Məhkəmə qərarları › İş №1(102)-1098/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1098/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1098/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X4 və X2 ibarət tərkibdə) 10 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. T əyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin tutulduğu 23 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 5 oktyabr 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya ş ikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(101)-1049/2022 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 23 dekabr 2021-ci il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, naməlum vaxtda və naməlum mə nbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 9,235 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB- nin) əməkdaşları tərəfindən Sabunçu rayonu, ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq bölməyə aparılmış, bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 9,235 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəşinin kassasiya şikayətində göstərilir ki, Bakı Ap ellyasiya Məhkəməsinin hökmü yol verilmiş qanun pozuntularına görə ləğv olunmalı və Məhkum əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkum özünü ona nə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234,4.3-cü maddəsi ilə elan olunmuş ittihamda, nə də birinci instansiya məhkəməsinin hökmü ilə əməlinin tövsif edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməmişdir. Cinayət işi üzrə məhkəmədə şahid qisimində dindirilən polis əməkdaşları isə ifadələrində Məhkum saxlanılarkən, habelə üzərinə video çəkilişlə baxış keçirilərkən üzərində aşkar olunan nakotik vasitəni üzdən tanıdığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almasım bildirməsini, eyni zamanda Məhkum ə vvəllər tanımadıqlarını, onlarda onun barəsində narkotik vasitə satması barədə hər hansı məlumatın olmadığını, onu yalnız özünü şübhəli aparmasına görə saxlayıb polis bölməsinə gətirmələrini bildirsələr də, məhkəmə bu faktları tam nəzərə almamışdır. Məhkum barəsində polis əməkdaşları tərəfindən 23 dekabr 2021-ci il tarixdə tutulub saxlandığı ana kimi onun nə narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə və ya satış məqsədi olmadan əldə etməsi, saxlaması və ya daşıması barədə əvvəlcədən onlarda məlumat olmamış, sonralar isə aparılan əməliyyat tədbirləri nəticəsində onun qeyd olunan fəaliyyətlə məşğul olması ildə bağlı heç bir nəticə əldə olunmamışdır. Hətta Məhkum CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinsə belə, həmin Qanunun mənasından çıxış et məklə işin faktiki hallarına və toplanmış mötəbər sübütlara istinad edərək tam əminliklə demək olar ki, işin materiallarında Məhkum miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələri və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkəti müəyyən edilməmişdir. Hökmdə göstərilənlərin əksinə olaraq, iş materiallarından da görünür ki, Məhkum aşkar edilməsi qeyd olunan heroin bir bükümdə olmuş, həmin narkotik vasitə bölünərək «xırda bağlamalara bükülməmiş»dir ki, bu da onun həmin narkotik maddəni satış məqsədi ilə əldə etməməsinin, satış niyyətinin olmamasının sübutudur. Belə ki, Məhkum hərəkətlərində, Ali Məhkəmənin Plenumunun qeyd ed ilən Qərarında sadalanan əlamətlərin - istehlakçı ilə əvvəlcədən razılığın aşkar edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışlarında müəyyən edilməsə də, Apellyasiya Məhkəməsi Məhkum mobil telefonuna daxil olan və çıxan, lakin hazırki cinayət işi üzrə ona verilən ittihama heç bir adyyəti olmayan SMS mətnlərinə istinad etməklə heç bir əsas olmadan onun həmin narkotik vasitəni gələcəkdə satmaq niyyətində olması kimi ehtimali və əsassız nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi Məhkum əməlini CM-in 234.1 maddəsindən 234.4.3-cü maddəsinə tövsif edərkən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq q iymətləndirməmişdir. Məhkəmə CPM-nin 145.3 maddəsinin "İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir” tələbini pozaraq hazırki cinayət işinə aidiyyəti olmayan, əvvəllər yazılmış şübhəli SMS-lərə İstinad etməklə Məhkum təqsirli bilib onun vəziyyətini ağırlaşdırmaqla ona ağır cəza vermişdir. Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur, habelə məhkəmə baxışında aparılan araşdırma zamanı da onun narkotik vasitəni nəinki satış məqsədi ilə alması qətiyyən sübuta yetirilməmişdir, əksinə özünün də məhkəmədə verdiyi ifadəsindən və işin faktiki hallarından müəyyən olunur ki, qeyd olunan narkotok vasitə ona məxsus olmamış, onu tutub saxlay an polis əməkdaşları tərəfindən stolun üzərinə qoyularaq ona daha çox miqdarda narkotiklə ittiham ediləcəyi barədə edilən hədə-qorxu, təzyiq və söyüş müqabilində həmin narkotok vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur ki, bu halda da onun əməlində hər hansı bir cinayət əməlinin tərkibi yaranmadığı üçün barəsində olan hökm ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünü ləğv edib cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəs ində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir fakt ın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdı rılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli b ilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüqu q norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutl ara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühaki məsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsini məqsədəmüvafiq sayır. Apellyasiya məhkəməsində apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilmiş, Məhkum özünü ona nə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda, nə də birinci instansiya məhkəməsinin hökmü ilə əməlinin tövsif edildiyi Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan bir müddət əvvəl o, ayağından yüksək narkoz altında əməliyyat olunmuş və bu səbəbdən həkim ona gəzməyi məsləhət görmüşdür. 21 dekabr 2021-ci il tarixdə o, özünü pis hiss etdiyindən gəzintiyə çıxmışdır. Bakıxanov qəsəbəsində marşruta minmək üçün gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və ondan şəxsiyyət vəsiqəsi istəmişlər. O, əvvəlcə ona yaxınlaşan adamlardan qorxaraq qaçmaq istəmiş, lakin onların polis əməkdaşları olduqlarını bilib tabe olmuşdur. Daha sonra həmin şəxslərlə polis bölməsinə getmiş və polis bölməsində gətirib stolun üstünə bir ədəd şəffaf selofana bükülü qoydulmuş və «bu sənindir» ifadəsini işlədilmişdir. O, bükülüdəkinin nə olduğunu soruşduqda, narkotik vasitə olduğunu və ona aid olduğunu bildirmişlər. Onu tutan Bəxtiyar adlı şəxs ona «əgər bunu boynuva almasan, səni yarım kiloqram narkotiklə yükləyəcəyəm» sözlərini deməklə onu hədələmiş, hətta onu nalayiq söyüşlərlə söymüşdür. Yekunda o, təzyiqlərə və söyüşlərə dözməyib, təqdim olunan narkotiki məcburi olaraq boynuna götürəsi olmuşdur. Bundan sonra guya üzəridə şəxsi axtarış aparılmış, axtarış zamanı mobil telefonla video çəkilişlə aparılmışdır. Video çəkiliş zamanı, o, məcburi olaraq narkotikin ona aid olduğunu qəbul etmiş, üzdən tanıdığım şəxsdən 40 manata özünün istifadəsi üçün aldığını bildirmiş, lakin satış üçün aldığını deməmişdir. Məhkum ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Onun b arəsində narkoloji ekspertiza keçirilmiş, ekspertiza zamanı ondan analiz götürülmüş, lakin narkotik maddələrdən istifadə etdiyini şəxsən özü ekspertlərə deməmişdir. O, tutularkən onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, onun mobil telefonuna narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan məzmunlarda SMS-lər daxil olmamışdır. İstintaq orqanı tərəfindən onun telefonunda müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrədən SMS-lər gəldiyini görməmiş, heç kimə cavab verməmiş, sonuncu nömrənin kimə məxsus olduğunu bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Sabunçu RPİ-nin CAŞ-nın baş əmə liyyat müvəkkili, polis kapitanı Şahid2la 13-cü PB-nin inzibati ərazisində xidmət apararkən bir nəfər tanımadıqları şəxsin, yəni baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum Sabunçu rayonu, ünvan 3 ünvanının qarşısında gecə saatlarında gəzdiyini, onları görərkən özünü şübhəli aparmağa başladığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs adının Ramil olduğunu bildirərək üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmiş, şübhəli aparmasının səbəblərini müxtəlif bəhanələr gətirmiş və qaçmaq istəmişdir. Onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə gəzdirməsindən şübhələnmiş və şəxsi saxlayaraq 13-cü PB-nə gətirmişlər. Bölmədə aparılan ilkin araşdır malar zamanı həmin şəxsin xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanda yaşamış Məhkum olduğu müəyyən edilmişdir. Bundan sonra onlar birlikdə müvafiq raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Tərtib etdikləri raportun araşdırılması bölmə rəisi, polis polkovnikleytenantı Nasir Babayev tərəfindən bölmənin baş təhqiqatçısı, polis kapitanı Fərhəng Hüseynova həvalə edilmişdir. Baş təhqiqatçı Fərhəng Hüseynov tərəfindən Məhkum şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, bölməyə müdafiəçi dəvət edilərək hüquqları təmin edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra Fərhəng Hüseynov tərəfindən Məhkum üzərində videoçəkilişlə şəxs i axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Məhkum heç bir etirazının olmadığını və şəxsi axtarış zamanı müdafiəçinin iştirakına ehtiyac olmadığını bildirmişdir. Təhqiqatçı Məhkum şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu zaman Məhkum əynində olan qara rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddəni, həmin gödəkcənin sağ yan cibindən “Hoffman” markalı bir ədəd mobil telefonu və bir ədəd alışqanı təqdim etmişdir. Məhkum həmin bükümün içərisində nə olması soruşularkən Məhkum həmin maddənin narkotik vasitə heroin olduğunu, 22 dekabr 2021ci il tarixdə özünün şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 4 0 (qırx) manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Məhkum özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, o, təqsirləndirilən şəxs Məhkum əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkum barəsində onun narkotik vasitələri qanunsuz olaraq satış məqsədiylə və ya satış məqsədi olmadan əldə etməsi, saxlaması və ya daşıması barədə əvvəlcədən onlarda məlumat olmamış, sonralar isə aparılan əməliyyat tədbirləri nəticəsində onun qeyd olunan fəaliyyətlə məşğul olması ildə bağlı müsbət nəticə əldə olunmamışdır. Məhkum onların xidməti ərazisində özünü şübhəli apardığından onlar tərəfindən saxlanılmış və üzərində aparılan şəxsi axtarış nəticəsində heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Sabunçu RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən təqsirləndirilən şəxs Məhkum Bakıxanov qəsəbəsi ərazisində, Eldar Xəlilov küçəsində gecə saatlarında özünü şübhəli apardığı üçün saxlanıldığını, 13-cü PB-nə aparıldıqdan sonra videomüşaiyət altında üzərində şəxsi axtarış aparıldığını və ondan bir bükümdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edildiyini bir daha təsdiq etmiş, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, satış məqsədilə kiminləsə c inayət əlaqəsinə girməsi barədə məlumat əldə edə bilmədiklərini, həmçinin keçirilmiş sonrakı tədbirlərin müsbət nəticə vermədiyini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində məhkəmə baxışında tədqiq edilmiş: «Şəxsi axtarış aparılması və götürmə haqqında» 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Məhkum üzərində videoçəkiliş müşayiəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddəni, həmin gödəkcənin sağ yan cibindən “Hoffman” markalı bir ədəd mobil telefonu və bir ədəd alışqanı təqdim etmiş, eyni zamanda suallara cavab olaraq Məhkum təqdim etdiyi bir ədəd bükümdəki həmin maddənin narkotik vasitə heroin olduğunu, 22 dekabr 2021-ci il tarixdə özünün şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən 40 (qırx) manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd şəffaf selofandakı maddə qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edilmişdir ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 dekabr 2021-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokolların məzmunu ilə eynilik təşkil edir və təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə apa rılması prosesində qanun pozuntusuna yol verilməmişdir; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5599 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 160” dairəvi möhür əksi “...Məhkum üzərindən....” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində tədqiqat aparılan həmin bir ədəd bükümdəki narkotik vasitənin təmiz çəkisi 9,285 qram təşkil edir; Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinləri barədə məlumatlar Sabunçu rayon Məhkəməsinin "telefon nömrələri ilə ötürülən məlumatların ələ keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli qərarı na əsasən "Bakcell” MMC-dən bir ədəd CD diskə yazılmaqla istintaq orqanına təqdim edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 1593 saylı rəyindən görünür ki, Məhkum opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya, əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə Məhkum hazırkı cinayət işi üzrə olan əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə cəza təyin edilməsi barədə qənaəti işin həqiqi hallarına uyğun olmamış və təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olmayan nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilmədən və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi əsas göstərilməklə yekun nəticə əldə edilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə k ollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olu nmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbayca n Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik v asitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə m üəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum istifadəsində olan mobil telefonda olan smslərdən yalnız birinə istinad edib sms-in mətnində hər hansı narkotik vasitənin və ya psixotrop maddənin alqı- satqısından, hansısa qanunsuz hərəkətlərdən bəhs olunmadığını qeyd etsə də, həm Məhkum istifadəsində olan mobil nömrəyə daxil olan, həm də onun tərəfindən digər nömrələrə göndərilən smslərin məzmunundan açıq -aşkar şəkildə məhkum edilmiş şəxs tərəfindən narkotik vasitələrin satışının həyata keçirildiyi aydın olur. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən daxil olunmuş bir ədəd CD disk məhkəmə iclasında lazımı şəkildə tədqiq və təhlil olunmamışdır ki, göstərilən hal isə məhkəmə tərkibi tərəfindən cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmamasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəyinin, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki Məhkum istifadəsində olan 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatları, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq ibtidai istintaq orqanı tərəfindən Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilinə əsasən Məhkum istintaqla müəyyən edilməmiş mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 9,235 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıması öz təsdiqini tapmiş və apellyasiya instansiyası məhkəməsinin bu barədə qənaəti əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud dey ildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi m üəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. C inayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin ci nayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə sə lahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edi lmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işi üzrə müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum cinayət əməlini törətməsində təqsirliliyi, həmçinin əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkuma CM-in 234.4.3-cü maddəsi maddəsi ilə bəraət verilməsi barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsind ə nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkuma ona qarşı Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılması zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmam alı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar