Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1102/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X7 iştirakı ilə, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.O.Osmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Səmədov Xəqani Hacı oğlu, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü tarixli hökmü ilə C M-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli hökmü ilə CM-nin 220.1, 315.2, 317.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağdam Rayon Məhk əməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2017ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində tanışı X2 1070 manat pul müqabilində Yevlax rayonu “Stansiya Mingəçevir” adlanan ərazidə külli miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram, ümumi təmiz çəkisi-29,627 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz alıb əldə edərək üzərində saxlamaqla daşıyıb idarə etdiyi “XXX” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin qabaq oturacaqlarının arasındakı külqabının içərisinə yerləşdirmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 17:20 radələrində Gəncə şəhər Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri “Qala Qapıları” adlanan yerdə saxlanılıb Gəncə şəhər Kəpəz rayon polis idarəsinə gətirilib avtomobilinə baxış keçirilən zaman qabaq oturacaqların arasındakı külqabının içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı səkkiz ədəd bükümlərdə, külli miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri - 5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram, ümumi təmiz çəkisi 29,627 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) xx xxxx 2020ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.O.Osmanov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin ə məllərinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci madəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə, 71-ci maddəsinin İ hissəsinə və 148-ci maddəsinin İİ hissəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CMnin bir sıra maddələrinə istinad edərək və işin faktiki hallarını mübahisələndirən Müdafiəçi E.O.Osmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi və ona həmin m addə əsasında cəzanın təyin edilməsi düzgün olmamışdır ona görə ki, iş materiallarından da göründüyü kimi, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum onda aşkar edilmiş narkotik vasitələri A1 alması müəyyən edilmiş, lakin məhkumun həmin narkotik vasitəni kiməsə satmasına və ya bağışlamasına, belə məqsəddə olmasına, hər hansı bir istehlakçı ilə razılaşma əldə etməsinə, hətta saxlanılarkən onun avtomaşınında olmuş şəxslərə istifadə etmələri üçün verməsinə dair heç bir sübut əldə olunmamış, narkotik vasitənin 8 ədəd bükümlərə bölüşdürülməsi isə A1 tərəfindən icra olunmuşdur. Məhkum yaşadığı evinə və üzərinə baxış keçirilən zaman onun narkotik vasitə saxlaması, satması, daşıması da müəyyən edilməmişdir. Müdafiəçinin fikrincə, belə olan halda Məhkum cinayət əməlləri CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayəti kimi tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində ən aşağı həddə cəza təyin edilməlidir. Qeyd olunanlara əsaslanan müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kasssiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və onun müdafiəçisi E.O.Osmanov qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilə n şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Müdafiəçi E.O.Osmanov öz kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif edilməməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.15-ci maddəsinin tələbinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ h issəsində təsbit edilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası qnanunvericilik sisteminin tərkib hissəsi olan “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) ədalətli məhkəmə araşdırması hüququ nəzərdə tutulmuş 6cı maddəsinin 1-3-cü maddələrində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı ir əli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıda kı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin p ulsuz köməyindən istifadə etmək. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxa rılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilm iş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuni liyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyə tli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AA və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdırma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüy ü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı m addələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum həm ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, onun məhkəmə iclasında da verdiyi qismən etirafedici ifadələri ilə, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq hesab edir ki, belə vəziyyətdə müdafiəçinin kassasiya şikayətinin dəlillərinə onun həmin şikayətdə mübahisə edilən işin faktiki hallarının təsvirindən deyil, məhkəmələrin müəyyən faktiki hallardan çıxış etməklə cava b verilməlidir. İşə mahiyyəti üzrə baxaraq üzərlərinə sübutların araşdırılması və qiymətləndirilməsi vəzifəsi qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində tanışı X2 1070 manat pul müqabilində Yevlax rayonu “Stansiya Mingəçevir” adlanan ərazidə külli miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 5,34 qram, 9,87 qram, 9,84 qram, 3,91 qram, 0,035 qram, 0,047 qram, 0,059 qram, 0,526 qram, ümumi təmiz çəkisi-29,627 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz alıb əldə edərək üzərində saxlamış və idarə etdiyi “VAZ-21011” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin qabaq oturacaqlarının arasındakı külqabının içərisinə yerləşdirməklə daşımışdır. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum bütün cinayət təqiqi dövrü ərzində verdiyi qismən etirafedici ifadələrin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə ta m şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum onun barəsində aparılmış cinayət təqibi dövründə narkomaniyadan əzab çəkdiyi üçün onda aşkar edilmiş narkotik vasitələri özünün istifadəsi üçün A1 aldığını, onu kiməsə satmaq niyyətində olmamasını və buna görə də onun əməinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğunu bildirmişdr. Apellyasiya və kassasiya şikayətlərində də məhkumla yanaşı müdafiəçi də məhz Məhkum cinayət əməlinin tövsifi mübahisələndirilmiş və məhkumun ifadələrinə uyğun olaraq tələblər irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, əvvəla iş üzrə toplanmış sübutlarla Məhkum onun idarə etdiyi avtomaşında aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini həqiqətən də X2 alması müəyyən edilmiş və sonuncu da ayrılmış cinayət işi üzrə Məhkum həmin narkotik vasitəni satdığına görə cinayət məsuliyyətinə cəlb edilmiş və müdafiəçinin kassasiya şikayətində göstərdiyi kimi, bu əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. A1 isə hazırki iş üzrə xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, təxminən 5-6 ay bundan əvvəl o, cəzaçəkmə müəssisəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı X2 adlı şəxsdən 3200 manat pul müqabilində 350 qram çəkidə heroin almış və tanışı Məhkum ondan narkotik vasitə tapmaq xahişi ilə dəfələrlə müraciət etdiyinə görə ona bu haqda məlumat ve rmişdir. Onun təklifi ilə Məhkum heroinin hər qramını 30-32 manata alacağına razılıq verdikdən sonra onlar dəfələrlə görüşmüş və hər dəfə də o, Məhkum 20-22 qram çəkidə heroin satmışdır. Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə yenə də Məhkum xahişi ilə onlar Mingəçevir şəhərinin ərazisində görüşmüş və orada o, sonuncuya, onun bildiyinə görə, 4 bükümdə (üç bükümdə 10 qram, bir bükümdə isə 4 qram olmaqla) heroin satmış və buna görə ondan 1070 manat pul almışdır. Üzləşdirmənin keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, A1 Məhkumla üzləşdirmə zamanı şübhəli şəxs qismində verdiyi ifadələri təkrarlamış, Məhkum isə bu ifadələri təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Əvvəla, bu ifadələrin təhlili göstərir ki, Məhkum narkotik vasitənin A1 tərəfindən ayrı-ay rı bükümlərə qablaşdırmasını göstəsə də (bu hala da müdafiəçi kassasiya şikayətində əsaslanmışdır), faktiki olaraq A1 cinayətin predmeti olmuş heroinin 4 bükümdə satması, Məhkum idarə etdiyi avtomaşında isə həmin heroinin 8 bükümdə olması müəyyən edilmişdir. Bu isə belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum 4 bükümdə narkotik vasitə əldə etdikdən sonra onu 8 bükümə qablaşdırmaqla yenidən bölüşdürmüşdür. (Şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmiş şəxsin buna hansısa ehtiyacının olması məntiqsiz görünür). Bundan əlavə, narkomaniyadan əzab çəkməyən (iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 156 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyə əsasən, Məhkum narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomanlıq xəstəliyindən əzab çəkmir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməsi məsləhət görülür), heç ictimai faydalı əməklə məşğul olmamış və hər hansı gəlir mənbəyi olmayan Məhkum qısa müddətdə 5-6 ay ərzində A1 pul verərək hər qramının dəyəri 30-32 manat olmaqla 350 qram çəkidə heroini alaraq yalnız özünün istifadə etməsi də inandırıcı deyil. Məhkəmə kollegyiası hesab edir ki, A1 A2 satdığı narkotik vasitənin çox hissəsi aşkar edilmədiyindən bu hissə ilə bağlı sonuncuya ittiham irəli sürülməsə də A1 olan narkotik vasitənin hamısının onun tərəfindən əldə edilməsi toplanmış sübutlarla təkzib edilmir və həm b una, həm də yuxarıda təsvir edilənlərə görə məhkumun qısa müddətdə bu həcmdə narkotik vasitə olan heroini təkbaşına istifadə etməsi barədə ifadələrini həqiqətə uyğun olan ifadələr kimi qiymətləndirmək olmaz. Şərh olunan sübutların məcmusu məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə onun avtomaşınında aşkar edilmiş külli miqdarda heroini məhz satış məqsədilə qanunsuz əldə edib saxlayaraq daşımış və onun bu əməli həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və bu həm qanunvericiliyin tələblərinə, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə məhkəmələr tərəfindən baxılması üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2011-ci il tarixdə qəbul edilmiş Qərardakı tövsiyələrə uyğundur. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə görə, həmin maddədə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsinə və saxlanmasına, hazırlanmasına, istehsal və ya emal edilməsinə, daşınmasına, göndərilməsinə, yaxud qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının xx xxxx 1999-cu il Qanununun 1-ci maddəsində təsbit edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz satılması dedikdə miqdarından asılı ol mayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən isə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrini satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi əldə edilmiş və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadınlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin və psixotrop maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop madd ələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərin ə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzər ə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual hüquq normalarının düzgün təsfirinə əsaslandığından, şikayətdə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların hamısının yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın təyin edilməsi məsələsi də apellyasiya qaydasında yoxlanılarkən məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətini səciyyələndirən məlumatlardan, Məhkum yaşayış yerindən müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən hallardan, habel ə onun əməlində CM-nin 61.1.1-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuş cinayətin təhlükəli residivinin olmasından çıxış edib, məhkumun hökmlə CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, CMnin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olduqda cəzanın təyin edilməsinə dair CM-nin olaraq 59, 61.1.1 maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab verən cəza təyin etmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum təqsirləndirilən şəxs kimi bütün hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırılmasına, müdafiəçiyə malik olmaq hüquqları təmin edilmiş və Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinin, 71-ci maddəsinin İ hissəsinin və 148ci maddəsinin İİ hissəsinin, habelə Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Müdafiəçi kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1102/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1102/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver