Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xocavənd Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(069)-9/2023 nömrəli (hakim: Əliyev İlqar Yadulla oğlunun sədrliyi) hökmü ilə xx.xx.1979-cu ildə x rayonu, x kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilməmiş, subay, işləməyən, xxx qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 20 aprel 2023-cü il dən 22 aprel 2023-cü ilədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 sentyabr 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərki bində) 14 dekabr 2023-cü il tarixli 1(106)-764/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tu tulmuş və həmin müddət hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə təyin edilmiş əsas cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, Məhkum üzərindəki nəzarəti Sabirabad rayon İc ra və probasiya şöbəsi həyata keçirməsi, Məhkum barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin ləğv edilməsi və onun, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad olunması qərara alınmış, Xocavənd Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum ona görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmiş və Xocavənd Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir ki, o, satış məq sədilə istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 39,87 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edərək, satışını həyata keçirmək üçün həmin narkotik vasitəni 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram və 4,94 qram şəklində hissələrə bölüb 7 (yeddi) ədəd kibrit qutusunda qablaşdıraraq özünə məxsus “QAZ 3110” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək saxlamış, həmin narkotik vasitəni şəxsiyyəti istintaqla müəyyən edilməyən naməlum şəxsə satmaq üçün 20 aprel 2023-cü il tarixdə özünə məxsus “QAZ 3110” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə kimi daşımış, üzərində narkotik vasitə olması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən o, rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbənin girişində, “Xocavənd AREA İdman Mərkəzi”nin yaxınlığında avtomobilini idarə edərkən saxlanılmış, o, dərhal avtomobildə saxladığı narkotik vasitə qurudulmuş marixuananı götürərək şalvarının alt hissəsində qasıq nahiyəsində gizlədərək saxlamış, bundan sonra o, polis əməkdaşları tərəfindən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən Xocavənd Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 18:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın altında qasıq nahiyəsində qara rəngli sellofan torbanın içərisində saxladığı 7 (yeddi) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram və 4,94 qram, ümumi təmiz çəkisi 39,87 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxış ına təyin edilməlidir. Belə ki, Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Məhkum əməli məhkəmə tərəfindən əsassız olaraq CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə nət icəyə gələrkən qəbul etdiyi sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmamışdır. İşin obyektiv hallarına əsasən, təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 39,87 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək, satışını həyata keçirmək üçün həmin narkotik vasitəni 6,47 qram, 4,94 qram, 5,83 qram, 6,16 qram, 5,92 qram, 5,61 qram və 4,94 qram şəklində hissələrə bölüb 7 (yeddi) ədəd kibrit qutusunda aşkar olunması, onun guya narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini təkzib etməklə yanaşı, həmçinin həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə edib, saxladığını təsdiq edən haldır. Odur ki, göstər ilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kolleg iyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müv afiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsul iyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh ed ilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırıl ır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin ed ilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən e tdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmış, lakin sonradan işə baxan apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarl a və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Əksinə cinayət işinin materiallarında olan 22 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında qərardan görünür ki, Məhkum məxsus “Samsung Galaxy A 11” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək heç nə aşkar edilməmişdir. Baxış zamanı mobil telefonların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. O cümlədən, işin materiallarında olan "xxxx" MMC-nin 30 may 2023-cü il tarixli 2023-cü il tarixli 12328 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus olan ********* saylı nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və hal-hazırki abunəçilərə dair məlumat Xocavənd RPŞ-yə göndərilmişdir. Eyni zamanda "xxxx" MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatının aparılmadığı bildirilmişdir. Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində təqsirləndirilən şəxs Məhkum üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatının daxil olması, o cümlədə n iş materiallarında olan əməliyyat-axtarış tədbirləri haqqında qərarın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitə satması məsələsinin müəyyən edilməsi qeyd olunsa da, müstəntiqin əməliyyat tapşırığına əsasən onlar tərəfindən təqsirləndirilənin narkotik vasitə satmasının müəyyən olunmamasını, yəni narkotik vasitə satdığı şəxslərin müəyyən edilməməsini, əməliyyat məlumatının təqsirləndirilənin üzərində narkotik vasitələr gəzdirməsi barədə olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2, Şahid5 və Şahid6 da Şahid1 “x rayonu, x kənd sakini Məhkum qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Xocavənd RPŞ-nin rəh bərliyindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınması” barədə ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarından aydın olur ki, Şahid1, Şahid3, Şahid4, Şahid2, Şahid5 və Şahid6 iş üzrə oxşar məzmunlu ifadələrinə əsasən Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmadığı, onun yalnız qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirmiş, onun satış niyyətini və ya məqsədini müəyyən edən hər hansı bir əhəmiyyətli halla bağl ı ifadə verməmişlər və ifadələrində Məhkum marixuananı haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilsə də hər hansı mötəbər sübutun əldə edilmədiyi, keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların əldə olunmadığı (əməliyyat tapşırığına alınmış cavab məktubları (18 may 2023-cü il tarixli məktub – cild İ. iş vərəqi 123; 13 iyun 2023-cü il tarixli məktub – cild 2. iş vərəqi 10)) qeyd edilmişdir. Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə elаn edilmiş ittihаm üzrə, üzərindən aşkar olunmuş 7 ədəd kibrit qutusunda olan marixuana narkotik vasitəsini avtomobilinin təkərini dəyişən zaman yolun kənarında qara rəngli sellofan torba tapdığını və şəxsi istehlakı üçün avtomobilinin qoltuqaltı hissəsində saxladığını və satışı ilə məşğul olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum “narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi” barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqib inin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş narkotik vasitənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bel ə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilmədiyindən və narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilmədiyindən, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin 7 (yeddi) ədəd kibrit qutusunda saxlanılması, ümumiyyətlə narkotik vasitənin çox saylı xırda bağlamalara bükülməsi halı haqlı olaraq sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasına əsas verən hal kimi qəbul olunmamışdır. O cümlədən, iş üzrə dindirilmiş şahi dlərdən də heç biri Məhkum narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Müəyyən olunmuşdur ki, Məhkum aşkar edilmiş narkotik vasitəni satacağı şəxsin və ya şəxslərin müəyyən edilməməsi, bununla əlaqədar hər hansı razılaşmanın olmaması, narkotik vasitələrin satılması ilə bağlı telefon məlumatlarının aşkar edilməməsi Məhkum tərəfindən həmin narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyi barədə nəticəyə gəlinməsinə əsasdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzg ün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) i ş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1103/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver