Məhkəmə qərarları › İş №1(102)-1100/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1100/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1100/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla, ünv an 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 1(103)-265/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-1523/2022 nömrəli hökmü ilə (hakim: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.ƏsgərovaMəmmədova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əmə llərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və müdafiəçisi tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ilə, (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı ) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlər inə münasibətdə yalnız cəza hissəsində dəyişdirilərək, Məhkum təyin olunmuş 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Ramiz” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə e dərək üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz əməlləri barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 22 aprel 2022-ci il tarixdə saat 18:00-da BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisindən Bakı-Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin CBRŞ-nə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan uzunqol gödəkçəsinin sol yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan ağ rəngli kristal formada olan psix otrop maddə metamfetamin və kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə 23 aprel 2022-ci il tarixdə saat 00:30 dəqiqədə keçirilən baxış zamanı qonaq otağının arxasında yerləşən otaqda olan dolabın içərisində qanunsuz olaraq satış məqsədi ilə gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbaya bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 54,031 qram və 189,637 qram olmaqla ümumi təmiz çəkisi 243,557 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydalar pozulm uş, o cümlədən müdafiə tərəfinin araşdırılmasını təklif etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş nəticədə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Müdafiəçi məhkəmə istintaqının keçirilməsinin zəruri olması barədə fikrini əsasən onunla izah etmişdir ki, birinci instansiya məhkəməsində məhkumun atasının və bir neçə digər şahidlərin dindirilməsi ilə bağlı vəsatətlər təmin edilməmiş, narkoloji ekspertizanın rəyi nəzərə alınmamış, məhkumun mobil telefonunun anten dairəsinə dair məlumatlar əldə edilməmiş bununla da, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqindən əsassız olaraq imtina edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, tərəflərindən araşdırılmasını təklif edilmiş və hazırkı işin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina edildiyini, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq həmin maddələr ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxar kən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələr i deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində t ərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslar ında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icraata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllən in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi; 400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər tam aydınlaşdırılmaması”. Apellyasiya baxışı zam anı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: _ cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); _ birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Göründüyü kimi, CPM-in 397.3.1 və 397.3.2-ci maddələrində göstərilən hallar olduqda, yəni sübutlar cinayət prosesi tərəfinin iradəsi ziddinə olaraq birinci instansiya məhkəməsində tədqiq edilmədikdə, özü-özlüyündə bu pozuntu birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar ın araşdırılmadığını güman etməyə əsas yaratmaqla apellyasiya icraatında məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, əlavə sübutlar tələb edilməklə (birinci instansiya məhkəməsinin baxmaqdan əsassız olaraq imtina etdiyi sübutları bilavasitə tədqiq etməklə) keçirilməsini tələb edən hal kimi nəzərdən keçirilə bilər. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Siqbatullin Ru siya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir - “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyi-nəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və mənafelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavas itə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Müdafiə tərəfi eynilə kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətlərində də Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərində məhkum və müdafiəçi iddia etmişlər ki, birinci instansiya məhkəməsində tərəflərindən araşdı rılmasını təklif etdikləri sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş, bununla da, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, müdafiə tərəfi qeyd olunan məsələlərin yenidən araşdırılması və iddia etdikləri halların müəyyən edilməsi üçün apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq apellyasiya şikayətində apellyasiya məhkəməsindən xahiş etmişlər. Bununla belə, apellyasiya məhkəməsi 09 yanvar 2023-cü il tarixli ilkin baxış qərarında məhkəmə baxışının məhkəmə istintaqı aparılması ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətlərində istinad etmiş olduğu hallara (qeyd olunan şikayətdə məhkəmə istintaqının keç irilməsi ilə zəruri edən hallar göstərilməsinə baxmayaraq) ümumiyyətlə heç bir münasibət bildirməmiş (apellyasiya şikayətində sanki bu hallar yoxmuş kimi əsaslandırılmasına belə lüzum görməmiş), məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışını məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən məhkəmə iclasına təyin etmişdir. Halbuki, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətlərini nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində şikayətlərdə gətirilən dəlillərin əksəriyyəti verilmiş ittiham üzrə işin faktiki hallarının tam, hərətərəfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz Cinayət-Proses sual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Müdafiə tərəfinin məhkəmənin sübutların tədqiqindən əsassız olaraq imtina etməsini, cinayət-prosessual qanunun nəzərdə tutduğu qaydada məhkəmədə baxılmayan sübut vasitəsi ilə ittiham hökmünü əsaslandırmasını təsdiq edən, beləliklə də həmin sübutun apellyasiya baxışında tədqiq olunmasını (yəni, apellyasiya baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini) tələb edən əsaslar kimi aşağıdakı hallara istinad etmişdir. - X2, X6, X5 əlavə şahid qismində dindirilməsi - X6 telefon məlumatlarının əldə edilməsi (sahə müvəkkili B.Nəbiyev arasında danışıqların olub olmaması ilə əlaqədar) - Məhkum məxsus ***-* **-**-** mobil nömrəsinin, həmçinin şahid X4 məxsus ***-***-**** mobil nömrələrinin anten dairələrinin müəyyən edilməsi - Məhkumun faktiki tutulduğu yerin müəyyən edilməsi ( Məhkum Lənkəran rayon inzibati ərazisində deyil Bakı şəhəri Xətai Rayon ərazisində “Günəş” marketin yanında tutulduğu iddia edir) - Məhkum məhkəməyədək icraat dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması Apellyasiya məhkəməsinin bu şəkildə, yəni apellyasiya şikayətlərində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etməsi, onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçirilməsinə dair vəsatətləri rədd etməsi kimi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanun i və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-c ü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi mə sələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzr ə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında 14-cü bəndində qeyd olunur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsini n müddəalarına əməl olunmalıdır. Adı çəkilən qərarın 15-ci bəndində qeyd olunur ki, məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Apellyasiya məhkəməsi məhkəmə baxışının gedişində də, məhkəmə istintaqının keçirilməsi üçün zərurətin olmaması haqqında 09 yanvar 2023-ci il tarixli qərarında ifadə etdiyi mövqeyindən geri çəkilməmiş, beləliklə də nəinki digər sübutları və faktları bilavasitə araşdırmadan, heç təqsirli olduğunu mübahisələndirən məhkum edilmiş şəxsin özünün belə ona isnad edilmiş ittiham, bu ittihamin faktiki əsasını təşkil etmiş hallar üzrə ifadəsini almadan apel lyasiya baxışını yekunlaşdırıb, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətlərində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin əsaslandırmamış ilkin baxış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etmədən, faktları araşdırmadan apellyasiya şikayətləri ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məh kəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziy yətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kas sasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 yanvar 2023-cü il tarixli, 1(103)-265/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 yanvar 2023-cü il tarixli, 1(103)-265/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar