Məhkəmə qərarları › İş №1(102)-1103/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1103/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1103/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, bəraət almış şəxs X10 və bəraət almış şəxsin müdafiəçisi X6 iştirakları ilə xx.xx.1974-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, i şləməyən, məhkum olunmamış, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, mənzil 23-də yaşayan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 143-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2303/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-42/2024 nömrəli 9 avqust 20 24-cü il tarixli hökmü ilə (sədrlik edən B.Pənahov) X14 Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə və birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2303/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.C.Qarayeva (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 9 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə verilmiş ittihama əsasən, o, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərər çəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərər çəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etməmişdir. Belə ki, 2019-cu ilin sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, mənzil 23-də yaşayan və uzun müddət hipertoniya, serebral ateroskleroz və digər növ xəstəliklərdən əziyyət çəkən 1942-ci il təvə llüdlü xəstə X7 ömrünün sonuna kimi baxacağına və qulluq göstərəcəyinə dair üzərinə öhdəlik götürüb bununla bağlı R.Muxtarovaya vəd verdikdən sonra həmin öhdəliyin qarşısında R.Muxtarovadan onun adına olan bütün daşınar və daşınmaz əmlaklarla bağlı 41 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş 15 fevral 2020ci il tarixli vəsiyyətnaməni əldə etdikdən sonra öz ailəsi ilə birlikdə R.Muxtarovaya məxsus mənzilə köçərək həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan ahıl R.Muxtarovanı bilə-bilə köməksiz qoyaraq birlikdə yaşadıqları dövr ərzində qayğısına qalmalı olduğu halda lazımi və mütəmadi qulluq göstərməyib təhlükədə qoymaqla Ruşanya Muxtarovanın yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofik yaraları və piodermiyası səbəbindən inkişaf edən orqanizmin septiki intoksikasiyası səbəbindən 11 dekabr 2022-ci il tarixdə vəfat etməsinə səbəb olmuşdur. Kassasiya protestinin və kassiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, X3 həyatı təhlükəli vəziyyətdə olduğundan özü-özünə xidmət göstərə bilməmişdir. Təqsirləndirilən şəxs Ahilə Məmmədovaya münasibətdə isə cinayət tərkibinin elementi olaraq qeyd etmək lazımdir ki, sonuncu hər hansı bir təhlükədə olmamış, Rusanva Muxtarovava xidmət göstərmək iqtidarında olmuş, o cümlədən is üzrə mü lki-hüquqi münasibətlərə əsasən ona vardım göstərməyə borclu şəxs olmuşdur. Ona görə də Ahilə Məmmədova birdəfəlik yox, uzunmüddətli baxımsızlıq nəticəsində yaranmış yaraları təbii ki, görə bilərdi və görməli idi, lakin o, bunu gördüyü halda, qəsdən bilə-bilə kömək göstərməməsinin nəticəsidir ki, qeyd olunan varalar inkişaf etmiş və axırda kompleks səkildə Rusanva Muxtarovanın ölümünə səbəb olmuşdur. Hər iki məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 130 nömrəli rəyi və komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, KEŞ-121 nömrəli rəyində X8 sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaralar və piodermiyanın olması, bunların nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyası baş verməsi və bunun onun ölümü nə səbəb olması, meyitin bədəni üzərində olan yaraların sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 eksperti X19 ifadəsində göstərmişdir ki, Ruşanya Muxtarovanın ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaralarıdır və bu da onun sağlığında lazımi qulluğun olmaması ilə bağlıdır. Yataq xəstəsində yaranın əmələ gəlməsinin səbəbləri bunlardır: dərinin səthi, dərinin alt təbəqəsinin piy toxuması, əzələ və qanqrena. Yataq xəstələrində yaranın neçə günə əmələ gəlməsi, xəstənin yaşından, qidalanmasından, yanakı xəstəliklərindən, immunitet sistemindən və s. asılıdır. Belə olan hal da xəstəyə lazımi qulluq tələb edilir. Göründüyü kimi, ekspertlər rəylərində və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Ruşanya Muxtarovada qanqrenanın və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaraların məhz lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar yaranmasını bildirmişlər. Ruşanya Muxtarovada aşkar olunmuş qanqrena və yaralar onun əvvəllər əziyyət çəkdiyi hipertoniya və digər xəstəliklərin nəticəsi ola bilməzdi. Bu məhz uzunmüddətli yataqda hərəkətsiz qalmasının, bədən üzvlərinin uzun müddət əşya ilə təmasının nəticəsi olaraq formalaşmışdır ki, bunun da uzun müddət qulluqsuz olması, qulluqdan kənar qalması həmin xəstəliyin davam olmasına səbəb olmuşdur. Göründüyü kimi, Ruşanya Muxtarovanın ümumi xəstəlikləri ilə qanqrena və yaralar arasında heç bir səbəbli əlaqə olmamışdır. Bu da bir daha qanqrena və yaraların məhz baxımsızlıq nəticəsində əmələ gəlməsini göstərir. Ahilə X9n Zərərçəkmiş şəxs adlı qohumunun olmasını, hətta sonuncunun həmin ünvanda qeydiyyatda olmasını nəzərə almamış, Ruşanya Muxtarova isə yaşlı və xəstə (əsasən də alsqeymer, serebral ateroskleroz, yəni yaddaşsızlıq xəstəliklərindən əziyyət çəkmişdir) olduğu halda, ona məxsus mənzilin Ahilə Məmmədovaya verilməsi barədə notariat kontorunda iki nəfər qonşunun iştirakı ilə vəsiyyətnamə yazmışdır. Bu fikirlər Ahilə Məmmədovanın ilk günlərdən Ruşanya Muxtarovaya baxmaq niyyəti olmadığını, onun məqsədli şəkildə R.Muxtarovanın səhhətinin pisləşməsinə laqeydliyinin bariz nümunəsi olduğunu deməyə əsas verir. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikay ətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hər iki instansiya məhkəməsi özünün əsassız, qanunsuz və eləcə də ədalətsiz hökmünü öz şəxsi mülahizəsi və ehtimalı ilə əsaslandımağa çalışarkən hökmdə göstərmişdir ki “X4 ölümünü birbaşa tibbi biliyi və təcrübəsi olmayan Ahilə Məmmədova ilə əlaqələndirilməsi düzgün olmazdı. Çünki, o, bacardığı və düşündüyü qədər lazımi tədbirləri görmüş və ya görməyə çalışmışdır. Bu səbəbdən də ekspert rəylərində göstərilənlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil”. Göründüyü kimi hər iki instansiya məhkəməsi xüsusi biliyə malik olan ekspertlərin verdiyi rəyini əsas sız, özünün şəxsi ehtimalını və mülahizəsini ittihamın əsassız olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə istintaqı zamanı “Respublika Təcili və X12 Mərkəzi” X30 8 nömrəli bölməsinin həkimi Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə çağırışla bağlı Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 18, mənzil 23-ə getmiş, orada yataq xəstəsi olan yaşlı qadının əllərində şişkinlik, qolunda yara izlərini görmüşdür. Bu izlərə trofik yazva deyilir, adətən bu izlər ayaqlarda olur, o, bunu birinci dəfə əllərdə görürdü. Bu yaralar əsasən şəkərli diabet xəstələrində olur. Xəstənin poliklinikada sahə həkiminə göstərilməsini məsləhət bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X30 xx.xx.2023-cü il tarixli 130 nömrəli rəyində qeyd olunur ki, 1942-ci il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilməmiş, onun ölümünün səbəbi sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyası (sepsisemiyası) olmuşdur. R.S.Muxtarovnanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 12:15-də) 24-36 saat əvvəl olmuş, bədənində olan çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaraları, piodermiyanı nəzərə alaraq demək olar ki, R.S.Muxtarovnanın sağlığında mütəmadi və sistematik şəkildə lazımi qulluğun olunması az inandırıcıdır (İ cild, i.v. 63-69). xx.xx.2023-cü il tarixli KEŞ-121 nömrəli rəyinə əsa sən 1942-ci il təvəllüdlü X4 ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksiyalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyasının (sepsisemiyası) olduğu müəyyən edilmişdir. Meyitin bədəni üzərində olan yaralar sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar olmuşdur. X5 həvatı təhlükəli vəziyyətdə olduğundan özü-özünə xidmət göstərə bilməmişdir. Təqsirləndirilən səxs Ahilə Məmmədovaya münasibətdə isə cinayət tərkibinin elementi olaraq qeyd etmək lazımdir ki, sonuncu hər hansı bir təhlükədə olmamış, Rusanya Muxtarovaya xidmət göstərmək iqtidarında olmuş, o cümlədən is üzrə mülki-hüquqi münasibətlərə əsasən ona yardım göstərməyə borclu səxs olmuşdur. Ona görə də Ahilə Məmmədova bird əfəlik yox, uzunmüddətli baxımsızlıq nəticəsində yaranmış yaraları təbii ki, görə bilərdi və görməli idi, lakin o, bunu gördüyü halda, qəsdən bilə-bilə kömək göstərməməsinin nəticəsidir ki, qeyd olunan yaralar inkişaf etmiş və axırda kompleks səkildə Ruşanya Muxtarovanın ölümünə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi özünün əsassız və ədalətsiz qərarında göstərir ki, “məhkəmədə tədqiq edilmiş dəlillərlə təqsirləndirilən şəxs X10 zərər çəkmiş şəxs X4 qonşusu olduğuna görə ona qayğı göstərmək vəzifəsinin olmasını təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübut müəyyən edilməmişdir. Həmçinin belə bir vəzifənin olması hüquqi xarakterli sənəd olan vəsiyyətnamədə də nəzərdə tutulmamışdır”. Halbuki, məhkəməyə çağırılmasına baxmayaraq Şahid3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, o, 2005-ci ildən Bakı şəhəri 41 nömrəli notariat kontorunda notarius işləyir. 2020-ci ilin fevral ayında X13, sonuncunun baxıcısı Ahilə Məmmədova və bir nəfər vəkil kimi özünü təqdim edən şəxs notariat kontoruna gəlmişlər. X21 ömrünün sonunadək qulluq etmək şərti ilə yaşadığı mənzili bağışlamaq istədiyini demişlər. O, onlara mənzildə qeydiyyatda olan şəxslərin buna razılığının olması barədə sənəd gətirməli olduqlarını izah etmişdir. Lakin onlar həmin mənzildə Ruşanyanın baldızının qeydiyyatda olduğunu və hansısa səbəbdən razılıq ərizəsini təqdim edə bilmədiklərini demişlər. O, razılıq ərizəsini gətirməsələr, ömürlük renta müqaviləsini bağlamaq mümkün olmadığını bild irmişdir. Bir neçə müddət sonra Ruşanya, Ahilə və onların yanında bir nəfər özünü hüquqşünas kimi təqdim edən bir nəfər şəxs gəlmiş və Ruşanyanın Ahiləyə vəsiyyətnamə vermək istədiyini bildirmişlər. O, yenə Ruşanyadan övladının olub-olmadığını soruşmuşdur. Ruşanya uşaqlarının da, ərinin də vəfat etdiyini, heç bir yaxın qohum-əqrabasının olmadığını, Ahilənin ona ömrünün sonuna kimi baxacağını və mənzilin Ahiləyə qalmasını istədiyini demişdir. O, Ruşanyaya öz xətti ilə vəsiyyətnamə blankında vəsiyyətnamə yazmasını təklif etmiş, lakin Ruşanya yazı yaza bilmədiyini demişdir. Buna görə də o, Ruşanyanın öz iradəsi ilə vəsiyyətnamə verdiyinin təsdiqi məqsədilə iki nəfər qonşulardan şahid gətirmələrini demişdir. 15 fevral 2020-ci il tarixdə onlar iki nəfər - X25 və Şahid1 şahid kimi gətirmişlər. V əsiyyətnaməni Ruşanya imzalayandan sonra şahidlər də öz imzalarını atmışlar. Bir müddət sonra Ahilə bir nəfər vəkili kimi özünü təqdim edən cavan oğlanla kontora gəlmiş və vəsiyyətnaməni təqdim edib vərəsəlik işi açılmasını tələb etmişlər. O, vəsiyyətnaməni götürüb onun qüvvədə olubolmamadığını yoxlamış və şəxsin ölüm haqqında şəhadətnaməni təqdim etmələrini tələb etmişdir. Onlar ölüm haqqında şəhadənaməni itirdiklərini demiş, sistemdə onun mövcud olduğunu bildirmişlər. O, sistemin onlar üçün olduğunu, gedib şəhadətnamənin əslini gətirmələrini onlara izah etmişdir. Bir neçə gündən sonra onlar yenidən gəlmiş və təkrar alınmış 29 mart 2023-cü il tarixli AZ-İT Ns30619 nömrəli ölüm haqqında şəhadətnaməni ona təqdim etmişlər. Bundan əlavə mənzildə X16 Muxtarova ilə birlikdə həmin mənzildə fakti ki yaşaması barədə, eləcə də Zərərçəkmiş şəxs qeydiyyatda olması barədə arayışları təqdim etmişlər. O, Ahilə Məmmədovanın 6 aprel 2023-cü il tarixdə rəsmi qaydada vəsiyyətnamə ilə bağlı vərəsəliyi faktiki qəbul etməsi haqqında ərizəsini qəbul edib vərəsəlik işini açmışdır. Həmin ərizəsində Ahilə Məmmədova özündən başqa vərəsənin olmadığını bildirmişdir (İ cild, i.v.147-149). Göründüyü kimi məhkəmə kollegiyası şahid 41 nömrəli notariat ofisinin notariusu Şahid3 “Ahilənin ona ömrünün sonuna kimi baxacağını və mənzilin Ahiləyə qalmasını istədiyini demişdir” kimi ifadəsində göstərdiyi dəlilləri nəzərdən qaçırmış, bu kimi iş üçün vacib əhəmiyyətli dəlilərə hüquqi qiymət verməmişdir. Halbuki, şahid notarisun bu ifadəsi ilə təsdiq edilir ki, məhrumun Ahilə Məmmədovaya mənzili vəsiyyət etməkdə m əqsədi ömrünün sonunacan ona baxması müqabilində olmuşdur. Lakin notarisun bildirdiyi kimi həmin mənzildə qeydiyyatda olan zərər çəkmişin hüquqi varisinin razılığı olmadığından Ahilə Məmmədova başqa varianta əl ataraq nəyin bahasına olursa olsun mənzili ələ keçirməyə nail olmuşdur. Lakin üzərinə götürdüyü öhdəliyi vicdanla yerinə yetirmək əvəzinə köməksiz vəziyyətdə olan məhruma qəsdən köməklik göstərməmiş və onun ölümünü tezləşdirməklə öz çirkin niyyətini həyata keçirmişdir. Lakin hər iki instansiya məhkəməsi bu kimi vacib əhəmiyyəti olan faktiki halları nəzərdən qaçımaqla cinatət törətmiş şəxsə ədalətsiz olaraq bəraət vermişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiy a protestinin və şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs A.Məmmədovanın, müdafiəçisi E.İsayevin və kassasiya protestinin və şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri eynidir, həm protest, həm də şikayətdə iş üzrə yeni apellyasiya baxışın ın təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 143-cü maddəsində “həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərər çəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərər çəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə” əməli nəzərdə tutulmuşdur və həmin əməl: “min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işl əri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutet mə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hans ı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı ş əxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında t ədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, X20 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 18 nömrəli binanın birinci mərtəbəsində ailəsi ilə birlikdə kirayə qalarkən həmin binanın ikinci mərtəbəsində yerləşən mənzil 23-də tək və tənha yaşayan yaşlı X7 2019-cu ilin sonlarından baxmağa başlamış, R.Muxtarova isə ona öz mənzilini vəsiyyət etmişdir. Tibbi sənədlərdən də görünür ki, A.X9 2020-2022-ci illər ərzində tibbi müayinələrdən keçirmiş, onun səhhəti pisləşəndə ona bir neçə dəfə təcili tibbi yardım çağırmışdır. Hətta sonuncunun 10-11 dekabr 2022-ci il tarixlərində halının yaxşılaşmadığını görüb A.Məmmədova onun üçün üç dəfə təcili tibbi yardım xidmətini dəvət etmiş, ilk iki çağırışa gələn tibb heyəti R.Muxtarovanı müayinə edərək ona iynələr vurmuş və sonuncunu xəstəxanaya yerləşdirilməsini zəruri olmadığını bildirərək onu poliklinikaya aparılmasını məsləhət bilmişlər. Hər iki halda tərtib edilmiş sahə həkiminin xəbərdarlıq vərəqələrində X4 bədənində xəsarətin, qaralmaların, o cümlədən qanqrenanın olmasına dair qeydlər mövcud deyildir. Aşağı instansiya məhkəmələrində tədqiq edilmiş ekspert rəylərində X4 ölümünə səbəb sağ yuxarı ətrafın qanqrenası və bədənin çoxnömrəli iri ölçülü infeksi yalaşmış trofiki yaraları və piodermiyası nəticəsində inkişaf edən orqanizmin septiki intoksikasiyasının (sepsisemiyası) olduğu göstərilmiş və bu yaraların sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlıq ilə əlaqədar olması vurğulanmışdır. Lakin rəylərdə bu yaraların yaranma vaxtı müəyyən edilməmiş, habelə heç bir elmi mənbəyə istinad olunmadan hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi göstərilməmişdir. Həmçinin məhkəmə qərarlarından görünür ki, bununla əlaqədar məhkəmədə ifadələri alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 ekspertləri Cavid Cahangirli və Rafik Nuriyev öz ifadələrində belə yaraların əmələ gəlməsinin şəxsin sağlığında lazımi qulluğun olmaması, eləcə də baxımsızlığı ilə əlaqəl əndirərək bu yaraların xəstənin yaşından, qidalanmasından, yanakı xəstəliklərindən, immunitet sistemindən, orqanizmin fərdi xüsusiyyətlərindən və s. faktorlardan asılı olmasını bildirsələr də, onların şəxsin ölümündən əvvəl hansı müddət kəsiyində (daha tez və ya bir neçə gün ərzində) yarana biləcəyinə dair sualları qəti şəkildə cavablandıra bilməmiş, ancaq qanqrenanın ölümdən sonra əmələ gəlməsinin adətən mümkün olmadığını söyləmiş, lakin ətrafda gedən trofiki pozğunluğun durğunluqla bağlı yarandığından mikrobların inkişafı üçün ölüm baş verdikdən sonra belə qanqrenanın yaranması üzrə real şəraitin yaranmasını da inkar etməmişlər. O cümlədən məhkəmə qərarlarında müəyyən olunmuşdur ki, yaşlı olan şəxslərdə qidalanmanın pozulması, immunitet zəifliyi, durğunluq və s. faktorlar nəticəsində bəd əndə trofiki yaralar əmələ gələ bilir və onları müalicə edərək tam sağalması da qeyd olunan əlamərlətdən asılıdır, bununla bağlı da toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (qanqrena) həm şəxsin ölümündən bir və ya bir neçə gün əvvəl, habelə ətrafda gedən trofiki pozğunluğun durğunluqla bağlı yarandığından mikrobların inkişafı üçün ölüm baş verdikdən sonra da yarana bilər. Ancaq, hazırki işdə məsələ ondan ibarətdir ki, Ahilə Məmmədova tibb işçisi olmadığından və bu sahədə təcrübəyə yiyələnmədiyindən X1q etmiş, onun səhhətində problemlər olarkən mümkün qədər onu həkimlərə aparıb müayinə etdirmiş, təxirəsalınmaz hallarda təcili tibbi yardım çağırmışdır. Hətta son günlərdə çağırışa gələn təcili tibbi yardım xidməti işciləri R.Muxtarovaya müvafiq köməklik göstərsələr də, onu xə stəxanaya yerləşdirməsini məsləhət bilməmiş və beləliklə prosesin qarşısını almaq mümkün olmayaraq yaşla əlaqədar inkişaf edən bu patoloji proses nəticəsində ölüm baş vermişdir. Belə olan halda isə X4 ölümünü birbaşa tibbi biliyi və təcrübəsi olmayan Ahilə Məmmədova ilə əlaqələndirilməsi düzgün olmazdı. Çünki o, bacardığı və düşündüyü qədər lazımi tədbirləri görmüş və ya görməyə çalışmışdır. Bu səbəbdən də ekspert rəylərində göstərilənlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayarkən öz qərarını belə əsaslandırmışdır ki, Məhmmədova Ahilə təqsirləndirildiyi maddənin subyekti deyildir. CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni, təqsirkar zərə r çəkmiş şəxsin həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olduğunu, ona qayğı göstərməyə borclu olduğunu və bunun üçün real imkana malik olduğunu dərk edir, lakin onu belə köməksiz vəziyyətdə qoymağı arzu edir. Şərh edilən cinayətin obyektiv cəhəti isə təqsirkar şəxsin hərəkətsizliyini - həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan şəxsə kömək göstərməməsini nəzərdə tutmuşdur. Təfsir edilən normanın dispozisiyası cinayətin subyektinin zərər çəkmiş şəxsə kömək göstərmək vəzifəsinin mövcudluğunun iki əsasını nəzərdə tutmuşdur: 1-cisi təqsirkarın köməksiz vəziyyətdə qalan şəxsə qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması. Belə vəzifə təqsirkarla zərərçəkmişin qohumluq münasibətindən və ya hüquqi xarakterli digər müna sibətlərdən irəli gələ bilər; 2-cisi isə təqsirkarın zərər çəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona qayğı göstərmək vəzifəsinin yaranmasından əmələ gələ bilər. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, aşağı instansiya məhkəmələrində tədqiq edilmiş dəlillərlə X10 zərər çəkmiş şəxs X4 qonşusu olduğuna görə ona qayğı göstərmək vəzifəsinin olmasını təsdiq edən heç bir mötəbər və təkzibedilməz sübut müəyyən edilməmişdir. Həmçinin belə bir vəzifənin olması hüquqi xarakterli sənəd olan vəsiyyətnamədə də nəzərdə tutulmamışdır. Kassasiya kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istin taqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutl ar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq X14 bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü qüvvədə saxlamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X11rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edi lməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhk əməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq A.Məmmədovanın təqsirliliyi sübut edilməməsi əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğvi ilə əlaqədar ir əli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfində verilmiş kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs X20 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar