Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1101/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən və məruzəçi), Aytən Əliyeva və Vüqar Quliyev) 31 iyul 2024-cü il tarixli 1(101)-553/2024 nömrəli hökmü ilə 16 avqust 1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2mış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəs ində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmışdır. İttiham üzrə təqsirli bilindiyi CM-in 234.4.1-ci maddəsi isə ümumi ittihamdan xaric edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq, saxlamışdır. Belə ki, verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Məhkum İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti müəyyən edilməmiş «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılı ğa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, internet sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb məlum olmayan vaxt və şəraitdə «Baba» adlı şəxsin ona göndərdiyi külli miqdarda, yəni təmiz çəkisi 56,151 qram narkotik vasitə heroini satış məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində götürüb əldə etməklə daşıyıb üzərində saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına aparılmış, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zaman ı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 56,151 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkcənin sol iç cibindən üzərində heroinin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynov) 21 oktyabr 2024-cü il tarixli 1(103)-2165/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 1(101)-553/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmi n edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(103)-2165/2024 nömrəli qərarını ləğv edilməsini və məhkum haqqında bəraət hökmü çıxararılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, 06 mart 2023-cü il tarixdə saat 22:52-də Məhkum öz evində olmuş, ittiham tərəfin göstərdiyi kimi küçədə olmamışdır. Məhkum onun kirayədə yaşadığı evi tanımayan bacısına lokasiya məlumatı göndərmiş və evinə çağırmışdır. Bacısı saat 23:09-da “yoldayam” yazmaqla Orxanın dəvəti ilə həmin ünvana gəlməyini təsdiq etmişdir. Məhkum bacısına son zəngi saat 00:50-də edərək cavab almamış və əlaqəni kəsmişdir. (Bundan 20 dəqiqə keçdikdən sonra Orxanın saat 01:10 polis əməkdaşları tərəfindən küçədə narkotiklə tutulması haqqında protokol tərtib edilmişdir). Birinci instansiya məhkəməsi Məhkum təqsirli bilərkən əsassız olaraq Məhkum istintaq zamanı verdiyi ifadələrə istinad etmişdir. Halbuki, qanunun tələbinə uyğun olaraq onun məhkəmə baxışında verdiyi ifadələr əsas götürülməli idi. Bundan başqa Məhkum təqsirli olmasının təsdiqi kimi məhkəmə işin nəticəsində maraqlı olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının ifadələrinə istinad etmişdir. Məhkəmə baxışı zamanı bu ifadələrin işin faktiki hallarına tamamilə uyğun gəlmədiyi aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmənin hökmündə Məhkum və bacısı Şahid4 telefonlarında olan lok asiya barədə məlumatları təkzib edən heç bir arqument gətirilməmişdir, çünki texniki vasitələrdə əksini tapmış bu halı təkzib etmək mümkün deyil. Apellyasiya məhkəməsi öz qərarında və dövlət ittihamçısı çıxışında lokasiya barədə məlumatların göndərilməsini qəbul etmişlər. Lakin iş materiallarına yox, öz fərziyyələrinə əsaslanan belə bir nəticəyə gəlmişlər ki, həmin gün Şahid4 qardaşının evinə qonaq gəlmişdir. Bu fərziyyənin işin hallarına uyğun gəlmədiyi aşkar görünür. Belə ki, əvvəllər qardaşının evində heç vaxt olmayan 46 yaşlı Şahid4, qızının idarə etdiyi avtomobillə gecə saat 23:09 “yoldayam” cavabı yazaraq, “qardaşının evinə qonaq gəlməsi” normal məntiqə sığmır. Bundan başqa, əgər Aynurə qonaq gəlmişdirsə niyə getdikdən sonra 07 mart 2023-cü il tarixdə saat 00:23, 00:24, 00:33, 00:5 0 qardaşının səsli aramalarına cavab vermir? Şahid4 bu aramalara cavab verməməsini kifayət qədər inandırıçı izah etmişdir - o, polis əməkdaşlarının təklifini icra edə bilməmiş və bu səbəbdən də zənglərə cavab verməmişdir. Şahid4 son cavabsız zəng saat 00:50 olmuşdur, onun zənglərə cavab verməməsindən 20 dəqiqə sonra Məhkum küçədə tutulması barədə protokol tərtib edilmişdir. Bu isə Orxan Nəsibsadənin və Şahid4 ifadələrinin doğru olduğunu təsdiq edir. Təəssüf ki, məhkəmə öz qərarında lokasiya barədə məlumatı və Şahid4 ifadələrini ümumi sübutlar kontekstindən çıxararaq, əlavə şahid kimi dindirilmiş Şahid6, Şahid5, Əlirza Məmmədovun işin hallarına uyğun gələn ifadələrini təhlil etmədən, həmin ifadələri niyə qəbul etmədiyini göstərmədən və sübutların məcmusuna qiymət vermədən, qanunsuz və əsass ız qərar qəbul etmişdir. Bundan başqa cinayət işinin materiallarında olan digər əhəmiyyətli sənədlərlə də Məhkum təqsirsizliyi öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi Məhkum ittihamından narkotik vasitəni bir qrup şəxs halında İran İslam Respublikasının vətəndaşı ilə əlbir olmaqla almasını ittihamdan xaric etməklə verilmiş ittihamın əsaslılığının ciddi şübhə doğurduğunu təsdiq etmişdir. Məhkum polis bölməsinə gətirildikdən sonra onun üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmış və disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış keçirilərkən aşkar olunmuşdur ki, polis əməkdaşları Məhkum üzərində olan narkotik vasitələri və əşyaları təqdim etməyi təklif edirlər. Təhqiqatçı Məhkum təqdim etdiyi narkotik vasitəni tərəzidə ç əkib qablaşdırır və imzalarla təsdiq edir. Bu istintaq hərəkəti başa çatdıqdan sonra Məhkum üstü formal olaraq axtarılır. Bu isə onu göstərir ki, istintaq hərəkətini aparan təhqiqatçı Məhkum üstündə olan narkotik vasitənin miqdarı və əşyalar barədə qabaqcadan məlumatlı olmuşdur. Məhkəmə telefon operatorlarından Məhkum aid məlumatları tələb etmişdir. Verilmiş məlumatlarda Məhkum hər hansı bir şübhəli telefon əlaqəsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda göstərilir ki, Məhkum külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərərsiz mənbədən məlumat daxil olmuşdur (cild 1,iş vərə q 5-6). İş materiallarından görünür ki, Məhkum nə narkotik vasitə alarkən, nədə ki, narkotik vasitə satarkən tutulmamışdır. Halbuki, göstərilən qərara görə əməliyyatın məqsədi Məhkum narkotik vasitəni alarkən və ya satarkən, və yaxud hər hansı bir gizli yerə yerləşdirərkən tutmaq olmuşdur. Qərarın nəticəvi hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Məhkum tutulduqdan sonra zərurət yaranarsa yaşayış yerinə baxış keçirilsin ( cild 1,iş vər. 6). Lakin o, tutulduqdan sonra onun “yaşayış yerinə baxış keçirilməmişdir”, çünki onun evində artıq qeyri qanuni axtarış aparılmışdır. Məhkəməyə təqdim edilmiş və baxış keçirilmiş şəkillərdən görünür ki, polis əməkdaşları Şahid6 otağının müşahidəsini yerdən xeyli hündürlükdə yerləşən pəncərədən nərdivan qoyaraq aparmışlar. Həmin şəkillərdən görünür ki, M əhkum və Şahid5 eyni məhəllədə yaşamaqla qonşudurlar (şəkillər cinayət işinə əlavə edilib və onlara məhkəmə tərəfindən baxış keçirilib). İş materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən tutulması qanunsuz olmuşdur. Belə ki, o, tutularkən Azərbaycan Respublikası CPM-in 148.2-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikay ətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum barəsində qəbul edilmiş hökm və qərar cinayət prosessual qanunvericiliyinin pozuntuları ilə, yəni sübutlara düzgün qiymət verilmədən qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkumun hökmdə təsvir edildiyi şəraitdə külli miqdarda - 56,151 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlaması faktı cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına nəzər salaraq qeyd edir ki, məhkumun üzərində 56,151 qram miqdarında heroinin aşkar edilməsini təsdiq edən sübutlar təhqiqat və istintaq orqanı öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl etməklə əldə edilmişdir. Məhkəmə iclasında həmin sübutlar tədqiq edilmiş, onlara qiymət verilmiş və məhkəmələr nəticəyə gəlmişlər ki, həmin sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbləri baxımından mümkün sübutlardır. Məhkəmələr məhkumun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələri digər sübutlarla müqayisə edərək onlara qiymət vermiş və nəticəyə gəlmişlər ki, məhkumun narkotik vasitənin onun üzərində aşkar edilməsi barədə istintaq zamanı verdiyi ifadə həmin sübutlarla uyğunluq təşkil etdiyinə görə düzgün və həqiqətə uyğun ifadədir. Narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qoyulması barədə məhkumun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun gəlmir, məhkum tərəfindən cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun əməlinin sübuta yetirilməsi məsələsini həll edərkən sübutların düzgün qiymətləndirməməsi b arədə kassasiya şikayətində irəli sürülmüş dəlillər müdafiəçinin apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkumun üzərində narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd edərək, məhkumun üzərində narkotik vasitənin aşkar edilməsi faktının sübutlarla təsdiq olunmasına dair məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifi barədə məhkəmələrin mövqeyini aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddə sinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ v erilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təq sirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, ibtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum 07 mart 2023-cü il tarixdə saat 01:10-da polis əməkdaşları tərəfindən saxlanılmış və onun üzərində bir bükümdə 56,151 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmçinin narkoloji müayinə ilə müəyyən edilmişdir ki, Məhkum narkotik vasitələrin istifadəçidir. Lakin, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onu satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlar la təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. Belə ki, Məhkum hətta ibtidai istintaq zamanı narkotik maddənin aşkar edilməsini etiraf etsə də, onun satış məqsədi əldə etdiyini göstərməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, məhkəmələr tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə aktlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və bunu təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun bir ədəd bükümdə külli miqdarda - 56,151 qram təşkil edən narkotik vasitə heroini əldə etməsi öz-özlüyündə onun həmin narkotik vasitəni satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitənin miqdarı da (bir ədəd bükümdə 56,151 qram) məhkumun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Məhkəmələrin araşdırması zamanı Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə külli miqdarda 56,151 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. A zərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edi lməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alıb belə qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən təqsirləndirilən şəxs Məhkum əməli qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan külli miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum X1 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallar ına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsir karın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 1(103)-2165/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 1(103)-2165/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1101/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1101/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver