Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1099/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasında dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Emin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, 23 ya nvar 2016-cı il tarixədək Göygöl rayonunun X bələdiyyəsinin sədri vəzifəsində işləmiş, sonradan isə heç yerdə işləməyən, ünvan 1-də yaşamış, CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 179.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüid arə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2005-ci ildən 23 yanvar 2016-cı il tarixədək Göygöl rayonunun X bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29.03.2000-ci ildə qeydiyyata alınmış, Bələdiyyə üzvlərinin 28 fevral 2000-ci il tarixli 02 saylı iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonunun X1”nə əsasən, təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək Göygöl rayonunun X kəndində məskunlaşmış Ermənistan Respublikası nın silahlı qüvvələri tərəfindən 2 aprel 1993-cü il tarixdə işğal olunmuş Azərbaycan Respublikasının Kəlbəcər rayonundan məcburi köçkün olan X9 1993-cü ildən faktiki istifadəsində olan 0,24 ha torpaq sahəsini sonuncunun adına sənədləşdirəcəyini ona vəd edib həmin adla 2006-cı ilin yay aylarında rüsum adı ilə X bələdiyyəsinin Göygöl rayonu X kəndindəki inzibati binasında X22dan 280 manat pulu alaraq, şəxsi ehtiyaclarına xərcləyib, inandırmaq üçün ona 2007-ci ilin yay aylarında torpaq sahəsinə dair sənəd kimi bələdiyyə iclası keçirilmədiyi halda guya bələdiyyə iclasında qəbul edilmiş qərara əsaslanan 01.06.2006-cı il tarixli “nümunəvi bələdiyyə sifarişi müqaviləsi” adlı saxta sənəd vermiş, X22 həmin sənədin saxta olduğunu bildikdə, eyni niyyətlə, yenidən aldadaraq məcburi köçkün olduğu üçün adına torpaq sahəsinin sənədləşdirilməsinin mümkün olmadığını bildirib həmin torpaq sahəsini kürəkəni X27 oğlunun adına sənədləşdirəcəyinə vəd verib, rüsum adı ilə 18 noyabr 2007-ci il tarixdə X bələdiyyəsinin Göygöl rayonu X kəndindəki inzibati binasında X22dan 800 manat alıb, şəxsi ehtiyaclarına xərcləyib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş 17 dekabr 2007-ci il tarixli, 339a nömrəli rəyin və torpaq sahəsinin plandan çıxarışının üzərində əlyazısı ilə X27 oğlunun adını yazaraq saxtalaşdırıb 2007-ci ilin dekabr ayında X22a verərək, eyni niyyətlə, yenidən X22u aldadaraq ona həmin 0,24 ha torpaq sahəsinin X22un kürəkəni X23un adına sənədləşdirmənin yekunlaşdırılması üçün əlavə rüsumun verilməli olmasını 3 dekabr 2012-ci il tarixdə ünvan 1 ünvanınd a yerləşən inzibati binasında yalandan bildirib, həmin vaxt qeyd edilən ünvanda X22dan rüsum adı ilə əlavə 1.520 manat pulunu alıb, şəxsi ehtiyaclarına xərcləyib, ümumilikdə özqulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə X22a məxsus vahid niyyətlə 2.600 (iki min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını özqulluq mövqeyindənistifadə edərək ələ keçirmək məqsədilə 2013-cü ilin avqust ayında Göygöl rayonu Zurnabad bələdiyyəsinin ərazisindən torpaq sahəsinin mülkiyyətinə keçirilməsi və icarəyə verilməsində köməklik göstərməsi ilə əlaqədar ona müraciət edən X6 özünün həmin ərazidən 1,02 ha torpaq s ahəsinin onun mülkiyyətinə keçirilməsi və 3,0 ha torpaq sahəsini isə 99 illik müddətə ona icarəyə verilməsini təşkil edəcəyini yalandan vəd edib, bununla əlaqədar inandırmaq üçün rəhbəri olduğu bələdiyyənin "xxxx" ASC-nin Göygöl rayon filialında olan ******************** nömrəli cari hesabına torpaq alqı-satqısı təyinatı üzrə rüsum kimi 11.109 manat məbləğində pul ödənilməsinin və Göygöl şəhərinin abadlaşdırılmasmda istifadə etmək üçün əvvəlcə 20.000 ABŞ dolları, sənədləşmələr yekunlaşdıqdan sonra isə əlavə 5.000 ABŞ dolları məbləğində pulun özünə verilməli olmasının zəruriliyini bildirməklə, X24a məxsus olmaqla sonuncunun qardaşı övladı X17 vasitəsilə ona göndərdiyi 15.000 ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 11.766 manat məbləğində pulu, sonuncu ilə birlikdə manata konvertas iya edib, həmin pulun 11.109 manatının X26 tərəfindən 30 sentyabr 2013-cü il tarixdə X bələdiyyəsinin "xxxx" ASC-nin Göygöl fılialındakı ******************** nömrəli cari hesabına X24un adından hərrac yolu ilə torpaq alqı-satqısı təyinatı üzrə ödənilməsinə nail olub, həmin puldan qalan 657 manatı sənədləşmə xərcləri adı ilə özünə götürüb, elə həmin gün qeyd edilən bankın Göygöl şəhəri, H.Əliyev prospekti 45 ünvanında yerləşən filialına gedib 30sentyabr 2013-cü il tarixli 484780 nömrəli çek əsasında, 109,97 manat xidmət haqqı şəklində tutulduqdan sonra, hesabdan 10.997 manat pul vəsaitini çıxarmaqla götürüb şəxsi ehtiyaclarına xərcləyib, eyni niyyətlə, 2013-cü ilin oktyabr ayının əvvəlindən həmin ilin dekabr ayınadək olan müddətdə razılaşmaları əsasında, Göygöl şəhərinin abadlıq işlərində i stifadə etmək adı ilə X24dan qohumu X26 vasitəsilə Gəncə şəhərində yerləşən “Xan Bağı” Mədəniyyət və İstirahət Parkında 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.844 manat, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının qarşısında 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.922 manat, X24un özündən Göygöl şəhər avtovağzalının yaxınlığında 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.922 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləyib, inandırmaq üçün bələdiyyə iclası keçirilmədiyi halda guya bələdiyyə iclasının keçirilməsi və iclas zamanı gəlinən nəticəyə əsaslanan sənədlər kimi X24a 2014-cü ilin avqust ayında köhnə tarixə bələdiyyənin dairəvi möhürü ilə özünün təsdiq etdiyi 2 sent yabr 2013-cü il tarixli 08 saylı saxta iclas protokolunu, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” bələdiyyənin dairəvi möhürü ilə təsdiq etdiyi 25 noyabr 2013-cü il tarixli 06 nömrəli saxta müqaviləni, 28 noyabr 2013-cü il tarixli 0008 nömrəli saxta alqı-satqı müqaviləsini verib, ümumilikdə özqulluqmövqeyindən istifadə edərək etibardansui-istifadəetmə və aldatma yolu ilə X24a məxsus vahid niyyətlə 27.454 (iyirmi yeddi min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə 2013-cü ilin iyul ayında ona X kəndində çay kənarında həyətyan ı torpaq sahəsinin alqı-satqı yolu ilə alınmasında köməklik göstərilməsi ilə əlaqədar müraciət edən Göygöl şəhər sakini X15 bələdiyyənin həmin ərazisindəki torpaq sahəsindən 0,01 hektarının satmasını müsbət həll edə biləcəyini yalandan vəd edib, sənədləşdirmənin aparılması adı ilə 2013-cü ilin avqust ayında X25dan sonuncunun yaşadığı Göygöl şəhəri Nizami küçəsində yerləşən 59 saylı evin qarşısında 1.200 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləyib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə X25a məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakın ı öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə 2013-cü ilin mart ayında ona X kəndi ərazisindən həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə alınmasında köməklik göstərilməsi ilə əlaqədar müraciət edən Yevlax rayon sakini X10 bələdiyyənin torpaq sahəsindən 0,08 hektarının ona satılmasını müsbət həll edə biləcəyini yalandan vəd edib, inandırmaq üçün bələdiyyə ərazisindən X23a 0,08 ha torpaq sahəsinin satılmasına dair bələdiyyənin qeyd edilən kənddə yerləşən inzibati binasında bələdiyyə iclası keçirilmədiyi halda guya bələdiyyə iclasında qəbul edilmiş 28 mart 2013-cü il tarixli 03 saylı saxta qərar hazırlayıb bələdiyyənin dairəvi möhürü ilə təsdiq edib imza etməklə sonuncuya vermiş, bundan sonra, torpaq sahəsinin sənədlərinin hazırlanması və adma alqı-satqı edilməsinin sənə dləşdirilməsindən ötrü belə niyyəti olmadan sonuncudan 18 iyun 2014-cü il tarixdə Gəncə şəhərinin inzibati ərazisində yerləşən “Gəncə şəhəri 1500 ailəlik yaşayış məhəlləsi”ndə 5.000 manat məbləğində pulunu alıb, inandırmaq üçün həmin tarixdə Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində notariusda təsdiq olunmaqla satıcı qismində bələdiyyə sədri kimi özünün çıxış etdiyi Göygöl rayonu X bələdiyyəsinə məxsus olan Göygöl rayonu X kəndində yerləşən 0,72 ha torpaq sahəsindən 0,08 ha hissəsinin X23a 5.000 manata satılmasına dair alqısatqı müqaviləsi bağlayıb, faktiki olaraq onun adına heç bir torpaq sahəsi sənədləşdirməyərək, aldığı pul vəsaitini isə bələdiyyənin bank hesabına köçürməyib, bələdiyyənin xəzinəsinə mədaxil etmədən öz şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən isti fadə edib X23a məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2005-ci ildən 23 yanvar 2016-cı il tarixədək Göygöl rayonu X bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, mühasib və xəzinədar funksiyalarını da faktiki olaraq özü yerinə yetirməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29.03.2000-ci ildə qeydiyyata alınmış, Bələdiyyə üzvlərinin 28.02.2000-ci il mrixli 02 saylı iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonunun X1”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən bü dcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasının tələblərinə əsasən, bələdiyyə büdcəsindən pul vəsaitinin yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmasının müəyyən olunmasına, həmin qərarda vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarının göstərilməli olmasına baxmayaraq, qəsdən bələdiyyə üzvlərinə məlumat vermədən, bələdiyyə üzvlərinin ümumi yiğıncağını çağırmadan və bələdiyyə iclasında müzakirə olunmadan, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli 1-07 saylı əmri ilə təsdiq edilmiş “Kassa əməliyyatlarının aparılması Qaydalarının tələblərini pozaraq bələdiyyə iclaslarında müzakirə edilmədən, qərar qəbul olunmadan bələdiyyənin "xxxx" ASC-nin Göygöl rayon filialındakı ******************** nömrəli cari hesabından 2011ci ilin əvvəllərindən 2015-ci ilin sentyabr ayınadək olan müddətə təkbaşına olaraq abadlıq işləri və sair xərclər adı ilə, müxtəlif məbləğlərdə, o cümlədən, 2011-ci il ərzində 7 dəfə müxtəlif məbləğlərdə olmaqla, cəmi 5.710 manat, habelə pulun məxaric olu nmasına dair 09 yanvar 2012-ci il tarixli 246232 manat, 21 fevral 2012-ci il tarixli 246234 nömrəli çek əsasında 3.950 manat, 09 aprel 2012-ci il tarixli 400302 nömrəli çek əsasında 2.016 manat, 04 iyun 2012-ci il tarixli 246235 nömrəli çek əsasında 666 manat, 22 avqust 2012ci il tarixli 400303 nömrəli çek əsasında 3.700 manat, 28 avqust 2012-ci il tarixli 400304 nömrəli çek əsasında 1.590 manat, 03 sentyabr 2012-ci il tarixli 400305 nömrəli çek əsasında 166 manat, 12 sentyabr 2012-ci il tarixli 400306 nömrəli çek əsasında 669 manat, 22 noyabr 2012-ci il tarixli 400309 nömrəli çek əsasında 257 manat, 01 aprel 2013cü il tarixli 400310 nömrəli çek əsasında 4.060 manat, 03 aprel 2013-cü il tarixli 400312 nömrəli çek əsasında 3.478 manat, 08 aprel 2013-cü il tarixli 400314 nömrəli çek əsasında 6.849 manat, 09 aprel 2013-cü il tarixli 400315 nömrəli çek əsasında 359 manat, 16 aprel 2013-cü il tarixli 400316 nömrəli çek əsasında 7.248 manat, 18 aprel 2013-cü il tarixli 400317 nömrəli çek əsasında 339 manat, 19 aprel 2013-cü il tarixli 400318 nömrəli çek əsasında 990 manat, 14 may 2013-cü il tarixli.400320 nömrəli çek əsasında 11.109 manat, 21 may 2013-cü il tarixli 400321 nömrəli çek əsasında 1.148 manat, 22 may 2013cü il tarixli 400322 nömrəli çek əsasında 810 manat, 24 may 2013-cü il tarixli 400323 nömrəli çek əsasında 300 manat, 29 may 2013-cü il tarixli 400324 nömrəli çek əsasında 838 manat, 23 iyul 2013-cü il tarixli 400325 nömrəli çek əsasında 247 manat, 25 iyul 2013cü il tarixli 484776 nömrəli çek əsasında 188 manat, 31 iyul 2013-cü il tarixli 484777 nömrəli çek əsasında 1.340 manat, 19 avqust 2013-cü il tarixli 484778 nömrəli çek əsasında 1.686 manat, 23 yanvar 2014-cü il tarixli 484781 nömrəli çek əsasında 1048 manat, 21 may 2014-cü il tarixli 484782 nömrəli çek əsasında 1.585 manat, 22 may 2014cü il tarixli 484783 nömrəli çek əsasında 4.847 manat, 08 dekabr 2014-cü il tarixli 484784 nömrəli çek əsasında 2.800 manat, 09 yanvar 2015-ci il tarixli 484785 nömrəli çek əsasında 989 manat, 04 iyun 2015-ci il tarixli 484787 nömrəli çek əsasında 614 manat, 18 iyun 2015-ci il tarixli 484788 nömrəli çek əsasında 4.865 manat, 13 iyul 2015-ci il tarixli 484789 nömrəli çek əsasında 1.046 manat, 30 iyul 2015-ci il tarixli 484790 nömrəli çek əsasında 1.680 manat, 03 avqust 2015-ci il tarixli 484791 nömrəli çek əsasında 3.360 manat, 05 avqust 2015-ci il tarixli 484792 nömrəli çek əsasında 3.360 manat və 18 avqust 2015-ci il tarixli 484793 nömrəli çek əsasında 890 manat olmaqla, ümumilikdə 86.909 manat məbləğində pul vəsaitini həmin bankın Göygöl şəhəri, H.Əliyev prospekti 45 ünvanmda yerləşən inzibati binasında bələdiyyənin həmin cari hesabından götürüb, həmin pul vəsaitinin 3.700 manatını 2012-ci ilin avqust ayında xəzinəyə mədaxil etmiş, 83.209 (səksən üç min iki yüz doqquz) manatını isə bələdiyyənin xəzinəsinə mədaxil etmədən özünün şəxsi və sair fərdi ehtiyaclarına xərcləyib, Göygöl niyyətlə özqulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. Hökmdən məhkum Məhkum və zərər çəkmiş şəxslər X18, X11, X12 və zərərçəkmiş X27un nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan G əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 14 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və barəsində yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi ona təyin edilmiş cəzanı dəyiş dirməməklə ədalətsiz və qeyri humansit qərar qəbul etmişdir. Məhkum öz kassasiya şikayətində bildirir ki, onun himayəsində üç azyaşlı uşaqları və xəstə anası var və o, zərər çəkmiş şəxs X24a dəymiş ziyanı tam olaraq ödəmiş və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halı təsdiq edən zərərçəkmiş X27un notarial qaydada təsdiq olunmuş ərizəsini kassasiya şikayətinə əlavə edən Məhkum onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum zərər çəkmiş şəxslər X18, X11, X12, X22, zərərçəkmiş X27un nümayəndəsi X3 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X29 oğlu qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, onlar naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bu nunla bağlı dövlət ittihamçısının və məhkumun rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları göstərilən zərər çəkmiş şəxslərin və nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin hökmündən verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları no rmalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Koll egiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilmə sinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyininə münasibətdə qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Daha sonra məhkəmə kollegiyası Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə ka ssasiya şikayətinin dəlilləri ilə bağlı vurğulayır ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edi lməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1. 14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab ed ilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə f aktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir ko nkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törəd ilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... M əhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş süb ut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum cinayət əməllərini CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum həmin maddələrlə və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların onun şəxsiyyətinə, ailə vəziyyətinə, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyi ndə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmələr tərəfindən təhlil olunan məsələnin həlli zamanı qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrə əməl edilib-edilməməsi məsələsini araşdırarkən məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələri ilə və cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edərkən bir tərəfdən az ağır cinayətlər hesab olunan CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş iləd ək müddətə azadlıqdan məhrum etmə cəzalarının, ağır cinayət hesab edilən CM-nin 179.3.2ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə əzasının nəzərdə tutulmasını, CM-nin 66.3-cü maddəsində cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxil olması halında qəti cəzanın təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilməsinin tələb olunduğunu, digər tərəfdən isə Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları himayəsində 3 azyaşlı övladının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Bununla belə Məhkum kass asiya şikayətində göstərdiyi əsas dəlili ondan ibarətdir ki, o zərər çəkmiş şəxs X6 dəymiş ziyanı tam olaraq ödəmiş və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkum bununla bağlı kassasiya şikayətinə zərərçəkmiş şəxs X27un 03 dekabr 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətini əlavə edərək həmin ərizəni kassasiya şikayəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Həmin ərizədə zərər çəkmiş şəxs X27 bəyan edir ki, Məhkum ona olan borcunu (sonuncuya elan olunmuş ittihama görə 27.454 (iyirmi yeddi min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaitini) ödəmiş və onun Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Ərizə Abşeron rayonu 02 saylı notariat ofisinin notariusu X24 tərəfindən təsdiq edilmişdi r. Zərərçəkmiş X27un bu ərizəsinin hər hansı təsir və ya təzyiq altında verməsi, onun saxta olması və sair bu kimi hallar iş materialları ilə müəyyən edilmir. CM-nin 59.1.14-cü maddəsinə əsasən isə cəza təyin edilərkən cinayət törətmiş şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərdən biri olan X27a vurduğu ziyanın tamamilə odənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və bu halı aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş digər hallarla birgə nəzərə alaraq hesab edir ki, həmin şikayət təmin edilməklə Məhkum CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmu su üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və həmin şikayətin təmin edilməməsi haqda ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməli və ona təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələri ilə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, bu əsasla da Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kasassiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 179.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 03 (üç) ayadək azaldılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1099/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1099/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver