Məhkəmə qərarları › İş №1(102)-1102/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1102/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1102/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məhkum Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X21 Ağa oğlunun sədrliyi, hakimlər X7 və X2 ibarət tərkibdə) 12 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1994-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 0 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən, məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə) 24 fevral 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Ci nayətlər Məhkəməsinin 1(101)- 1605/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 2 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və m əruzəçi), X4 və X5 ibarət tərkibdə) 22 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) aya endirilmişdir. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətlərinə baxılması 5 iyul 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar