Məhkəmə qərarları › İş №1(102)-1104/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1104/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum Baxşıyev Türbət Bəhruz oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci i l tarixli, 1(104)-105/2021 nömrəli qərarından məhkum Baxşıyev Türbət Bəhruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Baxşıyev Türbət Bəhruz oğlu xx xxxx 1984-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2

2. Baxşıyev Türbət Bəhruz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 182.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(100)-81/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə Məhkum verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 17 avqust 2019-cu il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin hökmünə görə 15 avqust 2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində 38-ci Hərbi şəhərcikdə olan Şah id5 məxsus kafedə Zərərçəkmiş şəxs qəsdən əl və ayaq zərbələri ilə vurub yerə yıxaraq, yerdə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sağ dirsək nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs 40 manat məbləğində pulunu açıq talamaqla ələ keçirib soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrar 15 avqust 2019-cu il tarixdə saat 18:10 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində 38-ci Hərbi şəhərcikdə olan Şahid5 məxsus kafedə Zərərçəkmiş şəxs döyərək zor göstərmə və şalvarını çıxarıb lüt gəzdirməklə haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 300 manat məbləğində pulu hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şə xs 300 manat məbləğində pulu olmadığını bildirdikdə sonuncunun 120 manat dəyərində “Huawei” Y5 Lite DRA-LX5 markalı mobil telefonunu girov kimi götürüb saxlayaraq Zərərçəkmiş şəxs evində saxladığı spirtli içkiləri gətirib verməsini hədə-qorxu ilə tələb edərək həmin gün saat 21 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində 38-ci Hərbi şəhərcikdə olan Şahid6 icarəyə götürüb işlətdiyi Delfin adlı kafedə Zərərçəkmiş şəxs evindən gətirdiyi 1 ədədinin dəyəri 30 manat olan ümumilikdə 3 ədəd 90 manat dəyərində Delamain Cognac Grande Champagne markalı 0,7 litrlik konyakları, 1 ədəd 25 manat dəyərində Don Julio markalı 0,5 tekilanı, 1 ədəd 10 manat dəyərində Belenkaya Lyuks markalı 0,5 litrlik arağı, 1 ədəd 20 manat dəyərində Remy Martin markalı 0,5 litrlik konyakı, 1 ədəd 30 manat dəyərində Mar tell Vsop Medaillon markalı 0,7 litrlik konyakı, 1 ədəd 30 manat dəyərində Jameson markalı 1 litrlik viskini, ümumilikdə 205 manat dəyərində spirtli içkiləri, 120 manat dəyərində “Huawei” Y5 Lite DRA-LX5 markalı həmin mobil telefonunu, ümumilikdə 325 manat məbləğində əmlakını ələ keçirdikdən sonra, təkrar 16 avqust 2019-cu il tarixdə səhər saatlarında 100 manat məbləğində pul verməsini, əgər həmin məbləğdə pul verməyəcəyi halda döyərək xəsarət yetirəcəyini bildirməklə zor göstərmə hədəsi ilə 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dinləyib cinayət işinin materiallarında olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Məhkum əməlində Azərbaycan Respublikasının Cin ayət Məcəlləsinin 180.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə ona bəraət verilməli, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham olunduğu cinayət əməli isə həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməlidir

5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsi CMin 180.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib maddələrin sanksiyaları həddində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Həmçinin Baxşıyev Türbət Bəhruz oğlunun müdafiəçisi X5 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Baxşıyev Türbət Bəhruz oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(104)-105/2022 nömrəli qərarı ilə müdafiəçi X5 t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 81/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 180.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 182.2.2 maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05(beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərara alınmışdı r.

8. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021ci il tarixli, 1(104)-105/2021 nömrəli qərarından məhkum Baxşıyev Türbət Bəhruz oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, onun ailəli olmasını, himayəsində azyaşlı uşağının və yaşlı xəstə 75 yaşlı atasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. 10 Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - "Azərbay can Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib -verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Odur ki, məhkəmə kollegiyası hazırki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin d əlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 1(103)- 167/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərp asına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair’ 17 mart 2011- ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair’ 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair’ 15 mart 2022-ci il tarixli qərarları).

16. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri v ə ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir.

18. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı).

19. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.

20. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterin ə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.

21. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir.

22. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tör ədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıq larının məhdudlaşdırılmasından ibarətdir.

24. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

25. Odur ki, məhkəmə kollegiyas ı çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Baxşıyev Türbət Bəhruz oğlunun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Baxşıyev Türbət Bəhruz oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(104)-105/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar