Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1102/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli 1(103) – 375/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 4 noyabr 2023-cü il tarixli 1(101) – 1180/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim T.Q.Hüseynov, hakimlər Ə.Q.Quliyev və F.A.Namazovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1987-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət M əcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 6 oktyabr 2022ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik sədrlik edən və məruzəçi hakim E.Ə.Mehdiyev, hakimlər E.E.Rəhimov və F.İ.Əyyubovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından Məhkum kassasiya şik ayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmİş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2019-cu ilin aprel ayının əvvəllərində ünvan4-da yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə XXX15ndən ‘’Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 26 aprel 2019-cı il tarixdə saat 19:10-da Azərbaycan Respublikasının dövlət sərhədinin XX12 nəzarət-buraxılış məntəqəsindən keçirməklə XXX15nə aparıb şəxsiy yəti istintaqla araşdırılan X12 adlı şəxslə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə birlikdə 01 may 2019-cu ildən 26 dekabr 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 26 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini XX12 nəzarət-buraxılış məntəqəsindən keçməklə XXX26nə getmiş tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq XXX15ndə uşaq baxıcılığı etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra XXX28nə getmiş, Məhkum Zərərçəkmiş şəxs1 qarşılayıb şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə kirəyə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pa sportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə birlikdə 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu m əqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2019-cu ulin avqust ayının sonlarında XXX25 yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə ilə '‘Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayıb onun 2019-cu ilin may ayının sonlarından 25 iyul 2019-cu il tarixədək olan müddət ərzində XXX15ndə nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 01 sentyabr 2019-cu il tarixdə saat 17:48-də Azərbaycan Respublikasının dövlət sərhədini XX12 nəzarətbu raxılış məntəqəsindən keçirməklə XXX15nə göndərmiş, şəxsiyyəti istintaqla araşdırılan X12 adlı şəxs onu qarşılayıb həmin şəhərdə kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 03 sentyabr 2019-cu il tarixdən 19 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən, eləcə də hökm apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk dəfə məhkum olunması, əməllərindən səmimi peşman olması, gəncliyi və qadın olması, valideynlərinin yaşlı və xəstə olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini və yaxud cəza müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Üm umi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Al i Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, bu səbəbdən həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmdə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş insan alveri ilə bağlı cinayətkar hərəkətləri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətləri törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə bilvasitə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum istər insan alveri c inayəti, istərsə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayəti ilə bağlı əməllərinin faktiki məzmunu, bu əməllərin müvafiq olaraq Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.2, 144-1.2.4-1,144-1.2.5-ci maddələri, habelə həmin Məcəllənin 144-3.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini, eləcə də birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin həmin maddələri ilə, yəni hər bir cinayətə görə ayrılıqda təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının qanuniliyini, əsaslılığını və ədalətliliyini şübhə altına almaq üçün əsas görmür. Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1-ci maddəsi ilə - insan alveri cinayətinin iki şəxs barəsind ə törədilməsi kimi tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Məhkum sözügedən əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələr Məhkum 2019-cu ilin aprel ayının əvvəllərində XXX15ndə cinsi istismar edilməsi məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəlb edib onu 26 aprel 2019cu ildə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra 2019-cu ilin may ayının sonlarında həmin vaxt XXX26ndə olan digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 XXX28ndə cinsi istismar edilməsi məqsədi ilə cəlb etməsini insan alveri cinayətlərinin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 144-1.2.2-ci maddələri ilə tövsif etmişdir. Həmçinin, məhkəmələr Məhkum 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhərində olan Zərərçəkmiş şəxs1 cinsi istismar edilməsi məqsədi ilə cəlb edib 1 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməsini də (nə qədər ki, bundan əvvəl eyni cinayəti Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özünə qarşı törətmişdi) Cinayət Məcəlləsinin 144-1.2.2-ci maddəsində nəzərdə tutulmuş insan alveri cinayətinin təkrar törədilməsi kimi tövsif etmişlər. Bu hal, yəni məhkəmələrin hər bir zərərçəkmiş şəxsə münasibətdə, eləcə də sonuncu dəfə eyni bir zərərçəkmiş şəxsə münasibətdə baş vermiş cinayət hadisələrini ayrı-ayrı cinayətlərin (birinci başa çatdıqdan sonra - ikincinin, ikinci başa çatdıqdan sonra üçüncünün) törədilməsi kimi qiymətləndir ib, bundan çıxış etməklə üç hadisədən təşkil olunmuş insan alveri cinayətlərinin çoxluğunu təkrarlıq əlaməti üzrə Cinayət Məcəlləsinin 144-1.2.2-ci maddəsi ilə tövsif etmələri, eyni zamanda həmin əməllərin CM-in 144-1.2.1-ci maddəsi ilə - iki və ya daha çox şəxs barəsində törədilmiş insan alveri cinayəti kimi tövsifini istisna edir. Çünki, Cinayət Məcəlləsinin 144-1.2.2-ci maddəsində təsbit edilmiş cinayətlərin təkrar törədilməsi əlaməti bir cinayət (zərərçəkmiş şəxslərdən birinə qarşı törədilmiş əməl) başa çatdıqdan sonra digərinin törədilməsini nəzərdə tuduğu halda, CMin 144-1.2.1-ci maddəsində təsbit edilmiş əlamət eyni vaxtda – bir əməllə, məsələn “şəxsi istismar edilməsi məqsədi ilə cəlb etmə” əməli ilə iki və ya daha çox şəxs barəsində insan alveri cinayətinin törədilməsini, yəni çək ilən misala münasibətdə istismar məqsədi ilə eyni zamanda iki və daha çox şəxsin cəlb olunmasını ehtiva edir. Əməlin hüquqi tövsifində şərh olunan səhvə yol verilməsi həm də ondan irəli gəlir ki, ibtidai istintaq orqanın ardınca məhkəmələr də zərərçəkmiş şəxslərin cinsi istismar edilmələri məqsədi ilə müxtəlif vaxtlarda cəlb edilib, müxtəlif vaxtlarda bu məqsədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinə, yəni işin həqiqi hallarına görə də hər bir müstəqil cinayət başa çatdıqdan sonra digərinin törədilməsinə baxmayaraq, əslində insan alveri cinayətinin obyektiv cəhətinə aid olmayan haldan – zərərçəkmiş şəxslərin XXX28ndə təxminən eyni vaxtlarda faktiki cinsi istismar edilmələrindən çıxış edərək, insan alveri cinayətlərinin hər iki zərərçəkmiş şəxsə münasibətdə eyni vaxt da (vahid əməllə iki zərərçəkmiş şəxs barəsində insan alveri cinayətinin) törədilməsi barədə səhv qənaətə gəlmişlər. Məhkəmələr nəzərə almamışlar ki, cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş və onların sübuta yetirilmiş saydıqları ittihama görə üç epizodun hamısında Məhkum törətdiyi insan alveri cinayəti CM-in 144-1.1-ci maddəsinin dispozisiyasında (əsas tərkib) təsbit edilmiş şəxsin istismar edilməsi məqsədi ilə “cəlb edilməsi”, “əldə edilməsi”, “saxlanılması”, “gizlədilməsi”, “daşınması”, “verilməsi”, “qəbul edilməsi” kimi alternativ əməllərdən biri – “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi”ndə ifadə olunmuşdur. “Şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” isə formal tərkibli cinayət olmaqla zərərçəkmiş şəxs cəlb edildiyi, məsələn təqsirkarın zərərçəkmiş şəxsə hədə-qorxu gələrək və yaxud təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə edərək çatdırdığı, CM-in 144-1.1-ci maddəsində göstərilən məqsədə yönələn təklif sonuncu tərəfindən qəbul edildiyi andan başa çatmış hesab edilir. Odur ki, bu cinayətin qurbanı olan zərərçəkmişin bilavasitə istismar edilməsi (istismarın nədə ifadə olunmasından asılı olmayaraq) CM-in 144-1.1-ci maddəsində göstərilən cinayətin obyektiv cəhətinə daxil edilmir (başa çatmış cinayətin tərkibinin yaranması şəxsin faktiki istismar edilməsi ilə şərtləndirilmir) və əsaslar olduqda həmin əməl (istismar) əlavə olaraq CM-in başqa maddələrində nəzərdə tutulan cinayət olaraq (məsələn, CM-in 106-cı maddəsində təsbit edilən “köləlik” cinayəti kimi) tövsif olunur. Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsində nəzərdə tut ulmuş əməllərin həmin Məcəllənin 144-1.2.4-1-ci maddəsində göstərilən “insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə” kimi cinayətin obyektiv cəhətinə aid olub cinayəti ağırlaşdıran əlamətlə törədilməsi onu tələb edir ki, “şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi” cinayətinin başa çatma anının müəyyən edilməsi zamanı həm də bu əlamətin nə vaxt baş verdiyi də nəzərə alınsın. Lakin, həmin hal da nəzərə alındıqda, aydın olur ki, Məhkum təqsirli bilindiyi insan alveri cinayəti üzrə ittihamı təşkil edən əməllərin hər biri müxtəlif vaxtlarda və müxtəlif hərəkətlərlə törədilmiş müstəqil cinayətlər olmaqla və birlikdə götürüldükdə cinayətlərin çoxluğu kimi çıxış etməklə CM-in 144-1.2.2-ci maddəsinin nəzərdə tutduğu “cinayətlərin təkrar törəd ilməsi” əlamətinin təsir altına düşürlər və həmin əməllərə CM-in 144-1.2.1-ci maddəsi əsassız olaraq şamil edilmişdir. Qeyd olunanlar birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.1.15-ci maddəsində təsbit olunmuş pozuntuya (əməlin hüquqi tövsifində səhvə) yol verdiklərini göstərir və onu tələb edir ki, Məhkum CM-in 144-1.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməklə həmin səhv aradan qaldırılsın. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, CM-in 144-1.2.1-ci maddəsinin məhkəmə qərarlarından xaric edilməsi ilə Məhkum təqsirli bilindiyi insan alveri cinayətini ağırlaşdıran əlamətlərin dairəsi (təqsirli bilindiyi it tihamın həcmi) də azaldığından, bu hal məhkuma təyin olunmuş cəzada özünü göstərməli, insan alveri cinayətinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası CM-in 144-1.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində (8 il) olduğundan - həmin, eləcə də CM-in 144-3.4-cü maddəsi ilə təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməməli, lakin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələrində və həmin Məcəllənin 144-3.4-cü maddəsində göstərilən cinayətlərin məcmusu üzrə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplama üsulu ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının (8 il 6 ay) müddəti 5 (beş) ay azaldılmalıdır. Məhkəmə kollegiyası cəzanın kassasiya şikayətində təklif olunduğu kimi deyil, məhz bu şəkildə azaldılmal ı olması barədə qənaətə gələrkən həm də hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanın təyininə təsir göstərən halları, o cümlədən Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, ilk dəfə məhkum olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi kimi cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini səciyyələndirən digər məlumatları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1441.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar həmin qərar və hökmdən xaric edilsin. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələrində və Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) aydan 8 (səkkiz) il 1 (bir) aya endirilsin. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1102/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1102/2025
02.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver