Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərşəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə Cəlilabad Rayon Məhkəmə sinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Elxan Əli oğlu) xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünv anında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-ü maddəsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq,cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2001-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi,e v 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1,177,2,3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasınaməhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi), Camalov Etibar Əli oğluvə Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmiş, Cəli labad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək03 (üç) il 06 (altı)ay müddətə azadlıqdan məhrumetmə cəzasınaməhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə olduğu 05 ay ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş,CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 xx xxxxxx 2019-cu ildən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay ona təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan qərarından Zərərçəkmiş şəxs və Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 qohumu Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmamasını Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu X1 Məhkum2 telefon vasitəsilə əlaqə saxlayaraq dəqiqləşdirdikdən sonra oğurluq etmək məqsədilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən cinayətkar qrupun üzvü Məhkum2 ətrafı müşahidə etməsi üçün evin yaxınlığında gözləmiş, özü isə həmin evə pəncərədən qanunsuz daxil olmaqla, evin zirzəmisində gizlədilmiş şüşə balonun içərisində olan qiyməti 1912 manat olan 23.9 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl üzüyü, qiyməti 1430 manat olan 28.6 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl kişi üzüyünü, qiyməti 3284 manat olan 47.8 qram çəkidə üzərində brilyant qaşları olan 1 ədəd qızıl aralığı, qiyməti 3280 manat olan 41 qram çəkidə bir ədəd “nargilə” deyilən qızıl boyunbağını, qiyməti 1470 manat olan 29.4 qram çəkidə və qiy məti 1920 manat olan 38.4 qram çəkidə 2 ədəd qızıl boyunbağını, qiyməti 2100 manat olan 3 ədəd qızıl “onluğa” oxşar Rusiya Federasiyasına məxsus qızıl pulu, qiyməti 2890 manat olan 57.8 qram çəkidə qızıl komplekti, qiyməti 385 manat olan birlikdə 7.7 qram çəkidə olan 1 ədəd qızıl aralıq və 2 ədəd qızıl sırğanı, qiyməti 408 manat olan 6.08 qram çəkidə üzərində “Ay-ulduz” şəkili əks etdirilmiş qızıl aralığı, qiyməti 275 manat olan 5.5 qram çəkidə qızıl sırğanı, qiyməti 1928 manat olan 24 qram çəkidə 2 ədəd sırğa və 1 ədəd aralıqdan ibarət olan qızıl komplekti, qiyməti ümumilikdə 3850 manat olan 65 qram çəkidə 13 ədəd müxtəlif formalı qızıl qadın üzüyünü, qiyməti ümumilikdə 875 manat olan 17.5 qram çəkidə biri brilyant qaşlı olmaqla 2 ədəd qızıl kişi üzüyünü, qiyməti 490 manat olan 9.8 qram ç əkidə 1 ədəd qızıl sırğa komplektini, qiyməti ümumilikdə 768 manat olan 9.6 qram çəkidə qızıl sırğa və aralıq komplektini, qiyməti ümumilikdə 10850 manat olan 31 ədəd qızıl beşliyi, qiyməti 1000 manat olan 1 ədəd “7,5lik” deyilən qızılı, qiyməti 2100 manat olan 3 ədəd qızıl “onluğu”, qiyməti 1200 manat olan 15 qram çəkidə bir ədəd qızıl klonla birlikdə qızıl sepi, cəmi 42415 manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkum2 yetkinlik yaşına çatmadığı dövrdə yəni, xx xxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmamasını Zərərçəkmiş şəxs yetklinlik yaşına çatmayan xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu X1 telef on vasitəsilə əlaqə saxlayaraq dəqiqləşdirdikdən sonra oğurluq etmək məqsədi ilə qohumu Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən ətrafı müşahidə etməsi üçün evin yaxınlığında gözləmiş, cinayətkar qrupun digər üzvü Məhkum1 isə həmin evə pəncərədən qanunsuz daxil olmaqla, evin zirzəmisində gizlədilmiş şüşə balonun içərisində olan qiyməti 1912 manat olan 23.9 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl üzüyü, qiyməti 1430 manat olan 28.6 qram çəkidə 1 ədəd brilyant qaşlı qızıl kişi üzüyünü, qiyməti 3284 manat olan 47.8 qram çəkidə üzərində brilyant qaşları olan 1 ədəd qızıl aralığı, qiyməti 3280 manat olan 41 qram çəkidə bir ədəd “nargilə” deyilən qızıl boyunbağını, qiyməti 1470 manat olan 29.4 qram çəkidə və qiyməti 1920 manat olan 38.4 qram çəkidə 2 ədəd qızıl boyunbağını, qiyməti 2100 manat olan 3 ədəd qızıl “onluğa" oxşar Rusiya Federasiyasına məxsus qızıl pulu, qiyməti 2890 manat olan 57.8 qram çəkidə qızıl komplekti, qiyməti 385 manat olan birlikdə 7.7 qram çəkidə olan 1 ədəd qızıl aralıq və 2 ədəd qızıl sırğanı, qiyməti 408 manat olan 6.08 qram çəkidə üzərində “Ay-ulduz” şəkili əks etdirilmiş qızıl aralığı, qiyməti 275 manat olan 5.5 qram çəkidə qızıl sırğanı, qiyməti 1928 manat olan 24 qram çəkidə 2 ədəd sırğa və 1 ədəd aralıqdan ibarət olan qızıl komplekti, qiyməti ümumilikdə 3850 manat olan 65 qram çəkidə 13 ədəd müxtəlif formalı qızıl qadın üzüyünü, qiyməti ümumilikdə 875 manat olan 17.5 qram çəkidə biri brilyant qaşlı olmaqla 2 ədəd qızıl kişi üzüyünü, qiyməti 490 manat olan 9.8 qram çəkidə 1 ədəd qızıl sırğa komplektini, qiyməti ümumilikdə 768 manat olan 9.6 qram çəkidə qızıl sırğa və aralıq komplektini, qiyməti ümumilikdə 10850 manat olan 31 ədəd qızıl beşliyi, qiyməti 1000 manat olan 1 ədəd “7.5-lik" deyilən qızılı, qiyməti 2100 manat olan 3 ədəd qızıl “onluğu”, qiyməti 1200 manat olan 15 qram çəkidə bir ədəd qızıl klonla birlikdə qızıl sepi, cəmi 42415 manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 və Məhkum2 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirlənmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində tam və hərtərəfli baxılmamış, ona dəymiş ziyanın ödənilməsi üçün heç bir hərəkət olunmamışdır.O, dəfələrlə istintaqdan və məhkəmədən ona dəymiş külli miqdarda ziyanın dəydiyini bildirmiş və həmin ziyanın ona ödənilməsini xahiş etmişdir. Lakin ona dəymiş ziyan bu günə kimi ödənməmişdir.Hökmdən Şirvan Apellyasiya Məhkəməsinə şikayət etməsinə baxmayaraq yenə də məhkumlar tərəfindən ona dəymiş ziyanın ödənilməsi üçün hec bir təşəbbüs göstərilməmişdir. Məhkəmə tərəfindən məhkumlara təyin olunmuş cəza həddindən artıq yüngüldür. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1 və Məhkum2 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il ta rixli qərarını dəyişdirməklə Məhkum1 və Məhkum2 barəsində ağır cəza təyin edilməsini, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 tərəfindən törədilmiş cinayət əməlinin məhkəmə tərəfindən hüquqi tövsifi heç bir mübahisə doğurmamışdır,lakin apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum2 təyin olunmuş cəza həddindən artıq ağır olduğundan məhkumun şəxsiyyətinə uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən iş üzrə ağırlaşdırıcı halların olmadığı müəyyən edilmiş, iş üzrə yüngülləşdirici hallar kimi isə Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cavanlığını, cinayət törədərkən yetkinlik yaşma çatmayan şəxs olmasını, təyi n olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, vurulmuş ziyanın qismən aradan qaldırılmasını və törətdiyi əməldən səmimi peşiman olmasını nəzərə almış və haqlı olaraq ona şərti cəza təyin etmişdir. Lakin apleyasiya instansiya məhkəməsi heç bir əsaslı dəlil gətirmədən birinci instansiya məhkəməsinin Məhkum2 təyin olunmuş şərti cəzanı əsassız hesab etmişdir. Həmin məhkəmənin gəldiyi nəticədən belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi ümumiyyətlə cəza təyin edərkən yüngülləşdirici halları nəzərə almamalı idi.Apellyasiya instansiyası məhkəməsi bu prinsipləri nəzərə almadan iş üzrə kifayət qədər yüngülləşdirici hallar olmasına baxmayaraq Məhkum2 şəxsiyyətinəuyğun olmayan və həddindən artıq ağır cəza təyin etməklə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 59-cu maddəsinin tələblərini də kobud şəkildə pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş Məhkum2 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi Z.M.Məmmədovkassasiya şikayətinin təmin olunmasını, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olun masını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, kassasiya şikayətinin təmin olunmasını, Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlillərini təkzib etdiyini, şikayətlərin əsassız olduğunu, təyin olunmuş cəzanın ədalətli olduğunu bildirib, Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunma masını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan b iri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumların barəsində yüngül cəza təyin olunduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Daha sonra məhkumun müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayətind ə apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkumun barəsində yüngülləşdirici halların nəzərə alınmadığı və ona ağır cəza təyin edildiyi iddia edilmiş və bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin kassasiya şikayətinin isə təmin olunmaması, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, müdafiə tərəfinin kassasiya şikayətinin isə təmin olunmaması barədə, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməs inin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq ilə bağlı ittiham birinci instansiya və apelyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə və qərarda göstərilmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum1 və Məhkum2 onlara birinci instansiya məhkəməsi tərəfindən istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi olaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza məsələsi mübahisələndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət p rinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Odur ki, məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza məsələsini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlara cəza təyin edilməsi zamanı bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmu ş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı ol duğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq səlahiyyətinə malkdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bili nib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1104/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1104/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver