Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1100/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apelyasiya Məhk əməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim Cahid İmanov) 1(075)-108/2021 nömrəli 07 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1975-ci ildə Ağdam rayonu Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla 2013-cü il tarixdə Mingəçevir şəhəri Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yeni yaşayış qəsəbəsində, 8 saylı evin 30 saylı mənzilində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və qəsdən, qanunsuz ola raq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr in siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 avqust 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum həmin tarixdə saat 18:10 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndinin giriş hissəsində yerləşən “Yabirin kafesi” adlanan kafenin qarşısında saxlanılıb Şəki rayonu, Turan qəsəbəsində yerləşən, Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarının bel hissəsindən qırmızı-qara rəngli sellofan torbanın içərisindəki digər 01 ədəd sarı rəngli sellofan torbada, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 135,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əynindəki ağ rəngli şalvarının sol yan cibindən qırmızı-ağ rəngli kağızı bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,659 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-76/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məh kum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarın dəyişdirilməsini və Məhkum azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağır olduğundan, ona azadlığı məhdudlaşdırılması cəza növü ilə əvəz edilməlidir. Belə ki, Məhkum törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmiş, əməlinə görə peşmançılıq hissi çəkdiyini bildirmişdir. Bu səbəbdən də yazmış olduğu apelyasiya şikayətində cəzanın dəyişdirilməsi ilə bağlı mövqeyini ortaya qoymuşdur. Şəxs etdiyi əməli tam, səmi mi olaraq etiraf etdiyindən bu səbəbdən də cinayət qanunvericiliyinin norması mübahisələndirilməmişdir. Məsələ odur ki, təqsirləndirilən şəxs Məhkum hazırki cinayət əməlini ilk dəfə törətmişdir. Əvvəllər məhkum olunmamışdır. Ali təhsillidir. Bir insan olaraq bütün bunlara görə mənəvi əziyyət çəkir. Törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin normada alternativ cəzalarda vardır. Müdafiə etdiyim şəxs Spid (qiçs) xəstəsidir. İkinci qrup əlildir. Ailənin yeganə övladıdır. Eyni vəziyyətdə onunla birlikdə 66 yaşlı anası vardır. Anası tək olmaqla bərabər xəstə olduğundan tam köməksiz vəziyyətdədir. Çünki onun anasıda ikinci qrup əlildir. Onun etdiyi cinayət əməlində azadlığın məhdudlaşdırılması alternativ cəzası da vardır. Şəxs birinci dəfə bu cinayəti edib. Üzərində olan mar ixuanadır. Niyyəti özü üçün istifadə etməkdir. Şəxsiyyətinə gəldikdə ali təhsilli bir şəxsdir. Səhhəti, ciddi xəstədir. İkinci qrup əlildir. Spid xəstəsidir. Yəni immuniteti aşağı olan bir şəxsdir. Müntəzəm olaraq dava dərmana və qayğıya ehtiyaclıdır. Yeganə olaraq anası var. Anası da ikinci qrup əlildir. Əvvəllər heç bir cinayəti törətməmişdir. Digər məsələ təqsirli bilindiyi maddənin cəza hissəsində azadlığın məhdudlaşdırılması cəzasının olması CM-in 58.3-cü maddənin digər hissələrini yəni təyin olunmuş cəzanın, şəxsin islah olunmasına, onun ailə həyat şəraitinə təsirini nəzərə alınmasını müəyyən edir ki, yuxarıda qeyd etdiyim kimi təqsirləndirilən şəxs özü əlil olmaqla bərabər onun anası da əlildir. İşdən göründüyü kimi Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri nəzərə alınmamış, yəni o təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzanın tələbləri nəzərə almamış, cəza təyin edilərkən cinayətin xarakterinə, təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olmayan qərar qəbul edilmişdir. Nəticədə həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi məhkumun şəxsiyyətini ailə və həyat tərzini nəzərə almaqla baxmış, Azərbaycan Respublikası CM-in 4-9-cu maddəsinin prinsiplərinə əsaslanmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olu nmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlı dəlili məhkumun təqsirli bilindiyi maddədə azadlıqdan məhrum etmə ilə bağlı olmayan - azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulduğu halda ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbay can Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmaqla QİÇS xəstəsi olmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi nəzərə almış və cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2-ci maddələrinin tələblərinə riayət etməklə məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin edildiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1100/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1100/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver