Məhkəmə qərarları › İş №1(102)-1103/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum Rəfael oğlunun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Sarıyev Əhməd Mədət oğlu) xx xxxxxxxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, xx xxxxxx 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin əsgəri Məhkum Əməlində cinayət tərkibi olmadığından təqsirsiz hesab olunaraq Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə bəraət verilmişdir. Həmi n hökmlə X5 təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum münasibətdə ləğv edilmiş və iş üzrə yeni ittiham hökmü çıxarılmışdır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, ona təyin edilmiş 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilər ək 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanın qənaətinə görə Məhkum Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 5-ci reaktiv artilleriya divjzionunun 15-ci reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya tağımının 1-ci döyüş maşınında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx xxxxxx 2019-cu il tarixdə saat 11:45 radələrində hərbi hissənin avtomobil parkında dərs keçərkən həmin divizionun 13-cü reaktiv artilleriya batareyasının 2-ci atəş tağımının nəqliyyat doldurucu manqasının operatoru vəzifəsində xidmət edən əsgər X5 onun əslən Gəncə şəhərindən olduğunu bilə-bilə «gəncəlilərin» ünvanına nalayiq ifadələri işlətmiş, həmin vaxt o, X5 əslən Lerik rayonundan olduğunu öyrənib, «leriklilərin» ünvanına nalayiq ifadələr işlətdikdə aralarında yaranmış mübahisə zamanı əsgər X5 onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, dərs keçirilməsinə fasilə verildikdən sonra saat 13:20 radələrində əsgər X5 avtomobil parkının qarşısında siqaret çəkərkən əsgər Məhkum ona yaxınlaşıb mübahisəni davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsini n 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini pozaraq, əsgər X5 ünvanına nalayiq ifadə işlədib onu təhqir etmiş, sonra isə başı ilə sifət nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya «sol göz yuvasının qançırı» ilə müşayiət edilən, dərəcəsi təyin edilməyən bədən xəsarətini yetirməklə ona qarşı zor tətbiq etmiş, bununla da, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı Məhkum ittiham irəli sürərkən işin halla rını olduğu kimi göstərməmiş, Məhkum münaqişənin başlanmasında və davamında heç bir təşəbbükarlığı olmadığı halda, əksinə münaqişənin davamından yayınaraq uzaqlaşmaq istədiyi halda, zərərçəkmiş X5 təqidi ilə sonuncu tərəfindən başlanan mübahisədə iştirak etmək məcburiyyətində qaldığı halda, istintaq orqanı faktları saxtalaşdıraraq güya nahardan sonra siqaret çəkilən yerə Məhkum öz təşəbbüsü ilə gəlib orada X5 təhqir edərək başı ilə onun sifət nahiyəsindən zərbə vurmasını göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, X5 bilərəkdən heç bir səbəb olmadan qanunsuz hərəkətlər, təhqiramiz sözlər, alçaldıcı hərəkətlər, fiziki zor tətbiq etməklə Məhkum qarşılıqlı dalaşmaya sövq etmişdir. Məhkum bu kimi hərəkətlərdən yayınmağa cəhd etsə də, Gəncə Uşaq evində böyüməsi, ana qayğısından məhrum olması, ona ünvanlanmış ana haqda söyüşdən sonra əsəblərini cilovlaya bilməməsi səbəbdən bir dəfə X5 sifət nahiyəsindən vurmuşdur. Birinci instansiya məhkəməsi tam haqlı olaraq hər iki əsgərin davranışını təhlil edərək onları fərqləndirmiş X5 davranışının cinayət xarakterli, aqressiv hücum mövqeli olduğunu, Məhkum davranışını isə müdafiə xarakterli olması nəticəsinə gəlmiş və düzgün hesab etmişdir ki, Məhkum qanunsuz hərəkətlərin törədilməsinin təşəbbüskarı olmamış, onun hər dəfə X5 kənara çəkilməsi, ondan uzaqlaşması bir daha belə bir qənaətə gəlməyə əsas vermişdir. Apelyasiya məhkəməsi bu hala göz yummuş və hesab etmişdir ki, təhqiramiz hərəkətləri başlamış və fiziki zor tətbiqi ilə davam edərək əsgər yoldaşının şərəf və ləyaqətini alçadan şəxslə yanaşı ona sözlə və fiziki zor tət biq etməklə müqavimət göstərən əsgərin əməli eyni qaydada tovsif olunmalıdır. Bundan əlavə müdafiə tərəfi birinci instansiya məhkəməsinin mövqeyi ilə ona görə razılaşır ki, məhkəmə mübahisə predmetin mahiyyətini öyrənmiş və əsaslandırmanı mahiyyətdən irəli gələn məsələlər üzrə aparmışdır. Belə ki, hüquqşünaslar ümumilikdə razılaşmışlar ki, hərbi xidmət dövründə şəxsi münasibət zəminində baş vermiş cinayət əməlini hərbi xidmət əleyhinə olan cinayət kimi yox, CM-nin şəxsiyyət əleyhinə olan maddələrinə əsasən tövsif olanmalıdır. Göründüyü kimi Məhkum yalnız bir dəfə anasına söyən şəxsi özünə ağrıvericı üsulla vurma hərəkəti hərbi xidmətlə bağlı məsələlərdən tamamilə kənar bir məsələ ilə bağl olmuşdur. Məhkum sonrak davranışı, yəni əsəbini cilovlayıb, münaqişəni davam etdirməyərək dərhal dönüb getməsi onu göstərir ki, o, hərbi xidmətdə olduğunu dərk etmiş, hərbi nizamnamə qaydalarına ziyan vurmaq istəməmiş, əksinə hərbi idarəetmənin pozulmamasına görə yaranmış gərgin vəziyyətdən uzaqlaşmağa üstünlük vermişdir. Hüquqşünaslar hərbi xidmət dövründə yaranmış mübahisələrə hüquqi qiymət verməni ona görə fərqləndirirlər ki, hərbi nizamnamədə göstərilən nəzakətli davranışa dair tələb hərbi xidmətin aparılması ilə səbəbli əlaqədə olmalıdır. Həqiqi hərbi xidmət dövründə yaşamaq, xidməti vəzifələrin icrası yeri kimi hesab oluna bilər, lakin bu hələ xidməti vəzifələrin icrası prosesi sayılmır, bunun üçün bilavasitə xidməti vəzifənin icrası tələb olunur. X5 əsgər Məhkum anasına ünvanlanmış söyüş söyüşü təsdiqlədikdə onlar bilavasitə xidməti vəzifələrinin icrası prosesində olmamışlar. Apelya siya məhkəməsinin səhvi əməlin tövsifinə mənfi təsir göstərmişdir. Birinci instansiya məhkəməsinin bəraət hökmünü apelyasiya məhkəməsi ləğv edərkən hesab etmişdir ki, fiziki zora qarşı eyni fiziki zor tətbiq etməkdə əsgər haqlı olmamışdır. O, vuran əsgərdən qaçmalı və gedib bu haqda rəisinə məlumat verməli idi. Apelyasiya məhkəməsinin bu kimi nəticəsi işin faktiki halları ilə uyğunlaşmır. Belə ki, X5 əsgər Məhkum söyüb vurduqdan sonra sonuncu münaqişəni davam etdirməmiş, ondan kənar durmuş və bu haqda rəisə məlumat vermək istəyində olmamışdır. Apelyasiya məhkəməsi Məhkum bu haqda rəisə məlumat verməli olduğu halda verməməsini krminallaşdırmaqda haqlı olmamışdır. Daha sonra, işin faktiki hallarından görünür ki, X5 münaqişəni davam etdirmiş və Məhkum təklikdə söhbət etməyə təhrik etmişdir. Sonuncu bu söhbətdən yayınmaq istədikdə onu təhqir etdiyi üçün Məhkum təklikdə söhbət etmək üçün onunla birlikdə kənara çəkilmişdir. Lakin həmin vaxt Məhkum niyyətində əsgər X5 vurmaq olmamışdır. Onun bu niyyətdə olmamasını X5 verdiyi sualı təsdiq edir. Yəni, əgər X5 onun anasına söymədiyini dediyi halda fiziki zora məruz qalmayacağı daha real fakt kimi çıxış edir. Əks halda ona sual verilmədən Məhkum tərəfindən fiziki zor tətbiq olunmalı idi. Göründüyü kimi apelyasiya məhkəməsi 1 saat 35 dəqiqə keçəndən sonra X5 vurmasını qabaqcadan düşünülmüş hərəkət kimi təqdim etməkdə haqlı olmamışdır. Məhkum özünə ağrı verməklə başı ilə X5 sifətinə vurduğu zərbəyə zərərçəkmişin ağır təhqir və əxlaqsız hərəkəti ilə yaranmış dözülməz psixi şərait anında qəflətən baş vermiş güclü ruhi həyəcan hissləri t əkan vermişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Məhkum özünə də ağrı verməklə başı ilə digərini vurma hərəkəti zərərçəkmişin hər kəsi əsəb vəziyyətə gətirə biləcək ana söyüşündən dərhal sonra, yəni zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir və əxlaqsız hərəkəti ilə yaranmış dözülməz psixi şərait anında qəflətən baş vermiş güclü ruhi həyəcanın təzahürüdür. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünü ləğv etməklə Məhkum CM-nin 332.1-ci maddəsi ilə təqsirsiz bilinərək bəraət verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün qüvvədə saxlanmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün məhkuma aid hissəsə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayətində təq sirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin hüquqi tövsifində səhvə yol verildiyi iddia edilir, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarix li hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edə n zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Apellyasiya məhkəməsini hökmü ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin dispozisiyası tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, mübahisələndirilməyən faktiki hallarından məlum olur ki, MN-nin N nömrəli hərbi hissəsinin əsgərləri X5 və Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 11:45 rad ələrində hərbi hissənin avtomobil parkında dərs keçilərkən X5 gəncəlilərin ünvanına nalayiq ifadələr işlətmiş, bunu eşidən və əslən Gəncə şəhərindən olan Məhkum X5 əslən Lerik rayonundan olduğunu öyrənib ona cavab olaraq leriklilərin ünvanına nalayiq ifadələr işlətdikdə aralarında yaranmış mübahisə zamanı X5 Məhkum ünvanına nalayiq ifadə işlədib onu təhqir etmiş, sonra isə üzərinə gedərək çənə nahiyəsinə bir yumruq zərbəsi vurmuş, dərs keçilməsinə fasilə verildikdən sonra saat 13:20 radələrində avtomobil parkının qarşısında siqaret çəkərkən Məhkum X5 yaxınlaşıb mübahisəni davam etdirərək Məhkum ünvanına nalayiq ifadələr işlədib sifət nahiyəsinə başı ilə zərbə vuraraq X5 «sol göz yuvasının qançırı» ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bundan sonra X5 Məhkum başının arxa nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub belindən tutaraq yerə yıxmış, daha sonra isə sağ çiyin nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla qarşılıqlı olaraq bir-birinə zor tətbiq etmişlər. Belə ki, ibtidai istintaq orqanının mövqeyinə və apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə əsgərlər arasında yaranmış bu mübahisə və dalaşma nizamnamə qaydalarının zorakı yolla pozulmasıdır ki, hər iki əsgər bir-birinə qarşı eyni dərəcədə zor tətbiq etmişlər. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə görə hərbi qulluqçular bir-birinə qarşı nəzakətli olmalı, baş verən hər bir pozuntu ilə bağlı nizamnamə qaydalarına uyğun olaraq yuxarı rəisinə rəsmi məlumat verməlidir. Məhkum ona qarşı davamlı aktiv hərəkətlər olmadığı təqdirdə münaqişənin qarşısı artıq alındığı hald a nizamnamə qaydalarına uyğun olaraq X5 onu vurması barədə dərhal yuxarı komandanlığa məruzə etməmiş, əksinə, X5 «söhbəti davam etdirməyə» çağırmış, siqaret çəkmək üçün ayrılmış yerə gedib orada Ç.Vəliyevin sifət nahiyəsinə başı ilə bir zərbə vuraraq ona «sol göz yuvasının qançırı» ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Hər iki əsgərin avtomobil parkında dərs keçirilərkən xidməti vəzifələrinin icrası ilə bağlı olmaları və hadisənin bu şəraitdə baş verməsi apellyasiya məhkəməsi tərəfindən hərbi nizamnamə qaydalarının zorakı üsullarla pozulması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya ins tansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü Məhkum aid hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müdafiəçi kassasiya şikayətində ittiham hökmünün qanuniliyini şübhə altına alan dəlil kimi məhkəmənin əməlin hüququi tövsifində səhvə yol verərək, maddi hüquq normasını düzgün tətbiq etmədiyini qeyd etmişdir. Qeyd edilən dəlili onunla əsaslandırmışdır ki, “hərbi xidmət dövründə şəxsi münasibət zəminində baş vermiş cinayət əməli hərbi xidmət əleyhinə olan cinayət kimi yox, CM-nin şəxsiyyət əleyhinə olan maddələrinə əsasən tövsif olanmalıdır, yəni hərbi nizamnamədə göstərilən nəzakətli d avranışa dair tələb hərbi xidmətin aparılması ilə səbəbli əlaqədə olmalıdır. Ç.Əliyev əsgər Məhkum anasına ünvanlanmış söyüşü təsdiqlədikdə onlar bilavasitə xidməti vəzifələrinin icrası prosesində olmamışlar”. Daha aydın desək məhkum tərəfindən faktiki nizamnamə qaydalarının pozulması müəyyən olunduğu təqdirdə belə həmin qaydaların pozuntusu hərbi xidmət ilə əlaqədar olmadığı üçün nizamnamə qaydalarının pozulması hesab edilə bilməz, əməl Cinayət Qanununun şəxsiyyət əleyhinə olap cinayətlər fəslində nəzərdə tutulan müvafiq maddələri ilə tövsif edilməlidir. Qeyd edilən dəlil birinci instansiya məhkəməsi tərəfindən şəxsə bəraət verilməsinin əsası kimi istinad edilən əsas hal olduğu üçün apellyasiya instansiya məhkəməsi də həmin hala yuxarıda qeyd edilən qaydada geniş qiymət vermişdir. Bununla belə müdafiə tərəfi kassasiya şıkayətində yenidən həmin dəlillərə əsaslandığı üçün kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Aydın məsələdir ki, hərbi qulluqçuların xidmət dövründə hər bir hərəkəti hərbi nizamnamələrin tələbləri ilə tənzimlənir. Məhkum verilmiş ittiham üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərini pozmuşdur. Daxili Xidmət Nizamnaməsinin 1 və 2-ci maddələrinin tələblərinə görə hərbi qulluqçu intizamlı olmalı, hərbi nizamnamələrin tələblərini, öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməlidir. DXN-nin 5 -cı maddələrinin mənas ına görə hərbi qulluqçu əsgəri nəzakət qaydalarına ciddi riayət etməli, onunla bağlı baş vermiş hadisələr, habelə şəxsi məsələlərə dair özünün bilavasitə rəisinə məlumat verməlidir. DXN-nin 38-ci bəndinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. İN-nin 1 və 3-cü maddələrinin tələblərinə görə hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə məcbur edir. DXN-nin 138-ci maddəsində əsgərin nalayiq hərəkətlər etməmək vəzifəsi nəzərdə tutulmuşdur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəs inə görə, hərbi qulluqçuların hərbi xidmət yəzifələrini faktiki yerinə yetirdikləri bütün hallar, o cümlədən döyüş əməliyyatlarındal iştirak etmələri, təlimlərdə, döyüş növbəsində, gündəlik və qarovul növbələrində, ezamiyyətdə, toplanışlarda olmaları, xidmət yerinə gedib-gəlmələri və başqa bu kimi hallar başa düşülür. Göründuyü kimi hərbi hissənin avtomobil parkında dərs keçirilərkən, yəni üzərinə qoyulmuş xidməti vəzifələrdən azad edilmədiyi bir vaxtda əsgər yoldaşına qarşı zor tətbiq etdiyinə və hadisənin bu şəraitdə baş verməsi hərbi nizamnamə qaydalarının zorakı üsullarla pozulması kimi qiymətləndirilməlidir. Məhkum hərəkətləri nəticəsində hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin hərbi nizamnamələrdə təsbit edilmiş qaydalarına zərər vurulmuşdur. Kassasiya məhkəmə kollegiyas ı hesab edir ki, Məhkum X5 sifət nahiyəsinə başı ilə bir zərbə vuraraq ona xəsarət yetirməsi subyektiv cəhətdən birbaşa qəsdlə törədilmiş qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının zor tətbiq edilməklə pozulmasını, yəni şəxsə fiziki zərər vurmaqla yanaşı özü-özlüyündə nizamnamə qaydalarını da pozan ikili ictimai münasibətlərə zərər vurmanı ehtiva edir. (cinayət qanununa əsasən şəxsin səhhət və sağlamlığına qarşı olan bir sıra cinayətlər, həmçinin digər ictimai münasibətlərə də ziyan vura bilər) Hərbi quluqçuların bir-birinə qarşılıqlı zor tətbiq etmə halları ilə bağlı məhkəmə təcrübəsindən də görünür ki, aktiv zorakı hərəkətlərin davam etmədiyi bir vəziyyətdə, zorakılığa məruz qalan şəxs tərəfindən adekvat hərəkətlə, yəni fiziki zorla cavab verilməsi halları cinayət əməli kimi qiymət ləndirilmiş, əməl hazırki hökmdə qeyd olunduğu kimi «qisasçılıq» ilə əlaqələdirilməməklə şəxsi münasibətlər kontekstinə yönəldilməmişdir. Aydın məsələdir ki, bir sıra hüquq ədəbiyyətlarında və hüquqi kommentariyalarda hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulması hərbi xidmət ilə əlaqədar olmadığı təqdirdə əməl Cinayət Qanununun şəxsiyyət əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan başqa maddələri ilə tövsif edilməsi tövsiyə olunur. Hətta məhkəmə təcrübəsində də nadir olsa da oxşar məhkəmə qərarları qəbul edilir. Lakin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işin faktiki halları qeyd edilən oxşar nəticəyə gəlməyə imkan vermir və bu barədə apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası şikayətdə göstəril miş “X5 əsgər Məhkum söyüb vurduqdan sonra sonuncu münaqişəni davam etdirməmiş, ondan kənar durmuş və bu haqda rəisə məlumat vermək istəyində olmamışdır. Apellyasiya məhkəməsi Məhkum bu haqda rəisə məlumat verməli olduğu halda verməməsini krminallaşdırmaqda haqlı olmamışdır” dəlilini də əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildyi kimi nizamnamədə “hərbi qulluqçu əsgəri nəzakət qaydalarına ciddi riayət etməli, onunla bağlı baş vermiş hadisələr, habelə şəxsi məsələlərə dair özünün bilavasitə rəisinə məlumat verməli olması” barədə imperativ norma pozulmuşdur. Nizamnamə qaydaları ona görə müəyyən edilmiş ki, həmin qaydalara əməl edilsin. Əgər həmin qaydanın tələbinə əməl olunsaydı, yəqin ki, qeyd edilən hadisə baş verməz və əməl kriminal xarakter almazdı. Daha sonra müdafiəçi kassasiya şikayətində Məhkum hərəkətlərinə bəraət qazandıraraq sonuncunun özünə də ağrı verməklə başı ilə digərini vurma hərəkətini zərərçəkmişin hər kəsi əsəb vəziyyətə gətirə biləcək ana söyüşündən dərhal sonra, yəni zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir və əxlaqsız hərəkəti ilə yaranmış dözülməz psixi şərait anında qəflətən baş vermiş güclü ruhi həyəcanın (affekt) təzahürü ilə əlaqəlandirmişdir. Yəni ilkin hal kimi Məhkum qarşı qeyri qanuni hərəkətlərə yol verilməsi və bundan asılı olaraq onun affekt vəziyyətində olması baş vermiş hadisənin əsas səbəbi kimi göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası həmin dəlilə dair müdafiə tərəfin istinad etdiyi halı həm maddi, həm də prosessual cinayət qanunvericiliyinin normaların tələbləri baxımından qeyri qanuni və əsassız hesab edir. Əvvəla şəx s qarşı ağır təhqir və əxlaqsız hərəkətlər nəticəsində yaranmış dözülməz psixi şərait anında qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti şəxsin psixoloji vəziyyəti ilə əlaqədar olan haldır. Bu hal üzrə gəlinən nəticə sübyektiv fikirlərə əsaslanmaqla yox, yalnız ekspert rəyinə əsasən dəqiq müəyyən olunmuş nəticə ilə əsaslandırılmalıdır. Baxmayaraq ki, cinayət prosessual qanunvericilik qeyd edilən halı imperativ qaydada ekspert rəyi ilə müəyyən olunmalı hal kimi müəyyən etməyib, lakin tamamilə aydındır ki, şəxsin bu və ya digər şəraitdə psixoloji vəziyyəti yalnız bu sahə üzrə xüsusi biliklərə malik olan mütəxəcciz (ekspert) tərəfindən müəyyən edilə bilər. İş materiallarında bu hal yəni şəxsin affekt vəziyyətində olmasını müəyyən edən ekspert rəyi müəyyən edilməmişdir. Bununla belə istən ilən halda cinayət qanunvericiliyində cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi şəxsi cinayət məsuliyyətindən azadetmənin əsası kimi müəyyən edilməmişdir. Bu hallar müəyyən olunduğu təqdirdə Cinayət Məcəlləsinin 59.1.8-cu maddəsinə əsasən yalnız cəza təyini şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Nəhayət müdafiəçi kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirərək göstərmişdir ki, “Məhkum münaqişənin başlanmasında və davamında heç bir təşəbbükarlığı olmadığı halda, əksinə münaqişənin davamından yayınaraq uzaqlaşmaq istədiyi halda, zərərçəkmiş X5 təkidi ilə sonuncu tərəfindən başlanan mübahisədə iştirak etmək mə cburiyyətində qaldığı halda, istintaq orqanı Məhkum ittiham irəli sürərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, guya nahardan sonra siqaret çəkilən yerə Məhkum öz təşəbbüsü ilə gəlib orada X5 təhqir edərək başı ilə onun sifət nahiyəsindən zərbə vurmasını qeyd etmiş, birinci instansiya məhkəməsini tam haqlı olaraq X5 davranışının cinayət xarakterli, aqressiv hücum mövqeli olduğunu, Məhkum davranışını isə müdafiə xarakterli olması nəticəsinə gəlmiş, apellyasiya məhkəməsi eyni səhvə yol verərək istintaqın müəyyən etdiyi işin faktiki halları ilə razılaşmışdir”. Kassasiya şikayətinin həmin hissəsindən görünür ki, müdafiəçi Məhkum əməlində Cinayət Məcəlləsinin 332.1-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkə məsinin hökmünün ləğv edilməsi haqqında tələbini işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya ins tansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum barəsində CM-in 332.1-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İşin məhz məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan ir əli gəlir ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum istər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə ai d olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkuma verilmiş tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma ilə bağlı ittiham apelyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinay ət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3- cü maddəsinin tələbləri nəzərə alınaraq cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü Məhkum aid olan hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanı lmalı, Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü Məhkum aid olan hissədə, müdafiəçinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar