Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlunun, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Süleymanov Vüqar Kazım oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Z.Hüseynov) xx xxxxxx 1958-ci ildə Kəlbəcər rayonunda anadan o lmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xx da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Süleymanov Vüqar Kazım oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş ş əxs8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 31 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 iyul 2021ci il tarixli i hökmü ilə Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 5 (beş) il 3 (üç) ay həddində müəyyən edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmi şdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından məhkumun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində sürücülük hüququ olmaqla "xxxx" MMC tərəfindən verilmiş 26.09,2020-ci il tarixli yol vərəqəsi əsasında idarə etdiyi “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə həmin küçənin B.Əliyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən qeyd edilən kəsişmədə olan yolayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, da im hərəkətə nəzarət etməklə işıqforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında dayandırmalı olduğu halda, həmin tələblərə əməl etmədən yol hərəkəti qaydalarını pozmaqla idarə etdiyi avtomobili işıqforun qadağanedici qırmızı işığında yolayrıcına daxil edib, hərəkət üçün təhlükə şəraiti yaradaraq həmin vaxt B.Əliyev küçəsi ilə həmin küçənin Ə.Əliyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkət edərək işıqforun sarı işığında yolayrıcına daxil olan Zərərçəkmiş şəxs6 idarə etdiyi “ZAZ-110307-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və ehtiyatsızlıq nəticəsində “ZAZ-110307 Slavuta” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən alın, s ol qaş nahiyələrinin səthi yaraları və sağ bud nahiyəsinin qançırı, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs7 sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol körpücük sümüyünün sınığı, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs8 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən əsas sümüyünün, sağ əng və sağ almacıq sümüklərinin sınıqları, sağ gözətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, sağ gözün ağlı qişasının qansızması, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs9 sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol said, sol bud nahi yələrinin qançırları, həmin avtomobilin qabaq sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs10 isə döş qəfəsinin sağ tərəfində ll-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, sol tərəfində ll-Vİ qabırğaların məmə xətti üzrə sınması, hər iki ağciyərlərin, dalağın cırılması, baş beyinin yumşaq toxumalarına sağ təpə- gicgah nahiyəsində və beyin mədəciklərinə qansızma, sağ said və sağ bud sümüklərinin sınması, sağ gicgah nahiyəsinin yarası və qançırı, döş qəfəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, bel nahiyəsinin hematoması ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarəflər yetirməklə döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində qabırğaların sınamsı döş və qarın boşluğu orqanlarının cırılmasından əməl ə gələn hemerroqik və travmatik şok nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs10 ölümünə səbəb olan, həmçinin idarə etdiyi “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili zədələməklə həmin avtomobilin sahibi "xxxx" MMC-yə 4800 manat, toqquşduğu “ZAZ-110307 “Slavuta” minik markalı avtomobilin sahibi X7 isə 2800 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiya şikayətini və məhkum kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdırlar ki, apellyasiya məhkəməsi tərəfindən məhkum barəsində ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi təqsirləndirilən şəxs barəsində 5 il azadlıqd an məhrumetmə cəzası vermiş, əlavə cəza kimi 2 il 6 ay müddətinə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum etmişdir. Gəncə apellyasiya məhkəməsi isə hökmü dəyişdirməklə hesab etmişdir ki, 3 ay hökmü ağırlaşdırmaqla cəzanın məqsədinə nail olmaqla sosial ədaləti bərpa etmişdir. Əslində isə bu yanaşma ilə gərəksiz məhkəmə təcrübəsi formalaşdırmağa cəhd etmiş, 64 yaşlı təqsirləndirilən şəxsin hüquqlarını kobud pozmuşdur. Həmçinin, təqsirləndirlən şəxsin əməlində olan yüngülləşdirici halların cəza təyininə heç bir əhəmiyyətli təsiri olmamışdır. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkumun barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində mü dafiəçi S.İ.Cəfərov çıxış edərək, kassasiya şikayətlərini müdafiə etdiyini, apellyasiya məhkəməsinin cəza təyini hissəsində əsassız mövqe tutduğunu bildirib, kassasiya şikayətlərinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarını ləğv edilərək, Məhkum 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsinə dair yeni hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs6 çıxış edərək, kassasiya şikayətlərinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs9 çıxış edərək, şəxsin cinayət törətdiyini və cəzasın ı çəkməli olduğunu bildirib, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə V.K.Süleymanov çıxış edərək, nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqı zamanı Məhkum zərərçəkmiş şəxslərdən üzrxahlıq etmədiyini, onlara dəymiş ziyanı ödəmədiyini, zərərçəkmiş şəxslərin hər birinin hələ də məhkumdan şikayətçi olduqlarını bildirib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idar əsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlama nın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkumu n barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayəti və ona əlavəni CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassa siya şikayəti və ona əlavənin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilm iş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkuma təyin edilmiş cəzanı n ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 20 03-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbi r kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Belə ki, zərərçəkmiş tərəf Məhkum barəsində təyin edilmiş cəzadan, habelə onun məsuliyyətinin istintaq orqanı tərəfindən yüngülləşdirilməsindən narazı qalmışdır. Məhkum zərərçəkmiş tərəflə barışıq əldə edə bilməmiş, barışıq əldə edilməsi ilə bağlı heç bir addım belə atmamışdır. Lakin birinci instansiya məhkəməsi zərərçəkmiş tərəfin qanuni maraqlarını nəzərə almadan, yalnız Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən peşman olması kimi öz qənaətinə əsasən qiymətləndirdiyi cəzanı yüngülləşdi rən halları nəzər almaqla, cəzanın müddəti ilə bağlı hissədə əsasız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən isə Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayəti və məhkumun kassasiya şikayətinə əlavəyə mə hkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə hal ları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarak terli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyriqanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti və məhkumun kassasiya şikayətinə əlavəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 20 22-ci il tarixli qərarı məhkumun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1103/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver