Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1100/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Əliyev Namiq Qədir oğlunun və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlunun iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra məndə CM-nin) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə ((hakim Məmmədov Rafiq Rəşid oğlu) Məhkum, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə CMnin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təq sirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009- cu il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.3 və 180.2.5ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökml ərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2017-ci il tarixdə, saat 01 radələrində tanışları – X9 və digər şəxslərlə Göygöl rayonunda yerləşən “Çənlibel” kafesində olarkən sərxoş vəziyyətdə olan dostu, X3 onlarla eyni masada oturmuş, şəxsiyyəti istintaqa məlum olmayan X2 və digər şəxsin onunla mübahisə etm əsini zənn edərərk bunu bəhanə edib, heç bir əsaslı səbəb olmadan masa üzərində olan pivə bakalını kafenin divarına çırpması səbəbindən ona iradı bildirən, həmin vaxt kafedə müştəri qismində əyləşmiş, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxs olan X1 təhqir edib ayağı ilə qarın nahiyyəsindən vurmuş, daha sonra əməlini davam etdirərək onu kafedən çölə çıxarmış, burada onları ayırmağa cəhd edən, sonuncunun tanışı X10 da əl və ayaqla döyərkən, bunun üçün heç bir əsaslı səbəb olmadan X3 qeyd edilən xuliqanlıq xərəkətlərinə qoşulub bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdaki digər şəxslər üçün aşkar surətdə ictimai qaydada laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qay danı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək X3 birlikdə X1 və X10 əl və ayaq zərbələri ilə döyüb X2 ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən – burun üstü nahiyyədə 2,0x 1,0 sm, hər iki gözətraflı nahiyyədə 5,0x4,0 sm və 4,0x4,0 sm göyümtül – yaşılaçalar rəngli, qeyri müəyyən formalı qançırlar xəsarətləri, X11 isə X3 əl və təpiklə o, isə əlavə olaraq yerdən götürdüyü, silah qismində istifadə etdiyi beton parçası ilə başından zərbə endirərək ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edilən sol qaş nahiyyəsində 2,0 sm uzunluqda, çəhrayi rəngli çapıq toxuması, sol qaş nahiyyəsinin yarası, sol göz ətrafı nahiyyənin yumşaq toxumalarının əziyi, hematoması, sol gözün kontuziyası və hifemadan ibarət xəsarətlər yetirməklə, silah qismində istifadə etdiyi beton parçasını tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərib bir qrup şəxs halında xuliqanlıq etmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Tağızadə Pərviz Vaqif oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il ta rixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın dəyişdirilməsini və CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinə dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cəza təyini və şərti məhkum etmənin tətbiqi ilə bağlı CM-nin müvafiq normalarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı dəyişdirilmədən saxlayarkən cəzanı yüngülləşdirən halları, o cümlədən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə almamış, bununla da məhkəmələr cəza təyin etmənin ümumi prinsiplərinə əməl etməmişlər. Məhkumun fikrincə, məhkəmələr onun törətdiyi əməli səmimi etiraf etməklə peşmançılıq çəkməsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə almaqla və humanizm və ədalət prinsiplərini rəhbər tutmaqla onun barəsində şərti məhkum tətbiq edə bilərdilər. Buna görə, kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin olunmasını və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi, yaxud da həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər X7 və X15 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. M əhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi, yaxud da təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunması barədə tələb irəli sürərək bu tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələnd irmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmaya raq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyini ilə bağlı qeyrihumanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsas lı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin h ökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını və əvvəllər qəsdən cinayət törətdiyinə görə dəfələrlə məhkum olunmuş Məhkum yenidən qəsdən cinayət törətməsi nəticəsində cinayətlərin təhlükəli residivinin yaranması kimi cəzanı ağırlaşdıran halı nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi və hökm çıxarılan dövrdə qüvvədə olmuş CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsində, yəni ən aşağı həddə kifayət qədər qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyini n normaları təqsirkara cinayətlərin təhlükəli residivi nəzərə alınmadan cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş birinci tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 65.3-cü maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. CM-nin 62.1-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, c inayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən ye nidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.2-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məhkum CM-nin 65.2-ci maddəsinə əsasən, cinayətlərin təhlükəli residivi nəzərə alnımaqla cəzanın təyin edilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, o, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, bundan sonra Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmədən xx xxxxxx 2017-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərdən keçirildikdə, belə nəticə hasil olur ki, Məhkum əvvəlki məhkumluqlarından özü üçün müsbət nəticə çıxarmamış, islah olunmamış və yenidən hər hansı motivi olmayan xuliqanlıq cinayətini törətmişdir. Digər tərəfdən, iş materialları ilə Məhkum cəzasını yüngülləşdrən və müstəsna hesab edilə bilən hallar da müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum CM-nin 62-ci maddəsinin tətbiq edilməklə, yəni CM-nin 65.2-ci maddəsinin tələbləri nəzər alnımadan cəzanın təyin edilməsinin məqsədə müvafiq olmaması haqda aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və bu hissədə kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Kassasiya şikayətində irəli sürülmüş digər tələbə - Məhkum təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi tələbinə gəldikdə, məhkəmə kollegiyası bu tələbin də təmin olunmasını məqsədə uyğun hesab etməyərək aşağıdakıları vurğulayır. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-c i bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün ol sun. Lakin iş materiallarından görünür ki, Məhkum müxtəlif cinayətləri, o cümlədən qəsdən ağır cinayətlər törətdiyinə görə əvvəllər də dəfələrlə məhkum olunmuş və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib humanizm prinsipi əsas götürülməklə, barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla nisbətən yüngül cəzaların təyin edilməsinə baxmayaraq, o, məhkumluqları ödənilmədən cinayətkar hərəkətlərini dayandırmamışdır. Məhkum yenidən qəsdən cinayət əməlini törətməsi isə onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzalarının ona təsir və kifayət etməməsini göstərir. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəti cəni ədalətli və qanuni hesab edərək həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və bu hissədə də kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum onun təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə iki hissəsində, yəni 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, məhkəmə ondan çıxış etmişdir ki, hökm çıxarılan dövrdə qeyd edilən maddənin sanksiyasının yuxarı həddi, yəni ən ciddi cəza kimi 6 (altı) il müddətə azadlıqdan məhrum etmə c əzası müəyyən edilmiş, bunun da üçdə iki hissəsi 4 (dörd) il təşkil edir. Lakin, x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu ilə CM-nin 221.3-cü maddəsinin sankiyasında “altı” sözü “beş” sözü ilə əvəz edilmiş, yəni həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza yüngülləşdirilməklə onun yuxarı həddi kimi 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur ki, həmin müddətin də üçdə iki hissəsi 3 (üç) il 4 (dörd) aya bərabərdir. Kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qanunvericiliyin tətbiqi məsələlərini yoxlamaq səlahiyyətinə malik olan kassasiya kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzası nın müddəti ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqelərindən çıxış edərək hesab edir ki, hazırki qərarda qanunvericilikdə edilmiş yuxarıdakı dəyişiklik nəzərə alınmalıdır, çünki CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə olan halda məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 221.3cü hissəsi ilə təyin edilm iş azadlıqdan məhrum etmə cəzasının müddətini 3 (üç) il 4 (dörd) ayadək endirilməsini, bu əsasla da onun barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi O.H.Yusubovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli və ona təqsirli bilindiyi CM-nin 221.3cü maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməklə barəsindəkiGəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunalara əsasən və Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kasassiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkumbarəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 04 (dörd) ayadək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1100/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1100/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver