Məhkəmə qərarları › İş №1(102)-11/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-11/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-11/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Kərimov Fərhad Abdulkərim oğlu ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızı Məhkum Təqsirləndirilən şəxs1 müdafiəcisi Rəfiyev Şahin Hamlet oğlu, Zərərçəkmiş şəxslər İ.Rəhmanov, C.Cəfərov, E.Abbasov, C.Rzaquliyev, S.Vəliyev, İ.Novruzov və nümayən dələri Y.Allahverdiyev, N.Səfərov, R.İbrahimov, R.Məhərrəmlinin iştirakları ilə xx xxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 32.5, 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Ş.Rəfiyev və zərərçəkmiş şəxslər və nümayəndələri tərəfi ndən birlikdə verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.5, 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməklə 08(səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2019-cu il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 13.01.2020-cİ il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev(sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təyin edilmiş əsas cəzanın müddəti 07(yeddi) il 06(altı) aydan 05(beş) il 06(altı) aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən üzərinə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarına rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 6(altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edi b aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti törədilməsində köməkçi kimi iştirak etmişdir. Belə ki, o, 07 mart 2005-ci il tarixdən hal-hazıradək təsisçisi olmaqla 06 aprel 2007-ci ildən 15 mart 2011-ci il tarixədək direktoru işlədiyi "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəlləsində tik ilmiş yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri-yaşayış sahələrinin satışının və qeydiyyatının aparılmasını, cəmiyyətin direktorlarının vəzifələrinin icrası ilə bağlı işlərinə nəzarəti 2002-ci ildən 2014-cü ilədək faktiki həyata keçirərkən, qeyd olunan vəzifəsi üzrə müəyyən olunmuş səlahiyyətlərinə əsasən, əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına yol verməməli, ayrı-ayrı şəxslərə məxsus mənzillərin digər şəxslərin adına sənədləşdirilməklə mülkiyyətçilərin hüquqlarının pozulması hallarının qarşısını almalı və digər vəzifələri yerinə yetirməli olduğu halda, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, bir qrup şəxslə, yəni həmin binanın təmir-tikinti işlərinin tamamlanmasını öhdəsinə götürüb bunun əvəzinə cəmiyyətlə bağladığı 05 aprel 2011-ci il tarixli müqaviləyə görə müvəqqəti olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ayrıldığı digər şəxs, eyni zamanda 2011-2013-cü illərdə müvafiq dövrlərdə "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs4, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin vaxtadək satılmış mənzillərə dair müqavilələrdə göstərilməyən “müqavilənin alıcıya girov müqaviləsi kimi verilməsi, razılaşdırılmış məbləğin alıcıya qaytarılmaqla müqaviləyə xitam verilməsi”ndən ibarət məzmunda bəndi müqavilələrə daxil edib bu barədə mənzil alan şəxslərə bilərəkdən məlumat verməyərək gələcəkdə həmin şəxslərin tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmaqla törətdikləri ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətindən boyun qaçırmaq, bundan əlavə, göstərilən dövrədək mənzil almış şəxslərə mənzilə görə borclarının olmaması barədə maliyyə arayışının verilməməsinə baxmayaraq saxta maliyyə arayışı forması hazırladıb yaşayış sahələri əldə etmək istəyən şəxslərə təqdim etməklə, eləcə də onların tələb etdikləri bəzi hallarda saxta kassa mədaxil orderi qəbzlərini verməklə onları aldıqları mənzillərin rəsmiləşdirilməsinin qanuniliyinə inandırmaq, həmçinin, zərərçəkmiş şəxslərin özlərini mülkiyyətçisi hesab etdikləri mənzilləri digər şəxslərə satarkən yenidən mənzilə dair saxta müqavilə, maliyyə arayışı və kassa mədaxil orderi qəbzi tərtib edib müvafiq şəxslərə verməklə, əmlakları talanmış şəxslərin onlara qarşı törədilmiş cinayətlərin ifşa edi lməsinin qarşısının alınmasına və qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə nail olmaq, eləcə də, uzun illər əvvəl inşasına başlanılmış binanın təhvil verilməməsi səbəbindən həmin binada yerləşən mənzillərin, dəstənin niyyəti ilə əhatə olunan cinayət əməllərinin törədilməsində cinayətin predmeti kimi istifadəsini asanlaşdırmaq üçün zərərçəkmiş şəxslərə binada təmir-tikinti işlərinin aparılması görüntüsünü yaradıb həmin işlərin qısa müddətə tamamlanıb binanın təhvil veriləcəyini bildirərək etibarlarını qazanmaqla əlbir olduğu qrup üzvləri ilə əvvəlcədən müəyyən etdikləri üsullarla ayrı-ayrı mənzillərin, o cümlədən göstərilən binanın A2 korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,97 kv.m. olan 3 otaqlı 19 saylı mənzilin Qasımov Faiq Cavad oğluna 23 oktyabr 2003-cü il tarixli 140 №-li müqavilə ilə satılmasına və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, sonuncu həmin mənzili 2011-ci ilin dekabr ayında Pirizadə Pirməmməd Ələsgər oğluna satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki «Elite» Ticarət Mərkəzinin yanında yerləşən ofisində 34743 manat pulunu alaraq, həmin mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına tərtib edilmiş "xxxx" MMC-nin direktoru Quliyev Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadənin həmin mənzili 2012-ci ilin əvvəlində Əmirov Heyvəli Zülfü oğluna 83382 manata satdığına görə sonuncuya mənzilin onun adına rəsmiləşdirilməsi barədə yenidən qeyd olunan şirkətin direktoru Quluzadə (Quliyev) Ramiz M irzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqavilə və maliyyə arayışı verməklə nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 34743 manat; Bundan başqa, həmin binanın A3 korpusunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaqlı 14 saylı mənzilin Qurbanov Rafiq Qurbanəli oğluna 29 dekabr 2003-cü il tarixli 198 №-li müqavilə ilə satılmasına və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, həmin mənzili sonuncu 2011-ci ilin dekabr ayında Pirizadə Pirməmməd Ələsgər oğluna satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki «Elite» Ticarət Mərkəzinin yanında yerləşən ofisində 36278 manat pulunu alaraq, göstərilən mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına yazılmış "xxxx" MMCnin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra, P.Pirizadə mənzili 2012-ci ilin əvvəlində 131200 manata Hümbətov Sərvər Səfər oğluna, sonuncu həmin ərəfədə eyni qiymətə Azər Dəmirova, o isə 2012-ci ilin yaz ayında tanışı C.Muradovun vasitəsilə Kərimov Ədalət Nəcməddin oğluna 69000 manata sataraq, ona qeyd olunan yaşayış sahəsinin qohumu Niftalıyeva Arzu Aləm qızının adına sənədləşdirilməsi barədə "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli 464 №-li, eləcə də göstərilən mənzilin 2012-ci ilin may ayında Dursunov İlham Ənvər oğluna digər şəxs tərəfindən 68000 ABŞ dollarına, yəni həmin dövrün rə smi məzənnəsi ilə 53448 manata satılıb ondan həmin məbləğin "xxxx" MMC-nin inşa etdiyi binanın yanında Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospekti 3078A ünvanında alınaraq mənzilin onun arvadı İbrahimova Samirə Məhəmməd qızının adına sənədləşdirilməsi barədə ona "xxxx" MMC-nin direktoru Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011- ci il tarixli 464 №-li saxta müqaviləni və maliyyə arayışını verməklə nəticədə göstərilən mənzilin 53448 manat; Daha sonra, binanın A3 korpusunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaqlı 34 saylı mənzilin 11 noyabr 2011-ci il tarixli 438 №-li müqavilə ilə Rüstəmova Minarə Aydəmir qızının adına sənədləşdirməklə onun əri Rüstəmov Adil Seyidəli oğluna satılmasına baxmayaraq, həmin mənzil i digər şəxs binada onun dəvəti ilə təmir işləri aparılması müqabilində elektrik ustası Quliyev Cavid Əhəd oğluna 130500 manata hesablamaqla 2012-ci ilin may ayında verdikdən sonra sonuncu göstərilən yaşayış sahəsini İsmayılov Eldəniz Elsevər oğluna ondan Bakı şəhəri, «Dərnəgül» adlanan ərazidə aldığı tikinti materiallarına görə eyni qiymətə dəyərləndirib satmaqla mənzil "xxxx" MMC-nin direktoru olan Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 31 may 2012-ci il tarixli 494 №-li saxta müqavilə və maliyyə arayışı ilə Eldəniz İsmayılovun qardaşı İsmayılov Elşən Elsevər oğlunun adına yazılaraq, qeyd olunan mənzilin satılması ilə bağlı Cavid Quliyevin 130500 manat; Bundan əlavə, həmin binanın A4 korpusunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,97 kv.m. olan 3 otaqlı 33 saylı mənzilin Hüseynov İbrahim Yəhya oğluna satılıb onun arvadı Hüseynova Svetlana Adalyar qızının adına 18 noyabr 2005-ci il tarixli 338 №li müqavilə ilə yazılmasına baxmayaraq, digər şəxs şərikli biznesləri olan Babayev Elçin Yaqub oğlu ilə Hacıyev Fikrət Musa oğlundan "xxxx" MTK tərəfindən inşa edilmiş binadan 9 mənzil, "xxxx" MTK tərəfindən inşa edilmiş binadan 2 mənzil alıb bunların müqabilində onlara pul ilə bərabər natura şəklində verdiyi mənzillərdən olan həmin mənzili Babayev Elçin Yaqub oğlu qeyri-rəsmi nikahda yaşadığı Tağıyeva Elnarə Sərdar qızından 2011-ci ilin sonlarında aldığı və 110000 ABŞ dolları, yəni göstərilən dövrün rəsmi məzənnəsi ilə 86515 manat ödəyəcəyini vəd etdiyi ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 2 otaq lı ümumi sahəsi 101 kv.m. olan 116 saylı mənzilə görə sonuncuya verdiyindən mənzil "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 noyabr 2011-ci il tarixli 447 №-li saxta müqavilə və maliyyə arayışı ilə Elnarə Tağıyevanın adına rəsmiləşdirilməklə, eləcə də 2011-ci ilin dekabr ayında digər şəxs Pirməmməd Pirizadəyə həmin mənzili satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki «Elite» Ticarət Mərkəzinin yanında yerləşən ofisində 34750 manat pulunu alaraq, həmin mənzilə dair ona "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi tanışı Hüseynova Xuraman Qüdrət qızının adına 26 dekabr 2011ci il tarixli 407 №-li saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra, P.Pirizadə 2012-ci ilin əvvəlində qeyd olunan yaşayış sahəsini Muradov Cəlal Qədir oğluna satmaqla bağlı onun adına keçirilməsinə razılıq verdiyinə görə mənzil sonuncunun adına "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli 407 №-li saxta müqavilə və maliyyə arayışı ilə yazılsa da mənzilə dair onların alqı-satqı razılaşması pozulduğundan 2012-ci ilin yaz aylarında P.Pirizadə mənzili Hümbətov Sərvər Səfər oğluna 55600 manata, sonuncu həmin dövrdə Qaraşov Ramin Puşkin oğluna 54000 manata, Ramin Qaraşov isə 2012-ci ilin may ayında Əyyubov Asif Allahverən oğluna 97000 manata sataraq mənzil sonuncunun adına "xxxx" MMC-nin direktoru olan Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdi q etdiyi 31 may 2012-ci il tarixli 517 №-li saxta müqavilə və maliyyə arayışı ilə səndləşdirilməklə nəticədə göstərilən mənzilin satılması ilə bağlı müvafiq olaraq Elçin Babayevlə Fikrət Hacıyevin 86515 manat və Pirməmməd Pirizadənin 34750 manat; Eləcə də, binanın A5 korpusunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv. olan 3 otaqlı 22 saylı mənzilin 11 dekabr 2003-cü il tarixli 166 №-li müqavilə ilə Qurbanov Allahşükür Bəhlul oğluna satılmasına və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, 2012-ci ilin fevral ayında sonuncu həmin mənzili Mustafayeva Şəlalə Məmmədağa qızına 58000 manata sataraq ondan həmin məbləği Bakı şəhəri, Xətai rayonu Nobel prospektində yerləşən «Amay» Ticarət Mərkəzinin binasında alaraq sonuncuya adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quli yev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 13 fevral 2012-ci il tarixli 492 №-li saxta müqaviləni və maliyyə arayışını təqdim etməklə nəticədə qeyd olunan mənzilin satılması ilə bağlı Şəlalə Mustafayevanın 58000 manat; Bununla yanaşı, qeyd olunan binanın A5 korpusunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,97 kv.m. 3 otaqlı 23 saylı mənzilin 11 dekabr 2003-cü il tarixli 165 №-li müqavilə ilə Rüstəmov Rasim Varşad oğluna satılmasına və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, göstərilən yaşayış sahəsini sonuncu 2011-ci ilin noyabr ayında Novruzov İsmət Çingiz oğluna 85000 ABŞ dollarına, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 66886 manata sataraq pulu hissə-hissə olmaqla ondan bir neçə günə Quliyev Cavid Əhəd oğlunun vasitəsilə Bakı şəhəri, Nizami rayo nu Qara Qarayev prospektində «Maqnit» mağazasının yanında yerləşən Təqsirləndirilən şəxs3 işlətdiyi kafedə, habelə Bakı şəhəri, Nərimanov rayonu «Kaspian Şop» Ticarət Mərkəzində almaqla İsmət Novruzova arvadı Novruzova Məlahət Həsənqulu qızının adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 17 noyabr 2011-ci il tarixli 437 №-li saxta müqavilə, maliyyə arayışını və eyni tarixli 2 ədəd saxta kassa mədaxil orderi qəbzini, habelə qeyd olunan yaşayış sahəsi ilə birlikdə 1 ədəd qaraj-dayanacaq qeyri-yaşayış sahəsi və Novruzova Rəna Əliağa qızının adına 11 dekabr 2003-cü il tarixli 164 №-li müqavilə ilə sənədləşdirilmiş binanın D korpusunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 32 saylı mənzi li Seyidov İlham Miradil oğluna satıb Bakı şəhəri, Xətai rayonu Nobel prospektində «Amay» Ticarət Mərkəzinin yerləşdiyi binada ondan 130000 manatı alaraq 23 saylı mənzilə dair sonuncunun adına tərtib edilmiş 06 avqust 2012-ci il tarixli 530 №-li və 32 saylı mənzilə dair oğlu Seyidov İnar İlham oğlunun adına tərtib edilmiş eyni tarixli 06 avqust 2012-ci il tarixli 531 №-li "xxxx" MMC-nin direktoru Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqavilələrini və maliyyə arayışlarını İlham Seyidova təqdim etməklə nəticədə həmin mənzilin satılması ilə bağlı müvafiq olaraq İsmət Novruzovun 66886 manat və İlham Seyidovun 130000 manat; Həmçinin, göstərilən binanın B korpusunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,08 kv.m. olan 3 otaqlı 10 saylı mənzilin 26 may 2012-ci il tarixli 515 №-li müqavilə ilə Hüseynov Saleh Məmmədəli oğlunun adına sənədləşdirilməsinə baxmayaraq, həmin mənzili digər şəxs 2012-ci ilin əvvəlində İbrahimov Əlixan Əlibala oğluna 93000 manata sataraq pulu 2013-cü ilin yay aylarınadək hissə-hissə olmaqla onun özündən və tanışı Rəhmanov İntiqam Alay oğlunun vasitəsilə Bakı şəhəri, Xətai rayonu ərazisindəki ofisində almaqla Əlixan İbrahimova adına yazılmış "xxxx" MMC-nin direktoru olan Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 13 aprel 2012-ci il tarixli nömrəsiz saxta müqaviləni və maliyyə arayışını təqdim etməklə nəticədə həmin mənzilin satılması ilə əlaqədar Əlixan İbrahimovun 93000 manat; eyni zamanda, həmin yaşayış kompleksinin B korpusunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183, 8 kv.m. olan 3 otaqlı 36 saylı mənzilin 05 oktyabr 2005-ci il tarixli 334 №-li müqavilə ilə Qədimov Zahir Əliağa oğlunun adına rəsmiləşdirilməsinə və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, 2011-ci ilin yayında sonuncu göstərilən mənzili Məmmədov Fizuli Fərzəli oğluna 86000 manata satıb pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində ondan alaraq, həmin mənzilə dair sonuncunun adına olan "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 29 noyabr 2011-ci il tarixli 448 №-li saxta müqaviləni və maliyyə arayışını ona təqdim etməklə nəticədə qeyd olunan mənzilin satılması ilə əlaqədar Fizuli Məmmədovun 86000 manat; Bundan sonra, qeyd olunan binanın B korpusunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,08 kv.m. olan 3 otaqlı 3 7 saylı mənzilin Əliyeva Xuraman Bəkir qızının adına 29 yanvar 2004-cü il tarixli 257 №-li müqavilə ilə sənədləşdirilməklə sonuncunun əri Əliyev Abil Sərkər oğluna satılmasına və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, sonuncu şərikli biznesləri olan Babayev Elçin Yaqub oğlu ilə Hacıyev Fikrət Musa oğlundan "xxxx" MTK tərəfindən inşa edilmiş binadan 9 mənzil, "xxxx" MTK tərəfindən inşa edilmiş binadan 2 mənzil alıb aralarında olan razılığa əsasən bunların müqabilində onlara pul ilə bərabər natura şəklində verdiyi mənzillərdən olan həmin mənzili Hacıyev Fikrət Musa oğlu işçisi Anar Çobanov vasitəsilə Talıbova Sevil Yusif qızına 62032 manata satdığı üçün mənzilə dair sonuncunun adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 18 yanvar 2012ci il tarixli 485 №-li saxta müqaviləni və maliyyə arayışını təqdim etməklə nəticədə göstərilən mənzilin satılması ilə bağlı Elçin Babayevlə Fikrət Hacıyevin 62032 manat; Habelə, binanın C korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,21 kv.m. olan 3 otaqlı 19 saylı mənzilin 17 oktyabr 2011- il tarixli 430 №-li müqavilə ilə Səfiyarov Elgün Səməd oğluna satılmasına baxmayaraq, digər şəxs həmin mənzili 2011-ci ilin sonlarında Atakişiyeva Sevil Abbas qızından 98000 manata qiymətləndirməklə Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospektində aldığı 2010-cu il buraxılışlı «BMV X-6» markalı avtomobil əvəzinə ona sataraq sonuncuya adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 3 0 noyabr 2011-ci il tarixli 449 №-li saxta müqaviləni, maliyyə arayışını və kassa mədaxil orderi qəbzini təqdim etməklə, eləcə də 2011-ci ilin dekabr ayında qeyd olunan mənzili digər şəxs Pirməmməd Pirizadəyə satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 34750 manat pulunu alaraq, həmin mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə əsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra, həmin yaşayış sahəsi Zamanov Valeh Əliqan oğluna 2012-ci ilin yanvar ayında P.Pirizadə tərəfindən 55600 manata, daha sonra sonuncunun vasitəsilə 2013-cü ilin fevral ayında Valeh Zaman ov tərəfindən Hüseynov Qasım İsax oğluna 83000 manata, göstərilən ərəfədə isə Qasım Hüseynov tərəfindən eyni qiymətə Vəliyev Saleh Cəbrayıl oğluna satılıb mənzilə dair onun adına yazılmış "xxxx" MMC-nin direktoru Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 18 fevral 2013-cü il tarixli saxta müqaviləni və maliyyə arayışını verməklə nəticədə göstərilən mənzilin satılması ilə bağlı müvafiq olaraq Sevil Atakişiyevanın 98000 manat və Pirməmməd Pirizadənin 34750 manat; Bundan əlavə, həmin binanın C korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 139,21 kv.m. olan 3 otaqlı 29 saylı mənzilin Rəcəbov Mübariz Kərim oğluna satılıb qızı Fidan Rəcəbovanın adına 21 aprel 2011-ci il tarixli 379 №-li müqavilə ilə rəsmiləşdirilməsinə baxmayaraq, göstərilən mənzili digər şəxs 2011-ci ilin ortalarında Vəliyev Qəhrəman Bahadur oğluna ondan aldığı tikinti materialları əvəzinə satdıqdan sonra, sonuncu həmin yaşayış sahəsini 2011-ci ilin yay aylarında Əlifov Məmmədtağı Hüseyn oğluna 58200 manata sataraq pulun 4000 manatını Azər Xəlilovun vasitəsilə, 54200 manatını isə M.Əlifovun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən evinin həyətində və Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə birbaşa özündən almaqla ona adına yazılmış "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs4 Qədir oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 09 avqust 2011-cü il tarixli 418 saxta müqaviləni və maliyyə arayışını təqdim edərək nəticədə həmin mənzilin satılması ilə əlaqədar Qəhrəman Vəliyevin 58200 manat; Həmçinin, binanın C korpusunun 16-cı mərtəbəsində y erləşən ümumi sahəsi 139,21 kv.m. olan 3 otaqlı 31 saylı mənzilin 27 aprel 2012-ci il tarixdə Əliyev Cavid Kamil oğluna satılmasına baxmayaraq, həmin mənzili digər şəxs binada onun dəvəti ilə təmir işləri aparılması müqabilində elektrik ustası Quliyev Cavid Əhəd oğluna 2012-ci ilin may ayında verdikdən sonra sonuncu göstərilən yaşayış sahəsini İsmayılov Eldəniz Elsevər oğluna 125100 manata satıb Bakı şəhəri, “Dərnəgül” adlanan ərazidə ondan aldığı tikinti materiallarının 100100 manat dəyərində olan hisəssinə yönəltməklə borcunu ödəyərək onun 25000 manata qiymətləndirdikləri 2005-ci il buraxılışlı «Mersedes-E» klass markalı avtomobilini qəbul edib sonuncuya mənzilin adına tərtib edilmiş "xxxx" MMC-nin direktoru olan Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 31 may 2012-ci il tarixli 459 №-li saxta müqaviləni və maliyyə arayışını verərək, qeyd olunan mənzilin satılması ilə bağlı Cavid Quliyevin 125100 manat; Eləcə də, binanın D korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 30 saylı mənzil Musayev Elman Aydın oğluna satılaraq sonuncunun tanışı Əhmədov Heydər Bilal oğlunun adına 18 mart 2011-ci il tarixli müqavilə ilə sənədləşdirilməsinə baxmayaraq, digər şəxs həmin mənzili 2011-ci ilin sonlarında həmyerlisi Aslanov Nəbi Paşa oğluna 93000 manata sataraq pulu Bakı şəhəri, Xətai rayonu Nobel prospektində “Amay” Ticarət Mərkəzinin yerləşdiyi binada ondan alıb sonuncuya tanışı Fərəcov Baloğlan Fərəc oğlunun adına tərtib edilmiş "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 22 noyabr 2011-ci il tarixli 444 №-li, habelə Azər Xəlilov yenidən həmin mənzili 2011ci ilin aprel ayında Ağayev Rəşad Rəşid oğluna 124000 manata sataraq Bakı şəhərinin müxtəlif ərazilərində bir neçə dəfəyə pulunu almaqla tanışı Əliyev Taleh Nizami oğlunun adına yazılmış "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs4 Qədir oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra Rəşad Ağayev qeyd olunan mənzili 2011-ci ilin noyabr ayında Məmmədov Mollağa Fezif oğluna 93000 manata satdığından mənzilə dair sonuncuya adına yazılmış "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 18 noyabr 2011-ci il tarixli 441 №-li, həmçinin qeyd olunan yaşayış sahəsini digər şəxs 2 011-ci ilin dekabr ayında Pirizadə Pirməmməd Ələsgər oğluna satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 38750 manat pulunu alaraq, həmin mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına tərtib edilmiş "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra, mənzil P.Pirizadə tərəfindən 2012ci ilin fevral ayında 85250 manata Muradov Cəlal Qədir oğluna, sonuncu tərəfindən 2012ci ilin iyul ayında Niftalıyev Rəhbər Hacı oğluna 69759 manata satılaraq, həmin yaşayış sahəsinin onun arvadı Niftalıyeva Arzu Aləm qızının adına sənədləşdirilməsi barədə "xxxx" MMC-nin direktoru Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 iyul 2012-ci il tarixli 526 №-li saxta müqaviləni və maliyyə arayışını təqdim etməklə nəticədə həmin mənzilin satılması ilə bağlı müvafiq olaraq Nəbi Aslanovun 93000 manat, Rəşad Ağayevin 124000 manat və Pirməmməd Pirizadənin 38750 manat; Bundan başqa, binanın D korpusunun 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 32 saylı mənzil Novruzova Rəna Əliağa qızının adına 11 dekabr 2003-cü il tarixli 164 №-li müqavilə ilə sənədləşdirilməsinə və ümumiyyətlə digər şəxsə ayrılmamasına baxmayaraq, 2011-ci ilin dekabr ayında sonuncu həmin mənzili Pirizadə Pirməmməd Ələsgər oğluna satıb onun Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 38755 manat pulunu alar aq, həmin mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2012-ci ilin əvvəlində Əmirov Heyvəli Zülfü oğluna 93000 manata satdığından sonuncuya mənzilin onun adına sənədləşdirilməsi barədə "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 38755 manat; Daha sonra, binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m. olan 4 otaqlı 19 saylı mənzil Məmmədova Nailə İsm ayıl qızının adına 21 fevral 2008ci il tarixli 354 №-li müqavilə ilə sənədləşdirilməsinə baxmayaraq, 2011-ci ilin dekabr ayında digər şəxs həmin mənzili Pirizadə Pirməmməd Ələsgər oğluna satıb Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Elite” Ticarət Mərkəzinin yanında yerləşən ofisində 53500 manat pulunu alaraq, həmin mənzilə dair ona tanışı Hüseynova Xuraman Qüdrət qızının adına "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 26 dekabr 2011-ci il tarixli saxta müqaviləni və maliyyə arayışını təqdim etdikdən sonra P.Pirizadə həmin mənzili 2011-ci ilin sonlarında Abbasov Elman Məhərrəm oğluna 85600 manata satdığından sonuncuya mənzilin onun arvadı Abbasova Vəfa Sadiq qızının adına sənədləşdirilməsi barədə "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta müqaviləni və maliyyə arayışını verərək nəticədə göstərilən mənzilin satılması ilə bağlı Pirməmməd Pirizadənin 53500 manat; Bununla yanaşı, qeyd olunan binanın E korpusunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m. olan 4 otaqlı 13 saylı mənzilin 27 iyul 2011-ci il tarixli 418 №-li müqavilə ilə Carçıyev Elçin Murtuz oğluna satılmasına baxmayaraq, göstərilən mənzili digər şəxs 2013-cü ilin iyul ayında Rzaquliyev Cəmil Bəyvələd oğluna 107000 manata satıb pulun 42000 manatını “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu Nobel prospektində yerləşdiyi binada nağd, 65000 manatını isə naturada olmaqla 1999, 2001 və 2008-ci il buraxılışlı 3 ədəd «Mercedes- Benz» markalı avtomobili qəbul etmə klə alaraq ona adına yazılmış "xxxx" MMC-nin direktoru olan Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 27 iyul 2012- ci il tarixli 527 №-li, habelə 2013cü ilin əvvəlində yenidən həmin mənzili Rəhmanov İxtiyar Mirzə oğluna 96363 manata satıb həmin dəyərdə ondan Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən sonuncunun işlədiyi avtomobillərin satışı ofisində 2009-ci il buraxılışlı «Toyota Prado», 2007-ci il buraxılışlı «Dodge Nitro», 2002-ci il buraxılışlı «Mercedes Benz ML» markalı və 2005-ci il buraxılışlı «Mercedes Benz E 350» markalı avtomobilləri alaraq ona adına yazılmış "xxxx" MMC-nin direktoru Əhmədov Kazımağa Əhməd oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 09 fevral 2013-cü il tarixli 542 №-li saxta müqaviləni və maliyyə arayışını t əqdim etməklə nəticədə qeyd olunan mənzilin satılması ilə bağlı müvafiq olaraq Cəmil Rzaquliyevin 107000 manat və İxtiyar Rəhmanovun 96363 manat, həmçinin, cinayətkar dəstənin üzvləri Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu, Qurbanov Cavid Sadıx oğlu eləcə də digər şəxslə birlikdə qeyd olunan yaşayış kompleksinin C korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,21 kv.m. olan 3 otaqlı 19 saylı mənzilin 17 oktyabr 2011- il tarixli 430 №-li müqavilə ilə Səfiyarov Elgün Səməd oğluna satılmasına baxmayaraq, digər şəxslə Təqsirləndirilən şəxs3 həmin mənzili Fərzəliyev Elnur Sabir oğlunun vasitəsilə sonuncunun xalası oğlu Məmmədov Rəfail Hüseyn oğluna 2011-ci ilin dekabr ayında 55000 ABŞ dollara, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 43252 manata sataraq pulu E.Fərzəliyevdən Təqsirləndirilən şəxs3 “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu Nobel prospektində yerləşdiyi binanın yanında alaraq ona mənzilin xalası gəlini Məmmədova Arzu Adil qızının adına sənədləşdirilməsinə dair "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 19 dekabr 2011-ci il tarixli 460 №-li saxta müqavilə və maliyyə arayışı təqdim etməklə Rəfail Məmmədovun 43252 manat; Eləcə də, qeyd olunan şəxslərlə, yenidən binanın A5 korpusunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaqlı 22 saylı mənzilin 11 dekabr 2003-cü il tarixli 166 №-li müqavilə ilə Qurbanov Allahşükür Bəhlul oğluna satılmasına baxmayaraq, digər şəxslə Təqsirləndirilən şəxs3 həmin mənzili Fərzəliyev Elnur Sabir oğlunun vasitəsilə onun xalası oğlu Məmmədov Rəfail Hüseyn oğluna 2011-ci ilin dekabr ayında 50000 ABŞ dollara, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 39325 manata sataraq pulu Təqsirləndirilən şəxs3 E.Fərzəliyevdən "xxxx" MMC-nin inşa etdiyi binanın yanında Bakı şəhəri, Binəqədi rayonu M.K.Atatürk prospekti 3078A ünvanında alaraq ona mənzilin xalası Məmmədova Çöhrə Qiyas qızının adına yazılmasına dair "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 30 dekabr 2011-ci il tarixli 479 №-li saxta müqaviləni və maliyyə arayışını təqdim eməklə Rəfail Məmmədovun 39325 manat; Habelə, göstərilən şəxslərlə, binanın A5 korpusunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145,11 kv.m. olan 3 otaqlı 24 saylı mənzilin 29 dekabr 2003-cü il tarixli 199 №-li müqavilə ilə Orucov Vüsal Camal oğl una satılmasına baxmayaraq dəstənin üzvü Təqsirləndirilən şəxs3 mənzili 09 yanvar 2012-ci il tarixdə Cəfərov Cəfər Camal oğluna 65000 ABŞ dollara, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 51109 manata sataraq pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində Qasımov Rövşən Nəsimi oğlunun işlədiyi ofisdə Təqsirləndirilən şəxs3 C.Cəfərovdan alıb ona "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 09 yanvar 2012ci il tarixli 483 №-li saxta müqaviləni və maliyyə arayışını verməklə Cəfər Cəfərovun 51109 manat; Daha sonra, həmin şəxslərlə, binanın B korpusunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,08 kv.m. olan 3 otaqlı 37 saylı mənzilin Əliyeva Xuraman Bəkir qızının adına 29 yanvar 2004-cü il tarixli 257 №-li müqavilə ilə sənədləşdir ilməklə sonuncunun əri Əliyev Abil Sərkər oğluna satılmasına baxmayaraq, 18 yanvar 2012-ci il tarixdə dəstənin üzvü Təqsirləndirilən şəxs3 mənzili 65000 ABŞ dollara, yəni həmin dövrün rəsmi məzənnəsi ilə Qurbanov Pərviz Əliheydər oğluna 51110 manata satıb pulu Bakı şəhəri, Xətai rayonu Nobel prospektində “Amay” Ticarət Mərkəzinin yerləşdiyi binada Pərviz Qurbanovdan alaraq ona "xxxx" MMC-nin direktoru Quluzadə (Quliyev) Ramiz Mirzə oğlunun imza edib şirkətin möhürü ilə təsdiq etdiyi 18 yanvar 2012-ci il tarixli 486 №-li saxta müqavilə və maliyyə arayışını verməklə Pərviz Qurbanovun 51110 manat, ümumilikdə isə ******* manat təşkil edən külli miqdarda özgənin əmlakını vahid qəsdlə öz qulluq mövqeyindən istifadə edib, qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etm ə yolu ilə ələ keçirərək dələduzluq etmiş, dəstənin üzvləri olan "xxxx" MMC-nin direktorları Təqsirləndirilən şəxs4, Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu və qeyrisi tərəfindən müvafiq olaraq Qasımov Faiq Cavad oğlu, Qurbanov Rafiq Qurbanəli oğlu, Rüstəmov Adil Seyidəli oğlu, Hüseynov İbrahim Yəhya oğlu, Rüstəmov Rasim Varşad oğlu, Hüseynov Saleh Məmmədəli oğlu, Qədimov Zahir Əliağa oğlu, Əliyev Abil Sərkər oğlu, Səfiyarov Elgün Səməd oğlu, Rəcəbov Mübariz Kərim oğlu, Əliyev Cavid Kamil oğlu, Musayev Elman Aydın oğlu, Novruzova Rəna Əliağa qızı, Abbasov Elman Məhərrəm oğlu, Məmmədova Nailə İsmayıl qızı, Carçıyev Elçin Murtuz oğlu, Qurbanov Allahşükür Bəhlul oğlu və Orucov Vüsal Camal oğluna məxsus mənzillərin təkrarən başqa şəxslərə, yəni Əmirov Heyvəli Zülfü oğlu, Niftalıyev Rəhbər Hacı oğl u, Kərimov Ədalət Nəcməddin oğlu, İsmayılov Eldəniz Elsevər oğlu, Babayev Elçin Yaqub oğlu, Hacıyev Fikrət Musa oğlu, Əyyubov Asif Allahverən oğlu, Vəliyev Saleh Cəbrayıl oğlu, Abasov Elman Məhərrəm oğlu və Əlifov Məmmədtağı Hüseyn oğluna satılaraq yuxarıda göstərilən qaydada rəsmiləşdirilməsinə şərait yaratmaqla onların hüquqlarına və qanuni mənafelərinə həmin əməli ilə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətindən sui-istifadə cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişdir. Kassasiya şikayətləri və protestinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəcisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 1(103)-25/2020 nömrəli 13 yanvar 2020-ci il t arixli qərarını ləğv edərək onun haqqında bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə yanlış olaraq cəmiyyətin Təqsirləndirilən şəxs1 direktorlarının vəzifələlərinin icrası flə bağlı işlərinə nəzarəti faktiki həyata keçirməsi qənaətinə gəlmişdir. Halbuki. Təqsirləndirilən şəxs1 2002-ci ildən 2014-cii ilədək direktorların vəzifələrinin icrası ilə bağlı işlərinə nəzarəti faktiki həyata keçirməsi halı öz təsdiqini tapmamışdır. Eyni zamanda. MMC-nin direktoru kimi fəaliyyət göstərdiyi 2007-ci ilin aprel ayından 15 mart 2011-ci il tarixədək dövrdə onun heç bir qanunsuz hərəkəti, o cümlədən bir mənzilin bir neçə şəxsə satması halı olmamışdır. Belə ki. "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs4, Quluzadə (Qu liyev) Ramiz Mirzə oğlu, kadrlar üzrə mütəxəssis işləyən Şıxamirova Hicran Fazil qızı məhkəmədə verdikləri ifadələrində mənzil satışı ilə. o cümlədən sənədləşmə işlərini aparılması ilə bağlı Təqsirləndirilən şəxs1 hər hansı göstəriş almadıqlarını. Təqsirləndirilən şəxs1 ümumiyyətlə heç bir məsələyə müdaxilə etmədivini göstərmişlər. Bununla bərabər iş üzrə ifadə verən şəxslər, o cümlədən zərəçəkmişlər Təqsirləndirilən şəxs1 pul vəsaiti, yaxud hər hansı əmlak vermədiklərini bildiriblər. İş materiallarından göründüyü kimi, iş üzrə mübahisəli binanın inşasını maddi çətinliklərə görə yekunlaşdırmaq mümkün olmadığı üçün, 2011-ci ilin fevral ayında binanın tamamlanmasının həyata keçirilməsi Azər Xəlilovla razılaşdırılmışdır. Buna dair 05 aprel 2011-ci il tarixli müqavilə imzalanmışdır. Həmin ra zılığa əsasən Azər Xəlilova binada boş qalan 25 ədəd mənzil və 360 kvadrata yaxın ticarət mərkəzi verilmişdir. Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru olduğu halda. Azər Xəlilovla qeyd olunan razılaşmadan sonra 15 mart 2011-ci il tarixdə o direktor vəzifəsindən imtina edərək çıxmış və MMC-dəki fəaliyyətindən kənarlaşmışdır. Təqsirləndirilən şəxs1 Azər Xəlilovun işinə qarışmadığı üçün müqavilələr barədə də məlumatı olmamışdır. Azər Xəlilov mənzilləri hansı qivmətə və hansı şərtlərlə satması barədə Təqsirləndirilən şəxs1 heç vaxt heç nə deməvib. Buna görə də Təqsirləndirilən şəxs1 Azərin Xəlilovun bir mənzili bir neçə nəfərə satmağı haqqında məlumatsız olub. Təqsirləndirilən şəxs1 guya "müqavilənin alıcıya girov müqaviləsi kimi verilməsi, razılaşdırılmış məbləği n alıcıya qaytarılmaqla müqaviləyə xitam verilməsi"ndən ibarət məzmunda bəndi müqavilələrə daxil edib bu barədə mənzil alan şəxslərə bilərəkdən məlumat verməməsi absurd olmaqla, işdə olan sübutlarla tək/ib olunur. Belə ki. qeyd olunan bənd müqaviləyə 05 aprel 2011-ci il tarixli müqavilə ilə Azər Xəlilova təhvil verilmiş və sərəncam vermək hüququ yalnız Azər Xəlilovda olan mənzillərin müqavilələrinə məhz Azər Xəlilov tərəfındən. Təqsirləndirilən şəxs1 direktorluqdan çıxdıqdan sonra əlavə edilmişdir. Azər Xəlilov btidai istintaqda verdiyi bütün ifadələrində bunu etiraf etmişdir. Azər Xəlilov ona təhvil verilmiş mənzillərin satışını, yaxud müqaviləyə hər hansı dəyişikliyi Təqsirləndirilən şəxs1la razılaşdırılmışdır. Təqsirləndirilən şəxs1 müqaviləyə hansısa dəyişiklik etmək və mənzili satmaq səlahiyyəti də olmayıb. Zərərçərmiş şəxslərdən bəzilərinin müqavilədə ödədivi məbləğin az məbləğ yazılmasının səbədi kimi guya Təqsirləndirilən şəxs1 bunun vergiyə görədir deməsi də yalandır. Təqsirləndirilən şəxs1 mənzil satışına görə heç kimlə danışmayıb, məbləğ raşılaşdırmayıb heç bir vəsait almayıb və mənzillərin hansı qivmətə razılaşdırıldığı barədə məlumatsız olub. Qeyd edildiyi kimi o. Azər Xəlilova təhvil verilmiş mənzillərin satışına ümumiyyətlə müdaxilə etməyib. Eyni zamanda, mənzil alanlardan heç kəs bununla bağlı Təqsirləndirilən şəxs1 müraciət etməyib. Yalnız bir neçə nəfər mənzili alandan sonra Təqsirləndirilən şəxs1 müraciət etmiş, o da öz növbəsində həmin mənzillərin Azər Xəlilova aid olmasını və bu işlərə qarışmaq səlahiyyətinin olmadığını bildirmişdir.Təqsirləndirilən şəx s1 qarşı irəli sürülən ittihamdan biri də saxta maliyyə arayışları ilə bağlıdır. Əvvəla Təqsirləndirilən şəxs1 təsisçi olaraq maliyyə arayışı vermək səlahiyyəti olmayıb və yoxdur. Onun direktor kimi fəaliyyət göstərdiyi müddətdə isə ümumiyyətlə maliyyə arayışı verilmirdi və kompyuterdə belə bir sənəd olmayıb. Yalnız kassa mədaxil orderi verilirdi ki. onu da muhasibatlıq verirdi və həmin qəbz direktorun, mühasibin ve kassirin imzasi ilə təsdiq olunurdu. Maliyyə arayışlarını Azər Xəlilov tərtib etdirərək verib. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməlində cinavət tərkibinin voxdıur və ona elan olunmuş ittihamın tam əsassız olduğu məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Anar Məmmmədovun kiminsə, o cümlədən hazırki iş üzrə zərəçəkmiş şəxslərin pulunu yaxud da əmlakını aldatma və ya etib ardan sui-istifadə yolu ilə ələ keçirməyib, habelə belə bir niyyəti də olmayıb. Qərardan həmçinin zərərçəkmiş şəxs Vəliyev Saleh Cəbrayıl oğlu kassasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 1(103)25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının ona aid olan hissəsinin ləğv edilməsini xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Seyidov İlham Miradil oğlu kassasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 1(103)25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə cəza təyin edilməsi və ona aid olan mülki iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Novruzo v İsmət Çingiz oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verib apellyasiya instansiya məhkəməsinin 1(103)-25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini və için yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Rəhmanov İxtiyar Mirzə oğlunun vəkili və nümayəndəsi İbrahimov Rəfail Rza oğlu kassasiya şikayəti verib apellyasiya məhkəməsinin 1(103)25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini, şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Abasov Elman Məhərrəm oğlu kassasiya şikayətləri v erib verib apellyasiya məhkəməsinin 1(103)-25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının apellyasiya şikayətinin təmin edilməməsi hissəsində Məmmədova Nailə İsmayıl qızının Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllədə yerləşən yaşayış binasının E korpusu, 10-cu mərtəbə, 4 otaqdan ibarət sahəsi 214,14 kv.m olan 19 saylı mənzilinin ona təhvil verilməsinə dair ərizəsinin nəzərə alınması və ona dəymiş maddi zərərin mülki məhkəmə qaydasında tələb etmək hüquqlarının izah edilməsinə dair hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Cəfərov Cəfər Camal oğlu kassasiya şikayəti verib apellyasiya məhkəməsinin 1(103)-25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaları n ağırlaşdırılmasmı, mülki iddiasının tam təmin edilməsini, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasnı xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Niftəliyev Rıhbər Hacı oğlu kassasiya şikayəti verib apellyasiya məhkəməsinin 1(103)-25/2020 nömrəli 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini, yenidən apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Qərardan həmçinin zərərçəkmiş Rzaquliyev Cəmil Bəyvələd oğlu kassasiya şikayəti verib Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarının ona aid hissədə yəni dəymiş maddi ziyanın mülki məhkəmə qaydasında "xxxx" MMC-dən tələb edilməsi hüquqları izah edilməsi hissəsində ləğv edilməsini, ona satılmış mübahisəli mənzilin "xxxx" MMC-nin balansında-mülkiyyətində olan eyni sahəli başqa mənzillə əvəzləşdirilməsi barədə qə rar çıxarılmasını xahiş etmişdir. Qərardan həmçinin "xxxx" MMC-nin nümayəndəsi və müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu kassasiya şikayəti verib Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Qurbanov Pərviz Əliheydər oğlunun mülki iddiasının qismən təmin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirlisinin Nəsimi rayon İcra Şöbəsinin Kapital Bankın Nizami filialmdakı bank hesabındakı depozitə köçürülmüş 51.110 (əlli bir min bir yüz on) manat pul hökm qanuni qüvvəyə mindikdən sonra Qurbanov Pərviz Əliheydər oğluna verilərək, mülki iddianın qalan hissələ təmin edilmədən rədd edilməsi. Cəfərov Cəfər Camal oğlunun mülki iddiasının qismən təmin edilərək 51.110 manat məbləğində təmin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra Şöbəsinin Kapital Bankın Nizami filialmdakı bank hesabında depozitə köçürülmüş 51109 (əlli bir min bir yüz doqquz) manat pul hökm qanuni qüvvəyə mindikdən sonra Cəfərov Cəfər Camal oğluna verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, Bakı Apellyasiya məhkəməsi heç bir əsaslandırma aparmadan Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı azaltmış lakin cəzanı ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərində sui -istifadə cinayətlərini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış həmin hissədə dəyişdirilmədən saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 zərərşəkmiş şəxslərə ödənilməmiş külli miqdarda ziyan qalmışdır. Təqsirləndirilən şəxs1 AR CM-nin 178.3.2-ci maddəsi təsnifatına gğrə ağır cinayət kateqoriyasına aid olduğu qeyd olunmuşdu. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Ş.Rəfiyev, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidi r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın ba ş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağ ırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-pro sessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdi rilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali M əhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi M.C.Seyidov həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirir və məhkəmələr tərəfindən onun barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seç ilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası bu sadalanan halları da Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edərək və həm bu hallardan, həm qanunvericiliyin tələblərindən, həm də Ali Məhkəmənin tövsiyələrindən çıxış edərək məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfind ən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 oğluna cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.5,308.2-ci maddələri ilə təqsirli bilinib və CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməlidir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhl ükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitin ə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çək məsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu a nlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilə nləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkum E.A.Mirzəliyevə CM-nin 228.1-ci maddəsi ilə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. CM-nin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərin də nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-nin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. CP M-nin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası E.A.Mirzəliyevin barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 03 (üç) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb kassasi ya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi M.C.Seyidovun kassasiya şikayəti təmin edilməli və E.A.Mirzəliyevə təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası CM-nin 70.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, bu əsasla da onun barəsindəki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunalara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2 020-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.5, 308.2ci maddələri ilə təqsirli bilinib və CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilsin. Məhkum Təqsirləndirilən şəxs1 olunun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəx s1 sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlunun kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxsilərin nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar