Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1099/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Əlimərdanov Fərid Qalib oğlu iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, XXXX, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli 1(103)-936/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Əlimərdanov Fərid Qalib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 1(005)33/2024 nömrəli hökmü ilə (hakim X.K.Əlisoy) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tu tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli 1(103)-936/2024 nömrəli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) apelyasiya protesti və apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 1(005)-33/2024 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 1 (bir) ay 18 (on səkkiz) gün ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 1(005)-33/2024 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 12 (on iki) gün azadl ığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 22 mart 2019-cu il tarixdən 29 avqust 2022-ci il tarixədək XXX vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Şahid2 məxsus 6000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Şahid2 2021-ci ilin oktyabr ayında Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciət ilə əlaqədar tərəfindən aparılan ilkin araşdırma zamanı həmin tarixdə özünün istifadəsində olan telefon vasitəsilə Zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq sonuncuya Şahid2 müraciəti barədə məlumat verib ondan aldığı pulun qaytarmasını tələb edərək bu barədə Zərərçə kmiş şəxs2la razılaşaraq sövdələşdikdən sonra Şahid2 qaytarılması adı ilə Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz tanışı Şahid3 işlədiyi ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin İnzibati binasının yaxınlığında 2021-ci ilin oktyabr-noyabr aylarında hissə-hissə olmaqla 1.800 manat, 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək müddətdə Zərərçəkmiş şəxs2 tərəfindən hissə-hissə olmaqla cinayət xəbərsiz tanışları Şahid4 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 2700 manat, X6 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 50 manat və X4 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 100 manat olmaqla, ümumilikdə 2850 manat pul vəsaitinin köçürülməsinə nail olub, qeyd olunan tarixlərdə həmin şəxslər vasitəsi ilə, o cümlədən, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Vüsal İbrah imovun bank kartından sonuncu vasitəsi ilə qeyd edilən bankın Bakı şəhəri Nizami rayonu X12 küçəsi 2005 ünvanında yerləşən bankomatından 100 manat pul vəsaitini nağdlaşdırıb həmin tarixdə ünvan 3 ünvanında özünə təqdim edilməsindən sonra əldə etdiyi ümumilikdə 4650 manat pul vəsaitindən 1.700 manat hissəsini Şahid2 təqdim edib, qalan 2.950 manat pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 2.950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs X3 üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı video görüntülərin kütləvi informasiya vasitələrində yayımlanmasının qarşısının alınması imkanına malik olmasını, qeyd edilən məsələnin müsbət həlli ilə əlaqədar XX xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 12 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının həyətində sonuncunun arvadı Zərərçəkmiş şəxs1 aldatmaqla, görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs1 ilə ra zılaşmaqla sövdələşib həmin tarixdə və yerdə 2.000 manat pul vəsaitini aldıqdan sonra öz cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə 2022-ci ilin fevral ayının ortalarında XX həbsdən azad olunmasına köməklik edəcəyini və buna görə də XX xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla, sonuncunun razılığını alıb sövdələşdikdən sonra həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi İdarənin həyətində Zərərçəkmiş şəxs1 şəxsən 3.000 manat, eyni niyyətlə 01 mart 2022-ci il tarixdə həmin adla 10.000 (on min) manat, eyni niyyətlə 15 iyul 2022-ci il tarixdə XX həbsdən azad olunması zamanı guya məhkəmədə hakim köməkçisi işləyən tanışına sənədləşməni tez həyata keçirməsinə görə 200 manat pul vəsatinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs1 göndərdiyi cinayətdən xəbərsiz Şahid4 adına "xxxx" ASC-də olan “4169******9644” nömrəli bank kartına zərərçəkmiş şəxs tərəfindən sonuncuya məxsus həmin bankda olan 4169*****6558 nömrəli bank kartından xx.xx.2022-ci il tarixdə 200 manat pul vəsaitinin göndərilməsinə nail olaraq qeyd edilən pul vəsaitini 18 iyul 2022-ci il tarixdə Şahid4 vasitəsi ilə qeyd edilən bankın ünvan 7 ünvanında yerləşən bankomatından çıxarıb həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının yanında Şahid4 əldə edib, ümumilikdə 15.200 manat pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edər ək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə X1 məxsus cəmi 15.200 (on beş min iki yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, aşağı instansiya məhkəmələri tərəfindən cəza təyin edərkən maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, işin faktiki hallarına diqqət yetirilməmiş, cinayətin xarakteri, təqs irləndirilən şəxsin şəxsiyyəti, təyin edilən cəzanın təqsirləndirilən şəxsin islah oluna biləcəyinə yetərli olması nəzərə alınmamış və təqsirləndirilən şəxs barəsində yüngül olmaqla açıq-aydın ədalətsiz cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1, nümayəndə F.Əlimərdanovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı təqsirləndilən şəxsə cəza təyin edilməsi hissəsində əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası məhkəmənin qərarına yalnız zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyət i müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Res publikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayə t ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2 021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxım ından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönə ldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hall ar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hes ab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmələr düzgün olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə vurmuş olduğu maddi ziyanı tam ödəməsini və barışmasını, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı vurmuş olduğu ziyanı qismən ödəməsini və dəfələrlə vurmuş olduğu maddi ziyanı ödəmək üçün cəhdlər etməsini, himayəsində 2 azyaşlı övladının, həyat yoldaşının və xəstə anasının olmasını, səhhətində ciddi problemlərin olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzan ı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlam asını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətinin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 20 24-cü il tarixli qərarı Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1099/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1099/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver