Məhkəmə qərarları › İş №1(102)-1098/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1098/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1098/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli 1(124)-28/2023 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1988-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1ci qrup əlil, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbayc an Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 29 iyun 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması; 24 iyul 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, ünvan 2 ünvanda faktiki yaş ayan X5 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, X9 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, X5 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərclərinin onlara aid edilməməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Samir Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli 1(105)-372/2023 nömrəli (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 m ay 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Məhkum xx.xx.2021-ci il tarixdə tanışı X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə 600 manat pul müqabilində Bakı şəhəri, xxx yaxınlığında istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Sadiq» adlı şəxsin həmin əraziyə satış məqsədi ilə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə etmiş, narkotik vasitə külli miqdarda heroinin 10 qramını və 0,770 qram olan psixotrop maddə metamfetamini aralarında olan razılığa əsasən tanışı X-a sonuncunun ona verdiyi 100 manat pulun müqabilində verməyi öz öhdəsinə götürmüş, bu məqsədlə X-in idarə etdiyi «VAZ 21 07» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini sonuncuya vermiş, narkotik vasitə heroini isə əynindəki boz rəngli şalvarının altında sağ ayağın protezinin içərisində saxlayaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq tanışı X9 ilə birlikdə sonuncunun idarə etdiyi «VAZ 2107» markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Qobu polis bölməsinə gətirilmiş, polis bölməsində Məhkum üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki boz rəngli şalvarının altında sağ ay ağın protezinin içərisində qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi bir ədəd şəffaf rəngli selofon paketinə bükülmüş külli miqdarda 24,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. X9 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, X9 xx.xx.2021-ci il tarixdə tanışı Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə 600 manat pul müqabilində xxx yaxınlığında istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikasın ın vətəndaşı «Sadiq» adlı şəxsdən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə etmiş, Məhkum qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə külli miqdarda heroinin 10 qramını və 0,770 qram olan psixotrop maddə metamfetamini aralarında olan razılığa əsasən sonuncuya ödədiyi 100 manat pulun müqabilində verməyi öz öhdəsinə götürmüş, bu məqsədlə onun idarə etdiyi «VAZ 2107» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə A bşeron rayonu Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini X-a vermiş, o, qanunsuz olaraq satış məqsədi ilə əldə edəcəyi külli miqdarda 10 qram narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini qəbul edib özünə məxsus avtomobilin sol tərəfdən ayaqqabısının altında «Kent 8» markalı siqaret qutusunun içərisində saxlayaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Qobu polis bölməsinə gətirilmiş, polis bölməsində «VAZ 2107» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkil işlə baxış keçirilərkən sürücü tərəfdən ayaqaltının altında qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd «Kent 8» markalı siqaret qutusunda saxladığı bir ədəd şəffaf selofon bükülüdə 0,770 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Məhkum isə 24,130 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi ndən və bunun nəticəsi olaraq Məhkum verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsini ümumi ittihamdan xaric edilməsi, X5 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası yekun qərarında qanunsuz və əsassız olaraq, Məhkum tutulduğu zaman narkotik vasitəni özünün əldə etdiyini deməklə X-lə əlbir olmasını və birlikdə narkotik vasitə götürmələrini ümumiyyətlə deməsi müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, ilkin araşdırma zamanı hər hansı şəxsin bu və ya digər halı təsdiq və təkzib etməsi həmin xüsusatın sonrakı araşdırmadan asılı olamayaraq birmənalı olaraq təsdiq və ya təkzib edilməsi kimi qəbul edilə bilməz. Yekun qərarda dəlil kimi qeyd edilmişdir ki, X barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılması da saat 16:10-da başlanılmış və saat 17:40-da başa çatmış, təhqiqatçının tərtib etdiyi protokola əsasən o, həm Məhkum, həm də X-in üzərilərində apardığı şəxsi axtarışı 29 iyun 2021-ci il tarixdə saat 16:10-da başlamış, lakin Qobu PBnin rəis müavini Şahid1 və müdafiəçi Toğrul Vəliyevin qollarında olan qol saatlarının əqrəbləri müvafiq olaraq saat 12:37 və 12:40 olduğu göstərmiş, eyni zamanda X-in avtomobilinə baxışın videoçəkilişin 12:24 dəqiqəsində olan görüntüyə əsasən vəkil Şahid5 qolunda olan saat da 20:11 dəqiqəni göstərmişdir ki, protokolun real keçirildiyi vaxt ilə tərtib edildiyi vaxt arasında 4 saatadək fərq olmuşdur. Qobu PB-nin rəis müavini Şahid1 və müdafiəçi Toğrul Vəliyevin qollarında olan qol saatlarının həmin vaxt işlək vəziyyətdə olubolmaması qeyri-müəyyəndir. O şərt qəbul edilsə ki, protokolda saatlar düzgün qeyd edilməmişdir, belə olan halda məhkəmə çəkilişin aparılması zamanı hansı prosessual pozuntalara yol verilməsini, nəyə görə diskdə müşahidə edilən görüntülərin sübut kimi qəbul edilməməsini müzakirə etməmiş, həmin görüntülərin sübut kimi qəbul edilibedilməməsinə qiymət verməmişdir. Hazırki cinayət işi üzrə ilkin araşdırma zamanı Məhkum və X9 müdafiəçi ilə təmin edilmiş, üzərilərinə və X-in idarə etdiyi avtomobilə müdafiəçisinin iştirakı ilə baxış aparılmış, Məhkum verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrindən üzərindən aşkar edilmiş nar kotik vasitəni tanışı X ilə birlikdə əldə etməsi müəyyən edilmişdir. İbtidai istintaq zamanı X-in qeyd edilən faktı inkar etməsi isə əksinə onun ibtidai istintaq zamanı sərbəst olaraq iradəsini ifadə etməsini, hər hansı kənar təsir olmadan sərbəst ifadələr verməsini ehtiva edir. Həmçinin məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlayarkən “məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X-in müdafiə hüquqları da kobud şəkildə pozulmuşdur” kimi müddəasını təsdiq etmək üçün məhkəmədə dindirlimiş vəkil Şahid5 ifadəsinə, mobil telefonlara aid antena məlumatlara, eləcə də “Google maps”, “Google earth” və “Waze” internet proqramlarında olan xəritə məlumatlarına istinad edilmişdir. Müdafiəçilər Şahid5 və Şahid istifadələrində olan mobil telefonların müvafiq anten dairlərində qeyd edilməsi h əmin vəkillərin məhkəmə tərəfindən mübahisələndirilən tarix və vaxtlarda mütləq olaraq X-in hüquqlarını müdafiəsini həyata keçirilməsi ilə şərtləndirilə bilinməz. Müdafiəçilərin həmin vaxt həmin yerdən təsadüfən keçib getməsi, müvafıq polis şöbəsində hər hansı başqa işlə əlaqədar olaraq olması və ya yaxınlıqda başqa bir məkanda olması ilə şərtlənə bilər. Sübutlara və iş materiallarına əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X3 tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Sadiq» adlı şəxsdən 600 manat pul müqabilində qanunsuz olaraq əldə etdiyi, aralarında olan razılığa əsasən X-in Məhkum qeyd olunan məbləğin ödədiyi 100 manatı müqabilində narkotik vasitə külli miqdarda he roinin 10 qramını və 0,770 qram olan psixotrop maddə metamfetamini verməyi sonuncu öz öhdəsinə götürmüş, bu məqsədlə də ilkin olaraq X-in idarə etdiyi Vaz 2107 markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə psixotrop maddə metamfetamini sonuncuya vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş protestin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin madd ədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsini ümumi ittihamdan xaric edilməsi, X5 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiha m üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sen tyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsa slı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilm iş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik v asitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş, Məhkum isə həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cina yət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Məhkum tərəfindən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, X3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, Məhkum barəsində olan videoçəkilişlə həyata keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılması saat 16: 10-da başlanılmış və saat 16:30-da başa çatdırılmışdır. Protokol Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən tərtib olunmaqla bu istintaq hərəkətinin aparılmasında şübhəli şəxs Məhkum başqa müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Şahid5, eləcə də polis əməkdaşları Qobu PB-nin rəis müavini Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirak etmişlər. Həmin istintaq hərəkətini özündə əks etdirən “CD” formatlı diskdə olan videogörüntülərdən baxılarkən müəyyən edilmişdir ki, Məhkum tutulduğu zaman narkotik vasitəni özünün əldə etdiyini deməklə X-lə əlbir olmasını və birlikdə narkotik vasitə götürmələrini ümumiyyətlə deməmişdir. O cümlədən, videoşəkilişin 09:04 və 12:28 dəqiqələrində Qobu PB-nin rəis müavini Şahid1 və müdafiəçi Toğrul Vəliyevin qolla rında olan saatlardan açıq aydın görünür ki, hər iki qol saatlarının əqrəbləri müvafiq olaraq saat 12:37 və 12:40 olduğunu göstərmişdir. Başqa sözlə protokolun real keçirildiyi vaxt ilə tərtib edildiyi vaxt arasında 4 saatadək fərq olmuşdur. Həmçinin, iş materiallarında olan X9 barəsində videoçəkilişlə həyata keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılması da saat 16:10-da başlanılmış və saat 17:40da başa çatdırılmışdır. Yəni təhqiqatçının tərtib etdiyi protokola əsasən o, həm Məhkum, həm də X-in üzərilərində X-inxtarışı 29 iyun 2021-ci il tarixdə saat 16:10-da başlamışdır. Həmin protokol da Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən tərtib olunmaqla bu istintaq hərəkətinin aparılmasında şübhəli şəxs X-dən başqa müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Şahid5, eləcə də polis əməkdaşları Qobu PB-nin rəis müavini Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və sahə rəisi Şahin Vəliyev iştirak etmişlər. Eyni şəxslərin iştirakı ilə tərtib edilmiş X-in idarə etdiyi X-inlı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılmasına 29 iyun 2021-ci il tarixdə saat 16:52-də başlanılmış və saat 17:40-da başa çatdırılmışdır. Həmin istintaq hərəkətlərini özündə əks etdirən “CD” formatlı diskdə olan videogörüntülərdən baxılarkən isə müəyyən edilmişdir ki, X-in üzərində keçiX-inrış zaman narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmçinin onun şəxsi axtarışı zamanı üz ərində mobil telefon, pul və ya digər əşyalar olmamış və ən əsası idarə etdiyi avtomaşının açarları da onun üzərində olmamışdır. Bu hal bir daha onu təsdiq edir ki, X-in şəxsi axtarışX-inə gətirilərkən dərhal aparılmamış və videoçəkilişin təkrarən aparılmasının inandırıcı olmasına işarə etmişdir. Daha sonra, istintaq hərəkətinin iştirakçıları onun avtomaşınına baxış keçirilməsi üçün polis bölməsinin inzibati binasından çıxaraq həyətə düşdükdə X-in avtomaşının aX-inisinin müavini Şahid1 olmaqla avtomaşının qapıları məhz onun tərəfindən açılır. Sürücü oturacağının altında “Kent 8” siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni aşkar edən Şahid1 həmin kütləni qablaşdırarkən videogörüntülərin 09:14 və 10:11 dəqiqələrində onun qolundan olan saatın aydın şəkildə əqrəbl ərindən görünür ki, müvafiq olaraq axşam saat 20:08 və 20:09 olmuşdur. Eyni zamanda videoçəkilişin 12:24 dəqiqəsində olan görüntüyə əsasən vəkil Şahid5 qolunda olan saat da 20:11 dəqiqəni göstərmişdir. Bundan başqa, polis bölməsinin həyətində işıqların yanmasından və günəşin batmasından da axşam saatlarının olması açıq-aşkar müşahidə olunur. Odur ki, istintaq hərəkətlərini özündə əks etdirən “CD” formatlı diskə keçirilmiş baxışlardan, o cümlədən təqsirləndirilən şəxslərin ifadələrindən müəyyən olunur ki, Məhkum üzərində şəxsi axtarışın aparılmasına 29 iyun 2021-ci il tarixdə saat 12:30-da, Xin avtomaşınına X-ini isə saat 20:00-da başlanılmışdır. Beləliklə də, X1 ən azı 8 saat sonra onun avtomaşınına baxış keçirilməsi, bu müddət ərzində onun tamamilə polisin nəzarəti altında olması, xüsusən də onun avtomaşının açarlarının da özündə deyil polis əməkdaşlarında olması, psixotrop maddə metamfetaminin X-in avtomaşınına X-inrəfindən qoyula bilməsinə məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxs X-in xeyrinə həll X-inrbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə ba şlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan 000490 №-li orderdən görünür ki, X-in hüquqlarının X-inövlət hesabına müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Elvin İbadət oğlu dəvət edilmişdir. Amma sonradan, heç bir səbəb göstərilmədən müdafiəçinin təqdim olunması haqqında protokolda X19 Yusifova etiraz etməsi qələmlə yazılaraq göstərilmiş, lakin müdafiəçidən imtina vəkilin iştirakı ilə aparılmamışdır. Hansı ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirlən dirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Həmçinin bu haqda X-dən ərizə də alınmışdır. Ardınca vəkil Şahid5 müqavilə əsasında order təqdim etməklə işə qoşulmuşdur. Beləliklə də, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs X-in həmçinin müdaX-in kobud şəkildə pozulmuşdur. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obye ktivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. K assasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X3 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş, beləliklə Məhkum verilmiş ittihamdan da onun həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmədiyi barədə nəticəyə gəlinərək CM-in 234.4.1-ci maddəsi xaric edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, hökmün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qə rarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, Məhkum münasibətdə isə C M-nin 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxs X5 tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürü lməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübu t kimi qəbul edilə bilər. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş materiallarında olan sübutların müqayisəli təhlilinə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmədiyindən birinci epizod üzrə təqsirin sübuta yetirilməməsi, Məhkum münasibətdə isə CM-in 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməli olması qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan nəticə ilə haqlı olaraq razılaşmışdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanıl masına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmün y uxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-ni n 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfi ndən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar