Məhkəmə qərarları › İş №1(102)-11/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-11/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-11/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi – XX80nun vəkili X6, Məhkum müdafiəçisi – XX90nun vəkili Müdafiəçi işti rakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.M.Əliyev, hakimlər R.İ.Hüseynov və C.C.Ramazanovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1960-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerl i özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum etmə cəzaları qismən toplanılmaq la və əsas cəzaya əlavə cəza birləşdirilməklə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüquqdan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkildiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 aprel 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum vəzifəli şəxs olaraq 29 aprel 2017-ci il tarixdən 31 mart 2018-ci il tarixədək X11 Mərkəzinin xxx xxxnin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31 mart 2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, X11 Mərkəzinin xxx xxxnin müdiri olmaqla, 04 sentyabr 2017-ci ildən 31 mart 2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq 28 mart 2018-ci il tarixdə, saat 10-30-da «38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması» diaqnozu ilə xəstəxanaya daxil olmuş XXX75nı əməliyyat etdikdən sonra X11 Mərkəzində yerləşən xidməti otağında X2 həyat yoldaşı X4 X7 qəbul edilməsi, orada saxlanılaraq müayinə və müalicə olunması üçün əlverişli şərait yaradılması, yüksək xidmətlə təmin edilməsi, eləcə də bilavasitə özü tərəfindən həyata keçirilmiş keysəriyyə («Kesar kəsiyi») əməliyyatı və əməliyyatdan sonra yüksək xidmətin göstərilməsi müqabilində özü üçün birbaşa yolla, rüşvət olaraq 250 (iki yüz əlli) manat məbləğində pul istəmişdir. Bundan başqa, Məhkum 29 aprel 2017-ci il tarixdən 31 mart 2018-ci il tarixədək X11 Mərkəzinin xxx xxxnin müdiri vəzifəsində işləyərkən, Respublika Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq olunmuş “Tibb müəssisələrində çalışan tibb, əczazçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatı”nın tələblərinə əməl etməyərək, şöbənin funksiya və vəzifələrinə uyğun fəaliyyətini, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də müvafiq sahədə qabaqcıl təcrübənin tətbiq olunmasını, işin forma və metodlarını, işçilərin iş yerlərində düzgün yerləşdirilməsi və istifadəsini, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyf iyyətinə müntəzəm nəzarəti, 04 sentyabr 2017-ci ildən 31 mart 2018-ci il tarixədək isə həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirib müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini, kadrların seçilməsini, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini, peşə ixtisaslarının artırılması üçün şərait yaradılmasını, işçilərin öz vəzifə öhdəliklərini icra etmələrini təmin etməyə, həmçinin bilavasitə əməliyyat apararkən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməyə, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarını n qarşısının alınmasına cavabdeh şəxs olduğu halda, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməmiş, 28 mart 2018-ci il tarixdə saat 10-30-da X11 Mərkəzinə “38 həftəlik hamiləlik, uşaqlıqda çapıq və dölyanı mayenin vaxtından qabaq axması” diaqnozu ilə daxil olmuş 1987-ci il təvəllüdlü X2 mövcud qaydalara uyğun qəbul edilərək, onun üzərində həmin tarixdə saat 13-00-dan 1340-dək keysəriyyə əməliyyatı aparmış, keysəriyə yolu ilə qız uşağının doğulmasını təmin etsə də, əməliyyatın təhlükəsiz aparılması tələblərinə əməl etməyərək əməliyyatın texniki icrası zamanı XXX75nın qarnının ön divarında və uşaqlığın ön divarındakı cərrahi tikişlər nahiyəsində qanaxma mənbəyi yaratmış, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınmasına da səhlənkar yanaşdığına görə baş vermiş qanaxma XXX75nın üzərində icra edilmiş «Kesar kəsiyi» cərrahiyyə əməliyyatından uzun müddət keçəndən sonra, yəni həmin gün saat 15:20 radələrində aşkar edilmiş cərrahiyyə əməliyyatının texniki qüsurlu icrasına baxmayaraq sonrakı mərhələdə də Məhkum müalicə taktikasını düzgün seçməmiş, xəstədə baş vermiş qanaxma aşkar edildikdən sonra bunun qarşısının alınması üçün təxirəsalınmadan “Relaparotomiya” cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, etinasızlıq göstərərək medikamentoz müalicə taktikası seçməklə icra ediləcək cərrahiyyə əməliyyatını həmin gün saat 17.20 radələrinədək gecikdirərək vaxt itkisinə yol vermiş, bu hərəkətlərin nəticəsində zərərçəkmiş şəxs XXX75da damardaxili yayılmış laxtalanma sindromunun (DYL-sindrom) inkişafı kimi letal ağır laşması və onun vəziyyətinin kritik dərəcədə pisləşməsi baş verməklə “Kesar kəsiyi” əməliyyatından sonra 28-31 mart 2018-ci il tarixlərində keçirilmiş təkrar cərrahi əməliyyatlar və digər görülmüş tədbirlərə baxmayaraq sonuncunun 31 mart 2018-ci il tarixdə saat 06.30 radələrində daxili və xarici uşaqlıq qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıqdan X11 Mərkəzində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum, onun müdafiəçiləri X14 və X8, habelə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş ape llyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum təqsirliliyi sübuta yetiilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmış və bu hökmü dəyişirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Müdafiəçi kassasiya şikayətin də göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 10 mart 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXXX55nin 10 mart 2020-ci il tarixli 17/36-400 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürm ək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, müdafiəçinin ərizənin təmin edilməsinə, dövlət ittihamçısının, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin ərizənin təmin edilməsinə qarşı etiraz etməmələrinə dair çıxışlarını dinləyib, cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 aprel 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar