Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1101/2021 02.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üş azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şəmkir rayon məhkəməsi nin 18.03.2019-cu il tarixli hökmünə əsasən CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq qazancından 20 faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və hökm üzrə təyin edilmiş cəzasını şəkmiş, şəmkir rayonunun Qaraçəmirli kəndində qeydiyyatda olan və yaşayan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmünə əsasən (hakim Süleyman Ağayev) Məhkum CM-in 234.4.3-cü m addəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcı 05.12.2019-cu ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsin in kənarından yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) kollarının hissələrini 2019-ci ilin yanvar ayının əvvəllərində dərib qurudaraq satış məqsədilə qanunsuz olaraq külli miqdarda 852.496 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özünün yaşadığı evdə və Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən qayınanası Məmmədova Ülkər Namaz qızma məxsus fərdi yaşayış evinin istifadə olunmayan otağında saxlamış və həmin narkofik vasitə olan qurudulmuş marixuananı 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə 04.12.2019cu il tarixdə, axşam saatlarında 100 manat müqabilində tanışı, Şəmkir rayonunun Qaracəmirli kənd sakini Məmmədli Tural Vüqar oğluna satmış, həmin tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqəd ar Şəmkir RPŞ-nin Kür PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Tural Məmmədli şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qolsuz gödəkcənin sağ cibindən 2 ədəd kibrit qutularında və 1 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,746 qram, 6,889 qram, 1,037 qram, ümumi çəkisi 14,672 qram olan şəxsi istehlak miqdarından artıq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazis ində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərızisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş dövriyyəsi qadağan edilmiş çətənə kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şəmkir RPŞ-nin Kür polis bölməsinin əməkdaşları tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 05 dekabr 2019- cu il tarixdə, saat 10:00-da Məhkum yaşadığı Şəmkir rayonunun Qaracəmirli kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılmış və Şəmkir RPŞ- nin Kür PB-nin əməkdaşları tərəfindən 05 dekabr 2019-cu il tarixdə, saat 11:30 da Məmmədova Ülkər Namaz qızma məxsus Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən evə baxış həyata keçirilmiş, baxış zamanı evin istifadə olunmayan otağında döşəməyə sərilmiş heyvan yununun arasından sarı rəngli polietilen torbada qurudulmuş halda 237.221 qram təmiz çəkidə və həmin polietilen torbanın üzərində 72 (yetmiş iki) ədəd kibrit qutularında qablaşdırılmış ayrı-ayrılıqda 6,745 qram, 8,833 qram, 8,849 qram, 10,544 qram, 9,151 qram, 5,229 qram, 5,666 qram, 9,300 qram, 10,474 qram, 10,756 qram, 5,512 qra m, 8,346 qram, 5,359 qram, 8,438 qram, 9.050 qram, 5,810 qram, 5,687 qram, 9,384 qram, 11,075 qram, 11,521 qram, 6,239 qram, 9,115 qram, 8,279 qram, 6,403 qram, 10,464 qram, 9,635 qram, 9,006 qram, 9,382 qram, 8, 076 qram, 7,823 qram, 9,888 qram, 9,910 qram, 4, 018 qram, 5, 018 qram, 7,495 qram, 8. 104 qram. 3, 626 qram, 5, 863 qram, 5,515 qram, 10,385 qram, 9,458 qram, 9, 746 qram. 8, 993 qram, 6,530 qram, 8,045 qram, 6,178 qram, 5,204 qram, 6,539 qram. 8.616 qram, 10,174 qram, 11,168 qram, 9,656 qram, 7,533 qram, 10,462 qram. 8,081 qram. 6,903 qram. 8.537 qram, 8.700 qram, 9,582 qram, 9,308 qram. 6,678 qram. 8,259 qram, 9,237 qram, 10,465 qram, 5,239 qram, 9,604 qram, 10. 106 qram, 8,853 qram, 8,584 qram. 7,726 qram, 9,303 qram, 9,938 qram ümumi 830,599 qram, həmin tarixdə Məhkum Şəmki r rayonu, Qaracəmirli kəndində yaşadığı evə baxış keçirilərkən evin otaqlarının birinin həyətyanı sahəyə açılan pəncərənin altlığından 1 ədəd kibrit qutusunda təmiz çəkidə 7,225 qram şəxsi istehlak miqdarından artıq, təmiz çəkidə şəxsi istehlak miqdarından artıq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş dövriyyəsi qadağan edilmiş külli miqdarda narkotik vasitə olan və Məmmədli Tural Vüqar oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 14,672 qram olan narkotik vasitə ilə eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Salahov Hünbət Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(100)-57/2021 saylı qərarının ləğv edib, Məhku m daha yüngül cəza verilməsi üçün işi yenidən araşdırılması üçün apellyasiya instansiya sına göndərilməsi barədə qərar çıxarasını xahiş etmişdir. Məhkumun nümayəndəsi qeyd etmişdir ki, Məhkum özünü qismən təqsirli bilir, törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində üç azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi gələcəkdə onun ailəsi üçün ciddi maddi və mənəvi problemlər yaradacaq. Lakin, birinci instansiya məhkəməsi azadlıqdan məhrumetmə cəzası təyin edərəkən bu cəzanın onun ailəsinə təsirini nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmi ş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi H.Salahovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işi n halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkum Məhkum təqsirləndirildiyi nəzərdə tutulan cinayətin törətməməsi bildirilir və təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəx sin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbə b olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət t örətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühak imə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə koll egiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum cəza təyin edərkən barəsində olan cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərədə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi, daha yüngül cəha növünün təyin edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edib həmi n maddə ilə məhkum etmişlər. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM -in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkə mələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Be ləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki,Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutar aq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1101/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1101/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver