşən, Xolmili bələdiyyəsinə aid olan və istifadə edilməyən torpaq sahəsini alaq otlarından təmizləyib əkin üçün hazır vəziyyətə gətirdikdən sonra orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, həmin toxumlardan əmələ gəlmiş külli miqdarda - 47 (qırx yeddi) ədəd çətənə bitkilərini becərərək, onlara aqrotexniki qaydada qull uq edərək kultivasiya etmişdir. 13 iyun 2021-ci il tarixdə saat 19-20 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən həmin 47 (qırx yeddi) ədəd yaş vəziyyətdə, kök üstə olan, ümumi təmiz çəkisi 725,0 qram təşkil edən, 20-100 sm arası hündürlükdə, yaşıl çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 1(106)-88/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, məhkum tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuşdur. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən Azərbaycan Respubli kası CM-in 237.2.3-cü maddəsində müəyyən edilmiş aşağı həddindən də az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası üzrə məhkəmə kollegiyasının həmin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. İşin hallarından isə görünür ki, məhkəmə kollegiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza apelyasiya məhkəməsi tərəfindən yüngülləşdirilərkən cinayət qanununun qeyd olunan normalarının, cəza təyini ləəlaqədar Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə və Ali Məhkəmə nin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi 47 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ədalətli hədlərdə təyin etdilmiş azadlıqdan məhrum etmə cəzasını əsassız olaraq yüngüləşdi rmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti əməlini törətmişdir Məhkum qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddəl ər olan çətənə (kannabis) bitkilərinin külli miqdarının aşağı həddən dəfələrlə artıq, yəni 47 ədəd olmaqla təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan əlavə, Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, məhkəmə kollegiyası onun əvvələr məhkum olunmasını şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə almamışdır. Belə ki, Məhkum Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəsasına məhkum olunmuş, lakin cəzanı çəkməyə başlamamışdan əvvəl yenidən qəsdən ağır cinayət törətmişdir. Göründüyü kimi, məhkəmə Məhkum cəzasını əsassız yüngülləşdirməklə haqlı olmamışdır. Xüsusilə v urğulanmalıdır ki, apelyasiya instansiyası məhkəməsi CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirmədən, birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 67-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddini 4 il 6 aya endirməklə cinayət qanunu normasının tələblərini də pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 237.2.3-cü maddəsi ilə 5 il 6 ay deyil, 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67-ci maddəsinə əsasən qəti olaraq 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri onun barəsində cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almamışdır. İş materiallarından da görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestini təmin etməmiş, bir sıra halları araşdıraraq cəzanı yüngülləşdirən halları qismən nəzərə alaraq, məhkuma təyin edilmiş cəzanı aşağı həddə müəyyən etsə də, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, cəzanı yüngülləşdirən halları nəzərdə tutan Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması nəzərə alınsa da, CM-in 59-cu maddəsində nəzərdə tutulmayan törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, cinayətin açılmasında fəal iştir ak etməsi, əməlində yüngülləşdirici halların müəyyən edilməsi və cəzanı ağırlaşdıran halların olmaması, ailə vəziyyəti, yaşadığı yerdən müsbət xarakterizə olunması kimi hallar da nəzərə alınmalı idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə, kassasiya şikayətinin isə təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, kassasiya protesti qismən təmin edilməli Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, işin halları ona təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə əsas versə də, məhkəmələr əsassız olaraq həmin halları nəzərə almamış və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etm əmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təq sirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamas ı və nəticədə ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə yüngül cəzanın təyin edilməsidir. Həmçinin kassasiya protestində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını deyil, birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 67-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını 4 il 6 aya endirməklə cinayət qanunu normasının tələblərini də pozmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiya həddində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzaya Lənkəran Ra yon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalmış cəzanı CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Məhkum hökmlə Azərbaycan Respublikası CM-in 237.2.3-ci maddəsi ilə təyin edilmiş cəzanın endirilməsinə dair nəticəyə gələrkən, həmin maddə ilə deyil, hökmlərin məcmusu üzrə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəza kimi qəbul edərək, həmin cəzanın müddətini 4 il 6 ayadək endirmiş, lakin CM-in 67-ci maddəsinin tələblərinə əsasən ona qəti cəza təyin edilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qərarında məhkuma Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın və qəti cəzanın müddətləri konkret müəyyən olunmur və anlaşılan deyil. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CPM-in 353.4.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi göstərilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyi n edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünü dəyişdirməklə yuxarıda qeyd edilən qanun normalarının tələblərinə riayət etməmiş, nəticədə Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının endirilməsi tam aydın olmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, apelyasi ya instansiyası məhkəməsinin qərarında Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti konkret olaraq müəyyən edilmədiyindən məhkuma həmin maddə ilə təyin edilmiş cəzanın əsaslılığı ilə əlaqədar kassasiya protestinin dəlilinə də qiymət vermək mümkün deyildir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, kassasiya protestinin dəlilləri ilə isə qismən razılaşaraq Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il qərarının ləğv edilməsini qanuni və əsaslı hesab edir. Məhkumun apelyasiya şikayəti üzrə yeni apelyasiya baxışı zamanı Məhkum təyin edilmiş cəza müddətləri müəyyən edərkən Azərbaycan Respublikası CM-in 58.1, 67. 1, 67.4-cü maddələrinin, habelə Azərbaycan Respublikası CPM-in 353.4.2-ci maddəsinin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti qismən təmin edilsin. Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-88/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1098/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1098/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver