Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1100/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə t əqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıxov Rasim Əkrəm oğlu, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx xxxxxx 1979-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-c i maddələri ilə təqsirli bilinib 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zaman həbsdə saxlanıldığı 02 gün nəzərə alınmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 05 ay 28 gün müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13, X31, X18, X32, X8 və X19 da təqsirli bilinərək məhkum edilmişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, X13, X18, X31 və X32 özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 1 ünvanında yerləşən “Odlar Yurdu” universitetində şöbə rəisi işləyən Təqsirləndir ilən şəxs 2015-ci ilin sentyabr ayının ortalarından işlədiyi universitetin 1-ci prorektoru Zərərçəkmiş şəxs1 xidməti iş otağından içərisində küllü miqdarda pul vəsaiti olan dəmir seyfin gizli yolla talanması və aşkar ediləcək pul vəsaitinin 20 faizinin ona verilməsi müqabilində universitetə daxil olma yolları, orada quraşdırılmış təhlükəsizlik vidokameralarının yerləri barədə əldə etdikləri məlumatlar əsasında X13, X18, X31 və X32 09 yanvar 2016-cı il tarixdə, saat təxminən 01 radələrində ünvan 1 ünvanında yerləşən “Odlar Yurdu” universitetinin 1-ci prorektoru Zərərçəkmiş şəxs1 həmin universitetin 2-ci mərtəbəsində yerləşən xidməti iş otağının plastik materialdan olan pəncərəsini qırmaq yolu ilə oraya qanunsuz daxil olmaqla, otaqdan saxlanc yeri olan 600 manat dəyərində dəmir seyfi və içər isində olan 85.755 manat pulu, habelə 219.900 ABŞ dollarından ibarət, həmin günə qüvvədə olan məzənnəyə görə milli pul vahidi ilə 343.967,58 manat, ümumilikdə 429.722,58 manat məbləğində əmlakı ələ keçirərək zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirpaşa Süleyman oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 13 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qərardan məhk um tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kazımov Tahir Lələkişi oğlu, hakimlər Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 24 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 28 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü Təqsirləndirilə n şəxs aid hissədə dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə təyin olunmuş 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ilə endirilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman həbsdə saxlanıldığı iki gün nəzərə alınmaqla üzərində qəti olaraq 09 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nurəddin Kantayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ona aid hissədə ləğv etməklə ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qərəzli, ədalətsiz və qanunsuz olduğu üçün ləğv edilməli, əməlində cinayət tərkibi olmadığı üçün ona aid hissədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, iş hərtərəfli və obyektiv araşdırılmamışdır. İş üzrə yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırılmalı, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edəcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. İbtidai istintaqın yekun akt ı olan ittiham aktı bu günə qədər ona təqdim edilməmişdir. O, hadisənin baş vermə ehtimalı barədə universitetin hüquqşünası və rektorunu məlumatlandırmışdır. Çünki keçmiş qayınatası X12 onu şantaj edərək qızını boşamamağını tələb etmiş, o da hədə-qorxu barədə rəhbərliyə məlumat vermişdir. Artıq məlumatlı olduqları halda universitetə məxsus olmayan pul vəsaitinin həmin məkanda saxlanılması məntiqsizlik və məsuliyyətsizlikdir. Onun bu barədə xəbərdaredici fikrini, narahatlığını hətta keşmiş həyat yoldaşı da ifadəsində təsdiq etmişdir: “.... Təqsirləndirilən şəxs mənə bir neçə dəfə qardaşım X4ın bir zibil törədəcəyini bildirmişdir...” O, yalnız keçmiş qayını X4ın ifadəsi əsasında həbs olunmuşdur. Halbuki, onun ifadəsində çoxsaylı ziddiyyətlər müşahidə olunur. İş üzrə yalnız X4ın ifadəsinin ol masına baxmayaraq, qərarda “....digər məhkumlar, X18 və X32in qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokol, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir....” deyə qeyd olunmuşdur. Halbuki, qeyd olunan ifadələrdə və istintaq hərəkətlərinin protokollarında onunla bağlı bir nüans yoxdur. X4ın özünün şəxsən cinayət törədəcəyi ərazini öyrənməsi, mümkün variantların araşdırılması, istifadə ediləcək nəqliyyat vasitələrinin təşkili və digər şəxlərin cəlb edilməsi, onların təlimatlandırılması, aralarında iş bölgüsünün aparılması, cinayətdə istifadə oluna bilən alətlərin əldə edilməsi, oğurlanmış pul vəsaitinin bölgüsünü təşkil etdiyi halda cinayətin təşikatçısı kimi onu göstərmə si bunun qərəzli, böhtan və tamamilə cəfəngiyyat olduğunu göstərir. Cinayət iştirakçılarının cinayəti törədənə qədər və hətta törətdikdən sonra onu görməmələri, onunla heç bir ünsiyyətdə olmamaları və onun varlığından xəbərləri belə olmadığı halda X4 dəstə üzvlərinə bildirmişdir ki, “navodka” verən yeznəsi Təqsirləndirilən şəxsdır. X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona videokameraların yaddaş blokunun liftin yanında yerləşən köməkçi otaqda olduğunu bildimişir, ancaq materiallardan göründüyü kimi onlar oradan videokameraları yox, telefon blokunu sındırıb özləri ilə aparmışlar. Necə olur ki, cinayətin və onun iştirakçılarının ifşa edilməsində ən böyük dəlillərdən ola biləcək bir şey haqqında bu cür yanlış məlumat verilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Təqsirlən dirilən şəxs X4a bilərəkdən yanlış məlumat vermişdir ki, onun bu cinayəti baş tutmasın. Zərərçəkmiş şəxs1 və hüquqşünasın ifadələrindən görünür ki, mühasibatlıqda olan və rahatlıqla açılan digər seyflərdə cinayət baş verən vaxt külli miqdarda pul olmuşdur. 2015-ci i lin dekabr ayının 31-dən 05 yanvar 2016-cı ilədək qeyriiş günləri olmuşdur. Nə üçün Təqsirləndirilən şəxs belə əlverişli zaman və külli miqdarda rahat açıla bilən seyfdən yox, həmin vaxt çətinliklə açılan, hətta açılması mümkün olmayan seyfi oğurlamaq barədə plan hazırlamışıdır? Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08 yanvar tarixində köməkçisi X1lə birlikdə maşından düşərkən onları görmüşlər. O və dostu X2 onun iş otağının qarşısında olmuşlar. Lakin o, istintaq zamanı və bütün çıxışlarında həmin vaxt nəinki universite tdə, hətta ətrafında belə olmadığını bildirmişdir. Buna sübut olaraq universitetin videokamera görüntüləri də vardır. Lakin, onun heç bir tələbi təmin olunmamış və araşdırılmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, mühasibatda olan dəmir seyflərdən yalnız onun seyfinə toxunulmuşdur. X32 isə ifadəsində bildirmişdir ki, X4la düşdükləri otaqda qırmızı rəngə boyanmış olan dəmir seyfi görmüş və X4 ona demişdir ki, pul həmin seyfdədir. Əgər Zərərçəkmiş şəxs1 dediyi kimi, Təqsirləndirilən şəxs onların pulla gəldiyini görmüşsə, o, pulların 3 ədəd seyfdən hansına qoyulmasını hardan belə əminliklə deyə bilər? Axı seyf cinayət yerində açılmamışdır. Buradan belə aydın olur ki, ya Zərərçəkmiş şəxs1 özü pulu 3 ədəd seyfdən hansına qoyduğunu bildirib ya da ki, sadəcə daşınması mümkün olan h əmin qırmızı seyf olduğu üçün onu götürmüşlər. Çünki onun artıq bu məlumatı da bilməsi fantastikadır. Sadalananların hər biri ayrı-ayrılıqda onun barəsindəki cinayət işinin qondarma və əsassız olduğunu sübut etməyə və cinayət işin onunla bağlı hissədə bəraətverici əsaslarla xitam verməyə əsas verir. O, gözlənilən təhlükə barədə xəbər verdiyi halda oğurluqla əlaqədar həbs olunması qanunsuz, qərəzli və ədalətsizdir. Bütün bunlara əsasən barəsindəki cinayət işinə kifayət qədər əsaslar olmadığı üçün xitam verilməli, barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması bar ədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, digər məhkumların, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respu blikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakı lar göstərilmişdir: “...Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün ifadələri ilə yanaşı iş üzrə araşdırılmış və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən digər məhkumların ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hərəkətlərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfində n Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli olmamalarına dair həm özünün, həm də müdafiəçisinin bildirdikləri dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs X13 09 yanvar 2016-cı il tarixdə atası X12un «Odlar Yurdu” universitetində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polisə dəvət olunduğunu bacısı X11dan telefon vasitəsi ilə bildikdə sonuncuya oğurluğu Təqsirləndirilən şəxs cızdığı plana əsasən törətdiyini, ona çatan pulları evdə gizlətdiyi yeri bildirməklə bacısı X11ya həmin pulları aparıb polis ə təhvil verməsini bildirmişdir. İstər ibtidai istintaq, istərsədə birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X13 verdiyi ifadələrində göstərmişdir ki, bacısı X11in əri Təqsirləndirilən şəxslə olan münasibətlərin ona heç bir aidiyyəti olmamış, o Təqsirləndirilən şəxslə yeznə-qayın münasibətlərini saxlamış, telefon əlaqələri və görüşlərini kəsməmişlər. 2015-ci ildə o Rusiya Federasiyasına işləməyi getmiş, lakin Təqsirləndirilən şəxs çağırışı ilə Bakı şəhərinə qayıtmış və Təqsirləndirilən şəxs “Odla Yurdu” universitetinin 1-ci prorektoru Zərərçəkmiş şəxs1 otağındakı seyfində 5-10 yanvar 2016-cı il tarixlərdə külli miqdarda pulların olacağını deyərək həmin seyfi oğurlamağı oğurladığı pulun 20 faizini ona verməsini təklif etmişdir. Həmçinin Təqsirləndirilən şəx s cinayətin həyata keçirilməsinin sxemini özü çəkmiş, universitetin təhlükəsizlik kameralarının yerləşdiyi yerləri ona bildirmiş, başqa məsləhətlər vermişdir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində X4 həmçinin göstərmişdir ki Təqsirləndirilən şəxslə 2016-cı ilin təxminən yanvar ayının 3-də ikisi birlikdə İİR-na getməyə planlaşdırsalarda sonda Təqsirləndirilən şəxs İİR-na onunla getməmiş, onu isə Astara keçid məntəqəsindən İİR-na çıxışı bağlı olması səbəbindən buraxmamışlar. İİR-na getməkdə məqsədi oradan gizli qayıdıb universitetdən Zərərçəkmiş şəxs1 məxsus seyfi oğurlamaq, sonra isə yenidən gizli yolla İİR-na keçmək olmuşdur. Cinayət hadisə günü açıldığı üçün Təqsirləndirilən şəxslə görüşə bilməmiş, ona çatan pulu verə bilməmişdir. Məhkəmə baxışları zamanı zərərçəkmiş şəxs qismində dind rilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir qohum kimi və universitetin şöbə müdiri kimi onun otağında dəfələrlə olmuş, otağın quruluşunu, seyfin olduğu otağın yerini, seyfdə pul olmasını dəqiq bilmişdir. Təqsirləndirilən şəxs universitetin hüquqşünas X20-müəllimə qaynı X4 barədə dedikləri isə özünü sığortalamaq məqsədi daşımış belə ki, Təqsirləndirilən şəxs hazırlanan cinayət barədə ona deyil, X20-müəllimə deməsin anlaya bilməmşdir. Çünki Təqsirləndirilən şəxs demək olar ki, hər gün onunla görüşmüş söhbətləşmiş, otağında olmuşdur. Hətta hadisə ilə əlaqədar universitetə çağırıldıqda belə Təqsirləndirilən şəxs cinayətin qaynı tərəfindən törədildiyini nə ona, nə də hadisə yerinə gələn polis əməkdaşlarına bildirməmişdir. Oğurlanmış pullar onun şəxsi pulları olmuş və həmin pulları hadisədən bir neçə gün qabaq bankdan götürüb iş otağına gətirərək otağındakı seyfə qoymuşdur. Həmin pullar gətirilən gün Təqsirləndirilən şəxs onu universitetin həyətində görmüşdür. Məhkəmə baxışları zamanı “Odlar Yurdu” universitetinin hüquqşünası X20 verdiyi ifadəsində göstərmişdir ki, universitetin mülki müdafiə və hərb işlər üzrə şöbəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 21 dekabr 2015-ci iİ tarixdə saat 09 radələrində onun iş otağına gələrək ailə münasibətlərinə dair məsləhət almış, qaynı X4un ondan bir dəfə universitetin seyfində pulun olubolmamasını soruşduğunu demişdir. O, Təqsirləndirilən şəxsa universitetin rektoruna və polisə məlumat verməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs polisə və universitetin rektorun yalnız ailə münaqişəsi ilə əlaqədar müraciət etmiş, X4 oğurluq törətməyə hazırlaşdığı barədə heç bir məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş X15 ifadəsində göstərdi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə onun oğludur və rektoru olduğu Odlar Yurdu universitetində prorektor vəzifəsində işləyir və maliyyə işləri ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs isə Odlar Yurdu universitetində mülki müdafiə və hərbi işlər üzrə şöbənin rəisi vəzifəsində işləmişdir. Baş vermiş, oğurluq hadisəsi barəsində isə səhərə yaxın məlumat alıb. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs ona əvvəlcədən bir kəlmə belə deməyib. Əgər desəydi o, tədbirlər görərdi. Həmçinin X20 müəllim də ona heç nə deməyib. X20 müəllimə Təqsirləndiri lən şəxs bu barədə məlumat versəydi X20 müəllim ona bu barədə deyərdi. Hadisədən bir müddət əvvəl X20 müəllim ona Təqsirləndirilən şəxsın ailəsində problem olduğunu bildmişdir, o isə Təqsirləndirilən şəxsı yanına çağırmış və onunla söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs öz həyat yoldaşı barəsində nalayiq sözlər işlətməyə başlamış, o isə ona sadəcə məsləhətlərini vermişdir. Həmin söhbət əsnasında da Təqsirləndirilən şəxs ona oğurluq hadisəsinin baş verəcəyi barədə heç nə deməmişdir. Daha sonra ifadəsində göstərdi ki, oğurlanan pul universitetin vəsaiti olmayıb, pul oğlu Zərərçəkmiş şəxs1 şəxsi vəsaiti olub. Belə ki, həmin pul Zərərçəkmiş şəxs1 torpaq sahəsinin əvəzinə Dövlət tərəfindən verilmiş kompensasiya pulu idi və o, pulu bankdan götürdükdən sonra öz kabinetindəki seyfd ə saxlayırdı ki, özəl bağça tikintisinə sərf etsin. Məhkəmə baxışları zamanı şahid X11 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, qardaşı X4 08 yanvar 2016-cı il tarixdə saat 10-11 radələrində atası evindən çıxmış, 09 yanvar 2016-cı il tarixdə səhər saat 04 radələrində X4ın evə gəlib əl çantasını götürüb getməsini görmüş, anası Kəmalənin sualına X4 cavab vermişdir ki, İİR-na gedir. Həmin gün səhər saat 08 radələrində polis əməkdaşları evə gəlib X4ı soruşmuş, sonra atası X3 da polisə dəvət etmişlər. Həmin gün saat 11 radələrində X4 anasının mobil telefonuna zəng vurarkən o ona cavab vermiş, polisin onu axtarmasının səbəbini soruşduqda o demişdir ki, əri Təqsirləndirilən şəxsın çoxdan bəri cızdığı planı həyata keçirib, universitetdən seyfi oğurlamışdır. Birinci instansiya məhkəməsinin məhk əmə baxışı zamanı şahid qismində ifadə vermiş X12 göstərmişdir ki, X4 onun oğlu, Təqsirləndirilən şəxs isə qızı X11in əridir. 09 yanvar 2016-cı ildə evinə polis əməkdaşları gəlib 18-ci PB-nə aparmışlar. Orada ona bildirmişlər “Odlar Yurdu” universitetinin 1-ci prorektoru Zərərçəkmiş şəxs1 otağından içində pul olan seyf həmin gecə oğurlanmış, oğurluqda X4dan şübhələnmişlər. Bundan sonra o işə getmiş və qızı X11ə zəng etmşdir. X11 bildirmişdir ki, X4 atasının polisə aparıldığını bildikdə ona demişdir ki, “əri Təqsirləndirilən şəxsın tapşırığını yerinə yetirmiş” və X11ə oğurladığı pulların yerini demişdir. Elə həmin gün X11 X4ın evdə gizlətdiyi pulları aparıb polisə təhvil vermişdir. Bundan savayı istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı ifadə v ermiş təqsirləndirilən şəxslər X31, X40 və X32 göstərmişlər ki, X4 onlara “Odlar Yurdu” universitetindən seyfi oğurlamağı təklif etdikdə əldə edilən pulun bir hissəsinin- 20000 manatını seyf haqqında məlumat verən yeznəsinə verəcəyini onlara bildirmiş, onlarda razılaşmışlar. Həmçinin cinayət işində olan Bakı şəhəri Binəqədi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi N.Həsənovun “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 may 2016-cı il tarixli qərarından müəyyən olunur ki, cinayət işi Təqsirləndirilən şəxs həyat yoldaşından verdiyi 22 dekabr 2015-ci il tarixli şikayət ətrafında toplanmış material əsasında başlanmış, lakin qərarda Təqsirləndirilən şəxs polis orqanlarına qaynı X4 oğurluq hadisəsi törədəcəyi barədə məlumat verməsi barədə heç bir qeyd yoxdur. Məhkəmə kolle giyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli, yəni işlədiyi “Odlar Yurdu” universitetinin 1-ci prorektoru Zərərçəkmiş şəxs1 xidməti iş otağından içərisində külli miqdarda pul vəsaiti olan dəmir seyfin gizli yolla talanması və aşkar ediləcək pul vəsaitinin 20 faizinin ona verilməsi müqabilində universitetə daxil olma yolları, orada quraşdırılmış təhlükəsizlik videokameralarının yerləri barədə məlumatlar verməklə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə köməklik etməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara birgə qiymət verərək məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilən d əlilləri qəbul edilməz hesab edir və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmünün ona aid hissədə ləğv edilərək ona bəraət verilməsinə heç bir əsas görmür...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməlinin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məh kəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Kassasiya şikayətində Təqsirləndirilən şəxsna bəraət verilməli olduğu i ddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Kassasiya şikayətində sübutlarda olan bir sıra məlumatlara istinad olunur, ifadələrin məzmunu göstərilir və məhkəmələrin həmin məlumat ları nəzərə almadıqları iddia edilir. Bunlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində istinad olunan ifadələr və digər sübutlar, onlarda olan məlumatlar məhkəmələr tərəfindən ətraflı tədqiq edilərək yoxlanılmış, iş üzrə digər sübutlarla müqayisəli və məcmu qaydada təhlil olunaraq qiymətləndirilmiş, hansı məlumatlara və nə səbəbdən əsaslanıldığı hökm və qərarda ətraflı şərh edilməklə göstərilmiş, bunlara dair gəlinmiş nəticə yuxarıda göstərildiyi kimi, işin hallarına və qanunun tələblərinə istinad edilərək əsaslandırılmışdır. Kassasiya şikayətində belə bir dəlilə istinad edilməmişdir ki, məhkəmələrin sübutlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas versin. Odur ki, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə məhkəmənin mövqeyin i şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq cəzanın endirilməli olduğu nəticəsinə gəlsə də, nə səbəbdən Azərbaycan Respublikası CM-nin 177.3-cü maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin edilməli olduğuna dair nəticəni faktiki olaraq heç cür əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə isə məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayə tin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə on il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3-ci maddənin sanksiyası “beş ildən on ilədək” müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” kimi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3 -cü maddənin sanksiyasında isə “yeddi ildən on iki ilədək” müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma kimi qeyd olunmuşdur. Həmin Qanunun 2.5ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, ya cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüv vəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində təyin edilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə cəzasının müddəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutlmuş cəzanın yuxarı həddinədək azaldılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə (hazırda qüvvədə olan redaksiyasında CM-nin)cəza təyin edilərkən cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, cəza təyini məsələlərinə təsir edə bilən digər amillərin nəzərə alınıb-alınmadığı qərarda göstərilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi isə belə qənaətə gəlməyə əsas verir ki, qeyd olunanlar, o cümlədən cəzanı ağırlaşdıran halların olmadığı, hökmdə göstərilən cəzanı yüngülləşdirən hallar, habelə Təqsirləndirilən şəxs cinayətin bilavasitə iştirakçısı olmadığı,cinayətdə yalnız köməkçi kimi iştirak etdiyi nəzərə alınmamışdır. Məhkəmə isə bunları, Təqsirləndirilən şəxs cinayətdə rolunu, iştirakçılıq dərəcəsini (cinayətdə köməkçi kimi iştirak etdiyini), habelə Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3 və 64.1-ci maddələrinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, əza sosial ədalətin bərpası, m əhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsində qeyd edilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə kollegiyası bu normalarda göstərilənləri də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza endirilməlidir (Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsinin sanksiyası həddində). Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı iki gün nəzərə alınmaqla üzərində qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası s axlanılsın. Apellyasiya məhkəməsinin qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1100/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1100/2019
06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver