Məhkəmə qərarları › İş №1(102)-1104/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1104/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5 iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X12) Məhkum, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum 03 fevral 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes Benz 190 minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin bərabərliyində arxaya hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yolun solundan sağ tərəfinə keçmək istəyən piyadanı avtomobilin arxa tərəfi ilə vuraraq ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protest inə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi) X8 və X1 ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə həddən artıq yüngül cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə bununla razılaşmaqla törədilmiş cinayətin xarakteri və ictima i təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq qanunvericiliyin tələblərininin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmışlar. Hökmdən göründüyü kimi, Məhkum cəza təyin edilərkən təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsini, təqsirini etiraf etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına cəhd etməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kassasiya protesti müə llifinin fikrincə bu halların heç də hamısı cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilməzdi. Belə ki, CM-nin 72.1-ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması səmimi peşmançılıq kimi qiymətləndirilmişdir. Yəni şəxsin əməlindən səmimi peşman olmasını bildirməsi həmin maddədə göstərilən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə müşayət olunmalı, bu isə şəxsin və əm əlin ictimai təhlükəliliyini azalmasını təsdiq edir. Məhkum hərəkətlərində isə belə hal olmadığından, məhkəmə onun «səmimi peşmançılığını» cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alın bilər. Belə halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmçinin cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( bundan sonra mətndə CPM-nin) 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Qeyd olunanları nəzərə alaraq Dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X4 isə naməlm səbəblərdən məhkəm əyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi S.Z.Əsədzadənin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cə zanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassas iya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci v ə ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq e dilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyy əti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin protestin məzmununa görə, onun müəllifi olan Dövlət ittihamçısı öz müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyininə münasibətd ə qanunsuz və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı isə ilk növbədə vurğulayır ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu tələb aşağıda göstərilənlərdən irəli gəlr. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilin ən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Y oxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyi l, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsasla ndırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilm əsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxsl ərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. M əhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, idarə etdiyi avtomobillə arxaya hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq yolun solundan sağ tərəfinə keçmək istəyən piyadanı avtomobilin arxa tərəfi ilə vuraraq ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və m əhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 263.2-ci maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası təsvir edilən məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələri qanun və əsaslı hesab edərək qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 263.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi üç ilədək müddətə nəqliyyat vasitələrini ida rə etmək hüququndan məhrum etmə, əsas cəza kimi isə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum barəsində təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinə əsasən cəza tədbiri seçərkən onun törətdiyi cinayətin xarakter ini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasını, yəni zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdilməklə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini, iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə almış və bu hallara, habelə onları təsdiq edən sübutlara istinad edərək (CPM-nin 139.05-ci maddəsinin tələblərinə uyğun olaraq) ona qeyd olunan maddənin sanksiyası həddində əsas və əlavə cəzalar təyin etmişdir. Məhkəmə kollegiyası vurğula mağı lazım bilir ki, Məhkum 10 sentyabr 2020-ci il tarixli hökmlə təyin edilmiş bu cəzaların müddətləri birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısı M.Ə.Bəylərov tərəfindən təqsirləndirilən şəxsə təyin edilməsi təklif olunan cəzaların müddətlərindən cəmisi 1 (bir) il 6 (altı) ay azdır (dövlət ittihamçısı Məhkum 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmiş, məhkəmə isə ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum etmə və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin etmişdir. Dövlət ittihamçısının təyin edilməsi təklif etdiyi və məhkəmənin təyin etdiyi cəzalar arasında əh əmiyyətli fərqin olmamasına baxmayaraq o, hökmdən apellyasiya protestinin, digər Dövlət ittihamçısı isə apellyasiya instansiyası məhkəməsnin həmin hökmün qüvvəsində saxlanılması barədə 02 fevral 2021-ci il tarixli qərarından kassasiya protestinin verilməsi qərarına gəlmiş və hər iki dövlət ittihamçısı öz müraciətlərində Məhkum təyin olunmuş cəzaların yüngül olmasını iddia etmiş, lakin heç biri dövlət ittihamçısı M.Ə.Bəylərovun təqsirləndirilən şəxsə təyin olunmasını təklif etdiyi cəzaların işin bütün hallarına uyğun olmasını, məhkəmənin isə müddətlər baxımından az fərqlə təyin etdiyi cəzaların yüngül olmasını kifayət qədər əsaslandıra bilməmişlər. Apellyasiya protestində olduğu kimi, kassasiya protestində də Məhkum cəza təyin edilməsi zamanı cəzanı yüngülləşdirən halların əsasən düzgün nəz ərə alınması qeyd edilsə də, həmin protestin əsas dəlili ondan ibarətdir ki, cəza təyini məsələsini həll edərkən məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bu cinayətin ağır nəticəyə səbəb olmasını nəzərlərindən qaçırmış, habelə əsassız və CM-nin 72.1-ci maddəsinin tələblərinə zidd olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdikləri onun səmimi peşmanlığını nəzərə aldıqlarını göstərmişlər. Kassasiya protestinin bu dəlillərinə cavab verərək məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmələrdə araşdırılmış sübutlara istinadən əvvəla qeyd edir ki, Məhkum törətdiyi cinayətin ictiai təhlükəliliyi ondan ibarətdir ki, o, 03 fevral 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Merce des Benz 190 minik”markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili park edib saxlamaq məqsədilə Gəncə şəhəri Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin bərabərliyində arxaya hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozub yolun solundan sağ tərəfinə keçmək istəyən piyada B.H.Əsədovanı avtomobilin arxa tərəfi ilə vurmuş və bunun nəticəsində müxtəlif xəsarətlər alan zərərçəkmiş 07 fevral 2020-ci il tarixdə xəstaxanada vəfat etmişdir Öz əməlinin zərərli nəticələrini aradan qaldırmaq, yəni həmin əməlin ictimai təhlükəlilik dərəcəsini azaltmaq məqsədilə Məhkum hələ sağ olan B.H.Əsədovanı təcili olaraq xəstəxanaya çatdırmaq məqsədilə imkan olan bütün hərəkətləri etmiş, hətta zərə rçəkmişi xəstəxanaya apararkən yolda X21 əməkdaşlarını görərərk onlara baş vermiş hadisə barədə məlumat verib onlardan tez bir vaxtda xəstəxanaya çatmasına yardım göstərmələrini xahiş etmişdir. Göründüyü kimi, Məhkum idarə etdiyi avtomaşını park edərkən diqqətsizliyə yol vermiş, bu vaxt avtomaşınının arxasında kiminsə ola biləcəyini düşünməmiş və bu halı nəzərdən qaçırmış və onun belə diqqətsizliyi insan ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yol hərəkəti və nəqliyyat vasitələrinin idarə etmə qaydalarının pozulması ilə bağlı kassasiya qaydasında baxılmış, habelə Ali Məhkəmə tərəfindən müxtəlif məsələlərlə üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə öyrənilərək ümumiləşdirilmələri aparılmış digər cinayət işlərinin materialları ilə müəy yən edilmiş halların hazırki iş üzrə Məhkum ehtiyatsızlıqdan törətdiyi az ağır cinayətin hallarından fərqləndirən cəhətlər isə ondan ibaərtdir ki, sonuncu hadisə baş verməzdən bilavasitə əvvəl öz avtomaşınını yüksək sürətlə sürməmiş, yolun əks istiqamətdə hərəkət hissəsinə çıxmamış, yolda olan qadağanedici nişanların tələblərinin pozulmasına yol verməmiş, hadisə yerindən qaçmamış və digər bu kimi hərəkətlər etməmişdir ki, işin müəyyən edilmiş bu hallları da Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsinin digər işlər üzrə törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsindən xeyli dərəcədə az olmasına dəlalət edən hallar kimi qiymətləndirilməlidir. Məhkum törətdiyi cinayətin ağır nəticəyə səbəb olmasının nəzərə alınmaması, onun cəzasını yüngülləşdirən hal kimi isə onun səmimi peşmanlığ ının əsassız olaraq nəzərə alınması və bunun CM-nin 72.1-ci maddəsinin tələblərinə uyğun olmaması barədə kassasiya protestinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CMnin 263.2-ci maddəsində təsbit edilmiş cinayətin ağır nəticəsi – zərərçəkmiş şəxsin ölümü həmin maddənin özünün dispozisiyasında göstərilmiş və bu nəticənin cəza təyini zamanı cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması mümkün deyil ona görə ki, CM-61.3-cü maddəsinə əsasən, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkum onun təqsirli bilindiyi cinayətin törədilməsi isə digər ağır nəticələrin baş verməsinə səbəb olmamışdır. Məhkəmələrin Məhkum cəza təyini məsələsini həll ed ərkən onların nəticələrinin CM-nin 72.1-ci maddəsinin tələblərinə uyğun olmaması barədə kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası həmin normanın və CM-nin 59.2-ci maddəsinin tələblərinə və yenə də işin hallarına müraciət etməyi zəruri bilir. Əvvəla, CM-nin 59.2-ci maddəsinin tələblərinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyasının fikrincə, qanunun bu norması məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyəlndirən, onun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Səmimi peşmanlıqla cinayət məsuliyyətində azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-nin 72.1-ci maddəsinə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətər törətməsi halında isə hətta səmmi peşmanlıqla bağlı yuxarıda göstərilən başqa hallar müəyyən edildikdə belə onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrıayrılıqda, həm də cəm şəklində səmmi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin könüllü gəlib təqsirini boynuna almasına, cinayətin üstünün açılmasına fəal kömək etməsinə və cinayət nəticəsində vurduğu ziyanı ödəməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Belə ki, yol nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş B.H.Əsədovaya vaxtında lazımi tibbi yardımın göstərilməsi üçün onu xəstəxanaya apararkən Məhkum avtomaşını saxlayaraq yaxınlıqda xidmət edən X21 əməkdaşları X9 və X6 törətdiyi əməl barəsində məlumat verərək onlardan xəstəxanaya tez bir vaxtda çatmasında köməklik göstərmələrini xahiş etmişdir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə isə, bu hal cinayət törətmiş şəxsin təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir, ibtidai araşdırmanın ilk dövründən başlayaraq cinayət təqibinin bütün mərhələlərində Məhkum səmimi olaraq ona ittiham olunmuş cinayət əməlini törətməsini etiraf edərək bu əməlin bütün halları barədə eyni cür, ətraflı etirafedici ifadələr vermiş və bu halların müəyyən edilməsi üçün ibtidai araşdırma orqanı ilə əməkdaşlıq edərək törədilmiş cinayətin üstünün açılmasına fəal köməklik göstərmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi S.Z.Əsədzadənin (zərərçəkmiş B.H.Əsədovanın yeganə oğlunun) birinci instansiya məhkəməsinə ünvanladığı 10 sentyabr 2 020-ci il tarixli ərizəsinə əsasən, o, Məhkumla barışmış, sonuncu ona vurulmuş maddi və mənəvi ziyanı tamamilə ödəmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-nin 72.1-ci maddəsinin təlblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsəlsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilə və bu hal da təqsirkarın şəxsiyyətin i səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum verdiyi ifadələrin təhlili g östərir ki, o, bütün ifadələrində törətdiyi əmələ görə pemançılıq çəkməsini bildirmiş, onun bu hissi keçirməsi isə hadisədən bilavasitə etdiyi hərəkətlərin məcmusu ilə təsdiq olunur ki, bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı həm də fəlsəfi nöqteyi nəzərdə səmimi peşmanlığından xəbər verir. Qeyd olunanlar bütövlükdə apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyini məsələsi müzakirə edilərkən buna təsir edən və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş halların düzgün nəzərə alındığını, kassasiya protestinin bütün dəlillərinin isə əsassız və qəbul edilməz olmasını, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisə ləndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını bir daha təhlil edib kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə ko llegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar