Məhkəmə qərarları › İş №1(102)-1103/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X12 oğlunun, Bəraət almış şəxs X7 və onun müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Məmmədov Tahir Əli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə x xxxxxxxr 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 162.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakim Ü.S.Şükürova) X5 - Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət hadisəs i olmaması əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.M.Abdulov və C.V.Hüseyn) apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə X7 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq, onun tərəfindən bu qaydaların pozulması ehtiy atsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, "xxxx" MMC-ilə 28 aprel 2020-ci il tarixdə bağlanmış 125 nömrəli əmək müqaviləsi əsasında həmin MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə cavabdeh şəxs olaraq çapdan sonrakı sahədə quraşdırılan “Tigel Al formalı kəsim avadanlığı”nın təhlükə mənbəyi olan hərəkətli hissələrinə (presləyiciyə) işçilərin toxunmasını, xəsarət almasını istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1,2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri.12.2.003-91 DST’nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları” barədə təlimatın 2.13,2.14, 2.15 bəndlərinin tələblərinə ri ayət etmək vəzifəsi həvalə olunduğu halda, həmin vəzifələrin icrasına laqeyd yanaşaraq qeyd olunan tələbləri pozmuş nəticədə ”İndigo” MMC-də çapdan sonrakı sahənin operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs 16 dekabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən MMC-yə məxsus mətbəədə kağızlara kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan “Tigel A1” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi hərəkətdə olan presləyici sətlərinin arasına əyilərək baş və əl nahiyəsinin avadanlığın hidravlik presinin arasında qalması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan kəllə və üz skeleti sümüklərinin çoxsaylı basılmış qəlpəli sınıqları, burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, başın sol təpə və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, hər iki göz orbitası ətrafının qançırları, sifətin, hər iki saidin və sol əlin arxa səthlərinin geniş ölçülü sıyrıqları kimi baş nahiyəsinin hidravlik presin arasında sıxılması nəticəsində əmələ gəlməyə uyğun, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, baş vermiş ölümlə səbəbli əlaqələri olan xəsarətlər almış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından hökm ləğv olunmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlmiş, məhkəmə ittihamın sübutlarının rədd edilməsinin motivlərini əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Məhkəmənin təşəbbüsü ilə mütəxəssis qismində dəvət olunaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də cild və kağız hazırlanma sexində baş mexanik işləyir. “Tigel A-l” dəzgahı ilə tanışdır. “Tigel A-l” av adanlığının hazırda işlədiyi sexdə başqa növü var. İnsan tərəfindən əl ilə həmin avadanlığa müdaxilə edə bilmir, lakin "xxxx" MMC-dəki avadanlıq əl ilə işləyən avadanlıqdır, yəni kağız əl ilə avadanlığa daxil edilir, hesab edir ki, bu nisbətən təhlükəlidir, çünki işçi səhlənkarlıq etsə, hadisə baş verə bilər. “Tigel A-l” avadanlığının işləmə prinsipi ondan ibarətdir ki, avadanlıqda “stop” düymələri olur, avadanlıq tərəfindən kağız qoyulması üçün 10-15 saniyə vaxt qoyulur, daha sonra avadanlıq özü işə düşür. Dəzgahın yanında qol qoyulmalıdır, ona toxunanda maşın dayanır. Lakin həmin avadanlıqda həmin qol aşağıda yerləşir. Ayaq altında isə pedal olmalıdır, "xxxx" MMC-dəki avadanlıqda yoxdur, bunu kustar üsulu ilə həmin avadanlığa əlavə etmək mümkün deyildir, yalnız zavod özü bu formada bur axılış edə bilər. Hal-hazırda "xxxx" MMC-dəki avadanlıqları mətbəəyə gətirsələr, istehsal ili köhnə olduğundan qəbul edilməyəcəkdir. 2005-ci il buraxılışlı dəzgahların işlədilməsini qadağan edən hər hansı normativ hüquqi akt mövcud deyildir. Həmin dəzgah "xxxx" MMC-də 2015-ci ildə quraşdırılmışdır, ola bilər ki, belə hadisə bu zamana qədər baş verməsin, lakin işçi səhlənkarlıq etsə, belə hadisələr baş verə bilər. Blokda saniyələri işçi özü quraşdırır, bir saniyədən yarım dəqiqəyə qədər vaxt qoya bilər. Respublikada başqa mətbəələrdə “Tigel A-1” avadanlığının "xxxx" MMC-dəki növünü, yəni əl ilə işləyən növünə rast gəlməyib. Bir neçə mətbəədə də “Tigel A-l” avadanlığını görmüşdür, lakin onlarda insan əl ilə həmin avadanlığa müdaxilə edilə bilməyən növü olmuşdur. Bu avadanlıq iş üçün yararlıd ır, lakin işçi öz təhlükəsizliyini təmin etməlidir. İşçi dayanan tərəfdə avadanlığa lazerli “datçik” quraşdırmaq mümkün deyil. Ekspertin fikrincə "xxxx" MMC tərəfindən sonradan avadanlığa əlavə qurğu quraşdırılması mümkündür ki, insan bədəninin ona toxunması istisna olunsun. "xxxx" MMC-dəki avadanlıq 2005-ci il buraxılışıdır, bildirir ki, 2008-ci il buraxılışında bu qurğu quraşdırılmışdır. Ekspert və mütəxəssisin ifadələrindən də görünür ki, "xxxx" MMC-də istifadə olunan “Tigel A-l” avadanlığının daha müasir istehsalı mövcuddur, yəni insan əl ilə həmin avadanlığa müdaxilə edilə bilməyən növüdür. Beləliklə tam aydın görünür ki, həmin MMC müasir standartlara cavab verməyən, insan həyatı üçün təhlükəli olan avadanlıqlarla iş fəaliyyətini görmüşdür. Protestdə qeyd olunur ki, aşağı instansiya m əhkəmələri mütəxəssis qismində dindirilmiş T.Abdullayevin ifadəsinə əsaslanaraq baş vermiş hadisədə X8 təqsirinin olmasına dair təhlükəsizlik texnikası ekspertizasının rəylərini nəzərə almamışlar. Dövlət ittihamçısı hesab edir ki, kifayət qədər araşdırılma aparılmadan birinci instansiya məhkəməsi tərəfindən X9 bəraət verilməsinə dair çıxarılmış hökmü və həmin hökmün dəyişdirilmədən saxlanmasına dair apelyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab etmək olmaz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs X5, müdafiəçi T.Məmmədovun və zərərçəkmiş şəxsin hüquqi varisi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə ai d edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, təqsirləndirilən şəxs X4 ittihamda qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli olması təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən Ş.Mirzəyevin barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respub likası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilə r. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. B u mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəx siyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır: “Beləliklə, birinci instansiya məhkəməsində araşdırma zamanı müəy yən edilmişdir ki, işçi texniki təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra həmin qaydalara əməl etməmiş, işçi Zərərçəkmiş şəxs iş prosesi tanış olduğu texniki təhlükəsizlik tələblərinə uyğun olmamışdır. Hadisə də məhz işçinin özünün qaydalarda nəzərdə tutulmuş iş prosesinin düzgün icra etməməsi nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyində tədqiqat nəticəsinin 3-cü hissəsində "xxxx" MC-nin çapdan sonrakı sahədə olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təchiz edilmədiyi, əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olub-olmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid olmadığı göstərilsə də, tədqiqat nəticəsinin 2-ci hissənin birinci bəndində sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təchiz olunmasının mümkün olubolmaması nəzərə alınmadan birbaşa olaraq "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri X7 tərəfindən pozulduğu göstərilmişdir. Yəni ekspert “Tigel A1” formalı kəsim avadanlığına hər hansı (kustar və ya digər) üsulla əlavə təhlükəsizlik qurğularının quraşdırılmasının mümkün olub-olmadığını aydınlaşdırmadan birbaşa çapdan sonrakı sahənin rəhbərinin məsuliyyətini rəyində qeyd etmişdir. Əlavə ekspertizasının təyini zamanı ekspert qarşısına qoyulmuş suallara dair konkret nəticəyə gəlməkdən ötrü cinayət işinin materialları ilə birlikdə məhkəmə istintaqı zamanı dindirilmiş mütəxəssi sinin ifadəsi də təqdim edilmişdir. Lakin ekspert tədqiqat zamanı mütəxəssisinin rəyini nəzərə almamışdır. Halbuki, həmin ifadədə “Tigel Aİ” avadanlığına hər hansı mexaniki üsulla əlavə təhlükəsizlik qurğularının quraşdırılmasının mümkün olmaması barədə açıq aydın qeyd olunmuşdur. Bu baxımdan aparılmış tədqiqat tam və hərtərəfli olmadığından ekspert tərəfindən çapdan sonrakı sahəsinin rəhbəri X5 münasibətdə gəldiyi nəticəni birinci instansiya məhkəməsi obyektiv və əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qi ymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya m əhkəməsi düzgün olaraq X5 bəraət vermişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmalı və ya eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olmalıdır. Göstərilən normanın mənasına görə, bu cinayət əməlinin subyekti xüsusi subyekt olmalıdır, yəni subyektin üzərinə müvafiq normalarla tutduğu vəzifə və fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmalıdır. Həmin şəxslər qismində mülkiyyət fo rmasından və təşkilatı-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın mülkiyyətçisi və rəhbəri, onun müavinləri, baş mühəndislər və baş mütəxəssislər (xüsusən də əmək mühafizəsi üzrə mütəxəssislər) və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsi həvalə olunmuş digər şəxslər çıxış edə bilərlər. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) yuxarıda qeyd olunan xüsusi subyektlər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; 2) texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmasına və ya ölümünə səbəb olmalıdır; 3) texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nətic ə - sağlamlığa ağır və ya az ağır zərər vurulması və ya ölüm arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında əməlin obyektiv cəhətini müəyyənləşdirərkən, əməyin mühafizəsinin məhz hansı norma və qaydalarının pozulması aydınlaşdırılmalı, eyni zamanda əmək mühafizəsi qaydalarının pozulmasında və ictimai təhlükəli nəticələrin baş verməsində zərərçəkmiş şəxsin özünün rolu da aydınlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Belə ki, iş materiallar ında olan cinayət işi üzrə keçirilmiş ekspert rəylərində göstərilmişdir ki, "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003- 91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri X7 tərəfindən pozulduğu qeyd edilmişdir. Eyni zamanda 09 fevral 2022-ci il tarixli 10/652 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının və 05 iyul 2022- ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəylərində çapdan sonrakı sahənin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici səthlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulduğu göstərilmişdir. Həmçinin, 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının nəticə hissəsində "xxxx" MC-nin çapdan sonrakı sahədə olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığını konstruksiyasının təhlükə mənbəyi olan hərəkə tli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təchiz edilmədiyi, əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olub-olmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid olmadığı göstərilmişdir. Eyni zamanda məhkəmə iclasında rəy vermiş ekspert müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş və ekspert rəydə qeyd edilən “istehsalat avadanlıqlarını təhlükəsizlik texnikası tələblərinə uyğun olaraq müvafiq qoruyucu təchizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir” ifadəsinin ümumi qeyd kimi tövsiyə xarakterli olduğunu bildirmişdir. Məhkəmə tərəfindən çapdan sonrakı sahəsində olan «Tigel A1 fo rmalı kəsim avadanlığı» təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb edilmiş və məhkəmənin iclasında mütəxəssis qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də cild və kağız hazırlanma sexində baş mexanik işləyir. “Tigel A-1” dəzgahı ilə tanışdır. “Tigel A-1” avadanlığının hazırda işlədiyi sexdə başqa növü var. İnsan tərəfindən əl ilə həmin avadanlığa müdaxilə edə bilmir, lakin "xxxx" MMC-dəki avadanlıq əl ilə işləyən avadanlıqdır, yəni kağız əl ilə avadanlığa daxil edilir, hesab edir ki, bu nisbətən təhlükəlidir, çünki işçi səhlənkarlıq etsə hadis ə baş verə bilər. “Tigel A-1” avadanlığının işləmə prinsipi ondan ibarətdir ki, avadanlıqda “stop” düymələri olur, avadanlıq tərəfindən kağız qoyulması üçün 10-15 saniyə vaxt qoyulur, daha sonra avadanlıq özü işə düşür. Dəzgahın yanında qol qoyulmalıdır, ona toxunanda maşın dayanır. Lakin həmin avadanlıqda həmin qol aşağıda yerləşir. Ayaq altında isə pedal olmalıdır, "xxxx" MMC-dəki avadanlıqda yoxdur, bunu kustar üsulu ilə həmin avadanlığa əlavə etmək mümkün deyildir, yalnız zavod özü bu formada buraxılış edə bilər. Hal-hazırda "xxxx" MMC-dəki avadanlıqları mətbəəyə gətirsələr, istehsal ili köhnə olduğundan qəbul edilməyəcəkdir. 2005-ci il buraxılışlı dəzgahların işlədilməsini qadağan edən hər hansı normativ hüquqi akt mövcud deyildir. Həmin dəzgah "xxxx" MMC-də 2015-ci ildə quraşdırılmış dır, ola bilər ki, belə hadisə bu zamana qədər baş verməsin, lakin işçi səhlənkarlıq etsə belə hadisələr baş verə bilər. Blokda saniyələri işçi özü quraşdırır, bir saniyədən yarım dəqiqəyə qədər vaxt qoya bilər. Respublikada başqa mətbəələrdə “Tigel A-1” avadanlığının "xxxx" MMC-dəki növünü, yəni əl ilə işləyən növünə rast gəlməyib. Bir neçə mətbəədə də “Tigel A-1” avadanlığını görmüşdür, lakin onlarda insan əl ilə həmin avadanlığa müdaxilə edilə bilməyən növü olmuşdur. Bu avadanlıq iş üçün yararlıdır, lakin işçi öz təhlükəsizliyini təmin etməlidir. İşçi dayanan tərəfdə avadanlığa lazerli “datçik” quraşdırmaq mümkün deyil. Ekspertin fikrincə "xxxx" MMC tərəfindən sonradan avadanlığa əlavə qurğu quraşdırılması mümkündür ki, insan bədəninin ona toxunması istisna olunsun. "xxxx" MMC-dəki avad anlıq 2005-ci il buraxılışıdır, bildirir ki, 2008-ci il buraxılışında bu qurğu quraşdırılmışdır. Lakin artıq zavod avadanlığı istehsal edərkən avadanlığı insan bədəninin ona toxunması istisna edən qurğu ilə təchiz etmişdir. Fikrincə sonradan istehlakçı tərəfindən belə qurğunun avadanlığa quraşdırılması mümkün deyildir. Avadanlığın şəklini görmüşdür, avadanlığın texnikasını bilir, həmin avadanlığa baxış keçirməyinə heç bir ehtiyac yoxdur. Lazerli datçikin həmin avadanlığa quraşdırılması mümkün deyildir. 2005-ci il istehsalı olan avadanlıqların mətbəədə işlədilməsi qadağan olunmamışdır.” Göründüyü kimi məhkəmə istintaqı zamanı çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) isti sna edən təhlükəsizlik qurğuları ilə təmin olunmasının mümkün olmadığı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən “çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə(presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin edilməsi mümkün olmadığından” qeyd edilən ekspert rəyini X5 aid hissədə əsaslı hesab etməməsi və sübut kimi qəbul etməməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab edir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspert rəydə qeyd edilən “istehsalat avadanlıqlarını təhlükəsizlik texnikası tələblərinə uyğun olaraq müvafiq qoruyucu təchizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir” ifadəsinin ümumi qeyd kimi tövsiyə xarakterli olduğunu bildirmiş, həmçinin məhkəmə iclasında dindirilmiş ekspert və mütəxəssis sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının istifadəsinin qadağan olunmadığını bildirmişlər. Həmçinin ekspert məhkəmə iclasında bildirmişdir ki, “Tigel A1” formalı kəsim avadanlığına baxış keçirmiş və avadanlıqda hər hansı nasazlıq olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hadisə Zərərçəkmiş şəxs özünün qaydalarda nəzərdə tutulmuş iş prosesinin düzgün icra etməməsi nəticəsində baş vermişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X5 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq, onun tərəfindən bu qaydaları n pozulmasına dair ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Bu da onun əməlində CM-in 162.2-ci maddəsinin tərkibinin olmasını istisna edir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi tam əsaslı olaraq X5 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. Mürrey Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsasl ığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protesti dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekab r 2022-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin X5 bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar