Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-11/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs11 Əhməd oğlu, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.1, 178.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 9 may 1983-cü il tarixində Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də inspektor işləmiş, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 4, mənzil 4-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respub likası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 cəza çəkir.
2. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün mütəşəkkil dəstə tərəfindən vahid qəsdlə külli miqdarda maddi neməti rüşvət kimi istəmə və alma, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməlləri ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil d əstə tərəfindən törədilməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmə cinayətlərinin törədilməsində bilavasitə iştirak etmişdir.
3. Belə ki, o, 2014-cü ilin aprel ayında "xxxx" MMC-nin «Patriot» filialının, sonradan isə həmin cəmiyyətin hüquqi varisi "xxxx" MMC-nin Mühafizə şöbəsinin sahə inspektoru, 2014-cü ilin oktyabr ayından isə "xxxx" MMC-nin Yasamal şöbəsinin inspektoru vəzifəsində işləyərkən, Şahid1 yaratdığı mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməklə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vahid qəsdlə rüşvət almasında bilavasitə iştirak etməklə, qeyd olunan struktur qurumuna mühafizəçi, inspektor və digər vəzifələr üzrə işə qəbul olunmaları üçün ayrı-ayrı şəxslə rdən, o cümlədən Zərərçəkmiş şəxs2 2014-cü ilin iyun ayında 500 manat, eyni dövrdə Zərərçəkmiş şəxs1 500 manat, Zərərçəkmiş şəxs4 2014-cü ilin avqust ayında 500 manat, həmin dövrdə Zərərçəkmiş şəxs5 600 manat, Zərərçəkmiş şəxs7 1.000 manat, Zərərçəkmiş şəxs10 2014-cü ilin sentyabr ayında 700 manat, eyni dövrdə Zərərçəkmiş şəxs11 500 manat, Zərərçəkmiş şəxs13 500 manat, Zərərçəkmiş şəxs14 700 manat, Zərərçəkmiş şəxs15 1.000 manat, Zərərçəkmiş şəxs8 750 manat, Zərərçəkmiş şəxs9 800 manat, Zərərçəkmiş şəxs20 2014-cü ilin oktyabr ayında 1.200 manat, Zərərçəkmiş şəxs19 1.900 manat, Zərərçəkmiş şəxs21 2014-cü ilin dekabr ayında 500 manat, həmin dövrdə Zərərçəkmiş şəxs22 1.300 manat olmaqla, cəmi 12.950 (on iki min doqquz yüz əlli) manat pulu işə qəbul olunacaqlarnı şərtləşdirib rüşvət kimi göstə rilən məbləğləri vermələrini razılaşdıraraq şəxsən Bakı şəhəri ərazisində alıb "xxxx" MMC-nin Mühafizə şöbəsinin rəis müavini Şahid2 verməklə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməklə vahid qəsdlə rüşvət alınmasında bilavasitə iştirak etmişdir.
4. Həmçinin, o, Şahid1 yaratdığı mütəşəkkil dəstənin üzvü kimi, 2014-cü ilin aprel ayından "xxxx" MMC-nin «Patriot» filialının, sonradan isə həmin cəmiyyətin hüquqi varisi "xxxx" MMC-nin Mühafizə şöbəsinin sahə inspektoru, 2014-cü ilin oktyabr ayından isə "xxxx" MMC-nin Yasamal şöbəsinin inspektoru vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, fəaliyyətini «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və həmin Cəmiyyətin nizamnaməsinə uyğun qurmalı olduğu halda, həmin normativ sənədlərin tələblərini yerinə yetirməyərək mükəmməl, işlək cinayətkar korrupsiya şəbəkəsinin formalaşdırılaraq, həmin şəbəkənin digər üzvləri ilə birlikdə özləri üçün qanunsuz olaraq yüksək gəlir, ayrı-ayrı bahalı əmlaklar əldə etmək, külli miqdarda fayda götürmək və s. üçün 2014-cü ilin aprel ayından 2015-ci ilin yanvar ayının ortalarına kimi olan müddətdə, mütəşəkkil dəstənin rəhbəri Şahid1 tapşırığına əsasən işə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlara qeyd olunan struktur qurumuna yerləşdirəcəkləri pul vəsaitlərinə (depozitə) uyğun olaraq, həmin struktura işə qəbul olunmaqla yüksək qazanc əldə edəcəklərini bildirərək, mütəşəkkil dəstə tərəfindən törədilmək lə vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlaklarını ələ keçirmə niyyətilə, çoxsaylı şəxsləri mühafizəçi, ehtiyat mühafizəçi və digər adlarla işə qəbul edib onların depozit, sığorta haqqı, kurs pulu, geyim forması üçün və digər adlarla müxtəlif məbləğlərdə pullarını alıb, ilk vaxtlarda işə qəbul olunanlara saxlanılan depozitlərinə müvafiq olaraq onun müəyyən bir hissəsini əmək haqqı kimi ödəyərək vədlərinə əməl edəcəkləri görüntüsü yaratmaqla və bununla da yaradılmış qurumun zahiri görünüşünə aldanaraq, şirnikləşdirici şərtləri özlərinə məqbul hesab etməklə iş axtaranların həmin qurumlara kütləvi axınına nail olub, ölkə vətəndaşlarının, yəni əməllərinin qurbanlarının qeyd olunan struktur qurumlarına ayrıayrı şəxslərin, o cümlədən, X11 2014-cü ilin aprel ayında depozi t kimi 2.200 manat, geyim forması üçün 30 manat olmaqla, cəmi 2.230 manat, Zərərçəkmiş şəxs1 2014-cü ilin iyun ayında depozit kimi 2.000 manat, geyim forması üçün 35 manat olmaqla, cəmi 2.035 manat, Zərərçəkmiş şəxs2 2014-cü ilin iyun ayında depozit kimi 2.000 manat, Zərərçəkmiş şəxs3 2014-cü ilin iyul ayında depozit kimi 1.400 manat, geyim forması üçün 55 manat olmaqla, cəmi 1.455 manat, Zərərçəkmiş şəxs4 2014-cü ilin avqust ayında depozit kimi 2.000 manat, geyim forması üçün 47 manat olmaqla, cəmi 2.047 manat, Zərərçəkmiş şəxs5 2014-cü ilin avqust ayında depozit kimi 2.000 manat, geyim forması üçün 40 manat olmaqla, cəmi 2.040 manat, Zərərçəkmiş şəxs6 2014-cü ilin avqust ayında depozit kimi 2.500 manat, geyim forması üçün 75 manat olmaqla, cəmi 2.575 manat, Zərərçəkmiş şəxs7 2014-cü il in avqust ayında depozit kimi 2.000 manat, geyim forması üçün 105 manat olmaqla, cəmi 2.105 manat, Zərərçəkmiş şəxs8 2014-cü ilin sentyabr ayında depozit kimi 1.250 manat, geyim forması üçün 130 manat olmaqla, cəmi 1.380 manat, Zərərçəkmiş şəxs9 2014-cü ilin sentyabr ayında depozit kimi 2.000 manat, geyim forması üçün 45 manat olmaqla, cəmi 2.045 manat, Zərərçəkmiş şəxs10 2014-cü ilin sentyabr ayında depozit kimi 2.000 manat, geyim foması üçün 75 manat olmaqla, cəmi 2.075 manat, Zərərçəkmiş şəxs11 2014-cü ilin sentyabr ayında depozit kimi 2.500 manat, Zərərçəkmiş şəxs12 2014-cü ilin sentyabr ayında depozit kimi 1.000 manat, geyimforması üçün, sığorta haqqı və kurs pulu adı ilə 1.049 manat olmaqla, cəmi 2.049 manat, Zərərçəkmiş şəxs13 2014-cü ilin sentyabr ayında depozit kimi 2.000 manat, k urs pulu və geyim forması üçün 230 manat olmaqla, cəmi 2.230 manat, Zərərçəkmiş şəxs14 2014-cü ilin sentyabr ayında depozit kimi 2.000 manat, geyim forması üçün 47 manat olmaqla, cəmi 2.047 manat, Zərərçəkmiş şəxs15 2014-cü ilin sentyabr ayında depozit kimi 2.000 manat, geyim forması üçün 30 manat olmaqla, cəmi 2.030 manat, Zərərçəkmiş şəxs16 2014-cü ilin oktyabr ayında depozit kimi 2.000 manat, kurs pulu, sığorta haqqı və geyim forması üçün 1.000 manat olmaqla, cəmi 3.000 manat, Zərərçəkmiş şəxs17 2014-cü ilin oktyabr ayında depozit kimi 4.500 manat, Zərərçəkmiş şəxs18 2014-cü ilin oktyabr ayında depozit kimi 2.000 manat, kurs pulu, sığorta haqqı və digər xərclər adı ilə 1.000 manat olmaqla, cəmi 3.000 manat, Zərərçəkmiş şəxs19 2014-cü ilin oktyabr ayında depozit kimi 1.600 manat, geyim f orması üçün 50 manat olmaqla, cəmi 1.650 manat, Zərərçəkmiş şəxs20 2014-cü ilin oktyabr ayında depozit kimi 1.800 manat, geyim forması üçün 45 manat olmaqla, cəmi 1.845 manat, Zərərçəkmiş şəxs21 2014-cü ilin dekabr ayında depozit kimi 3.000 manat, geyim forması üçün 86 manat olmaqla, cəmi 3.086 manat, Zərərçəkmiş şəxs22 2014-cü ilin dekabr ayında depozit kimi 1.200 manat olmaqla, cəmi 51.124 (əlli bir min bir yüz iyirmi dörd) manat pul vəsaitini xidməti iş yerində və Bakı şəhərində alaraq, onun bir hissəsini "xxxx" MMC-nin Mühafizə şöbəsinin rəis müavini Şahid2 vermək üçün götürüb, depozit kimi alınan vəsaitin isə işə qəbul olunmaq üçün müraciət etmiş şəxslər tərəfindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi 69 və Binəqədi rayonu, Biləcəri qəsəbəs i M.S.ünvan 1 ünvanında yerləşən ofislərindəki mühasibatlığına qeyri-rəsmi təhvil verilməsini, digər adlarla alınmış məbləğin isə mütəşəkkil dəstənin rəhbər və üzvləri arasında bölüşdürülməsi üçün göstərilən cəmiyyətin Mühafizə şöbəsinin digər rəhbər işçilərinə çatdırılmasını təmin edərək, mütəşəkkil dəstə tərəfindən törədilməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib ələ keçirərək dələduzluq cinayətinin törədilməsində bilavasitə iştirak etmiş, bununla da qeyd olunan hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 ( sədrlik edən), X7 və X3 ibarət məhkəmə tərkibində) 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1295/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 308.2, 311.3.1 və 311.3.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.4-cü madəsinə əsasən təyin edilmiş cəzası tam və CM-in 66.3-cü maddəsinə əsas ən təyin edilmiş cəzaları isə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 2 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
6. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, sübutların dəqiq araşdırılmadığını, zərərçəkmiş şəxslərin yalan ifadələr verdiklərini, onların ifadələrinin üst-üstə düşməməsini, himayəsind ə üç az yaşlı uşağının olduğnu, uşqalarının qürbətdə sahibsiz qaldıqlarını, xəstə anasının olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmadığını göstərərək barəsində ədalətli hökm çıxarılmaqla, Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3cü maddələrinin hökmdən çıxarılmasını və əməlinin düzgün tövsif edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 15 fevral 2023-cü il tarixli, 1(103)282/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1295/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:
9. Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, onun işinə məhkəmələr tərəfindən ədalətli baxılmamış, toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, yalnız ibtidai istinaq orqanının biri digəri ilə uyğun gəlməyən sübutları əsasında ittiham aktı tərtib edilmişd ir.
10. Şikayət müəllifi qeyd edir ki, 2014-cü ilin oktyabr ayından MMC-nin 3 saylı filialında baş inspektor vəzifəsinə təyin olunub, həmin iş üzrə vəzifəsi mühafizə xidməti göstərmək üçün obyektlər taparaq müqavilələr bağlamaq olmuşdur. Buna müvafiq olaraq "xxxx" MMC-nin rəis müavini Şahid2 tapşırığına və aramızda işinin daha da genişləndirilməsi üçün ona yeni işçilərin cəlb edilməsi tapşırılmışdır. Bu tapşırığa əsasən də o, 25-27 nəfər şəxsi işə düzəltmişdir. Ancaq onların heç birindən rüşvət, nə də depozit kimi heç bir pul almamışdır. Belə ki, o, nə vəzifəli şəxs, nə də ki, sərəncamverici şəxs deyildir. Sadəcə özəl bir mühafizə idarəsində mühafizəçi inspektor olubdur. Onunla işlədiyi 6 ay müddətində əmək müqaviləsi bağlanılmayıb.
11. Eyni zamanda qeyd edir ki, məhkəmələr tərəfindən onun barəsində cəza təyin edilərkən, yüngülləşdirici hallar düzgün qiymətləndirilib nəzərə alınmamışdır. Belə ki, onun himayəsində 3 azyaşlı övladı olmaqla, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Həmçinin ailəsi, başqa ölkədə olmaqla, onun yolunu gözləyir.
12. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarının ləğv edilməsini, təqsirli bilindiyi CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin ittihamdan xaric edilməsini və CM-in 178.3.1, 178.3.2-ci maddələri ilə işinə ədalətli və düzgün baxılması üçün apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
14. Hökmdən kassasiya protesti, zərər çəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müdafiə edərək, ona uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Z.Əliyeva kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
18. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
20. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində əməlində CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsini və həmin maddənin ittihamdan xaric edilməsi, həmçinin CM-in 178.3.1, 178.3.2-ci maddələri ilə işinə ədalətli və düzgün baxılması üçün həmin hissədə apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.3, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əl aqələndirmişlər.
21. Odur ki, kollegiya kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Əvvəla, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb edilmiş hər hansı şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xaratkerli tədbirin tətbiq edilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bütün sübutları tam, hərətərəfli və obyektiv tədqiq edib onları qanuna müvafiq qaydada qiymətləndirməklə bunların nəticəsində həmin şəxsin bu və ya digər cinayətin törədilməsində təqsirli olması barədə qanuni və mötəbər nəticəyə gəlməli, onun əməlinin hüquqi tövsifini yoxlayaraq törədilmiş əmələ (əməllərə) uyğun olaraq həmin əməlin (əməllərin) CM-in Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəsi (maddələri ilə) düzgün tövsif edilməsini təmin etməli və yalnız bundan sonra maddi hüquq normalarının tələblərinə uyğun olaraq təqsirkar haqqında qanuni və ədalətli cəza tədbirinin seçilməsi məsələsini həll etməlidir.
23. Bununla yanaşı, məhkəmə bu məsələni həll etməzdən əvvəl həmçinin təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodun, yaxud da CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin xaric edilməsi və ya cinayət təqibinə p rosessual qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif əsaslarla tam və ya hissəvi xitam verilməsi mümkünlüyünü də nəzərindən qaçırmamalı və bunlar üçün əsaslar müəyyən etdikdə həmin əsaslara müvafiq olaraq qanuni və obyektiv qərar qəbul etməlidir.
24. Təsvir edilən məsələlərin həlli ilk növbədə birinci və apellyasiya instansiyası məhkəmələrinin vəzifələrinə aid olsa da, məhkəmə kollegiyası vurğulayır ki, həmçinin kassasiya icraatını tənzimləyən CPM-in 419.1-ci maddəsinin tələbləri də imkan verir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestində və ya kassasiya şikayətində məhkum olunmuş şəxsə açıq-aşkar yüngül və ya ağır cəzanın təyin edilməsi barədə dəlillər irəli sürüldükdə kassasiya instansiyası məhkəməsi də bu dəlillərə cavab verməzdən əvvəl onlardan ası lı olmayaraq işə aşağı instansiyası məhkəmələri tərəfindən baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlasın, bunlara dair öz münasibətini bildirsin, sonradan isə kassasyia müraciətlərində irəli sürülmüş dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməklə həmin müraciətlər üzrə qanuni, obyektiv və ədalətli qərar qəbul etsin.
25. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş təfsirdən və CPM-in 419.1-ci maddəsinin tələblərindən çıxış edərək ilk növbədə qeyd edir ki, Məhkum vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün mütəşəkkil dəstə tərəfindən vahid qəsdlə külli miqdarda maddi neməti rüşvət kimi istəmə və alma, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslə r üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməlləri ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərəfindən törədilməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi (bu cinayətin törədilməsi ilə bağlı epizodlar birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissələrində, hazırki qərarın isə “İşin halları” hissəsində ətraflı təsvir edildiyindən məhk əmə kollegiyası onların təkrarən təsvirinə ehtiyac görmür) iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla – məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı çoxsaylı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, ekspertiza rəyi ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhz CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl olunmaqla tədqiq edilərək qiymətləndirilmiş həmin sübutlara əsasən məhkəmələr haqlı olaraq Məhkum vahid niyyətlə rüşvət alması, həmçinin vahid qəsdlə aldatma və etibardan sui-istifadə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etm əsi, buna görə onun bu əməlləri törətdiyinə görə təqsirli bilinməsi barədə nəticəyə gəlib məhkum olunmuş şəxsin göstərilən əməllərini CM-nin 178.3.1, 178.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanının, həm də birinci və apelyasiya instansiyası məhkəmələrinin Məhkum rüşvət alma və dələduzluq cinayətlərini törətməsi ilə bağlı gəldikləri bu nəticələr qanunidir və həmin nəticələrin şübhə altına alınması üçün heç bir əsas yoxdur.
26. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin məzmunundan görünür ki, onun müəllifi Məhkum öz müraciətində bu nəticələri və məhkumun CM-in 308.2-ci maddəsi ilə olan əməlinin hüquqi nəticələrini mübahisələndirmişdir.
27. İlk növbədə məhkəmə kollegiyası Məhkum tərəfindən m übahisələndirilən və ona qarşı irəli sürülmüş, yuxarıda təsvir edilən epizodlar üzrə ittihamın o hissələri ilə razılaşır ki, məhkum olunmuş şəxs həmin epizodlar üzrə əməllərini vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün mütəşəkkil dəstə tərəfindən vahid qəsdlə külli miqdarda maddi neməti rüşvət kimi istəmə və alma, həmçinin öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərəfindən törədilməklə vahid qəsdlə aldatma və etibardan suiistifadə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmə cinayətlərinin törədilməsində bilavasitə iştirak etmişdir.
28. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərindən göründüyü kimi məhkum tərəfindən təqsirli bilindiyi CM-in 178.3.1, 1 78.3.2, 311.3.1 və 311.3.3-cü maddələri üzrə əməlinin hüquqi tövsifi mübahisələndirilsə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticələr apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə irəli sürülmüş (kassasiya şikayətində və kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmə lərinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
29. Lakin, bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə Məhkum göstərilən əməllərinin həm də vəzifədən sui-istifadə etmə, yəni CM-in 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət k imi də qiymətləndirilməsi ilə razılaşmır və belə qənaətə gəlir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələri bu haqda nəticəyə gələrkən maddi hüquq normalasının tətbiqində səhvə yol vermişlər.
30. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 31. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23cübəndindən görünür ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) de dikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan (o cümlədən 178.3.1, 178.3.2) həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur.
32. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxs kimi Məhkum əməli Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə tam əhatə olunduğu halda bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur.
33. Belə ki, işin faktiki hallarından və ittiham aktından görünür ki, Məhkum əməli Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə tövsif edilərkən, onun öz qulluq mövqeyindən istifadə etməsi faktı verilən ittihamın tərkibinə daxil edilmiş, lakin əməl Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci maddələri ilə tam əhatə olunduğundan əlavə olaraq, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ona inkrimina edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratm alıdır.
35. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
36. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlə rindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).
37. Məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən onun törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir.
38. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedi kdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.
39. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar m üəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X9rşı” 09 dekabr 1994cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
41. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
42. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mə nsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.
43. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
44. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi).
45. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.
46. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-in 308.2-ci mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur ki, həmin maddə ilə törədilmiş əməl ona ittiham irəli sürülmüş CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə əhatə olunur.
47. Belə ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, h abelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı)
48. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan Qərarında həmçinin vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarında dəyişiklik edilərək, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1295/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə dair müddəalar xaric edilməli və məhkumun üzərində CM-in 66.3-cü maddəsinə əsasən hökmlə CM-in 178.3.1, 178.3.2-ci maddələri ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 9 il 1 ay müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılmalıdır.
51. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 fevral 2023-cü il tarixli, 1(103)-282/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1295/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə dair müddəalar xaric edilsin. Məhkum üzərində CM-in 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1295/2022 nömrəli hökmü ilə CM-in 178.3.1, 178.3.2-ci maddələri ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 9 il 1 ay müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyi şdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin.