Məhkəmə qərarları › İş №1(102)-1104/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1104/2019

04.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə 10 mart 1990-cı il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hal hazırda həbsdə ol an Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: N.F.Quliyev (sədrlik edən), R.M.Cəfərov və O.Y.Cəlilov) Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.5, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 180.2.2 və 180.2.4-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplama q yolu ilə Məhkum qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), İ.H.Əhmədov və F.K.Soltanov) 15 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-nin 181.2.5, 180.2.2 və 180.2.4-cü maddələri ilə istinad edilən cinayət əməlləri həmin maddələrdən CM-nin 180.2.2 və 180.2.4-cü maddələrə tövsif edilmişdir. Məhkum əməlində cinayətin residivinin olmasına dair müddəalar xaric edilməklə, 5 (beş) il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 06 fevral 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, «20 Yanvar» dairəsi yaxınlığında tanış olduğu Zərərçəkmiş şəxs1 mobil telefon almaq istədiyini bilib, özündə olan «Samsung» markalı mobil telefonu aralarında olan şifahi razılığa əsasən Zərərçəkmiş şəxs1 60 manata satmaq qərarına gələrək, sonuncudan 2 ədəd 50 manatlıq əskinaslardan ibarət cəmi 100 manat pul alıb, 40 manat qalıq pulu qaytarmaq məqsədi ilə yaxınlıqda olan mağazalarda pulu xırdalamağa çalışmış, lakin pulu xırdalaya bilmədikdə, öz şəxsiyyət vəsiqəsinin surətini Zərərçəkmiş şəxs1 verərək, bir müddət sonra görüşüb 40 manat pulunu qaytaracağını söz verib, Yasamal rayonu ərazisinə getmiş, həmin gün Zərərçəkmiş şəxs1 ona zəng vurub 40 manat pulunu tələb etdikdə, tamah niyyətilə, sonuncuya satdığı “Samsung” markalı özgənin əmlakı olan mobil telefonu quldurluq yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə 06 fevral 2016-cı il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 görüşə çağırmış, onunla Bakı şəhəri, **************************** saylı binanın qarşısında görüşüb, binaların arasına keçdikdə özündə olan, zərər çəkmiş şəxsin gördüyü, lakin istintaq yolu ilə əldə edilməsi mümkün olmayan tapançaya bənzər aləti silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs1 üzərinə çıxarıb, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib mobil telefonu Zərərçəkmiş şəxs1 əlindən almış, tapançanı görən Zərərçəkmiş şəxs1 həyatı üçün real təhlükə yaranacağını başa düşərək, qorxub Məhkum kənara itə ləyib qaçmaq istədikdə, sonuncu Zərərçəkmiş şəxs1 yanına çağırmış və özündə olan tapançaya bənzər alətlə Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlib, sonuncuya verdiyi şəxsiyyət vəsiqəsinin surətini götürüb cıraraq, hadisə yerindən uzaqlaşmaqla zərər çəkmiş şəxsin 60 manat dəyərində olan özgənin əmlakını hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə silah qismində tapança tətbiq etməklə bağlı basqın edib ələ keçirməklə qulduruq etmişdir. Bundan başqa, o, 17 fevral 2016-cı il tarixdə, saat 12 radələrində Şirvan şəhəri, ******************** küçəsində yerləşən «Səməd Vurğun» parkında olarkən, həmin parkda hərəkətdə olan Şirvan şəhəri, *********************** yaşayan Zərərçəkmiş şəxs2 əlində pul olduğunu görüb, tamah niyyətilə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaq qərarına gələrək bu məqsədlə sonuncuya yaxınlaşaraq, zorla pulları Zərərçəkmiş şəxs2 əlindən almaq istəmiş, lakin sonuncu ona müqavimət göstərdikdə, yumruqla sifət nahiyəsindən zərbə ilə vurub ona burnunun qançırı, üst dodağının sol tərəfinin qançırı və uyğun olaraq selikli qişasında qansızmadan ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, onun əlində olan pulunu açıq şəkildə talamaqla, təkrarən zərərçəkmiş şəxsə 230 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum verdiyi kassasiya şikayətində qeyd edir ki, Şirvan Apellya siya Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və CM-nin 21-ci maddəsinə əsasən ona bəraət verilməsinə dair yeni qərar çıxarılmasını xahiş edir. Məhkum hesab edir ki, barəsində qəbul edilmiş qərarlar qeyri-obyektiv və ədalətsizdir. Belə ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan faktlar sübuta yetirilməmiş və ən əsası əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Məhkum kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiya məhkəməsi onu etmədiyi əmələ görə məhkum etmiş və cəzanın təsirindən uzun müddət 1 saylı Respublika Psixiatrık Dispanserində qeydiyyatda olmağını nəzərə almamışdır. Həmçinin onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməsinə baxm ayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən bu hal da nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R6, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və y alnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə Məhkum təqsirləndirildiyi CM-in 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayətə heç bir aidiyyətinin olmaması bildirilir və əsassız məhkum edilməsi mübahisələndirilir. Bununl a əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir ş übhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tamah niyyəti ilə zərərçəkmiş şəxslərin əmlakını soyğunçuluq yolu ilə ələ keçirilməsi iş materiallarında olan, i btidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və şahidlər Ş6, Zərərçəkmiş şəxs2 və 8 ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, stasionar məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2016-cı il tarixli, 110 saylı rəyində göstərilmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Bununla yanaşı qeyd olunmalıdır ki, Məhkum müəyyən edilən üzvi şəxsiyyət pozuntusu onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmə k və onları tam idarə etmək iqtidarında deyildir. Buna görə də Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddənin təsiri altına düşür. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir.” Məhkəmə kоllеgi yаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını və cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallar kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyə ti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Mə hkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar