Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-11/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs189, Zərərçəkmiş şəxs196, Zərərçəkmiş şəxs101, Zərərçəkmiş şəx s106, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs118, Zərərçəkmiş şəxs85, Zərərçəkmiş şəxs86, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs138, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs91 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il ta rixli hökmü ilə (hakimlər Mikayılov Eldar Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum1, 14 avqust 1957-ci ild tarixə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktoru vəzifələrində işləmiş, ünvan 2də yaşamış, və Məhkum2, 02 avqust 1964-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" MənzilTikinti Kooperativinin sədrinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun nümayəndəsi-hüquqşünas kimi müvafiq səlahiyyətləri faktiki olaraq icr a etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hər birisi CM-nin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ayrı ayrılıqda CM-nin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə barələrində CM-nin 46.2-ci maddəsi tədbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, əsas cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68-ci maddəsinə əsasən hər iki məhkuma təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın müstəqil icra olunması, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-nin 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Məhkum2 ilə öz qulluq mövq eylərindən istifadə etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, xeyli və külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etməyə cəhd etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakının xeyli miqdarda ziyan vurmaqla ələ keçirilib təkrarən dələduzluq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istifadə etmək məqsədilə qabaqcadan əlbir olmu ş bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olmuş bir qrup şəxslə tamah niyyəti ilə qeyrilərinin köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin, xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyrilərinin köməkçiliyi ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişlər. Hökmdən dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protestinə və məhku mlar Məhkum1, Məhkum2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs140 və Zərərçəkmiş şəxs189 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 17 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs189 apellyasiya şikayəti təmin edilmiş, məhkumlar Məhkum1, Məhkum2 və zərər çəkmiş şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü apellyasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs189 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum1 CM-nin 178.3.2 və 29,178.3.2-ci maddə ləri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilədək, Məhkum2 CM-nin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək, CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) ayadək artırılmış, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi C.S.Yusifov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının hər ikisinə aid hissədə d əyişdirilərək onlara təyin olunmuş cəzaların yüngülləşdirilməsini, Məhkum1 aid hissədə ünvan 4 və ünvan 5in üzərinə qoyulmuş həbsin götürülməsi barədə, Məhkum2 aid hissədə isə ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Əsasən Məhkum1 və Məhkum2 barələrində qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, habelə cəza təyin etmə ilə bağlı CM-nin müvafiq maddələrinə istinad edən müdafiəçi C.S.Yusifov kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum1 əvvəllər məhkum olunmamış, ali təhsilli olmaqla elmlər namizədidir, müsbət xarakterizə olunur, üç övlad ı vardır, cinayət nəticəsində dəymiş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxslərlə razılıq əldə etmiş, ibtidai istintaq zamanı istintaqla əməkdaşlıq edərək cinayətin açılmasına və zərərin aradan qaldırılmasında fəal köməklik etmişdir. Həmçinin müdafiəçi qeyd etmişdir ki, ibtidai istintaq zamanı Məhkum1 cəzasını ağırlaşdıran heç bir hal müəyyən olunmamış və bu fakt cinayət işi üzrə tərtib olunmuş ittiham aktında da öz əksini tapmışdır. Lakin qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmayaraq ona açıq-aşkar ağır cəza təyin edilmişdir. Bundan başqa, müdafiəçi C.S.Yusifov Məhkum2 barəsində də eyni məzmunlu kassasiya şikayəti verərək, Məhkum2 əvvəllər məhkum olunmamasını, ali təhsilli olmasını, müsbət xarakterizə olunmasının, üç övladı olmasının, cinayət nəticəsind ə dəymiş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxslərlə razılıq əldə etməsinin, ibtidai istintaq zamanı istintaqla əməkdaşlıq edərək cinayətin açılmasına və zərərin aradan qaldırılmasında fəal köməklik etməsinin, həmçinin cəzasını ağırlaşdıran heç bir halın müəyyən olunmamasının məhkəmələr tərəfindən nəzərə alınmadan ona ağır cəza təyin edilməsini bildirmişdir. Bununla yanaşı müdafiəçi kassasiya şikayətində göstərdiyi əmlaklara əsassız olaraq həbs qoylmasını və bu əmlakların xüsusi müsadirə edilməsini də iddia etmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi onun kassasiya şikayətlərinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və M əhkum2 məhkəmə iclasında iştirak etmək arzularını bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, iş üzrə çoxsaylı digər zərər çəkmiş şəxslər və məhkumların müdafiəçisi C.S.Yusifov isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumların, onların müdafiəçisi C.S.Yusifovun və məhkəməyə gəlməmiş zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlər in iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəndən məhkumlar Məhkum1 və Məhkum2 hər birisnin ayrı-ayrılıqda cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən 31 yanvar 2023-cü il tarixdə təsdiq olunmuş ərizələri daxil olmuşdur. Ərizələrində hər iki məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından onların müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirərək həmin şikayətlə rin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkumlar Məhkum1 və Məhkum2 ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxı lmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 ərizələrini nəzərdən keçirib kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun və məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxslərin çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından onların müdafiəçisi C.S.Yusifov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalı, kassasiya şikayətləri üzrə ic raata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 ərizələri təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi C.S.Yusifov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın və kassasiya şikayətləri üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-11/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-11/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver