Məhkəmə qərarları › İş №1(102)-1103/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qazax Rayon Məhkəməsinin (hakim: X7) 02 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax şəhərində qeydiyyatda olan və yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutulduğu 3 (üç) gün, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü m addəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Həmin hökmlə X5 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X4 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum 02 mart 2020-ci il tarixdən 04 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün müddət ona təyin olunan cəza müddətinə hesablamaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının 12 fevral 2021-ci il tarixdən hesablanması qərar alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 4,259 qram narkotik vasitə olan heroini və 0,639 qram olan metamfetamin psixotrop maddəs ini qanunsuz olaraq əldə edib Qazax şəhərində daşımaqla üzərində saxlamış, 02 mart 2020ci il tarixdə saat 19.30 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qazax şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq üzərinə baxış keçirilərkən hər biri ayrı-ayrılıqda 1 büküm olmaqla qeyd olunan narkotik vasitə və psixotrop maddə, eyni zamanda həmin narkotik vasitəni qəbul etmək üçün 1 manatlıq əskinasdan hazırlanmış boru (trupka) əynində olan qara rəngli gödəkçəsinin sol döş cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum çəkisi 4,259 q ram olan, narkotik vasitə heroini və 0,639 qram metafetamini əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 28 dəfə, külli miqdardan isə 2 dəfədən də çoxdur. Məhkum heroini şəxsi istehlak miqdarından cüzi artıq (məsələn 0,5 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Məhkəmə Məhkum üzərində saxladığı həm narkotik vasitənin, həm də psixotrop maddənin növü və çəkilərini törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran hallardan olmasını hesab etməmiş, cəza təyini zamanı həmin xüsusatları nəzərə almamışdır. Bundan başqa, mə hkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan hali cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Belə mövqe hal-hazırda Respublikada bu qəbildən olan, ətrafdakı insanların həyat və sağlamlığına etinasızlıq bu cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə cəzanın ümumi xəbərdaredici məqsədə nail olma imkanını mümkünsüz edir. məhkəmə hüququn aliliyinin mövcudluğunu təmin etməmiş, əksinə cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir Göründüyü kimi, məhkəmə hüququn aliliyinin mövcudluğunu təmin etməmiş, əksinə cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsir li bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassızdır, qərar həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə gör ə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəb ərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassı zdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsin də işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, Məhkum ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ali təhsilli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini vurğulayaraq onu təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Apellyasiya instansiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum barəsində olan yüngülləşdirici və ağırlaşdırıcı halları, məhkumun şəxsiy yətini habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edə n qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar