Məhkəmə qərarları › İş №1(102)-1101/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1101/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1101/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Mülki iddiaçı - Dövlət Vergi Xidmətinin 11 saylı Vergilər Baş İdarəsinin nümayəndəsi Əhmədov Samir Cavanşir oğlunun iştirakı ilə, Bə rdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından mülki iddiaçı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Allahverdiyev) xx xxxxxx 1972-ci ildə Bərdə rayonu, Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bərdə rayonu, Zümürxan kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxx 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli hökmünə əsasən CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə azadlıqdan məhr um etmə cəzası 3 ilə endirilmiş, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmış, üzərində çəkilməmiş 11 ay 2 gün əlavə cəzası qalmış, məhkumluğu ödənilməmiş, işsiz, Bərdə rayonu Zümürxan kəndində yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən həmin cəza ilə əvvəllər ona Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci hökmü ilə təyin edilmiş üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 11 ay 2 gün hissəsi qismən toplanılaraq üzərində qəti olaraq iki il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02il müddətə islah işləri cəzası saxlanılmışdır, xx xxxxxx 1968-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pu l dövlət nəfinə tutulmaqla 02il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 15% dövlət nəfinə pul tutulmaqla 2(iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2019cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, işsiz, Xaçmaz şəhəri ünvan2 ünvanında yaşayan Məhkum4 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ikiil müddətə dövlət və yerl i özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxslərdən müştərək qaydada 55.149,62 manat pulun alınıb dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmi ş, Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından mülki iddiaçı - Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum1birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə həmkəndlisi Məhkum2 və tanışı, ünvan 1 ünvanında yaşayan Məhkum3 ilə qabaqcadan əlbir olaraq özünün vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə 2013-cü ildə Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 4371852.00 manat, qeyd olunan şəxslərlə, həmçinin ünvan 3-də yaşayan Məhku m4 ilə qabaqcadan əlbir olaraq 2014-cü ildə Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 17334233,24 manat məbləğində kənd təsərrüfatı məhsullarının özünə məxsus VÖEN üzrə Rusiya Federasiyasında fəaliyyət göstərən ayrı-ayrı hüquqi və fiziki şəxslərə ixrac edilməsinə razılıq verməklə vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə əsas cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərinə əsasən vergi orqanına təqdim etməli olduğu gəlir vergisi bəyannamələrində 2013-2014-cü illlər üzrə vergi orqanına bəyannamələri təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 55149,62 manat məbləğində fiziki şəxsin gəlir vergisini; Məhkum2tanışları birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə tanışı, ünvan 2 ünvanında yaşayan Məhkum3 və həmkəndlisi, 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar Məhkum1 (VÖEN: **********) ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə 2013cü il ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 4371852,00 manat, qeyd olunan şəxslərlə, həmçinin ünvan 3 ünvanında yaşayan Məhkum4 ilə qabaqcadan əlbir olaraq 2014-cü il ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 17334233,24 manat məbləğində kənd təsərrüfatı məhsullarını həmin VÖEN üzrə R usiya Federasiyasında fəaliyyət göstərən ayrı-ayrı hüquqi fiziki şəxslərə ixrac edilməsini təşkil etmiş, vergi ödəyicisi adından birgə sahibkarlıq fəaliyyətini həyata keçirib qazanc əldə etməklə vergi öhdəliklərini yerinə yetirən şəxs və vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdehlərdən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 130.1, 152.1-ci maddələrinin tələblərinə əsasən vergi orqanına təqdim etməli olduğu gəlir vergisi bəyannamələrində 2013-2014-cü illlər üzrə vergi orqanına bəyannamələri təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 55149,62 manat məbləğində fiziki şəxsin gəlir vergisini; Məhkum3birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə Bərdə rayo nu, Zümrüxan kəndində yaşayan tanışları, Məhkum2 və 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar Məhkum1 VÖEN: **********) ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə 2013-cü il ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 4371852,00 manat, qeyd olunan şəxslərlə, ünvan 3-də yaşayan Məhkum4 ilə qabaqcadan əlbir olaraq 2014-cü il ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 17334233,24 manat məbləğində kənd təsərrüfatı məhsullarını həmin VÖEN üzrə Rusiya Federasiyasında fəaliyyət göstərən ayrı-ayrı hüquqi və fiziki şəxslərə ixrac edilməsini təşkil etmiş, vergi ödəyicisi adından birgə sahibkarlıq fəaliyyətini həyata keçirib qazanc əldə etm əklə vergi öhdəliklərini yerinə yetirən şəxs və vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdehlərdən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 152.1 -ci maddələrinin tələblərinə əsasən vergi orqanına təqdim etməli olduğu gəlir vergisibəyannamələrində 2013-2014-cü illlər üzrə vergi orqanına bəyannamələri təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 55149,62 manat məbləğində fiziki şəxsin gəlir vergisini; Məhkum4 birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə tanışı, ünvan 2 ünvanında yaşayan Məhkum3, həmçinin Bərdə rayonunun Zümrüxan kənd sakinləri, Məhkum2 və 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi Məhkum1 (VÖEN: * *********) ilə qabaqcadan əlbir olaraq, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə 2014-cü il ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınmış 17334233,24 manat məbləğində kənd təsərrüfatı məhsullarını həmin VÖEN üzrə Rusiya Federasiyasında fəaliyyət göstərən ayrı-ayrı hüquqi və fiziki şəxslərə ixrac edilməsini təşkil etmiş, vergi ödəyicisi adından birgə sahibkarlıq fəaliyyətini həyata keçirib qazanc əldə etməklə vergi öhdəliklərini yerinə yetirən şəxs və vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdehlərdən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərinə əsasən vergi orqanına təqdim etməli olduğu gəlir vergisi bəyan naməsində 2014-cü il üzrə vergi bəyannamələri təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 55149,62 məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışlar. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız olmaqla ləğv edilməli və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin mülki iddiası təmin edilməlidir. Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan Məhkum1 sahibkarlıq fəaliyyəti ilə əlaqədar kameral vergi yoxlamaları keçirilmiş, y oxlamaların nəticəsinə dair müvafiq qərarlar qəbul edilmişdir. Kameral vergi yoxlamalarının nəticələrinə əsasən Məhkum1 fəaliyyəti üzrə 2013cü il ərzində 6893560 kq miqdarında 4.371.852,0 manat dəyərində müxtəlif növ meyvətərəvəz məhsullarını tədarük etdiyi və həmin məhsulları ixrac etdiyi müəyyən edilmişdir. Buna baxmayaraq vergi ödəyicisi tərəfindən 2013-cü il üçün gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməmişdir. Bununla bağlı vergi orqanı əldə edilmiş mənbəyi bəlli məlumatlar əsasında vergi ödəyicisinə xx.xx.2014-cü il tarixli **********949800 nömrəli sənədlərin təqdim olunmasına dair məktub gödərərək aparılmış əməliyyatlara aid sənədləri tələb etmiş, lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim olunmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə 145.728,40 manat (4.371.852,0 manat/6 * 20%) vergi hesablanmışdır. Bundan başqa, Məhkum1 2014-cü il ərzində fəaliyyəti üzrə 25074089 kq miqdarında 17.334.233,24 manat dəyərində müxtəlif növ meyvə-tərəvəz məhsullarını tədarük etdiyi və həmin məhsulları ixrac etdiyi müəyyən edilmişdir. 2014-cü il üzrə qeyd olunan məbləğdə dövriyyəsi olduğu halda vergi ödəyicisi vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməmiş və yaranmış uyğunsuzluqla əlaqədar göstərilən yük gömrük bəyannamələri məlumatları əsasında vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********62900 nömrəli sənədlərin təqdim olunmasına dair məktub gödərərək aparılmış əməliyyatlara aid sənədləri tələb etmiş, lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim olunmadığından anoloji vergi ödəyicisinin rentabellik norması götürülməklə 346.684,66 manat vergi hesablanmışdır. (17.334.233.24 manat *0.10 * 20%). İbtidai araşdırma zamanı keçirilmiş xx.xx.2015-ci il tarixli 15508 nömrəli və xx.xx.2015-ci il tarixli 21177 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyləri ilə kameral vergi yoxlaması öz təsdiqini tapmışdır. Hər iki instansiya məhkəməsi tərəfindən isə qərar qəbul edilərkən məhkəmə istintaqı zamanı keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizası rəyi əsas götürülərək qərarlarda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 19649 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirilməli olduğu göstərilmişdir. Məhkəmələr tərəfindən belə qənaət ə gəlinməsi düzgün deyildir. Çünki ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməzliyi barədə kifayət qədər əsaslar vardır.Ekspert rəyində 2014-cü il üzrə hesablama aparılarkən X2 vergi ödəyicisi kimi düzgün seçilmədiyi qeyd edilmişdir. Halbuki, ekspertin belə bir qənaətə gəlməsi tamamilə əsassızdır. Belə ki, hər iki vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının tədarükü və meyvətərəvəz məhsullarını ixrac edilməsi ilə məşğul olduğu halda və həmçinin Məhkum1 2014cü il ərzində ixrac etdiyi ümumilikdə 25074089 kq məhsulun, oxşar iş üzrə 12679783 kq-ı X2 ixrac etdiyi eyni növ məhsullardan ibarət olduğu halda ekspertin bu nəticəyə gəlməsinə əsas yoxdur. Digər tərəfdən 2-3 məhsulun növünün fərqli olması ümumi ixrac olunmuş məhsulun gömrük qiyməti istənilən məbləğdə olmasınd an asılı olmayaraq X3 üzrə rentabebellik dərəcəsi yəni ümumi dövriyyədə əldə edilmiş gəlirin məbləği gömrük qiyməti məbləğinin 2%-i təşkil edir. Bundan əlavə ekspertin rəydə istinad etdiyi müqavilənin hansı növ müqavilə olmasını müəyyən etmək mümkün olmamış, məhkəmə qərarında müqavilənin növünə dair sual qoyulsa da, həmin sualın hüquqi xarkterli olmasına istinad edilmişdir. Halbuki mülki qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmiş müqavilə ticarət nümayəndəsi haqqında müqavilə kimi qiymətləndirilə bilməz. Həmçinin “xxxx”MMC ilə Məhkum1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 102 nömrəli müqavilə tapşırıq müqaviləsi kimi də qiymətləndirilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə, 11 sayl ı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın təmin edilməsini, Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 tərəfindən 490.162,44 manat məbləğində vurulmuş zərərin müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən mülki iddiaçı - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi S.C.Əhmədova şikayətdə göstərilən xüsusatları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsass ız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələrində kifayət qədər ətraflı araşdırma aparılmadığı iddia edilir və bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələnildirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iddaçının nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin ed ilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 verilmiş xeyli miqdarda vergiləri ödəməkdən yayınma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məh kumların əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143- 146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində məhkəmələr tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləğinin əsassız olaraq, 55.149,62 manat müəyyən edildiyi, əslində isə 490.162,44 manat məbləğində vurulmuş zərərin müştərək qaydada məhkumlardan tutularaq dövlət büdcəsinə ödənilməli olduğu iddia edilir. Həmin dəlillər mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin vurulmuş ziyanın məbləği və bununla bağlı olaraq əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci ma ddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhk əmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində dəymiş ziyanın məbləğinin məhkəmələr tərəfindən düzgün müəyyən edilmədiyi iddia edilir və bunun əsas dəlili kimi məhkəmə icraatı zamanı keçirilmiş ekspertizaların nəticələrinə, həmin ekspertizalarla ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların nəticələri arasındakı fərqə istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, mülki iddiaçı kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətlə ndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və a pellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və mülki iddiaçının məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan mülki iddiaçı tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar təsvir edilib mülki iddiaçının dəlilləri ilə müqayisə e dilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq ibtidai istintaq dövründə keçirilmiş ekspertizalarla əldə olunan nəticələrin məhkəmə istinta qı dövründə keçirilmiş ekspertizaların nəticələrindən fərqli olmasının səbəbləri araşdırılarkən müəyyən etmişdir ki, ibtidai istintaq dövründə keçirilmiş məhkəmə-mühasibatşünaslıq ekspertizalarının rəyləri əsasən heç bir tədqiqat aparılmadığı halda verilmiş, bu zaman rəylərdə yalnız vergi orqanının aktına istinad edilmiş və həmin aktda göstərilən məlumatlar eynilə təsdiq edilmişdir. Əksinə məhkəmə icraatı dövründə keçirilmiş ekspertizalar zamanı isə ekspertlər tamamilə müstəqil araşdırma aparmış, işdə olan sübutlara istinad etmiş, qüvvədə olan qanunvericiliyin tələblərini aydınlaşdırmış və bundan sonra nəticəyə gəlmişdir. Bu səbəbdən həmin ekspertizaların nəticələri işin həqiqi hallarına tamamilə uyğun gəlmişdir. Bundan əlavə kassasiya şikayətinin dəlili kimi “ekspert rəylərinin mülki qanu nvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuş müqavilələrə əsaslanmasının qeyri qanuniliyinə” istinad edilmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, mülki iddiaçı kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, bundan irəli gələrək birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir ki, bu da yuxarıda qeyd edilən və kassasiya instansiya məhkəməsinin səlahiyyətlər çərçivəsini müəyyən edən normalarla uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, mülki iddaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1 0.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar