Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-110/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Habil Akif oğlunun iştirakları ilə Biləsuvar rayon Məhkəməsinin 12 mart 2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Habil Akif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Pərviz Tərlan oğlu) xx xxxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışMəhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-cimaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Biləsuvar rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 23 noyabr 2018-ci il tarixdə saat 09:40 radələrində barəsində olan Biləsuvar Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 8(022)- 416/2018 nömrəli borclunun məcburi qaydada gətirilməsinə dair təqdimatın təmin edilməsi barədə qərardadın icrası məqsədi ilə onun yaşadığı evin həyətinə gələn Biləsuvar RPŞ-nin İTB- nin rəisi, polis kapitanı, X5, Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X15, Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi, polis leyt enantı X7, Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs, Biləsuvar RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X18 və Biləsuvar RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X10 Biləsuvar Rayon Məhkəməsinin qərardadını elan edərək onu Biləsuvar rayon İcra və Probasiya şöbəsinin yerləşdiyi Biləsuvar Rayon Məhkəməsinin inzibati binasına getməyə dəvət edən zaman xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb əlinə götürdüyü balta ilə Biləsuvar RPŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin çapılmış yarası kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsi olan polis kapit anı Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Hökmdən məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Bəşirov Kamil Sücəddin oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 08 avqust 2019-cu il tarixli qərarı ilə Biləsuvar rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Habil Akif oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarın ı ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Məmmədov Habil Akif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum nisbətdə ədalətsiz və qanunsuzdur. Belə ki, Məhkum edilməsi ilə bağlı məhkəmə hökmündən verilmiş apellyasiya şikayətində Məhkum təqsirinin sübuta yetirilmədiyi, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, məhkəmədə dindirilmiş şahidlərin hamısının polis əməkdaşları olması, ibtidai istintaqda ifadəsi alınmış X2 şahid qismində məhkəmədə dindirilməsi ilə bağlı verilmiş vəsatətin təmin edilməməsi, hadisəni görmüş qonşuların şahid kimi işə cəlb edilməməsi, dindirilmiş şahidlərin ifadələri arasında mövcud ziddiyyətlərin olması və sair göstərilsə də, apellyasiya instansiyası məhkəməsi birinci məhkəmə iclasında məhkəmə prosesinin məhkəmə istintaqı aparılmadan keçirilməsi barədə qərar qəbul etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin iştirakı olmadan, onun fikri dinlənilmədən məhkəmə iclasının məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qəbul edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkum barəsində çıxarılmış məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək üçün apellyasiya instansiyası məhkəməsi məhkəmə prosesini tam məhkəmə istintaqı yolu ilə aparmalı idi. Məhkum edilmiş şəxsin, onun müdafiəçisinin iştirakı təmin edilmədən bu məsələ ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərar apellya siya məhkəməsində X2 şahid kimi dindirilməsini və Məhkum qonşularının şahid qismində dindirilməsini, eləcə də şahidlərin ifadələrində mövcud olan ziddiyyətlərin aradan qaldırılmasını qeyri-mümkün etmişdir. Şübhəsiz ki, yalnız məhkəmənin tam məhkəmə istintaqı ilə aparılması yolu ilə apellyasiya araşdırmasının obyektivliyinə nail olmaq mümkün idi. Qəbul edilmiş bu qərar isə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması imkanını aradan qaldırmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, məhkum olunmuş şəxs Məhkum Avropa Konvensiyası ilə müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya insta nsiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419. 1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sü butları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məh kəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb dövlət ittihamçısının, məhkum edilmiş şəxs və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkumların və müdafiəçilərin apelyasiya şikayətinin təmin edilməməsi barədə yekun rəyə gələrkən aşağıda qeyd edilənlərə əsaslanır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkə mə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla Məhkum Azərbaycan Respublikası CM-nin 315.2-ci və X6 CM-nin 315.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinin onlar tərəfindən qəsdən törədilməsinə və onların təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, ona bəraət verilməsi üçün əsasların olmamasına görə, Məhkum və X6 onlara qarşı elan edilmiş ittihamlar əsasında onların təqsirili bilinib cəzalandırılmalı olmalarına dair ədalətli, qanuni və əsaslı olan yekun nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 315.2-ci və X13 Azərba ycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə və X13 isə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə özlərini təqsirli bilməsələr də, qeyd edilən məhkumların onlara istinad edilən əməlləri törətmədə təqsirli olmaları məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə baxışı zamanı əldə edilmiş mötəbər dəlillərlə, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə iclas protokolları, keçirilmiş üzləşdirmələrlə, ekspert rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə və X6 Azərbaycan Respublikası CM-n in 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair dəlillərin birinci instansiya məhkəməsinin hökmündə geniş şəkildə təsvir və tədqiq olunduğunu nəzərə alaraq apelyasiya məhkəməsi həmin xüsusatları təkrar sadalamağı zəruri hesab etmir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, mü stəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdı rma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhkum Azərbaycan Respublikası CMnin 315.2-ci və X9 CM-nin 315.1-ci maddəsi ilə ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və həmin məhkumların əməllərinin Azərbaycan Respublikası CM-nin qeyd edilən müvafiq maddələri ilə tövsif edilməsi qanuni, ədalətli vəəsaslı olmuşdur. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onl arın birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Məhkum və X6 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apelyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 315.2- ci və X9 CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1 (022)-37/2019 hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci və X6 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundanvə işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanıvə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplamış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmaldır. Yoxlama zaman sübutlar təhlil olunur və bir biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliliyi müəyyənləşdirlir. Həmin Məcəllənin 145.1-ci maddəsində birbaşa göstəriş vardır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Mahmudovun Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmanti, nonnegantiincumbitprobation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qey d edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki,hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oldu ğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi məhkum edilmiuş şəxsə qayğı və diqqətin, mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi v ə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş yaş həddinə satmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən cinayət törədilənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsi rli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasın da nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açı q-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, apelyasiya məhkəməsi bütün yuxarıda qeyd edilənləri cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri və şərtləri konteksində müzakirə edərək belə hesab edir ki, müdafiə tərəfinin apelyasiya şikayətləri təmin edilməməli, Məhkum və X6 barəsində olan Biləsuvar Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1(022)-3 7/2019 saylı hökmü dəyişdirilməməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyasının müddəalarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi (Məhkum aid hissədə) işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayət inin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələr tərəfindən hansı sübutlara və hansı səbəblərdən üstünlük verildiyi hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Şikayətdə Məhkum anası X2 və digər şəxslərin (qonşuların) məhkəmədə dindirmədiklərinə istinad olunaraq məhkumun hüquqlarının pozulduğu iddia olunur. İş materiallarını şikayətin həmin dəlili baxımından da yoxlamış məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən bu məsələdə də qanunun tələblərinə riayət edilmişdir. İş materiallarından görünür ki, X2 ittiham aktına əlavə olunan şahidlərin siyahısına daxil edilməmişdir. Məhkəmə iclas protokolundan isə görünür ki, artıq təqsirləndirilən və zərərçəkmiş şəxslər, bütün şahidl ər dindirildikdən sonra müdafiəçi X2 əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış, həmin vəsatət qanunla nəzərdə tutulmuş qaydada müzakirə edilərək X2 məhkəmə iclasında iştirak etdiyi üçün təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 328.1-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir ki, məhkəmə iclasında şahidlər ayrı-ayrılıqda və dindirilməmiş şahidlərin iştirakı olmadan dindirilirlər. Azərbaycan Respublikası CPM-nin 322.1.3-cü maddəsində də göstərilmişdir ki, məhkəmə iclasında sədrlik edən icra məmurlarına şahidlərin müşayiət altında şahidlər üçün otağa aparılması, bir-biri və digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstərişlər verir (iş materiallarından görünür ki, məhkəmə bu normanın tələblərinə riayət edərkən müdafiəçi tərəfindən əlavə şahidlərin dindirilməsi vəsatəti verilməmişdir). Göründüyü kimi, məhkəmə müdafiə tərəfinin həmin vəsatətini rədd etməklə yuxarıda göstərilən normaların tələblərinə riayət etmişdir. Bundan başqa, müdafiəçi apellyasiya baxışı zamanı çıxışında birinci instansiya məhkəməsinə qonşuların dindirilməsi barədə vəsatət verdiyini bildirsə də, birinci instansiya məhkəməsinin məhkəmə protokolundan göründüyü kimi, müdafiə tərəfi belə vəsatət verməmişdir. Apellyasiya məhkəməsində də müdafiəçi yuxarıda göstərilən ifadələri (qonşuların dindirilmədikləri ifadələri) işlətməklə kifayətlənmiş, konkret olaraq kimlərin dindirilməli olduğunu, onların adlarını, ünvanlarını və digər məlumatları məhkəməyə təqdim etməmiş, qonşuların konkret olaraq hansı h alların müəyyən edilməsi üçün əlavə şahid kimi dindirilməli olduğu açıqlanmamışdır. Azərbaycan Respublikası CPM-nin 323.2-ci maddəsində qeyd edilmişdir ki, vəsatət vermiş şəxs hansı halların müəyyən edilməsi üçün əlavə sübutların zəruri olduğunu göstərməlidir. Bütün bunlar müdafiə tərəfinin kassasiya şikayətinin həmin dəlillərinin əsassız olduğunu göstərir. Şikayətdə cinayət prosessual qanununun normalarına, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və Avropa İnsan Hüquqları Konvensiyası nın müddəaları ilə ziddiyyət təşkil etmir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdir ilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-110/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-110/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver