Məhkəmə qərarları › İş №1(102)-110/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-110/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-110/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1980-cı il tarixdə Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aşağ ı Qarxun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 11 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş həmin cəzaya hesablanıb çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumalarını əldə etməklə 2021-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq xeyli miqdarda 08 (səkkiz) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2021-ci ilin iyul ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 9450 qram narkotik vasitə olan qurudulmuş marixuana toplayıb əldə edərək yaşadığı həmin evin həyətində sellofan kisədə saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöbənin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Məhkum həyətində kultivasiya etdiyi xeyli miqdarda narkotik tərkibli cəmi 8 ədəd hündürlükləri 90 sm-dən 230 sm-dək ümumi çəkisi 7800 qram olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı ümumi çəkisi 9450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 13 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CMnin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunaraq ona həmin maddə ilə 02 (iki) il müddətə, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 11 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş həmin cəzaya hesablanıb çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Məhkum 9450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı evin həyətində saxlaması əməllərində satış məqsədi müəyyən edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən və bununla bağlı sübutların araşdırılmasına və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, CM-nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun Qərarlarına, habelə iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış bəzi sübutlara istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutlar ı CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum törətdiyi əməlinin CM-nin 234.4.3-cü maddəsindən CMnin 234.1-ci maddəsinə tövsif edilməli olması qənaətinə gələrkən cinayət qanunu normasını düzgün tətbiq etməmiş, nəticədə ona əsassız və qanunsuz olaraq yüngül cəza təyin olunmuşdur. Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirinin ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilməsini iddia edən dövlət ittihamçısı qeyd etmişdir ki, əvvəla Məhkum özünün də iştirakı ilə evin həyətindən çətənə bitkilərinin və sintetik kisədə qurudulmuş marixuananın aşkar edilməsi və götürülməsi prosessual qanunverıcliyə uyğun həyata keçirilmiş və bu zaman hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmiş, məhkəmə-bioloji ekspertizasının 11 iyul 2021 -ci il tarixli rəyinə əsasən onun yaşadığı evin həyətyanı sahəsindən götürülmüş bir ədəd sintetik kisədəki yerləşdirilmiş qurudulmuş marixuananın çəkisi 9450 qram, 8 ədəd çətənə bitkisi kollarının ümumi çəkisi 7800 qram olmuş və həmin bitki və narkotik vasitə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər, qurudulmuş marixuananın miqdarı isə qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddindən 1890 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən isə 18 dəfədən artıq olmuşdur ki, bu hal da Məhkum həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edir. Belə nəticə həmçinin ibtidai araşdırma zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təsdiq olunur. Göründüyü kimi, apellyas ıya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, ibidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdrılmış sübutlara əsasən müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli yoxlamamış və və qiymətləndirilməmiş, nəticədə də Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqda əsassız qərar qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarının ləğv edilm əsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı Məhkum da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə dax il olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı B.Q.Cabbarlı öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, Məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 v ə 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyə tlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instans iyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyy ən edilməsi başa düşülür. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, itti ham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Bununla yanaşı, göstərilən konstitusiyon tələb hər bir insanın, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayət törətmiş şəxslərin vaxtında ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edlmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində bu və ya cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəl lə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində məhkəmələrdən və cinayət prosesinin iştirakçılarından Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməli tələb olunur. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata ke çirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsas ən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət in əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə topla nmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtər əfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində müəyyən edildyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. m əhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təs diqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Kassasiya protestində qeyd olunduğu kimi, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlmə sinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ict imai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bır cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərim əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuli yyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd olunan məcburi tövsiyələr məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və düzgün tövsif edilsin (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayəti n tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosess ual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Hazırki cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və əsasən birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış eyni sübutlara (apellyasiya şikayətinə məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə işə qismən məhkəmə istintaqı aparılması barədə qərar qəbul etsə də, məhkəmə iclasında yalnız Məhkum dindirilməsi ilə kifayətlənmişdir) əsaslanaraq Məhkum qarşı irəli sürülmüş ittiham üzrə törətdiyi cinayətlərin obyektiv cəhətlərini belə müəyyən etmişlər ki, sonuncu istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumalarını əldə etməklə 2021-ci il in mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq xeyli miqdarda 08 (səkkiz) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2021-ci ilin iyul ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda həmin çətənə bitkilərinin yarpaqlarından qanunsuz olaraq ümumi çəkisi 9450 qram narkotik vasitə olan qurudulmuş marixuana toplayıb əldə edərək yaşadığı həmin evin həyətində sellofan kisədə saxlamış, 11 iyul 2021-ci il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regonal şöb ənin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Məhkum həyətində kultivasiya etdiyi xeyli miqdarda narkotik tərkibli cəmi 8 ədəd hündürlükləri 90 sm-dən 230 sm-dək ümumi çəkisi 7800 qram olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı ümumi çəkisi 9450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla belə, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gədmişdir ki, Məhkum yaşadığı evin həyətində aşkar edilərək götürülmüş 9450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayarkən o, satış məqsədi izləməmiş və həmn narkotik vasitəni özü istifadə etmək ni yyətində olmuşdur. Bu nəticəyə gələrkən isə məhkəmə qəbul etdiyi qərarı İ.Məhkum göstərilən narkotik vasitəni satış məqsədilə əldə edib saxlamasına dəlalət edən sübutların olmaması ilə və bu haqda onun ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə əsaslandırmış, eyni zamanda məhkum olunmuş şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrini inandırıcı hesab etməmişdir. Belə ki, ibtidai araşdırma dövründə Məhkum heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçisinin iştirakı ilə dindirilərkən göstərmişdir ki, o, yaşadığı evin həyətində 8 ədəd çətənə bitkisi əkib onları yetişdirərək və həmin kolların yarpaqlarını toplayıb qurudaraq onları özü istifadə etmək niyyətində olmuş, lakin 11 iyul 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirərkən kollarla yanaşı toplayıb qurutd uğu və kisəyə qablaşdıraraq həyətdə saxladığı marixuana da onlar tərəfindən aşkar edilərək götürülmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və qeyd olunan narkotik vasitəni də satmaq məqsədi izləməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum özünü ona qarşı CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, 8 ədəd narkotik tərkibli çətənə bitkisini də gələcəkdə onun yarpaqlarından istifadə etmək üçün öz həyətində əkmiş və onlara aqrotexniki qaydada qulluq etmiş, yəni diblərini alaq otundan təmizləmiş və kolları sulamışdır. Ona görə də, özünü həmin çətənə bitkilərini əkib becərməkdə təqsirli bilir. Lakin, onun həyətind ən aşkar olunan qurudulmuş marixuana ona məxsus olmamış, həmin narkotik vasitə Daxili İşlər Nazirliyinin Baş Narotiklərlə Mübarizə İdarəsinə bilavəsitə tabe olan Qərb bölgəsində regional şöbənin əməkdaşları tərəfindən onun həyətinə qoyulmuş və o, təzyiq nəticəsində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olması barədə ifadələr vermişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında da o, eyni ifadələri vermişdir. Halbuki həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi Məhkum 9450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən həyətinə qoyulması barədə verdiyi ifadələri inandırıcı hesab etməmiş və məhkəmə kollegiyası da məhkəmələrin bu mövqey ilə razılaşaraq qeyd edir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələr iş üzrə toplanmı ş və araşdırılmış digər sübutlarla – ilkin təhqiqat zamanı tərtib edilmiş prosessual və qeyri-prosessual sənədlərlə, şahidlər Şahid1, Şahid2 ifadələri ilə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla uzlaşır (həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür). Apellyasiya instansiyası məhkəməsi həmin sübutların yolverilməz sübutlar olmasını (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməməklə əldə edilməsini) müəyyən etməyərək onları qəbul etmiş, bununla belə o qənaətə gəlmişdir ki, Məhkum yaşadığı evin həyətində 11 iyul 2021-ci il tarixdə aş kar edilərək götürülmüş narkotik vasitənin külli mqdarda olması heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə edərək saxlaması barədə fikir yürütməyə və onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə əsas vermir. Lakin, məhkəmə nəzərindən qaçırmışdır ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid1 göstərmişdir ki, 2021-ci ilin iyul ayında ona bir neçə müxtəlif mənbələrdən Məhkum çətənə bitkilərini əkib becərməsi və narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və məhz bu məlumatın yoxlanılması üçün yaradılımş əməliyyat qrupunun üzvləri tərəfindən 11 iyul 2021-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyətində əkib-becərdiyi 8 ədəd çətə nə bitkisi və külli miqlarda – 9450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Yevlax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis mayoru Xun 11 oktyabr 2021-ci il tarixli raportundan göürünür ki, Məhkum narkotik tərkibli çətənə bitkisi kollarını özü və qeyri şəxslər tərəfindən əkilib becərilməsinin və onun narkotik vasitənin satışı ilə məşğul olub-olmamasının aydınlaşdırılması üçün ibtidai araşdırma zamanı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və bu tədbirlər nəticəsində müəyyən edilmişdir ki, o, narkoiik vasitədə olan marixuanadan istifadə etmiş, səkkiz ədəd narkotik tərkibli çətənə bitkisi kollarını özü əkib becərərkən ona kömək edən olmamışdır. Həmçinin keçirilmiş tədbirlər nəticəsind ə Məhkum saxladığı 9450 qram çəkidə qurudulmuş marixuananı gələcəkdə satmaq niyyətində olması müəyyən edilmiş və onun əvvəllər də narkotik vasitənin satışı ilə məşğul olması barədə də əməliyyat məlumatı daxıl olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum CM-nin 237.1-ci maddəsi ilə yanaşı həm də CM-nin 234.4.3-cü maddəsi ilə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamasına görə təqsirli bilərkən digər sübutlarla yanaşı həm də təsvir edilən sübutları nəzərə almış, apellyasiya instansiyası məhkəməsi isə fərqli nəticəyə gələrkən işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən həmin sübutları nəinki tədqiq etməmiş, həm də onları həm ayrıayrılıqda, həm də başqa sübutlarla birgə müqayisəli şəkildə qiymətləndirməm işdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ Siyahıyda qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı isə 500 qram müəyyən edilmişdir. Araşdırılmış sübutlarla Məhkum aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddindən 1890 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən isə 18 dəfədən artıq olmasının müəyyən edilməsinə baxmayaraq, ape llyasiya instansiyası məhkəməsi ona qarşı irəli sürülmüş ittiham üzrə düzgün nəticəyə gəlmək üçün onun bu narkotik vasitəyə gündəlik tələbatı, əkdiyi kollardan 11 iyul 2021-ci il tarixədək heç olmasa təxminən hansı miqdarda marixuana toplaması, bundan sonra da həmin narkotik vasitəni toplamaq niyyətində olub-olmaması kimi mühüm halları, bu halların biri-biri ilə və digər sübutlarla uzlaşıb-uzlaşmamasını aydınlaşdırmamış, digər tərəfdən isə həm Şahid1 ifadələrində, həm də əməliyyat müvəkkili Xun raportunda göstərilən xüsusatların həqiqətə uyğun olub-olmamasını araşdırmamışdır. Ümumiyyətlə isə, apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından görünən odur ki, həmin məhkəmə Məhkum əməlinin CMnin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif ed ilməli olması barədə nəticəyə gələrkən faktiki olaraq yalnız birinci instansiya məhkəməsinin araşdırdığı sübutlara əsaslanmış, özü isə Məhkum dindirilməsindən başqa heç bir sübutu tədqiq etməmiş (bu hal 13 iyun 2022-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq olunur), sübutlara isə fərqli şəkildə qiymət vermişdir. Halbuki prosessual hüquq normalarının, o cümlədən CPM-nin 351.3.3-cü maddəsinin tələbinə və mənasına görə, məhkəmənin ittiham hökmü ilə yanaşı şəxsin bu və ya dgər cinayətin törədilməsində təqsirli olub-olmaması, onun əməlinin cinayət qanununun bu və ya digər maddəsi ilə tövsif edilməsinin düzgün olub-olmaması kimi əhəmiyyətli məsələlərn həll edilməsi məqsədilə işə tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxan və bu baxışın nəticəsində birinci instansiya məhkəmə sinin nəticəsindən fərqli nticəyə gələn apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı da özünün araşdırdığı mümkün və mötəbər sübutlara əsaslanmalıdır. Yalnız belə olduqda, yəni apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökm və ya qəbul etdiyi digər yekun qərar həmin tələblərə cavab verdikdə, digər tərəfdən məhkəmənin özünün araşdırdığı mötəbər sübutlara əsasən işin faktiki halları şəxsə qarşı irəli sürülmüş ittihamdan fərqli şəkildə müəyyən edilərək həmin hallar mübahisə doğurmadıqda kassasiya instansyası məhkəməsi CPM-nin 419-cu maddəsinə əsasən həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbq edilibedilməməsi barədə nəticəyə gələ bilər. Hazırki iş üzrə apellyasiya icraatına aid olan materiallardan isə Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlin, yəni onun tərəfindən törədilmiş külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması cinayətinin subyektiv cəhətinin – satış məqsədinin məhz həmin icraat zamanı mübahisəsiz olaraq müəyən edilməsi görünmür və bu baxımdan məhkum olunmuş şəxsin həmin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilib-edilməməsi barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyasının fikrincə, belə hal sübutların araşdırılması və sübutetməyə dair prosessual qanunvericiliyinin tələblərinə tam əməl edilməsi üçün iş üzrə təkrar araşdırmanın aparılmasını, araşdırılmış sübutların isə yenidən qiymətləndirilməsini labüd edir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Məhkum külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması əməlinə düzgün qiymət verilməsi üçün sübutların yeni araşdırılması ilə yanaşı o də nəzərə alınmalıdır ki, CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə, CM-nin 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu normaların müqayisəli təhlili göstərir ki, şəxsin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün onun həmin maddənin dispoziyasında nəzərdə tutulmuş ə məli satış məqsədi olmadan (cinayətin subyektiv cəhətinə aid olan əlamət) törətməsi, CM-nin 234.2ci maddəsi ilə məsuliyyət məsələsinin həlli üçün isə təqsirkarın eyni əməlləri (CM-nin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş) satış məqsədilə törətməsi, yaxud da narkotik vasitələri və ya psixotrop maddələri satması müəyyən edilməlidir. Belə əməl külli miqdarda olan narkotik vasitənin və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törədldikdə cinayət CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilir. Şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün isə aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitənin və ya psixotrop maddənin miqdar külli olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respub likasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələr ə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətin i yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin qənaətlərinə görə, törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən cinayətin subyektiv cəhətinə aid olan Məhkum narkotik vasitəni satmaq məqsədində olması kimi hal toplanmış sübutlarla təsdiq edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı və Şəki Ağır Cinayətlər Məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan hər hansı təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxsin yaşadığı eviin həyətində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlamasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, yalnız Məhkum ifadələrinə əsaslanan, lakin işin müəyyən edilmiş obyekiv hallarına və bu halları təsdiq edən sübutlara nəzər yetirməyən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəmişdir ki, Məhkum evinin həyətindən aşkar edilərək götürülmüş narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ib tidai araşdırma zamanı, istərsə də işə birinci və apellyasiya instansiya məhkəmələrində baxılarkən müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin təhlili göstərir ki, həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Bu baxı mdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi, biri-birindən fərqlənən ifadələr yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarının kassasiya qaydasında ləğv edilməsini və bu hissədə yeni apellyasiya araşdırmalarını tələb edir. Yeni apellyasiya baxışı zamanı o, da nəzərə alınmalıdır ki, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddəl ərin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası həm kassasiya protestinin dəlillərinə əsasən, həm də CPM-nin 419.1-ci maddəsnin tələblərinə uyğun olaraq apellyasya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlayarkən eyni zamanda həmin məhkəmənin Məhkum cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi zamanı CM-nin 66.3-cü maddəsini tətbiq etməkdə səhvə yol verdiyini də müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə ilk növbədə Məhkum CM-nin 234.1 və 237.1-ci maddələri ilə ayrı-ayrılıqda, sonra isə CM-nin 66.3-cü maddəsinə istinad etməklə cinayətlərin məcmusu üzrə qəti cəza təyin etməklə cinayət qanununun aşağıdakı normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, Məhkum yalnız az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişdir və belə olan halda ona cinayətlərin məcmusu üzrə qəti cəza CM-nin 66.3-cü maddəsinə deyil, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilməli idi. Bu tələb isə cinyaət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CM-nin 234.1-ci maddəsinin sanksiyası nda bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 237.1-ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən edildiyindən həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər CM-nin 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq az ağır cinayətlər kateqoriyasına aiddirlər (CM-nin 15.3-cü maddəsinin tələblərindən göründüyü kimi, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur). CM-nin 66.2-ci maddəsinin tələbinə və mənasına görə isə, cina yətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, şəxsə cinayətlərin məcmusu üzrə qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə məhz həmin maddəyə əsasən təyin edilir. Beləliklə, kassasiya protestinin dəlillərini əsaslı hesab edib onlarla razılaşan məhkəmə kollegiyası həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və hazırki cinayət işi üzrə Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya ins tansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar